Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə14/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   193

 
24
Örtüyü Strukturu (TÖS) nəzəriyyəsinin Azərbaycanda inkişaf etdirilməsini elmi zəruriyyət kimi ortaya qoyurdu. 
1:200000 miqyasında relyefin plastika xəritəsi, həmin miqyasda Torpaq örtüyü strukturu xəritəsi və  nəhayət, 
həmmüəlliflərin (V.R.Volobuyev, Q.Ş.Məmmədov) iştirakı ilə 1:600000 miqyasında Azərbaycanın torpaq 
xəritəsi tərtib edilmişdir. Sonrakı illərdə Q.Ş.Məmmədovun rəhbərliyi altında Acınohur, Lənkəran, Abşeron, 
Böyük Qafqazın  şimal-şərq yamacı  və digər zona və regionların 1:100000 və 1:50000 miqyasında relyefin 
plastika metodu əsasında torpaq örtüyü strukturu xəritələri tərtib edilmişdir.     
 Bu 
dövrün 
əhəmiyyətli cəhəti idi ki, tədqiqatçılar öz axtarışlarında  ənənəvi bonitirovkanın ümumi 
müddəaları ilə hesablaşaraq ona metodiki yeniliklər gətirməyə çalışırdılar. Belə ki, torpaqların bonitet balları 
tapılarkən torpaq-ekoloji indeks (TEİ) və digər riyazi düsturlardan istifadə olunması (M.M.Əsgərova, 1990; 
A.B.Cəfərov, 1991), torpaq örtüyü strukturunun qiymətləndirmədə qiymət və təshih əmsalları kimi götürülməsi 
(H.M.Hacıyev, 1990; Ş.İ.İsgəndərov, 1991), torpaq örtüyünü ekoloji cəhətdən qiymətləndirməklə torpaqların 
bonitirovkasının ekoloji problemlərə  cəlb edilməsi (Q.Ş.Məmmədov,1991) bu dövrün tədqiqatları üçün  
səciyyəvi idi. Keçmiş sovetlər ölkəsində, o cümlədən Azərbaycanda torpaq münbitliyinin aqroekoloji və ekoloji 
modellərinin işlənməsinə ilk dəfə 1985-ci ildə Q.Ş.Məmmədov başlamışdır.  İlk vaxtlar torpağın münbitlik 
modeli ilə bağlı  tədqiqatları konseptual səciyyə daşımış, respublikanın  əsas torpaq tiplərini və 
aqroekosistemlərini  əhatə etmişdir. Sonrakı illər ayrı-ayrı regionlarda müəllifin rəhbərliyi ilə çay 
(S.Z.Məmmədova, C.Ə.Şabanov), sitrus (L.C.Qasımov), pambıq (M.M.Əsgərova, K.Q.Nuriyeva), taxıl 
(A.B.Cəfərov, M.Ə.Yusifov), üzüm (M.M.Yusifova), zeytun (S.B.Rəcəbova), yem (A.Həsənova, 
M.Ə.Bayramov), meşə (N.A.İsmayılova), tərəvəzaltı (N.Ə.Sultanova) torpaqların regional aqroekoloji və 
ekoloji modelləri tərtib edilmişdir. 90-cı illərdə Q.Ş.Məmmədov tərəfindən torpaqların aqroekoloji (ekoloji) 
münbitlik modelinin praktikada tətbiqini asanlaşdırmaq, onun əsasında torpaqların münbitliyini qorumaq və 
onun geniş  təkrar artımını  həyata keçirmək, o cümlədən münbitliyin artırılmasına xidmət edən layihələrin 
hazırlanmasını asanlaşdırmaq məqsədilə onu vahid formada, yəni «münbitliyin ekoloji pasportu» formasında 
işlənilməsi təklif edilmiş və bu təklif praktikada öz tətbiqini tapmışdır.  
 Müəllifin araşdırmalarının nəticəsi  kimi, həmin dövrdə Azərbaycan ərazisində torpaq üzərində ekoloji 
monitorinqin təşkilinin proqramı  işlənmişdir. Bu proqram əsasında torpaq monitorinqinin əsas vəzifələri 
müəyyən edilmişdir. Torpaq üzərində ekoloji monitorinqin təşkilinin  ən  əhəmiyyətli nəzəri və praktiki 
məsələlərindən biri də müşahidələr üçün sahələrin seçilməsidir. Proqrama uyğun olaraq Q.Ş.Məmmədov 
tərəfindən respublikamızda 40 çay hövzəsi daxilində ekoloji bölgələrin – suayrıcı, tranzit və akkumulyasiya 
sahələrinin ayrılması və bu sahələr daxilində ekoloji nəzarətin – monitorinqin təşkili təklifi irəli sürülmüşdür.      
Əvvəlki onilliklərdə olduğu kimi bu dövrdə  də  şorlaşmış  və  şorakətləşmiş torpaqların tədqiqi və 
meliorasiyası torpaqşünas alimlər və melioratorlar qarşısında duran bir nömrəli problem hesab edilirdi. 
Meliorasiya sahəsində  əsas araşdırmalar respublika ərazisində yayılmış torpaqların  şorlaşma dərəcəsinin 
müəyyən edilməsinə,  şorlaşma və  şorakətləşməyə  məruz qalmış torpaqların genezisinin, diaqnostikasının 
öyrənilməsinə, meliorativ rayonlaşdırmanın  əsas prinsiplərinin işlənməsinə,  şorlaşmış torpaqların meliorasiya 
üsullarının hazırlanmasına, meliorasiya olunmuş torpaqlardan istifadə dövründə baş verən dəyişikliklərin 
öyrənilməsinə yönəldilmişdir. Bu tədqiqat işləri akademik V.Volobuyev, M.Abduyev, İ.İsgəndərov, Y.Sultanov, 
Q.Əzizov və başqa mütəxəssisilər tərəfindən aparılmışdır. 
Su-duz balansı tədqiqatları əsasında meliorasiya olunan torpaqlarda baş verən dəyişikliklər öyrənilmiş, su-
duz rejiminin proqnozlaşdırılmasına, tənzimlənməsinə  və optimallaşdırılmasına xidmət edən bir sıra riyazi 
modelləri işləməyə imkan vermişdir. Kür-Araz ovalığı torpaqlarının bütövlükdə və həmçinin ayrı-ayrı zonalar 
(Şirvan, Muğan, Mil və Qarabağ) üzrə müxtəlif miqyasda duzluluq xəritələri hazırlanmışdır. 
Keçən  əsrin 60-80-ci illərində respublikada genetik torpaqşünaslığın müstəqil qolu kimi inkişaf etdirilən 
Torpaq ekologiyası və energetikası təliminin (V.Volobuyev) əsası qoyulur. Eksperimental və ümumiləşdirilmiş 
tədqiqatlara istinad edilərək V.Volobuyev və onun şagirdləri tərəfindən torpaq-bitki-atmosfer sistemində gedən 
proseslərin qanunauyğun  əlaqəsi müəyyənləşdirilmişdir. Bu tədqiqatların nəticələri “Dünyanın torpaqları 
sistemi” və başqa monoqrafiyalarda öz əksini tapmışdır. 
Zonal torpaqlarda 80-90-cı illərdə çoxillik kompleks tədqiqatlar, o cümlədən stasionar şəraitdə mövsümi və 
çoxillik müşahidələr aparılmış və bu tədqiqatlar nəticəsində ayrı-ayrı torpaqların hidrotermik rejiminin mövsümi 
dinamikası, mikroorqanizmlərin fəaliyyəti, pH, fitokütlənin məhsuldarlığı, üzvi maddələrin toplanması, 
parçalanması  və transformasiyası, torpağın fermentativ fəallığı, humus birləşmələrinin, ilk növbədə amin 
turşularının keyfiyyət və  kəmiyyət tərkibi öyrənilmişdir. Torpaqların fermentativ fəallığının dinamikasına 
ekoloji amillərin müxtəlif nisbətlərinin təsiri müəyyən edilmişdir (B.Həsənov, X.Həsənov, Ç.Cəfərova və 
başqaları).  
İlk dəfə olaraq ərazinin relyef şəraiti - plastikası  nəzərə alınmaqla Azərbaycan respublikasının 1:600000 
miqyasında torpaq xəritəsi hazırlanmış, Azərbaycan və rus dillərində çap olunmuşdur (1991). 
Azərbaycanın iri kənd təsərrüfatı  və meliorativ obyektləri torpaqlarının fiziki xassələri, su-hava və 
temperatur rejimi R.Məmmmədov tərəfindən 60-cı illərin sonlarından başlayaraq 90-cı illərin ortalarına kimi 
intensiv şəkildə tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində  torpaqların fiziki konstantlarının xəritə-sxemləri 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə