QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

_________________________________________Eşqə doğru    
 
 
 
67 
 
 
 
 
 
     İÇİBOŞ ADAMLAR 
 
             Mən doğulan gün ölmüşəm...                                                                                    
                          Həzrət ƏLİ 
 
Biz neçə qapıdan keçib gəlmişik
Seçilib gəlmişik, seçib gəlmişik. 
Uçub gedəcəyik, uçub gəlmişik, 
Qanadı içində quş adamlarıq. 
 
Məsum görünsək də çoxumuz üzdən, 
Fələk də baş açmır kələyimizdən. 
Allah da qalmır heç ürəyimizdə, 
Çölü bahar, içi qış adamlarıq. 
 
Hanı bənzərimiz, tayımız hanı, 
Sürüyə-sürüyə qalmışıq canı. 
Əl dəydi, səsimiz alır hər yanı, 
Nədən ki, biz içiboş adamlarıq. 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
68 
 
 
 
 
 
           Oğru tək yaşarıq, buraxmadan iz, 
           Gün-gündən çoxalar ölümlərimiz. 
           Əgər doğulan gün ölmüşüksə biz
           Demək ki, yeriyən leş adamlarıq... 
 
                                                                         
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
69 
 
 
 
 
 
  AZIB GƏLMİŞƏM 
 
Göyləri gəzib gəlmişəm, 
Bir xəbər sezib gəlmişəm. 
Mən yolu azıb gəlmişəm, 
Nəyşim vardı burda mənim. 
 
Gəlib burda sıxılmışam, 
Bir bədənə yığılmışam. 
Kədərdənmi doğulmuşam, 
Dözümüm var dərdə mənim? 
 
Şükür, hələ sağ kimiyəm
İnsandan qaçaq kimiyəm. 
Nəsə Yalquzaq kimiyəm, 
Bənzərim var qurda mənim. 
 
Ürəyimdə ahım əsir, 
Bədənimdə ruhum əsir. 
Xəyalım göylərdə gəzir, 
Ayaqlarım yerdə mənim... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
70 
 
 
 
 
 
    ...Bir gün xəyal göydən gələr, 
    Gələr, göylər də dincələr. 
    Ruhum göylərdə dincələr, 
    Bədənim qəbirdə mənim... 
 
                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
71 
 
 
 
 
 
 
                          YOL 
 
İllərdi bir vüsalın həsrəti canımdadı, 
Beynimdə, ürəyimdə, ruhumda, qanımdadı. 
İllərdi Haqqa doğru gedirəm, yanımda da, 
Zülmət adlı dünyanın sakinləri kölgələr. 
 
Allaha gedən yolun əvvəli sirr, sonu sirr, 
Allaha gedən yolum gəlib içimdən keçir. 
Qoymur tez gedim, məni yubandırır, ləngidir, 
İçimdəki dolaylar, içimdəki döngələr. 
 
Bu yoldan neçə dənə yol ayrılarmış, Allah!? 
Hansı daha kəsədir, mən biləydim kaş, Allah! 
Ürəyimdə, ruhumda tək hakim olmuş, Allah! 
Ümidlərin ən yaxın qohumları “bəlkə”lər. 
 
Ancaq onu bilirəm, nə gəlsə də başıma, 
Eniş-yoxuş, daş-kəsək çıxsa belə qarşıma, 
Bu yolun sonunda bir qovuşma var, qovuşma!!! 
Ruhum öz bütövünə qovuşar və dincələr... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
72 
 
 
 
 
 
                            NƏZİR 
 
        Göylərdən qiymətli pay kimi aldım, 
        Müəmma ruhumu, bu sirr ruhumu. 
        Dedim birdən geri dönmək istəyər, 
        Etdim bədənimdə əsir ruhumu. 
 
        Daima dərd çəkir, işi-gücü var, 
        Canında o qədər ağrı, sancı var...  
        Dünyada nə qədər qəm var, acı var,  
        Parkda gəzər kimi gəzir ruhumu. 
 
        Küsüb küncdə duran bu şən ürəyim,  
        İçimdə istidən bişən ürəyim, 
        Gündə bir sevdaya düşən ürəyim, 
        Eləyir hey, əsir-yesir ruhumu. 
 
        Heç vaxt qəm kədərə yaxa verməyir, 
        Kədər ha əlləşir, yıxa bilməyir. 
        Hələ də bir yerə çıxa bilməyir,  
        Qələm neçə ildir çözür ruhumu< 
 


_________________________________________Eşqə doğru    
 
 
 
73 
 
 
 
 
 
Bir gün doğmalara bəxş edəcəm qəm, 
Nəyim var yığşırıb eyləyəcəm cəm, 
Durub ölüm adlı pirə gedəcəm, 
Verəcəm Allaha nəzir ruhumu... 
 
 
 
 
 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
74 
 
 
 
 
                             HAMI GEDİR 
 
Hərə bir az gəzir məni
Hərə bir az çözür məni, 
Hərə bir az sevmir məni, 
Hərə bir az atır gedir. 
 
Zalım, qorxulu adamlar, 
Həsrət qoxulu adamlar, 
Ax, bu yuxulu adamlar, 
Gəlib məndə yatır gedir. 
 
Nəyi deyir ver, verirəm, 
Ürək açıb sirr verirəm. 
Ürəyimdə yer verirəm
Gedən vaxtı satır gedir. 
 
Gedənlər baxmır sözümə, 
Heç belə baxmır üzümə. 
Gələnlər dəymir gözümə, 
Elə hamı gedir, gedir... 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə