_________________________________________Eşqə doğru
157
YAĞIŞ
Gecədən yağmağa başlayan yağış,
nə kəsmək,
nə də ki,
səngimək bilir.
İnsanların qəlbindəki
kini,
nifrəti yuyur.
Yağış mələklərin göz yaşıdır.
Yerdə insanın halına,
göydə mələklər ağlayır.
Bu gün mələklərin cümə günüdür...
Elşad Ərşadoğlu ____________________________________
158
ÇOX ŞEY GÖYƏRDƏCƏK
BU YAĞAN YAĞIŞ
Dünyamıza yağış yağır.
Həzin-həzin,
ağır- ağır...
İslanır dünyamızın olan-olmazı,
nəyi varsa islanır.
Dünyamızın üstünə
kim tutubdu görəsən,
nəhəng mavi çətiri?
Bəs niyə buluddan yuxarıda tutub?
Dünyamıza yağış yağır...
Ağır-ağır ötüb keçən
saniyələr,
dəqiqələr,
saatlar islanır,
günlər islanır.
Ax,
nələr islanır,
kimlər islanır...
_________________________________________Eşqə doğru
159
Dünyamıza yağış yağır.
Həzin-həzin,
ağır-ağır...
Şəhərin tən ortasında
sevgilisi görüşə gəlməyən oğlanın,
islanmış bir üşütmə bürüyür canın.
Bir oğlan islanır yağışın altda.
Gözəl duyğuları,
hissi islanır.
Yol gözləyən baxışları,
arzuları,
ümidləri,
sevgisi islanır...
...Çox şey göyərdəcək bu yağan yağış.
Ürəklərdə o ki var
xeyir göyərdəcək,
şər göyərdəcək.
İslanmış günlərdən qaralı-ağlı
yeni günlər göyərdəcək.
Çox şey göyərdəcək bu yağan yağış.
Öpəcək dünyanın torpağın, daşın,
Elşad Ərşadoğlu ____________________________________
160
mamır göyərdəcək,
ot göyərdəcək.
İslanmış sevgidən təzə göz yaşı,
islanmış oğlandan
dərd göyərdəcək.
Çox şey göyərdəcək bu yağan yağış...
_________________________________________Eşqə doğru
161
YAYIN MƏNZƏRƏSİ
Yaşamaq yanmaqdır, yanasan gərək...
Bəxtiyar VAHABZADƏ
Bu nə istidi belə,
yandırır ki adamı...
“Yaşamaq yanmaqdır,
yanasan gərək.”
Amma,
belə yanmağa
yaşamaq demək olarmı görəsən?
Nə bilim vallah!
Bu nə istidi belə.
Günəşin xodu artıb, deyəsən.
Bəs hara baxır Allah?
Həyat günəşin əliylə sıxır insanları,
sularını çıxarır.
Ya da ki,
xəcalət çəkdirir,
tər tökdürür.
Elşad Ərşadoğlu ____________________________________
162
İçlərindən olan-qalan
istiliyi,
doğmalığı çıxarır.
(Tər istinin görkəmidir.)
Yanımdan adamlar keçir.
Hamısının çölü isti,
içərisi buz kimidir.
Onun-bunun
kölgəsində yaşayırlar deyə,
üstlərinə gün düşmür.
Bu qədər istidən bir dərəcə də
içlərinə keçmir...
Bu nə istidi belə.
Hara qaçaq, görəsən
bu istinin əlindən,
hara sərindi?
Bu boyda şəhərdə
yeganə sərin,
yaşamalı yer,
biganə insanların ürəkləridi indi.
Ora da ki,
girmək çətin məsələdi...
_________________________________________Eşqə doğru
163
DƏNİZ
Yaman gözəlləşib bu mavi dəniz,
Ləpəsi mehriban, dalğası əziz...
Sevincə doğmadır, sevgiyə həris,
Nə bir qayğısı var, nə dərd-səri var,
Bu dənizdə boğulmağın yeri var.
Tutubdu parlayan üzün günəşə,
Satır buxar-buxar nazın günəşə,
Sevdirmək istəyir özün günəşə,
Üz-gözündə gör nə qədər zəri var,
Bu dənizdə boğulmağın yeri var.
Özünü qoynuna atasan onun,
Atıb vüsalına çatasan onun,
Mavi sularında batasan onun,
Deyirlər altında neçə Pəri var,
Bu dənizdə boğulmağın yeri var...
Dostları ilə paylaş: |