Elşad Ərşadoğlu ____________________________________
96
GÖZƏ GƏLİR
Ha ölçürəm nəsə çölüm,
İçərimdən qısa gəlir.
Qəm də məndən əl çəkmir ki,
Köhnə gedir, təzə gəlir.
Dərdlərim var, dağdan ağır,
Hamısı da kövrək, fağır.
Gizləsəm qəlbimi sıxır,
Deyirəm də gözə gəlir.
Ana, könlüm sözə möhtac,
Gözüm toxdur, ürəyim ac.
Bir yaxşı can süfrəsi aç,
Bu gün ölüm bizə gəlir.
_________________________________________Eşqə doğru
97
HƏYAT GÖZƏL HƏYATDI
Kim nə deyirsə desin,
həyat gözəl həyatdır...
Bir sözlük arzu ilə
yüz il yaşamaq olur.
Yumruq boyda ürəkdə
dünya boyda sevinc-qəm
çəkib daşımaq olur.
Şirin bir kəlmə ilə,
isti bir nəvazişlə
min məzlumun, bədbəxtin
üzün güldürmək olur,
könlün oxşamaq olur.
Daha nə istəyirik?
Daima insanların
ilıq təbəssümündə
yuyuna bilməkdən
gözəl nə var ki?
Hələ sevib-sevilmək
yaşayırsa canında,
Elşad Ərşadoğlu ____________________________________
98
Həyat adlı bir gözəl
dayanıbsa yanında,
bir gündüzün sönəndə,
bir axşamın yananda,
işdən-gücdən, şəhərdən
hər gün evə dönəndə,
qapının çölündə
əynindən mələk-mələk
qızların baxışların
soyunub gəlməkdən
gözəl nə var ki?
Demək, yaşamaq olar,
vicdanın ki, rahatdır.
Ümidlərin dipdiri,
xəyalların qanadlı...
Bu sevgili həyatda
sevimli insan kimi
yaşayıb ölməkdən
gözəl nə var ki?..
_________________________________________Eşqə doğru
99
ÖLÜM MƏNİ BAĞIŞLASIN
Daha qəmlə şən deyiləm,
Qəmlə dəmləşən deyiləm.
Tərgitdim, çəkən deyiləm,
Zülüm məni bağışlasın.
İndi daha səhər-axşam,
Kam alıram sevincdən, kam.
Saçımı təzə yumuşam,
Külüm məni bağışlasın.
Çölümdə iz qoysa da qəm,
Arzu-dilək içimlə tən.
Mən içimdən ibarətəm,
Çölüm məni bağışlasın.
Kim deyir həyat acıdı,
Ömür qəmdən balacadı?
Ağlasan, Allah acımır,
Gülüm, məni bağışlasın.
Elşad Ərşadoğlu ____________________________________
100
Qarşıdadır ömür hələm,
Qarşımdadır varaq, qələm.
Şair olmaq istəyirəm,
Ölüm məni bağışlasın.
_________________________________________Eşqə doğru
101
YAŞAMAQLA MƏŞĞULUQ
Bu gündüzlər, gecələr,
Dönüb, dolanıb gedər.
Axşam qurtarıb, səhər,
Başlamaqla məşğuluq.
Yaxşı, pis, ucuz, baha,
İlkə dönür bir daha.
Hər gün bir az, Allaha,
Oxşamaqla məşğuluq.
Hamımızda bir peşə,
Çevrilibdi vərdişə.
Ömürü yaşdan-yaşa,
Daşımaqla məşğuluq.
Bir fərli içimiz yox.
Heçimiz-köçümüz yox.
İşimiz-gücümüz yox,
Yaşamaqla məşğuluq...
Elşad Ərşadoğlu ____________________________________
102
SEVİNC DƏ BİR YÜKDÜ
Dilə gəlib ruhum yenə,
Gəl, qulaq as bir az mənə.
Sevinc qədrin bilməyənə,
Sevinc də bir yükdü.
Həyat bir az sərt kimidi,
Məkrli, namərd kimidi.
Xoşbəxtlik də kart kimidi,
Kim ki, çəkdi, çəkdi.
Dünya sənlə əlbəyaxa,
Çəkəcəkdi çox sınağa.
O dünyada yaşamağa,
Bu dünya bir görkdü.
Həyat yükü dağdan ağır,
Kürəyini edər yağır.
Baxmağına kor da baxır,
Əsası görməkdi<
_________________________________________Eşqə doğru
103
SÜRÜNƏNLƏR KÖLGƏ OLUR
Tanrı bizi əfəl görüb,
Bu puç dünyaya göndərib.
Hərəmizə bir dərd verib,
Əynimizə yekə olur...
Ömrünü yedikcə illər,
Bu dünyada hamı inlər.
İşıq salır dik gəzənlər,
Sürünənlər kölgə olur.
Şərə uyan adamların,
Haqqa qıyan adamların,
Həyat əyən adamların,
İçi döngə-döngə olur.
Qəlbində inam öləndə,
Çaşanda, Haqqdan dönəndə.
İnsan Allahdan dönəndə,
Hər şey dönür bəlkə olur...
Dostları ilə paylaş: |