_________________________________________Eşqə doğru
141
Özün düşünməyə vaxt da tapmayıb,
Bizi gecə-gündüz düşünən kişi.
Allah, nələr çəkib o, 50 ildə,
Səbr edib, səbrini basıb yaşayıb.
Yoluna kədər də, dərd də çıxıbdı,
Yenə hamısına dözüb, yaşayıb...
Səninçün qəlbimdə söz düzüm-düzüm,
Bu təptəzə 50 yaşın mübarək!
50 yaş nədir ki, ay canım-gözüm?
İkinci əllidə görüşənədək!
Elşad Ərşadoğlu ____________________________________
142
HƏYAT EŞQİYLƏ DOLU ADAM
Əziz Müşfiq müəllimə…
Bir torpaq həsrəti, bir vətən dərdi,
Salıb içimizdə yurd, birləşdirir.
Məni sizin ilə hər şeydən əvvəl,
Qarabağ adında dərd birləşdirir.
Vətən həsrətlisiz siz də mənimtək,
Alıb qucağına bu həsrət bizi.
Gəlin birləşdirib birlikdə çəkək,
Bəlkə tez qurtardıq həsrətimizi.
Həyat eşqi yağır üz-gözünüzdən,
Fikir, düşüncəniz ümman kimidir.
Qəlbinizdə həyat qaynayıb daşır,
İçiniz sönməyən vulkan kimidir.
Hələ ömrünüzün bahar çağıdır,
Yetmiş, səksən, doxsan gözləyir sizi.
Ən böyük uğurlar, ən gözəl günlər,
Hələ qarşıdadır, səsləyir sizi.
_________________________________________Eşqə doğru
143
Şükür Allaha ki, hər bir sınaqdan,
Yaradan çıxarır üzüağ sizi.
Bir gözəl arzum var: gələn il bu gün,
Edim Füzulidə mən qonaq sizi<
Elşad Ərşadoğlu ____________________________________
144
_________________________________________Eşqə doğru
145
HƏR ŞEY
TƏBİƏTƏ
DÖNÜR SONUNDA...
Elşad Ərşadoğlu ____________________________________
146
_________________________________________Eşqə doğru
147
RUHUM SÖZ ÇƏKİR
Vurulmuşam gözəlliyə,
Yal-yamaca, dağ-dərəyə.
Qonub çiçəkdən çiçəyə,
Ruhum söz çəkir, söz çəkir.
Hörümçəklər bölük-bölük,
Ağaclara vurur hörük.
Arı şirə, qarışqa yük,
Kəpənək naz çəkir, naz çəkir.
Tısbağa təmkinli, ağır,
Həyalı, utancaq, fağır,
Başın qınından çıxarır,
Baxıb, tez çəkir, tez çəkir.
Göydən yerə axa-axa,
Damla süzür sola, sağa...
Yağış bu qara torpağa,
Yaşıl üz çəkir, üz çəkir...
Elşad Ərşadoğlu ____________________________________
148
...Anladım gözəllik nədir,
Hər şey bu gözəllikdədir.
Meylim bu gözəllikdə bir
Gözəl qız çəkir, qız çəkir...
_________________________________________Eşqə doğru
149
TƏBİƏTİN SİRLƏRİ
Gözəl təbiətin qoynunda gəzib,
Ömrümü, günümü uzadıram mən.
Bu sirli-sehrli ana təbiətin,
Sirlərin bilməyə can atıram mən.
Biləydim, nə vaxtdan eşqə düşübdü,
Çiçəkdən-çiçəyə uçan kəpənək.
Xısın-xısın nə danışır görəsən,
Çiçəklərə qəlbin açan kəpənək?
Yaxşı bilməz, yaman bilməz nədəndi?
Kimi gəldi dalamaqdı adəti.
Bir biləydim gicitkəndə hardandı,
İnsanları acılamaq xisləti?
Bəlkə tənhalığın odunu bilmir,
Künclərdə nə görüb, görən hörümçək?
Bəlkə azadlığın dadını bilmir,
Özü üçün zindan hörən hörümçək?
Dostları ilə paylaş: |