QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   2   3   4   5   6   7   8   9   ...   23

Elşad Ərşadoğlu ____________________________________ 
 
 

 
 
 
 
var,  acı  var,  parkda  gəzər  kimi<”  gəzdiyi  ruhunu 
ləyaqətlə yaşanmış bir ömürdən sonra bir gün “nəzir<” verəcəyini bilir, bilir ki: 
                                    Gələr, göylər də dincələr. 
                            Ruhum göylərdə dincələr, 
                            Bədənim qəbirdə mənim.” 
Bəlkə də, bu qaçılmaz sonluq ovqatı gənc müəllifin:  
Hərə bir az gəzir məni, 
 Hərə bir az çözür məni, 
   Hərə bir az sevmir məni
Hərə bir az atır gedir. – 
yaşantılarının, 
   Nəyi deyir ver, verirəm, 
                              Ürək açıb sirr verirəm, 
   Ürəyimdə yer verirəm, 
       Gedən vaxtı satır gedir. – 
heyrət və təəssüfünün, 
      Adamlar getdikcə bir-bir
                                İçimdə itir səs-səmir. 
        Bir kimsə doymaq istəmir, 
          Hərə bir az dadır gedir< – 
gileyinin nəticəsidir. 
    istəyirsən ki, təki bu əvvəl-axır gedəsi adamların  


_________________________________________Eşqə doğru    
 
 
 

 
 
 
 
böyük  hissəsi  onun  oxucuları  olsun  və  gedəndə  ondan 
doymayıb getsinlər< 
        Və  bu  sentimentləri  davam  etdirsək  görərik  ki,  bu 
gedən adamlar şairin “ürəyindən keçib gedir”: 
 Əvvəl ürəyimə gəlirlər 
      tənhalıqdan qorunmağa, 
 könüllərin ovutmağa, 
      göz yaşların qurutmağa, 
daha nələrə, nələrə< 
və sonra da: 
                                 Elə ki
 işlərin sahmanladılar, 
                                 təhlükəni addatdılar, 
                                 məqsədlərinə çatdılar, 
                              köçür ürəyim (n)dən, köçür adamlar< 
burası  pisdir  ki,  bu  allahsızlar  “təhlükədən  qorunmaq-
çün<”  şair  ürəyindən  “piyada  keçidi  kimi  istifadə 
edirlər<”                
       Ancaq,  şair  keçib  gedən  adamların  bu  sitəminə  də 
duruş gətirməyə təpər tapır, unutmur ki:  
       Yaxşı-pis hamı dırmaşar, 
        Özündən düşən adama< 
      Burası  da  var  ki,  cavanlıq  ucbatından  hövsələsiz 
həmyaşıdlarından  az  fərqlənən  müəllif  hərdən  “qoparıb<” özü də getmək istəyir, ancaq, dilindən  


Elşad Ərşadoğlu ____________________________________ 
 
 

 
 
 
 
quruca  bir  “çox  sağ  ol”  da  çıxmayan  o  adamların 
ardınca yox, əksinə:  
                   Qoyub bu dünyada dərdi-sərini
                   Gedəsən, bilməyə heç kəs yerini. 
                   Uçurub çiynindən mələklərini, 
                   Sonra ətəyindən tutub gedəsən< 
      Yaxşı olanı da budur ki, bölüşdüyü bu gizli planı 
reallaşdırmağın yol-yorağasını  da yaxşı bilir: 
                                    Uçmağı öyrənib uçub gedəcəm. 
      Lap yaxşı olanısa budur ki, bir az sonra “keçəl suya 
getməz” deyib, gənc həmkarımız toxtayır, xatırlayır ki:  
                   Qayıtmaz, gedənlər geri qayıtmaz, 
                   Gedən öz xoşuyla qovulub gedib< 
      Bu  minvalla  getmək  dərdindən  canını  qurtaran,  bir 
zamanlar “qaya kimi sərt” olduğunu yadına salan gənc 
dostumuzun səsində daha inamlı, major notlar səs-lənir, 
“yekə  dərd”ini    “nəfləndirmək”,  içizdirib  keflən-
dirmək”,  “sevinciylə  evləndirmək”  fikrinə  düşür, 
şuxluqla: 
                  Sevindirim işıq kimi, 
     Xoşbəxt edim aşiq kimi, 
                  Bütün günü uşaq kimi
                  Ağlayan yekə dərdimi. 
 


_________________________________________Eşqə doğru    
 
 
 

 
 
 
 
                Dərd olmasın qoy heç kimə, 
                                 Sevinc gətirsin içimə. 
                                 Və beləcə, sevincimə, 
                      Eləyim nökər dərdimi< – deyir. 
       Nəcib istəkdir. 
       Bu pozitiv təəssüratların ardından, zənnimcə onu da 
qeyd etmək yerinə düşər ki, Elşadın ölümlə bağlı böyük 
bir bölüm şeirləri sırasında ən çox xoş təsir bağışlayanı, 
mövzuyla dissonas səslənən və sonu: 
                                  Bu sevgili həyatda 
sevimli insan kimi 
                            yaşayıb ölməkdən gözəl nə var ki?... – 
sualıyla  bitən,  “Həyat  gözəl  həyatdır”  şeiri  oldu.  Başqa 
bir  mənzuməsində  isə,  “Zülüm  məni  bağışlasın.”  –  qərarı,  “Mən  içimdən  ibarə-
təm,/Çölüm  məni  bağışlasın.”  –  özünütanıtımı  və  nə-
hayət,  “Şair  olmaq  istəyirəm,/Ölüm  məni  bağışlasın.”  – 
qətiyyətli qənaəti isə lap ürəyimizcədir. 
Elə buradaca: 
Bir fərli işimiz yox, 
       Heçimiz-köçümüz yox, 
        İşimiz-gücümüz yox, (!) 
         Yaşamaqla məşğuluq... – 
deyintisi isə oxucunu bir qədər duruxmağa vadar edir. 
    


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
10 
 
 
 
 
      Onu  da  qeyd  edək  ki,  bu  ön  sözdəki  intonasiya 
dönümləri, dəyişiklikləri bizlik deyil, çünki Elşadın bizə 
təqdim  etdiyi,  kitabın  əlyazmasında  hər  şey  kor-kor, 
gör-gördür. Müəllif özü yaxşı deyir: 
                    Baxmağına kor da baxır, 
      Əsası görməkdi... 
Və biz də: 
                      “...söz-söz, 
                   misra-misra əriyib, ölüb, 
                   sonra,  
                      şeir-şeir dirilməkdi şair ömrü...” – kimi ağır 
və şərəfli bir cəzaya taledən məhkum edilmiş Elşad 
Ərşadoğluyla axıra kimi səmimi olduq, sözü düz üzünə 
dedik, çünki: 
                   İşıq salır dik gəzənlər, 
      Sürünənlər kölgə olur. 
    Və  elə  bu  səbəbdən  də,  uzadılması  mümkün  olan  bu 
yazını  çox  uzatmayıb,  bugünkü  gənc  şairlər  sırasında 
yüksək  əxlaq,  mədəniyyət  və  istedadı  ilə  seçilən  Elşad 
Ərşadoğlunun  bu  kitabına  ön  sözü  hələlik  buradaca 
bitirib, 
Cənubda doğulmuş Şimal adamı, 
   Qəddi bükülməyən şümal adamı... – 
adından imza qoyuruq. Yəni: 
                                                       Çingiz ƏLİOĞLU 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə