QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   ...   15   16   17   18   19   20   21   22   23

Elşad Ərşadoğlu ____________________________________ 
 
 
150 
 
 
 
 
 
Bu nəğməkar cırcırama, kim bilir
Təbiətin Xalq Artistidi, bəlkə. 
Metr-metr, çiçək-çiçək atlanıb, 
Yermi ölçür bələdiyyə çəyirtkə. 
 
Payızda soyuğun gəlişin duyub, 
Xəzəldənmi paltar geyir torpaqlar? 
Payızda budaqdan qopan meyvənin, 
Həsrətindən saralırmı yarpaqlar? 
 
Bir güllərdə adətə bax hələ sən, 
Öyrəşiblər ağlı başdan etməyə. 
Bulaqlara kim haqq verib görəsən
Gözəllərin dodağından öpməyə? 
 
Yordu məni bu cavabsız suallar, 
Yetər artıq, day bu qədər bəs eylər. 
Tanrı vurub düyününü anladım, 
Mən baş açan sirlər deyil bu sirlər. 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
151 
 
 
 
 
 
       Baş tutmadı bu arzum, bu istəyim, 
       Erkən soldu, çiçək ömrü yaşadı. 
       Allah bilən məsləhətdi neyləyim, 
       Bəlkə elə bilməməyim yaxşıdı... 
  
                                                              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
152 
 
 
 
 
              AY ELƏ YAXINDI 
             MƏNƏ BU AXŞAM 
 
      Kəndimizin kənarında, dağın başında, 
sakit bir gecənin içində oturub, dünyaya ta- 
maşa etməklə məşğulam...  
(Məncə, gecənin qaranlığından baxanda dün- 
ya daha aydın  görünür.) Dünya elə gözəldir  
ki... (Sonra da  bəzi şairlər durub dünyadan  
gileyli şeirlər yazırlar.) Ulduzlar mənə o qə- 
dər yaxındır, elə bil indicə üstümə töküləcək- 
lər... Bəlkə də, dünyanı yaxşıca bir silkələyən  
olsa, göydə bir dənə də ulduz qalmaz. Dəymiş  
tut kimi hamısı  tökülər... 
          Bu gözəl ulduzlardan bir ovuc dərib,  
sənə  göndərmək keçir könlümdən. Ancaq,  
ayağa  qalxmağa qorxuram ki, başım  
aya toxunar... 
 
Bu gecə ah çəksəm ahım dincəlir, 
Ürəyim dincəlir, ruhum dincəlir. 
Bu sirli-sehrli gözəl gecənin, 
Sirrinə, sehrinə batmağım gəlir. 


_________________________________________Eşqə doğru    
 
 
 
153 
 
 
 
 
 
         Bu gecə bir sevinc çöküb içimə
         Almayıb kədəri, qəmi vecimə, 
         Dərib ulduzları yığıb ovcuma, 
         Oynadıb başımı qatmağım gəlir. 
 
         Bu gecə ulduz bol, səmalar sonsuz, 
         Bir-bir hamısını dərəcəm onsuz. 
         Yoxsa, məndən qaçır o axan ulduz? 
         Qaçıb arxasınca çatmağım gəlir. 
 
         Nələr düşünürəm, nələr bu axşam, 
         Qəlbimdə arzular dinər bu axşam. 
         Ay elə yaxındı mənə bu axşam, 
         Əlimi uzadıb tutmağım gəlir. 
 
         Zülmətdə uyuyum deyə rahatca, 
         Götürüb səmadan ayı rahatca, 
         Başımın altına qoyub rahatca
         Sonra şirin-şirin yatmağım gəlir... 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
154 
 
 
 
 
 
 ƏTRİNİ  DƏR ÇİÇƏKLƏRİN 
                                                               
 
Gecə yuyunubdu şehdə o ki var,
 
Günəşin altında parlayır par-par. 
İncə əlləriylə o gözəl “Zərgər”, 
Düzübdü üstünə zər, çiçəklərin. 
 
Arıya can verər, sevənə həvəs, 
Onu doğma bilər ruhuna hər kəs. 
Kimsəni incidib kefinə dəyməz, 
gözəl qəlbi var gör, çiçəklərin. 
 
Qoymaz öz qoynundan uzaq anası, 
Qalar qayğısına hər vaxt anası. 
Bulud atasıdı, torpaq anası, 
Qəddar düşmənidi qar, çiçəklərin. 
 
Bax, onda min məna taparsan, gülüm! 
Ağlayar, sızlayar qoparsan, gülüm! 
Toxunma, günaha batarsan, gülüm! 
Gəl gözəl ətrini dər, çiçəklərin. 
 


_________________________________________Eşqə doğru    
 
 
 
155 
 
 
 
 
 
         Dolan çəmənləri, dolan gəzsənə, 
         Yox, bu gözəllikdə dəyməz göz sənə. 
         Necə qohumsunuz? Gözəl qız, sənə 
         Yaman bənzəri var, tər çiçəklərin... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
156 
 
 
 
 
 
  ARI VƏ ÇİÇƏK 
 
Arılarla çiçəklərin  
qəribə sevgisi var. 
Ətirli çiçəkləri 
sonsuz bir məhəbbətlə sevən 
vampir arılar, 
yaman qısqanc olurlar. 
Sonra 
başqa birinə 
könül verməsin deyə, 
öz sevgililərinin  
qanlarını sorurlar... 
 
  
 
 
 
 
 
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə