Elşad Ərşadoğlu ____________________________________
112
ÜZÜ ASTARINDAN BAHA ÇIXIRAM
Sənin ad gününə gül dərmək üçün,
Sinəmə çəkdiyin dağa çıxıram.
Salam SARVAN
Mat qalmışam bu beş-altı kəlməyə,
Elə özün dağ deyilsən sən bəyəm?
Salam Sarvan, sən gül-çiçək dərməyə,
Mən “Haqq”ı görməyə dağa çıxıram.
Qəlizsə də könlümün bu istəyi,
“Su yoluna” döndərmişəm mən göyü.
Gündüzlər götür-qoy edib hər şeyi,
Gecələr dırmaşıb aha çıxıram.
Doğrusu, bilmirəm heç nədən olub.
Kim bilir, bəlkə də heçnədən olub.
İnsanlar sürtülüb, sürüşkən olub,
Ona görə mən Allaha çıxıram...
_________________________________________Eşqə doğru
113
...Eh, məni neynirsən deyirəm, Allah!
Oğlunam, dostunam, nəyinəm, Allah!?
Mən sənə sərf edən deyiləm, Allah!
Üzü astarından baha çıxıram.
Elşad Ərşadoğlu ____________________________________
114
BU ÖMÜR ÇOX SIXIR MƏNİ
Bəzən edib şəkk, sevdiyim,
Növ-növ, rəngbərəng sevdiyim,
Ey görmədən tək sevdiyim,
Səni sevdim, başqa sevda
Keçməz eynimdən, eynimdən.
İçimdəki istəyimlə,
Min arzumla, diləyimlə,
Di gəl, sevən ürəyimlə,
Bu sevgisizlər içində,
Bilməm neynim mən, neynim mən.
Kədər adlı fağır məni,
Hey yandırıb yaxır məni.
Bu ömür çox sıxır məni,
Daha tablaya bilmirəm,
Çıxar əynimdən, əynimdən...
_________________________________________Eşqə doğru
115
İÇİMDƏ BİR İŞIQ ÖLÜB
Hələ dəyməmişəm, kalam,
Hələ öz nəfsimə qulam.
Ömrü sökməklə məşğulam,
Hörmürəm, Allah, hörmürəm.
Böyümüşəm, uşaq ölüb,
Saflığı qarışıq ölüb.
İçimdə bir işıq ölüb,
Görmürəm, Allah, görmürəm.
Bir canım var, ildən-ilə,
Sevib qoruyuram hələ.
Səndən aldım, Əzrailə
Vermirəm, Allah, vermirəm...
Elşad Ərşadoğlu ____________________________________
116
NİYƏ YALVARIRSAN?
Adam oğlu, dayan, dur bir,
Fikrin nədir, qəsdin nədir?
Allah sənin özündədir,
Göyə niyə yalvarırsan?
Haqq sevgin varsa ürəkdə,
Gözlə, sevinc gələcək də.
Lazım bilsə verəcək də,
Guya, niyə yalvarırsan?
Axı səni o Yaradan,
Böyük yaradıb, ay insan!
Allahın bir parçasısan,
Niyə, niyə yalvarırsan?
Bitməzmi göylərə sözün?
Çək göylərdən daha gözü!
Gözləyirsən Allah özü
Deyə, “niyə yalvarırsan?..”
_________________________________________Eşqə doğru
117
Adam oğlu, dayan, dur bir,
Fikrin nədir, qəsdin nədir?
Allah sənin özündədir,
Göyə niyə yalvarırsan?
Elşad Ərşadoğlu ____________________________________
118
MƏNDƏN BİRİNİ DƏ YARAT
Çevrilə-çevrilə sözə ömrümdə,
Yaman köhnəlmişəm təzə ömrümdə.
Sanki itirmişəm nəsə ömrümdə,
Hər an axtarıram, hər an gəzirəm.
Ürəyim qəmlidir, gözlərimsə şən,
Necə də qəribə bir insanam mən.
Özüm səadəti verrəm əlimnən,
Sonra qapı-qapı güman gəzirəm.
Sən mənə qanad ver, qanad, İlahi,
Qoy uçum yanına rahat, İlahi.
Məndən birini də yarat, İlahi,
Bu tənha ruhuma həyan gəzirəm<
Yox e, tək səndədir dərdimə məlhəm,
Könlümü sənintək ovutmaz bəndən.
Bir insan cildində qarşıma çıx sən,
Məni bir anlayan, duyan gəzirəm<
Dostları ilə paylaş: |