Qərib Məmmədov


§114.  Şaquli qurşaqlığın  əsas qanunauyğunluqları və ayrı-ayrı dağ



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə4/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   193

 
11
§114. 
Şaquli qurşaqlığın  əsas qanunauyğunluqları və ayrı-ayrı dağ 
vilayətlərinin torpaqları  
 
XLI FƏSİL. SUBASAR TORPAQLAR  
 
XLII FƏSİL. QUMLAR VƏ QUMLU TORPAQLAR  
 
XLIII FƏSİL. DÜNYANIN TORPAQ ÖRTÜYÜ  
 
§115. Tropik qurşağın torpaq örtüyü  
§116. Subtropik qurşağın torpaq örtüyü  
§117. Subboreal (mülayim) qurşağın torpaq örtüyü  
§118. Boreal (soyuq-mülayim) qurşağın torpaq örtüyü  
§119. Qütb (soyuq) qurşağının torpaq örtüyü  
§120. Dünyanın torpaq ehtiyatları  
 
ƏDƏBİYYAT SİYAHISI  


 
12
Bu kitabı görkəmli torpaqşünas, ekoloq akademik Həsən Əlirza 
oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf edirəm. 
 
G İ R İ Ş 
 
Torpaqşünaslıq – torpaqlar, onların  əmələgəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların 
coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını 
müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində 
səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında 
elmdir. 
Torpaqşünaslıq  elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri V.V.Dokuçayev, P.A.Kostıçyev 
və N.M.Sibirtsevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, 
M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin 
inkişafında əməyi danılmazdır.  
 
Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ süxurlarının (fərqi yoxdur hansı) su, 
hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş“açıq” və 
ya xarici qatına torpaq deyilir”. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və 
heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun,  ərazinin relyefinin və    nəhayət, ölkənin 
yaşının olduqca mürəkkəb qarşılıqlı    təsiri”  nəticəsində yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın 
ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan 
biomineral (“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. 
Torpağın əsas xassəsi münbitliyidirMünbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən 
ötrü qida elementləri və su, onun  kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd 
etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu “yer kürəsinin quru 
səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir”.  
Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii 
amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial 
şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007). 
Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu 
var. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə 
bağlı  əhəmiyyətli proseslər, o cümlədən bitki qidasının  əsasını  təşkil edən küli elementlərin və azot 
birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və mikroorqanizmlərin həyat 
fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral birləşmələrinin qarşılıqlı  təsiri və s. baş verir. 
Torpaqəmələgəlmənin bioloji mahiyyətinin dərk edilməsində V.R.Vilyams və V.İ.Vernadskinin xüsusi 
xidmətləri olmuşdur. 
İqlim şəraitinin, bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-ayrı ərazilərin yaşındakı 
fərqlər torpaqların təbiətdə müxtəlifliyini  şərtləndirir. Onların yayılmasının cöğrafi qanunauyğunluqları 
torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən olunur. Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu
 
qanunauyğunluqlar  iqlim və bitki örtüyünün zonal dəyişikliyi ilə  əlaqədardır. Bu cəhət torpaqların üfüqi və 
şaquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün xüsusiyyətləri ilk 
növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə 
bağlıdır. 
Özünün xüsusi keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm 
məhsulu və  həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında  əhəmiyyətli 
mühit kimi çıxış edir. 
Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi halında olan torpaq örtüyü 
bütün bu sferalar arasında Yerdə  təşəkkül tapmış  və  özünün çoxçeşidli formalarında həyatın inkişaf və 
mövcudluğu üçün zəruri olan müvazinətin  saxlanmasında əvəzsiz şərt kimi çıxış edir. 
Münbitlik xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında  əsas istehsal vasitəsi kimi çıxış edir. 
Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, rejimlərinə  və münbitliyinə, 
həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə  təsir etməklə torpaqəmələgəlməni 
əhəmiyyətli dərəcədə  dəyişir; meşələrin salınması  və  qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii 
bitkiliyin görkəmini, qurutma və suvarma isə  ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın becərilməsi, 
gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və s.) də torpaqlara az təsir göstərmir. 
Nəticə etibarilə, torpaq  təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. 
Beləliklə, torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq  və 
akkumulyasiya edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. 
Kənd təsərrüfatında  əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri ilə  səciyyələnir: 
torpaq  əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə