QəRİBƏ adam



Yüklə 2,24 Kb.

səhifə1/23
tarix27.10.2018
ölçüsü2,24 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


_________________________________________Eşqə doğru    
 
 
 

 
 
 
 
        Elşad Ərşadoğlu 
 
 
 
   EŞQƏ DOĞRU
 
 
 
 
 
 
 
Bakı - 2014 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 

 
 
 
 
 
 
 
Redaktor: Fərid Hüseyn 
Rəssam: Ramil Əliyev 
Üz qabığının dizaynı: İlqar Tahiri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       Kitabda  Elşad  Ərşadoğlunun  “Yarsan  mənim 
ürəyimi..” və “Kələfin ucu” adlı şeir kitablarından 
bəzi  seçmə  nümunələr  və  son  illərdə  məhəbbət, 
fəlsəfi-ictimai,  təbiət  və  s.  mövzularda  yazdığı 
şeirlər toplanmışdır. 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 

 
 
 
 
 
      bir  çox  şairlər  öz  şeirlərində  görünmürlər.  Poeziyasız 
şeir, poetik iddialı mətn var, şair yoxdur, qələm çalanın 
ruhimənəvi  portret  cizgilərindən  əsər-əlamət  olmaması 
bir yana qalsın, yazanın ürək döyüntüləri belə eşidilmir, 
nəfəsi duyulmur. 
      Sonuncu  əsrin  birinci  dekadasında,  sıfırıncı  illərdə 
şeirə  gələnlərin  isə  çoxunun  öz  səsi  təəssüf  ki,  yoxdur. 
Avazlarında  yad  sədalar,  intonasiyalar  qulağa  dəyir. 
Özləri də çox uzağa getmirlər, bir, iki addım öndəki nəsl 
nümayəndələrinin  tanış  deyim  tərzlərini  təkrar-
alayırlar. Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, 
Nüsrət  Kəsəmənlidən  tutmuş  Vaqif  Bəhmənli,  Salam 
Sarvan,  hətta  şeir  yazan  dövrünün  Seyran  Səxavəti 
sadalanan  mənalarda  bostanları  ən  çox  uralanan 
müəlliflərdəndilər. 
      Gənc  şairlərin  portret  sərgilərində  daha  çox,  eləcə 
boş  asılmış  çərçivələrə  rast  gəlirik.  Təkcə,  altlarında 
yazılmış  adlardan  kimin  kim  olduğunu  sezmək 
mümkündür.  
 
       Avtopertret janrı isə, demək olar ki, tamam unudu-
lub. Yadda qalan olsa-olsa, üzlərin ümümi ifadəsidir
      Çağdaş şeirimizə yaşadığımız əsrin sıfırıncı illərində 
gələn  nəslin  öz  portret  cizgilərini  sərgiləməkdən 
çəkinməyən cürətli nümayəndələrindən biri, oxucu  


Elşad Ərşadoğlu ____________________________________ 
 
 

 
 
 
 
ünvanına  artıq  iki  kitab  göndərmiş  Elşad  Ərşadoğlu-
dur. Və özü də bu növbəti dəfə Elşad bir qədər də artıq 
ürəklə öz xarakter-portretinin başlıca ştrixini aşkarlayır: 
 
EŞQƏ DOĞRU 
 
       Yəqin,  xatırlatmağa  ehtiyac  yoxdur  ki,  bugünkü 
Azərbaycan oxucusunu sevgi şeirlərilə heyrətləndir-mək 
o  qədər  də  asan  bir  iş  deyil.  Heç  olmasa  ona  görə  ki, 
onun  lazım  gələndə,  ürəyi  istəyəndə  müraciət  etdiyi 
bədii  yatırda  bu  janrın  Füzulidən  tutmuş  ta  Ə.Vahidə, 
Ə.Kərimə,  lap  elə  N.Kəsəmənliyə  qədər  məlum  ustad-
ları var< 
      Bu  xəzinəyə  “Mən  bir  sevgi  adamıyam”  deyib 
qədəm qoyan Elşad təvazökarcasına “Sorma adım nədir 
mənim” pıçıltısıyla “Çıxarram üzə sevgimi” xəbərdarlığı 
edir  və  bu  yerdə  oxucu  bir  qədər  ehtiyatlı  olmaq 
ehtiyacı  hiss  edir,  çünki  onun  da  “Başına  nə  gəlib 
sevgidən  gəlib<”,  “Həm  çölünü,  həm  içini  talayıb<”, 
“Sevgi  qoxuyan”  adamların  qarışıq  ətri  təmiz  hava 
eşqilə  bu  qapını  açanları  balaca  çaşdırır.  Bu  yerdə 
oxucunun  köməyinə  “deyən  şairin  “Əlimə  bir  yekə  lapatqa  alıb  (!)  alıb,  bu 
dərdi  qəlbimdən  qaşıyam  gərək..”  qətiyyətli  qərarı 
gəlir< 


_________________________________________Eşqə doğru    
 
 
 

 
 
 
       
      Bəzi  müəlliflər  bilərəkdən,  ya  bilmədən  ekzistensial 
çıxışı  olan  iki  mövzuda  –  ölüm  və  sevgi  mövzularında 
yazılan  şeirlərin  asan  şöhrət  gətirdiyini  hiss  etdiklərin-
dən, bu mövzuları gərəyindən artıq istismar edirlər. 
     “Uzaqdan  gələsi  adam”a  “Ən  sərfəli  təklif”lə  “Dörd 
otaq  verirəm  öz  ürəyimdə”  vədilə  “olan  şairi  “o  gözəl  qızı”  sevəcəyi  halda  “nün  pası”  gedəcəyi  ümidilə  baş-başa  buraxıb,  “Axtar 
gör  özümün  harasındayam”  (!!)  lütfükar  dəvətilə  başqa 
şeirlərinə üz tuturuq. 
     “Qanadı  içində  quş  adam...”  olduğu  üçün  “azıb 
gəlib<”  düşdüyü  “sırasından sıyrılmağı bacaran gənc şair bu əndişələr-dən 
sonra  
                        Şükür, hələ sağ kimiyəm, 
İnsandan qaçaq kimiyəm. 
Nəsə, Yalquzaq kimiyəm, 
       Bənzərim var qurda mənim. – 
deyib,  qədim  türkün  dastanlarından  gələn  uzaq  əcda-
dını  xatırlayır,  “ürəyində  ahı<”,  “bədənində  ruhu 
əsir<”sə  də,  “Xəyalı  göylərdə  gəzir<”sə  də  “Ayaqla-
rım  yerdə  mənim<”  təsdiqilə  özünün  həyatın  təbəd-
dülatlarına  duruş  gətirəcəyi  inamını  yaradır,  “göylər-
dən qiymətli pay kimi aldı<”ğı “müəmma ru-hu<”nu, 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə