Elşad Ərşadoğlu ____________________________________
126
Di gəl ki,
ağıllımız,
dəlimiz,
avamımız,
bicimiz,
birimiz də bilmirik
niyə yaranmışıq biz.
Torpağıq,
ağacıq,
pambığıq,
ya quşuq biz.
Hər nəyiksə axır ki,
aldanıb,
bir qarışlıq dünyaya gəlmişik biz.
Bapbalaca bir yerdə
illərdi ki fırlanır
mənim zaman saatım.
Dünya böyük deyil ki,
əvvəlindən sonuna cəmi bircə qarışdı.
Uzağı bircə addım...
Dünya yaşamaqçün yox,
dünya baxmaq üçündür.
_________________________________________Eşqə doğru
127
(Ağıllını nə işi,
dünya axmaq üçündür.)
Gəldin,
gördün,
di yığış!
Bu da sənin ömrün,
bu da sənin həyatın.
Dünya böyük deyil ki,
əvvəlindən sonuna cəmi bircə qarışdı.
Uzağı bircə addım...
Elşad Ərşadoğlu ____________________________________
128
ÜŞÜTMƏ
Bu dünyada hər şey,
hamı üşüyür.
Biri soyuqdan,
biri istidən...
Dağ da dağlığıyla üşüyür.
Üşüyəndə
dumanı kürk tək atır çiyninə.
Torpaq da üşüyür.
O da ki, üşüyəndə
qar geyinir əyninə.
(Yeri gəlmişkən deyim:
baxışlar üşüyəndə
tor geyinir əyninə.)
Soyuq da üşüyür,
qar da üşüyür.
Hava da üşüyür.
O da qızınmaqçün
qaçır o yan – bu yana,
külək əsir – deyirik.
_________________________________________Eşqə doğru
129
Odun da canında soyuq var.
Soyuqdan donmamaqçün
od alışıb yanmırmı?
Hətta su da üşüyür.
Su soyuqdan donmurmu?
Nəyə baxsan üşüyür,
kimə baxsan üşüyür.
Bu üşütmə yayılıb
dünyanın hər yerinə.
İnsanlar da üşüyür.
Onunçün soyuqdurlar
bu qədər bir-birinə.
Bu dünyada hər şey,
hamı üşüyür.
Elə ona görə də
qaçır qızınmaq üçün.
Qaça-qaça,
tələsə-tələsə yaşayır.
(Yolda keçir ömür-gün.)
Beləcə,
nə varsa bu dünyada
öz sonuna tələsir.
Elşad Ərşadoğlu ____________________________________
130
Tələsir axşam-sabah.
Bu zaman da,
dünya da öz sonuna tələsir.
Sən də üşüyürsən deyəsən,
Allah!?
_________________________________________Eşqə doğru
131
UŞAQ EVLƏRİNDƏN REPORTAJ
Uşaq evlərindəki uşaqlar
bir-birinin eynidir.
Sanki, həyat surətini çıxarıb onların...
Burda heç nə tapılmaz
biri-birindən fərqli.
Burda uşaqların üzündəki
gülüşün özü deyil,
şəklidir.
Ağlayan gülüş şəkli...
Burda uşaqların
gülüşləri də eynidir,
göz yaşları da.
Sevincləri,
kədərləri,
dünyaya,
həyata baxışları da.
Hətta arzuları da...
Elşad Ərşadoğlu ____________________________________
132
Başqa bir dünyadır bura;
Qışı da,
yayı da,
soyuq,
sazaq bir dünya.
İnsanların və insanlığın
yadından çıxmış,
Allahın gözündən
uzaq bir dünya...
Heç kəsi gözündən oxumaq olmur.
Hamının gözlərində
eyni sözlər yazılıb.
Burda bütün uşaqlar
ümidindən asılıb.
Bura
böyük,
kiçik,
güclü,
zəif
bütün ümidlərin ölən yeridir.
_________________________________________Eşqə doğru
133
Burda bütün cümlələrin
qatilləri sual işarələridir.
Bir də ki,
üç nöqtə,
sükut,
səssizlik...
Burda həyat bir rəngdədir,
bir rəngi var;
R Ə N G S İ Z L İ K...
Dostları ilə paylaş: |