Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə9/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   190

 
22
rəhbərliyi altında bütün əkinçilik təsərrüfatlarında (5 mln.ha sahədə) irimiqyaslı torpaq tədqiqatlarına başlanır. 
Bakı  və  Gəncədə yaradılmış torpaq ekspedisiyaları bu mühüm və mürəkkəb işi yerinə yetirir. Bu və digər 
tədqiqatların nəticəsi kimi 1953-cü ildə “Azərbaycan SSR torpaqları” (rus dilində) monoqrafiyası çap olunur. 
50-ci illərin sonlarında çoxillik torpaq-coğrafi tədqiqatların vacib nəticələrindən biri də Azərbaycanda 1:200000 
miqyasında ümumiləşdirilmiş torpaq xəritəsinin tərtibidir. Tərtib olunmuş  xəritənin orijinalı SSRİ EA 
Geologiya-Coğrafiya Bölməsinin qərarı ilə çapa məsləhət görülür və 1957-ci ildə Moskvada rus dilində  nəşr 
olunur (miqyas 1:500000). Elə  həmin dövrdə, 1953-cü ildə V.Volobuyevin  “Torpağın iqlimi”(1953) monoq-
rafiyası nəşr olunur. 
XX  əsrin ikinci yarısı bütövlükdə akad. H.Əliyev, V.Volobuyev, M.Salayev kimi tanınmış torpaqşünas 
alimlərin elmi fəaliyyəti ilə  əlamətdar olmuşdur. 60-cı illərdə H.Əliyevin torpaqların genezisi, coğrafiyası, 
sistematikası, aqroekologiyası sahəsində çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirən və orijinal nəzəri 
məsələləri həll edən “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları” (1964), “Qəhvəyi 
meşə torpaqları” (1965), “Cinnamon Forest Soils in the Eastern Part of the Greater Caucausus” (1969) 
monoqrafiyaları çap olunur. 1969-cu ildə ilk dəfə olaraq Azərbaycan torpaqlarının sistematikası  və 
nomenklaturası hazırlanır (H.Əliyev, V.Volobuyev, K.Ələkbərov, M.Salayev). 
V.Volobuyevin “Kür-Araz ovalığı torpaqlarının şorlaşmasının genetik formaları” (1965) monoqrafiyasında 
asan həll olan duzların torpaqda toplanması, miqrasiyası, miqdarı, dərəcəsi araşdırılır, “Torpağın ekologiyası” 
(1963) kitabında torpaqla mühitin əlaqəsinin geniş təhlili verilir və ilk dəfə olaraq bu monoqrafiyada torpağın 
ekologiyası anlayışı, onun tərifi açıqlanır. 
Lənkəran vilayətinin rütubətli subtropik torpaqlarına həsr olunmuş monoqrafiyada (R.Kovalyov, 1966) 
rütubətli subtropik torpaqların genezisi şərh olunmuş torpaq tiplərinin diaqnostikası verilmiş, təsnifatı 
işlənmişdir. Bu tədqiqatlat  əsasında Lənkəran vilayətinin torpaq xəritəsi (1:100000 miqyasında) tərtib 
olunmuşdur. 
Çoxillik regional torpaq tədqiqatlarının nəticəsi olaraq M.Salayevin “Kiçik Qafqazın torpaqları” (1966) 
monoqrafiyasında yüksək dağlıq torpaqların genezisi, coğrafiyası və sistematikası şərh olunur. 
Beləliklə, bu dövrün 25 ili  (1945-1970) ərzində torpaqşünaslıq üzrə  əsaslı  tədqiqat işləri aparılmış, bu 
müddətdə torpaqşünaslıq sahəsində görkəmli alimlər kollektivi yaranmışdı; H.Əliyevin, V.Volobuyevin, 
K.Ələkbərovun, B.Ağayevin, M.Salayevin rəhbərliyi altında çalışan gənc alimlər yetşmişdir. Bütövlükdə 
Azərbaycanın torpaqşünaslıq elminin tarixində bu mühüm dövr – böyük elmi-nəzəri və təcrübi əhəmiyyəti olan 
tədqiqatlarla  əlamətdardır. Ayrı-ayrı rayonların torpaq örtüyünün öyrənilməsi və orta miqyaslı torpaq 
xəritələrinin tərtibi işlərinə  də elə bu dövrdən etibarən başlanılır (Ş.Həsənov, M.Babayev, B.Həsənov, 
Q.Məmmədov, V.Həsənov, B.Cəfərov, Ç.Cəfərova və başqaları). Keçən  əsrin 1955-1970-ci illərində  Cənub-
Qərbi Azərbaycanın Arazboyu 7 rayonunda bir milyon hektar sahədə  Ş.G.Həsənovun rəhbərliyi altında iri 
miqyaslı kompleks torpaq tədqiqatı aparılmış, seriya xəritələr (torpaq, aqroistehsalat, aqrotorpaq rayonlaşması, 
bonitirovka) tərtib edilmişdir.  
XX əsrin ikinci yarısından etibarən bütün dünyada olduğu kimi, respublikamızda da ekoloji problemlər ön 
plana çəkilir. Akad. H.Əliyevin rəhbərliyi altında meşə torpaqşünaslığı üzrə respublikada geniş  tədqiqatlar 
aparılır. Torpaqların zonal yayılma qanunauyğunluqları, nomenklaturası  və sistematikası müəyyən edilir. 
Subtropik və xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilir. Dövlət sahəqoruyucu meşə 
zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu 
torpaq tədqiqatı aparılır. Meşəsalmaya yararlı torpaqların meşə  və meşə-kol bitkilərinin inkişafı üçün yararlı 
ekoloji  şəraiti nəzərə alınmaqla xəritəçilik materialları  tərtib olunur. Dövlət sahəqoruyucu meşə zolaqlarının 
salınması və bu məqsədlə yamaclarda  terrasların salınması dövlət əhəmiyyətli işə çevrilir. Geniş torpaq-coğrafi 
tədqiqatların aparılması ilə əlaqədar olaraq Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda akad. 
H.Əliyevin rəhbərliyi ilə meşə torpaqları laboratoriyası yaradılır. Böyük və Kiçik Qafqazın, Talış meşə 
massivlərinin ardıcıl olaraq torpaq-ekoloji şəraiti öyrənilir. 
Bu dövrdə aparılan torpaq tədqiqat işləri Azərbaycan  ərazisinin xeyli hissəsinin müxtəlif dərəcədə  səthi 
yuyulmalara və külək eroziyasına məruz qaldığını göstərirdi. Ona görə də hələ 1945-ci ildən başlayaraq Torpaq-
şünaslıq və Aqrokimya İnstitutunda torpaq eroziyasını öyrənmək məqsədilə müntəzəm elmi tədqiqatlara 
başlanılır.  İlk mərhələdə respublikada eroziya doğuran amillərin xəritəsi tərtib edilir (K.Ələkbərov). Sonrakı 
illər tədqiqatlar genişləndirilir.  Eroziya üzrə elmi tədqiqat işləri eroziyanın respublikada coğrafi yayılması, 
tipləri, törədici amillərin xarakteri, ayrı-ayrı sahələrin eroziyaya davamlığı, eroziyaya məruz qalmış torpaq 
sahələrinin müəyyənləşdirilməsi, eroziya ilə mübarizə üçün aqrotexniki, meşə-meliorativ tədbirlər və s. bu kimi 
məsələləri  əhatə etməyə başlayır. Eroziyaya uğramış torpaqların münbitliyinin bərpası  və yaxşılaşdırılması 
məqsədilə onların gübrələnməsi və digər aqrotexniki məsələləri araşdırılır. Bir sıra çayların, xüsusən də 
eroziyaya daha həssas olan Böyük Qafqazın Cənub və  Cənub-Şərq yamacı caylarının hövzələri və inzibati 
rayonların  əraziləri tədqiq edilir. K.Ələkbərovun “Azərbaycanda torpaq eroziyası  və onunla mübarizə” 
monoqrafiyası (1961) və “Azərbaycanın torpaq-eroziya xəritəsi” (1:600000 miqyasında) torpaq eroziyasına 
qarşı mübarizədə ən dəyərli vasitələrdən hesab edilə bilər. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə