Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə8/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   190

 
20
(V.M.Fridland), torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsi
Sibir və Uzaq Şərq torpaqlarının, müttəfiq respublikaların torpaqlarının öyrənilməsi sahəsində regional 
tədqiqatların inkişafı; 
tropik və subtropik qurşaqların torpaq örtüyünün öyrənilməsində sovet alimlərinin geniş  iştirakı  və bu 
ərazilərin torpaqlarının genezisi, coğrafiyası  və  səciyyəsinə  həsr edilmiş monoqrafiyaların yazılması 
(M.A.Qlazovskaya, S.V.Zonn və b.). 
Bu mərhələdə torpaqlardan səmərəli istifadə edilməsində, meliorasiya məqsədlərindən ötrü düzgün 
qiymətləndirilməsində, gübrələrdən səmərəli istifadədə, eroziya ilə mübarizə  və torpaqların mühafizəsi 
məsələlərində torpaqşünaslığın rolu xeyli artmışdır. Bu mərhələnin digər  əlamətdar cəhəti torpaqşünaslığın 
müxtəlif istiqamətlərində, ilk növbədə torpaq xəritəçiliyi sahəsində beynəlxalq  əməkdaşlığın ilk müsbət 
nəticələrinin (FAO-YUNESKO-nun sifarişi ilə dünyanın torpaq xəritəsinin tərtib edilməsi) ortaya çıxmasıdır.  
10. Torpaqşünaslığın  ən müasir inkişaf və beynəlxalq  əməkdaşlıq mərhələsi. Sovet İttifaqı dağıldıqdan 
sonra müstəqil respublikalarda, o cümlədən rus və sovet torpaqşünaslıq məktəbləri ilə çox sıx bağlı olan 
Azərbaycanda torpaqşünaslıq elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu haqda növbəti fəsildə daha 
ətraflı məlumat veriləcək.  
Bu dövrün əlamətdar xüsusiyyəti torpaqşünaslıq sahəsində beynəlxalq  əməkdaşlığın daha da güclənməsi, 
dünya üzrə torpaqların vahid təsnifat, diaqnostika və nomenklaturasının yaradılması sahəsində beynəlxalq 
koordinasiyanın yaranması olmuşdur. 
II FƏSİL. AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ
*
 
 
Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq mümkündür: 
1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı  mərhələ. Azərbaycanda torpaqşünaslıq elminin inkişafında 
birinci mərhələ maarifçi və  təbiətşünas alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq 
haqqında elmi fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. Onun 
torpaqşünaslıqla bağlı fikirləri genetik torpaqşünaslığın baniləri V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının 
müddəaları ilə demək olar ki, üst-üstə düşür. Beləliklə, H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır, 
torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. H.Zərdabinini torpaqşünaslıq haqqında axtarışları 
X.Həsənov (1972), Ş.Həsənov (2006) tərəfindən araşdırılmışdır. 
Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ süxurlarının aşınmasından, torpaqəmələgətirən 
amillərdən, torpağın münbitliyindən, münbitliyin bərpasından (torpağın qranulometrik tərkibinin dəyişdirilməsi, 
meliorasiya, eroziyaya qarşı mübarizə  və s. tədbirlərdən) ibarətdir. H.Zərdabinin torpaqşünaslıqla bağlı 
araşdırmalarında məqsəd bu elmin nəzəri məsələlərini, torpaqların genezisini işləyib hazırlamaq olmamışdır. 
Məqsəd əkinçilik mədəniyyətini yüksəltmək, torpaq sərvətlərindən səmərəli istifadə etmək idi. Bununla bərabər, 
H.Zərdabinin torpağa aid əsərlərində, elmin o zamankı inkişaf səviyyəsində  bəzi yeniliklər də öz əksini 
tapmışdır. 
2. XIX əsrin sonu – XX əsrin əvvəlləri (1875-1920). Bu dövrdə - 1889-1890-cı illərdə Kovalskinin, 1890-cı 
ildə P.S.Kossoviçin, 1898-ci ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.Zaxarovun, V.Romanovun və 
J.Kamenskinin apardıqları  tədqiqatlarda Azərbaycan torpaqları haqqında ilkin də olsa müəyyən fikirlər 
olmuşdur. 
V.V.Dokuçayev 1898-ci ildə Zaqafqaziyada və o cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında 
ümumi məlumatlar verməklə, şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir. 
1911-1914-cü illərdə S.Zaxarov, V.Romanov və J. Kamenski Mil və Şirvan düzlərində relyef, torpaqların 
şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri haqqında fikir irəli sürmüşlər. 
3. XX əsrin 20-45-ci illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılmasına qədərki dövr). 
Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra Azərbaycanda ilk növbədə elmi tədqiqat işləri aparan kadrlara 
ehtiyac duyulurdu. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutu nəzdində  Kənd Təsərrüfatı fakultəsi və onun 
tərkibində Torpaqşünaslıq kafedrası təşkil olunur. Azərbaycanın torpaq örtüyünü öyrənən ilk tədqiqat özəkləri 
torpaqşünaslıq kafedrasında, Muğan təcrübə stansiyasında (Cəfərxan) və respublikanın təbii sərvətlərini öyrənən 
cəmiyyətin tərkibində işə başlayır (1920-1924). Kafedranın rəhbəri professor V.Smirnov-Loginovun rəhbərliyi 
və bilavasitə iştirakı ilə Abşeron yarımadasının, Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərinin torpaqları tədqiq 
edilərək xəritələşdirilir. 
1925-ci ildə Azərbaycanda torpaq-coğrafi tədqiqatlara başlanılır. Respublikanın rayonlaşdırılması ilə 
məşğul olan komissiyanın tapşırığı ilə professor S.Zaxarovun rəhbərliyi altında ekspedisiya işə başlayır. 1926-cı 
ildə akademik V.Vilyams Muğan və  Lənkəranın düzən hissəsini gəzərək suvarmanın və subtropik bitkilərin 
inkişafı haqqında əməli təkliflər verir. Bu zaman, 1926-1930-cu illərdə professor V.Smirnov-Loginov Qobustan 
və Xızı rayonlarının torpaqlarında böyük miqyaslı tədqiqatlar aparır. 
                                                 
*
 
Bu bölmə hazırlanarkən M.P.Babayevin (2004) materiallarından istifadə edilmişdir. 
 


 
21
1930-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Torpaqşünaslıq kafedrası  tərəfindən 
M.Ələsgərbəyli və  Ə.Qasımovun simasında ilk azərbaycanlı torpaqşünaslar hazırlanır. Onlar torpaqlarımızın 
tədqiqi və kadr hazırlığında uzun illər xeyli səmərəli iş görürlər. Həmin dövrdə kənd təsərrüfatının güclü inkişafı 
ilə əlaqədar xüsusi kənd təsərrüfatı elmi idarələri təşkil edilir, torpaqşünas və aqrokimyaçı kadrlara ehtiyac artır. 
Bu tələbi ödəmək məqsədilə Zaqafqaziya Pambıqçılıq İnstitutunun pambıqçılıq fakultəsi nəzdində xüsusi şöbə 
açılır. 1933-1937-ci illər ərzində dörd buraxılış torpaqşünas və aqrokimyaçı hazırlanır. 
1932-ci ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq  İnstitutunda təşkil olunan aqrotorpaqşünaslıq  şöbəsi 
respublika torpaqlarını öyrənməyə başlayır. Bu işlərə kənardan dəvət edilmiş professor V.Akimsev, torpaqşünas 
alim N.Bekareviç və L.Qorodetskidən başqa AKTİ torpaqşünaslıq kafedrasının işçiləri M.Əsgərbəyli, 
Ə.Qasımov və AKTİ-nin yeni bitirmiş gənc torpaqşünaslardan M.Ağamirov, Ə.Zeynalov, M.Rəhimov, N.Məm-
mədov və başqaları cəlb edilir. 
1934-cü ildə Lenin adına UİKTEA Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun Azərbaycan filialı təşkil 
edilir. Burada da respublika torpaqlarının tədqiqi və gübrələrlə aparılan işlər davam etdirilərək, Lənkəran 
(1934), Ağdaş (1935), Qazax (1936), Quba-Xaçmaz (1937) rayonlarının orta miqyaslı torpaq xəritələri tərtib 
edilir. Bu tədqiqatlarda L.Aleksandrovski, K.Ələkbərov,  Ə.Zeynalov, B.Ağayev, M.Salayev, M.Səfiyev, 
K.Teymurov və başqaları içtirak edirlər. 
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi geologiya bölməsi nəzdində, 1933-cü 
ildə torpaqşünaslıq seksiyasının və 1934-cü ilin iyulundan etibarən sərbəst torpaqşünaslıq bölməsinin təşkili 
torpaqşünaslıq elminin Azərbaycanda inkişafı üçün təşkilat bazası oldu. 
İlk illərdən başlayaraq, bölmə yeni torpaqların istifadəyə verilməsi problemi ilə yaxından məşğul olmağa 
başlamışdır. Bölmə Boğaz düzündə, Cənubi-Şərqi  Şirvanda ilkin torpaq tədqiqatı aparmış, Cənubi-Şərqi 
Şirvanın Küryanı zonasının (1934-35), Yevlax rayonunun (1935), Lənkəran və Muğanın torpaqlarını daha dəqiq 
xəritələşdirmişdir. 1935-ci ildə Bölmə torpaq kimyası laboratoriyası təşkil etdi ki, bu da aparılan işlərin geniş-
ləndirilməsinə imkan yaratdı. Laboratoriyada şorakətlərin kimyəvi meliorasiyası  (Ə.Qasımov və T.Tahirov), 
elektrik cərəyanlarının torpağa və süxurəmələgətirici minerallara təsiri (V.Smirnov-Loginov və A.Sidorov), su 
buxarının torpaqda kondensasiyası, torpağın  şorlaşma dərəcəsinin bitki örtüyünün xüsusiyyətinə  təsiri kimi 
məsələlər üzərində iş aparılırdı. 
Bölmənin işində  Lənkəran vilayəti torpaqlarının öyrənilməsi xüsusi yer tuturdu. Bu torpaqlara həsr 
olunmuş ümumiləşdirici  əsərdən (V.Smirnov-Loginov) başqa, vilayətin sarı torpaqlarının fiziki-kimyəvi 
xassələri də  dərindən öyrənilmişdi (B.Filosov, 1936). Alazan-Əyriçay hövzəsi torpaqlarının iri miqyaslı 
xəritələşdirilməsi və aqrokimyəvi xüsusiyyətlərinin öyrənilıməsi (R.Kovalyov 1938-1941) çay əkini üçün yeni 
yararlı torpaqları aşkara çıxarmağa həsr edilmişdi. 
1936-cı ildən başlayaraq bölmə azərbaycanlılardan yeni yüksək ixtisaslı kadrlar hazırlamaq işinə başlayır. 
Bu işdə V.Smirnov-Loginovun hazırladığı ilk aspirantlar (E.Şərifov, B.Ağayev, K.Ələkbərov,  Ə.Zeynalov) 
1940-43-cü illərdə elmlər namizədi adı almaq üçün dissertasiyalar müdafiə edirlər. 
1937-ci ildən başlayaraq bölmə quru subtropik iqlim rayonları torpaqlarını  tədqiq etmək üçün xüsusi 
ekspedisiya təşkil edir. Bu ekspedisiya Şirvan düzünün, Pirsaat hövzəsinin və Böyük Qafqazın bu hövzəyə 
yaxın  ətəklərinin torpaqlarını  tədqiq edərək, buradakı torpaqların  şorlaşmasında palçıq vulkanlarının roluna 
aydınlıq gətirir (H.Əliyev,  B.Klopotovski). Bölmə 1939-cu ildən başlayaraq Azərbaycan torpaqlarının 
şorlaşmasına aid ədəbiyyatı  və materialları yekunlaşdıraraq, torpaqların  şorlaşma dərəcələri və duz tərkibini 
göstərən ilk xəritələri tərtib edir (V.Volobuyev). 
1931-1941-ci illərdə Samur-Dəvəçi kanalı zonası torpaqlarının kimyəvi və fiziki-kimyəvi xassələri 
(M.Salayev, K.Ələkbərov) və Şimali Muğan torpaqlarının fiziki xassələrinin tədqiqi (B.Ağayev) işləri suvarılan 
sahələrin öyrənilməsinə həsr edilmişdi. Samur-Dəvəçi Suvarma Kanalının tikintisi ilə əlaqədar olaraq 1940-cı 
ildə Samur-Dəvəçi düzənliyində iri miqyaslı torpaq tədqiqatına başlanılır. Çoxsaylı çöl və laboratoriya 
materiallarına əsasən 1:10000, 1:25000 miqyaslı torpaq, şorlaşma, torpaq-meliorativ rayonlaşma xəritələri tərtib 
edilir və eroziyaya qarşı mübarizə tədbirləri təklif olunur (M.Salayev). 
1940-41-ci illərdə Bölmə Kiçik Qafqazda yerləşmiş bir sıra rayonların torpaqlarını öyrənməklə  məşğul 
olmuşdur (B.Klopotovski, M.Salayev, Ə.Zeynalov). 1940-cı il üçün Bölmənin tərkibində üç seksiya – torpaq 
eroziyası, torpaq kimyası və torpaq fizikası seksiyaları yaradılmışdı. 
4. XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti dövrü). 1945-ci ildə 
Azərbaycan SSR Elmlər Akademiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılması ilə 
torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır.  İnstitut Böyük və Kiçik Qafqazda, Kür-Araz 
ovalığında torpaqların tədqiqatı işlərini davam etdirir (H.Əliyev, K.Ələkbərov). 
Ölkədə  kənd təsərrüfatının inkişafı ilə  əlaqədar V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası 
Salyan, Muğan, Cənub-Şərqi  Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov, 
Y.Lebedev), torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov, N.Qorbunov), torpaq-meliorativ 
rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya) sahəsində tədqiqatlar aparılmışdır. 
Azərbaycan hökumətinin tapşırığı ilə 1952-ci ildə torpaqşünaslıq və Aqrokimya İnstitutunun metodiki 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə