QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Elşad Ərşadoğlu ____________________________________ 
 
 
82 
 
 
 
                                         
                                   
                      GEDƏCƏM 
 
      Bir gecə yarısı sökülməmiş dan, 
      Bir lal aydınlıqla dolanda hər yan. 
      Yerlərdən göylərə “ay işığı”ndan, 
      Özümə bir cığır açıb gedəcəm. 
 
      Düşürüb çiynimdən - doğma yerindən
      Bir az agah olub dərd-sərindən. 
      Girib qılığına, mələklərimdən 
      Uçmağı öyrənib uçub gedəcəm. 
 
      Gecə həzin-həzin əsəndə külək, 
      Hamıdan xəbərsiz, gizli, sevincək, 
      Ana qucağına qaçan uşaqtək, 
      Göylərin qoynuna qaçıb gedəcəm. 
 
      “Dayanıb lap yaxın, nəfəs-nəfəsə”, 
       Tutub əllərindən deyəcəm nəsə. 
       Bir gözəl gecədə, bir gözəl qıza, 
       Mən öz ürəyimi açıb gedəcəm< 
 


_________________________________________Eşqə doğru    
 
 
 
83 
 
 
 
 
 
GEDƏNLƏR  GERİ  QAYITMAZ  
 
Bu ki adam deyil, qərib səsdi, səs, 
Quru bir nəfəsdi, quru bir qəfəs. 
Bir ürək, bir könül ovlaya bilməz, 
Könlü bir mələyə ov olub gedib. 
 
Bu adam göylükdü, yerdə düzəlməz, 
Kilsədə düzəlməz, pirdə düzəlməz, 
Bir də sevinc açmaz, bir də düzəlməz
İçində xoşbəxtlik sovulub gedib. 
 
Təklikdən çırpınan qonaq ürəyi, 
Ahıl ömür sürən uşaq ürəyi, 
Onun həlim qəlbi, yumşaq ürəyi, 
Acı kəlmələrdən ovulub gedib... 
 
Bir də üz çevirməz bəri, qayıtmaz, 
Həmişə görsənər yeri, qayıtmaz. 
Qayıtmaz, gedənlər geri qayıtmaz, 
Gedən öz xoşuyla qovulub gedib... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
84 
 
 
 
 
 
             24  YAŞDA  TƏƏSSÜRATLARIM 
 
    Canım-gözüm, sanma atam, 
    Anam böyütdü məni. 
    Mən zamanın övladıyam, 
    Zaman böyütdü məni. 
 
    Mənim kimi olmaz heç kim, 
    Günüm xəyallarda keçdi. 
    Gümandan gümana düşdüm, 
    Güman böyütdü məni. 
 
    Çatmasa da köməyimə,  
    Tuş gəlsə də gileyimə, 
    İyirmi dörd il ürəyimə, 
    Daman böyütdü məni. 
  
    “O”, böyüdən böyütdü ki, 
    Seçə bilim tükdən tükü. 
    Məndən inam, məndən sevgi, 
    Uman böyütdü məni... 
 


_________________________________________Eşqə doğru    
 
 
 
85 
 
 
 
  
 
     ALVERÇİ İLLƏR 
 
   Canım-gözüm, bilirsən, 
   Qayatək sərt idim mən. 
   İçimdən axıb gedən, 
   Sellər dəyişdi məni. 
 
   Gah kədərlə oldum tən
   Gah çağladım sevincdən. 
   Başıma sığal çəkən, 
   Əllər dəyişdi məni. 
 
   Sonsuzluğa baş alan, 
   Min yol dolub boşalan. 
   İçərimdən başlanan, 
   Yollar dəyişdi məni. 
 
   Bulaşdım çox sirrinə, 
   Əllərinin kirinə. 
   Satdıqca bir-birinə, 
   İllər dəyişdi məni... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
86 
 
 
 
 
 
              MARAQLI  MƏŞĞULİYYƏT 
 
      Bir həsrət var canımda, 
      İliyimdə, qanımda. 
      Heç kim yoxdur yanımda, 
      Mən də yoxla məşğulam. 
 
      Anı ana satıram, 
      Aldadıram, atıram. 
      Zamanla baş qatıram, 
      Atam, vaxtla məşğulam. 
 
      Yuxum ölür gözümdə. 
      Qəlbdən gələn sözüm də
      Gəlib azır ağzımda, 
      Karıxmaqla məşğulam. 
  
      Dünya kiçilib necə. 
      Ev dar, otaq balaca. 
      Oturmuşam bu gecə, 
      Darıxmaqla məşğulam. 
  


_________________________________________Eşqə doğru    
 
 
 
87 
 
 
 
 
                
            GECİKMƏK 
 
Tələsib, 
vaxtından tez gəldim bu dünyaya... 
Sonra da ki, 
bu vaxtından əvvəl gəlişin  
arxayınlığıyla, 
hər şeyə, 
hər yerə, 
həmişə, 
hər dəfə gecikdim... 
Qatdım boş işlərlə hədər, başımı. 
Elə qarışdırdı kədər başımı, 
sevincə gecikdim, 
kefə gecikdim, 
səhər dərsə, 
axşam evə gecikdim. 
Gecikməkdə keçdi ömrümün çoxu... 
Nəyisə, 
haradansa 
başlamağa gecikdim... Ərindim... 
Oturub gözlədim elə beləcə... 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
88 
 
 
 
 
 
    Yaşamağa gecikdim - 
    başqaları yaşadı, 
    mənsə süründüm... 
    Sevməyə gecikdim - 
    gözəl qızları  
    başqaları sevdi, 
    mən də həsrətin çəkdim... 
    Oturub bütün günü
    itirdiklərimin xiffətin çəkdim... 
 
    Daha mənə dərs oldu... 
    Bu dünyada  
    nə qədər geciksəm də, 
    o dünyaya –  
    ölümə gecikən deyiləm qəti... 
 
 
 
 
 
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə