Elşad Ərşadoğlu ____________________________________
104
Həyat yaman qəribədir,
Gedən gəlir, gələn gedir.
Gedənlər vüsala yetir,
Əzrail də Yengə olur.
_________________________________________Eşqə doğru
105
QƏLƏMİN GÖZ YAŞI
... Şairlər çox zaman ağlaya
bilmirlər. Onların əvəzinə
qələmləri ağlayır...
Vaqif BAYATLI ODƏR
Deyirdim, söz niyə belədir görən?
Ən yaxın dostuymuş ürək qələmin.
Niyə çoxlarını göynədir görən?
Şeir göz yaşıymış, demək, qələmin.
Gecələr mənimlə qalıb baş-başa,
Qələm ürəyimin oldu sirdaşı.
Yerimə ağlayıb ağ vərəqlərin,
Tökdü ağ bəxtinə qara göz yaşı.
Paylayıb dostuna, qonağına o,
Qoymadı söz adlı dürr qala məndə.
Girib ürəyimin qılığına o,
Qoymadı bir dənə sirr qala məndə.
Elşad Ərşadoğlu ____________________________________
106
Axıdıb gözünün mürəkkəb yaşın,
Başını vərəqə döydü bu qələm.
Uca eyləməkçün mənim başımı,
Özü vərəqə baş əydi bu qələm.
Köçürüb vərəqə məndən kədər, qəm,
Dərdimi-sərimi yox etdi mənim.
Vərəqin üzünü qaraldan qələm,
Hər yerdə üzümü ağ etdi mənim.
_________________________________________Eşqə doğru
107
ŞAİR ÖMRÜ
Dostum, şair Fərid Hüseynə...
Yaşamaq deyil ki,
sonsuz göylərdən başlayıb,
ta həyatın dibinə qədər
enmək-gərilməkdi
şair ömrü...
Həsrətə bələnib,
qəmə bükülüb,
hirs-hirs,
nifrət-nifrət,
kin-kin sökülüb,
uçub tökülüb,
sevgi-sevgi hörülməkdi
şair ömrü...
İçində ağlayıb,
kiriyib ölüb,
arzusu qəlbində
çürüyüb, ölüb,
Elşad Ərşadoğlu ____________________________________
108
söz-söz,
misra-misra,
əriyib, ölüb,
sonra,
şeir-şeir dirilməkdi
şair ömrü...
_________________________________________Eşqə doğru
109
YAZIÇI ALLAH
Allahdı sirrinə agah dünyanın,
O bilir əvvəlin, o bilir sonun.
Allah yazıçıdı, dünya da onun,
Hələ də bitməmiş şah əsəridi.
Bəxtimiz, yazımız, ay canım-gözüm,
Hələ doğulmamış yazılıb bizim.
Alın yazımız var hər birimizin,
Qırışlar da onun sətirləridi.
Ürək də yol gedir, saxlamaq olmaz,
Elə yüyürür ki, haqlamaq olmaz.
Onu tək sevgiylə bağlamaq olmaz,
Ürək həm də kin, nifrətin yeridi.
Bu dünyada heç nə yoxdu sözə tən,
Söz çiy olmaz ürəyində bişirsən.
Ürək də yazanda yüngülləşirsə,
Deməli, şeir də qəlbin kiridi.
Elşad Ərşadoğlu ____________________________________
110
ALLAH BOLLUĞU
Qəribədir,
var-dövlətin üstündə
bir-birin didir insan,
bir-birinə qənimdi.
Di gəl ki,
altı milyard insana
bir nəfər Allah düşür,
heç Allahın üstündə
bir-birin qıran yoxdur.
Heç kim demir ki,
Allah sənin deyil,
mənimdi...
...Ya Allah sirr olduğuyçün,
heç kəs bilmir nədir deyə,
ya da ki,
çox böyükdü
hamıya çatır deyə...
_________________________________________Eşqə doğru
111
RUHUMA
BİRTƏHƏR DƏYİRSƏN NƏSƏ
Niyə belə qayğılısan, ay Allah,
Sənin də işlərin düyün düşübdü?
Gah göy guruldayır, gah şimşək çaxır –
Hər tərəfə səsin-küyün düşübdü.
Dərdini-sərini ver getsin yelə,
Mənə bir xoşbəxtlik borcun var hələ.
Boylanma ümidsiz-ümidsiz belə,
Yerin göyə qalxıb, göyün düşübdü?
Sən həssas, duyğusal, mən həlim, kövrək,
Belə olmayaydıq əvvəldən gərək...
Eh...sənin də yaşamaqdan mənimtək,
Taqətin tükənib, heyin düşübdü...
Dostları ilə paylaş: |