_________________________________________Eşqə doğru
119
ƏLÇATMAZ ARZU
Könlümə bir səfeh güman düşübdü,
Bilmirəm hayandan, haçan düşübdü,
İnsanlıq gözümdən yaman düşübdü,
Hərdən Allah olmaq keçir könlümdən.
Qəlbimdə yurd salan bu müdhiş sözü,
Deməkçün tapmıram cəsarət, dözüm.
Açıb ağartmağa qorxuram düzü,
Hərdən Allah olmaq keçir könlümdən.
Sinəmdə neçə dağ bezdirir məni,
Yalan, böhtan, nahaq bezdirir məni.
Hərdən adam olmaq bezdirir məni,
Hərdən Allah olmaq keçir könlümdən.
Dolaşıq kələfin ucun görməyə,
Hər kəsin savabın, suçun görməyə,
Bəzi ürəklərin için görməyə,
Hərdən Allah olmaq keçir könlümdən.
Elşad Ərşadoğlu ____________________________________
120
Sevgiyə bürünüb qəlbə dolmağa,
Ürəkdə qalmağa, ruhda qalmağa,
Yaxşı adamlara yaxın olmağa,
Hərdən Allah olmaq keçir könlümdən.
Kiminsə haqqını yemirəm ki mən,
Allah yoxdu filan, demirəm ki mən,
Allahı o qədər sevirəm ki mən,
Hərdən Allah olmaq keçir könlümdən.
_________________________________________Eşqə doğru
121
SİLKƏLƏ BU DÜNYANI
Ey çürük insanlarla dolu
dünyanın bağbanı
hərdən
zəlzələnlə silkələ bu dünyanı,
çürükləri tökülsün,
yatanları oyansın.
Silkələ,
yerinə düşsün
öz yerindən çıxanlar -
yolunu azanlar...
Yaxşılar,
yamanlar,
çətinlər,
asanlar
yerbəyer olsun,
düzəlsin halı dünyanın...
Yaxşı-yaxşı silkələ,
elə silkələ ki,
dəymişi dura-dura,
tökülsün kalı dünyanın...
Elşad Ərşadoğlu ____________________________________
122
TANIŞ GƏLİR
Dünya mənə tanış gəlir...
Ramiz RÖVŞƏN
Ram
Elə şeylər var dünyada,
Bir az mənə tanış gəlir.
Dərin mənlik deyil qəti,
Dayaz mənə tanış gəlir.
Nə kökə qalıb, nə kökə,
Həsrəti özündən yekə.
Nə vaxtsa sevmişəm bəlkə,
Bu qız mənə tanış gəlir.
İllərmi əlimdən alıb?
Mən verməzdim, kimdən alıb?
Əvvəllər mənimmi olub,
Bu üz mənə tanış gəlir?
Ruhum bütövə can atır,
İllərdi ayrılıqdadır...
Suları ayrılıq dadır,
Araz mənə tanış gəlir...
_________________________________________Eşqə doğru
123
DÜNYA
Yenə də göy guruldayır,
dünyanın öskürəyi tutub...
Soyuqdəyməsi çıxmır
canından bu dünyanın.
İl boyu xəstə olur.
Gah göy guruldayır –
öskürür,
gah da külək əsir –
canına üşütmə,
əsməcə dolur.
Allah üz döndərib elə bil ondan,
üzünə baxmır.
Üstündə nə qədər evlər tikilir –
kürəyinə bankalar qoyulur,
yenə soyuqdəyməsi
canından çıxmır.
Ağrıları azalmır.
Üç ay qışı qalın,
Elşad Ərşadoğlu ____________________________________
124
ağ yorğana bürünüb,
nə qədər tərləsə də,
sağalmır.
Bilmirəm niyə?
Yenə yaz gələn kimi
başlayır öskürməyə.
Yayda da
qızdırma bürüyür canın.
Təngi-nəfəs olur,
havası çatmır,
nədənsə, bu dünyanın...
_________________________________________Eşqə doğru
125
BİR QARIŞLIQ DÜNYA
Yenə qarşılaşdıq
Dünya böyük deyil ki,
əvvəlindən sonuna cəmi bircə qarışdı.
Uzağı bircə addım...
Bu dünyanın harası,
nəyi böyükdü axı?
Sevinci də,
kədəri də,
bir ömürlük.
Qızları bir sevgilik,
bir həvəslik,
gözəlliyi bir baxım.
Havası bir nəfəslik,
suyu da ki bir udum.
Dünya böyük deyil ki,
əvvəlindən sonuna cəmi bircə qarışdı.
Uzağı bircə addım...
Guya kamil yaradıb,
bizi böyük Yaradan.
Dostları ilə paylaş: |