Elşad Ərşadoğlu ____________________________________
164
ANAMIN CİNAYƏTİ
Qulaq asıb ürəyimdən gələn səsə,
dünən payızı görməyə
getmişdim kəndimizə...
Dünən kəndimizdə
payızın səsin eşitdim ilk dəfə,
xəzəlləri ayaqlayıb keçəndə.
O, nəsə deyirdi,
başa düşmədim.
Musa Yaqubun yeri məlum,
təbiət dilini bilsəydim mən də...
Qulaq asıb ürəyimdən gələn səsə,
dünən payızı görməyə
getmişdim kəndimizə.
Evimiz payıza çox oxşayırdı,
evimiz darıxırdı.
(Evimiz hər fəsildə
o fəslin özünə nəsə oxşayır.
_________________________________________Eşqə doğru
165
Yayda yaya,
payızda payıza,
qışda qışa,
yazda yaza oxşayır.)
Heç elə bil əvvəlki ev deyildi.
Gözümə payıztək qayğılı,
qəmli,
gözümə payıztək kövrək dəyirdi.
Xəzəllə doluydu həyət-bacamız.
Anam həyət-bacanı
xəzəldən təmizləyirdi –
payızdan təmizləyirdi.
(Anam heç payızı sevmir nədənsə.)
Toplayıb xəzəldən ocaq qalayır,
xəzəli yandırırdı – payızı yandırırdı.
Payızın tüstüsü ərşə qalxırdı.
Mənsə aciz-aciz durub baxırdım...
...Dünən payızı yandırdı anam.
Payız çırthaçırtla haray çəksə də,
köməyə gələn olmadı.
Dünən payızı yandırdı anam.
Yaxşı ki,
məndən başqa görən olmadı...
Elşad Ərşadoğlu ____________________________________
166
SALXIM BUZ
Bayaqdan baxıram
çardaqdan asılmış
o salxım buza.
Qəribə xasiyyəti var:
yeganə yaranmışlardandır ki,
doğmalığı – istiliyi
sevmir nəsə.
Qəribə xasiyyəti var:
düşmənləri isti, günəş,
dostlarısa soyuq, qar.
Çardaqdan asılmış
o salxım buza
yazığım gəlir nəsə.
Qəribə taleyi var vallah:
ona damcı-damcı ömür verir,
sonra da
damcı-damcı alır Allah...
Bayaqdan baxıram o salxım buza,
yaman kövrəlib nəsə.
_________________________________________Eşqə doğru
167
Nə toxtayır,
nə kiriyir.
Günəş vurur, ağlayır.
Damcı-damcı can verir,
damcı-damcı əriyir...
Bayaqdan baxıram o salxım buza.
Fikir məni alıbdı.
Bir yandan da
dərd götürüb ki, məni,
görən, onun ömründən
neçə damcı qalıbdı..?
Elşad Ərşadoğlu ____________________________________
168
_________________________________________Eşqə doğru
169
ATÜSTÜ ŞEİRLƏR
Elşad Ərşadoğlu ____________________________________
170
_________________________________________Eşqə doğru
171
* * *
Niyə üç-üç, beş-beş deyil,
Sevə bilir bir-bir adam?
Qizlar bir-birindən gözəl,
Hansın sevsin bilmir adam...
* * *
Güllərə sevgiymiş çiçək açdıran,
Otlar seviləndə çəmən olurmuş.
İnsan seviləndə başqa bir insan,
Torpaq seviləndə Vətən olurmuş...
* * *
Gözəl qız, mən səni ümman bilirəm,
Dəniz gözələrində batmağım gəlir.
Qara gözlərinin qaranlığında,
Elə şirin-şirin yatmağım gəlir...
* * *
Uzandım çiçəkli dağın döşünə,
Kəpənək gül bilib qondu başıma<
Çıxartdım özümü yaz yağışına,
Bəlkə ürəyimdə bir qız göyərə<
Elşad Ərşadoğlu ____________________________________
172
* * *
Səni düşünürəm, a tər bənövşəm!
Səni düşünməkdi day işim-peşəm.
Səni xəyallarda itirməmişəm,
Niyə xəyallarda gəzirəm indi?..
* * *
Sən elə bilirsən, beləcə hər dəm,
Özü gen dolanır səndən kədər-qəm.
Bircə gün sığalın əskik eyləsəm,
Tellərin quruyar, saçın tökülər...
* * *
Nə bir qayğısı var, nə dərd-səri var,
Qəlbində bir ülvi sevda yeri var.
Bu qızın nə gözəl hörükləri var,
Asacam özümü hörüklərindən...
* * *
Nə vaxtacan boş yerə söz çeynəyim.
Söz ucundan sızıldayım, göynəyim.
Bekar-behtin bilmirəm heç neyləyim,
Barı gözəl bir qız ola sevəsən...
_________________________________________Eşqə doğru
173
* * *
Nə istəyirsənsə buyur,
Verim, təki məndən yan dur.
Məndə sevgi kiloynandır,
Qız, nə qədər istəyirsən?
* * *
Mənə darıxmağı sən öyrətmisən...
* * *
Gülmək sənə çox yaraşır...
Böyüklüyün, mərhəmətin
Allaha yaraşdığı qədər...
* * *
Yaxşı ki, mənim olmadın,
Xoşbəxtlikdən ölərdim...
* * *
Məni işğal eyləyən qız
ürəyimi qənimət kimi
ələ keçirib apardı...
* * *
Kənddə insanlar
xoşbəxtliyin nə olduğundan
xəbərsiz olduqlarına görə
xoşbəxtdilər...
Elşad Ərşadoğlu ____________________________________
174
* * *
Dünyada ən gözəl səs
sükutun səsidir.
Dinlədikcə doymur adam...
* * *
Niyə çıxdın özündən,
Çağıranmı var səni?..
* * *
And olsun göylərin dərinliyinə,
Mən səni hamıdan çox istəyirəm...
* * *
Yenə də göy guruldayır,
Yaradanın səsi gəlir...
* * *
Yenə yaman külək əsir,
Allah ah çəkib deyəsən...
* * *
Yaman qəribədir həyat.
Torpağa ana deyib,
sonra da ayaqlayıb,
üstündə gəzirik rahat-rahat.
Belə çıxır ki,
ya torpaq ana deyil,
ya da biz övlad...
_________________________________________Eşqə doğru
175
* * *
Görürsənmi, dost,
bu şəhərin ən gözəl qızları,
bəyənmədilər bizləri...
Sevdilər
ürəyinin yerini belə bilməyən
duyğusuzları...
* * *
Musiqi var ki,
dinlədikcə
adamın içini silkələyir,
kövrək duyğu,
hiss çıxarır adamdan<
Musiqi də var ki,
eşitdikcə
adamın çölünü silkələyir,
yaxşıca
toz çıxarır adamdan<
* * *
Uşaqlıqdan saçımı daramağı
sevmirəm.
Heç vaxt keçəl suya getməz.
Hərifəmmi mən bəyəm?
Ağılın içindən çıxıb
Elşad Ərşadoğlu ____________________________________
176
özü ağılsız olan
o yaramaz,
səfeh tük,
min yerdən,
milyon yerdən
deşib mənim başımı,
eyləsin dəlik-dəlik,
mən də
onun başını sığallayım üstəlik...
* * *
Mən ölümdən qorxmuram.
Ölüm haqdır.
Ölümdən qorxmayanların
yeganə qorxduğu şey isə,
u n u d u l m a q d ı r.
Unudulmaqdan qorxuram...
* * *
Yaddaş
təkcə
yadda saxlamaq üçün deyil ki.
O, həm də unutmaqçündür...
_________________________________________Eşqə doğru
177
* * *
Düşüncədən gələn sözlər
ən yaxşı halda
elə düşüncələrə yol tapa bilər.
Ürəklərə yox.
Ürəklərə gedən yolu isə,
yalnız,
ürəkdən gələn sözlər tanıyır...
* * *
Məncə,
bu dünyada ən müqəddəs olan
sözdür.
Bütün əsl söz adamları isə,
sözün quludur.
Mən də həmçinin.
Ancaq onu da deyim ki,
sözün qulu olsam da,
sözümün ağasıyam...
Elşad Ərşadoğlu ____________________________________
178
KİTABIN İÇİNDƏKİLƏR
Hər şey sevgidən başladı...
Ön söz.............................................................3
Eşqə doğru....................................................13
Sevgi adamı..................................................15
Sevgi qoxuyan adam....................................17
Yoxsul...Varlı...............................................18
Təkliyi boşayam gərək..................................19
Uzaqdan gələsi adam...................................20
Səadət dilənçisi.............................................15
Hələ sevmək tezdi məni................................21
Sərfəli təklif...................................................23
Elə sevərdim ki, o gözəl qızı.........................24
Taleyimin iş vaxtı........................................25
Vurulmağın əlamətləri.................................26
Qoşul mənə çıxıb gedək................................28
Allahtək gəldin.............................................29
Qəlbimin keyini açdın.................................32
Yuxu görüşləri.............................................33
Gülə şeh düşəndə gözəl görsənir..................35
Göz yaşı........................................................36
_________________________________________Eşqə doğru
179
O qız...........................................................38
O qızın saçı göynəyir.................................39
Sənə oxşayırdı bir az..................................40
Sevgim........................................................42
Soraqla məni...............................................43
Nə qədər xəyalla yaşamaq olar?.................44
Nə sən dünənkisən, nə mən dünənki.........46
Baxışların qocalıb.......................................49
Qızların baxışları.......................................50
Ax, bu qızın dodaqları................................51
Yaxşı ki, yoxluğun varmış.........................53
Həsrətimin ad günü..................................55
Həyat ölümdən keçir...
İşıq..............................................................58
Mən belə yaşadım.......................................60
Sevgi yoluxduran.......................................62
Aparasan özünü.........................................64
İçiboş adamlar.............................................66
Azıb gəlmişəm............................................68
Yol..............................................................70
Nəzir...........................................................71
Elşad Ərşadoğlu ____________________________________
180
Hamı gedir.......................................................73
Piyada keçidi....................................................75
Allahın gözündən düşən adam........................76
Zaman mənim içərimdə...................................77
Özüm boyda yer varımdı içimdə.....................78
Gedəsən-I.........................................................79
Gedəsən-II........................................................80
Gedəcəm...........................................................81
Gedənlər geri qayıtmaz....................................82
24 yaşda təəssüratlarım...................................83
Alverçi illər......................................................84
Maraqlı məşğuliyyət........................................85
Gecikmək..........................................................86
Yekə dərdim.....................................................88
Bu kədərdən hər ürəkdə çox olmur..................89
Ürəyimə dərd gələcək......................................90
Tısbağa ili........................................................91
Hansı yaxşıdı?.................................................92
Əlimizdən tutur ölüm.....................................94
Gözə gəlir.........................................................95
Həyat gözəl həyatdı.........................................96
Ölüm məni bağışlasın......................................98
Yaşamaqla məşğuluq.....................................100
_________________________________________Eşqə doğru
181
Sevinc də bir yükdü..................................101
Sürünənlər kölgə olur...............................102
Qələmin göz yaşı......................................104
Şair ömrü.................................................106
Yazıçı Allah..............................................108
Allah bolluğu............................................109
Ruhuma birtəhər dəyirsən nəsə................110
Üzü astarından baha çıxıram...................111
Bu ömür çox sıxır məni............................113
İçimdə bir işıq ölüb...................................114
Niyə yalvarırsan?.....................................115
Məndən birini də yarat.............................117
Əlçatmaz arzu..........................................118
Silkələ bu dünyanı....................................120
Tanış gəlir.................................................121
Dünya......................................................122
Bir qarışlıq dünya....................................124
Üşütmə.....................................................127
Uşaq evlərindən reportaj..........................130
O illər geriyə dönsəydi əgər.....................133
Ruhu dincəldi..........................................135
Sahibsiz əsa..............................................137
50 yaşlı zirvə............................................139
Elşad Ərşadoğlu ____________________________________
182
Həyat eşqiylə dolu adam................................141
Hər şey təbiətə dönür sonunda...
Ruhum söz çəkir.............................................145
Təbiətin sirləri................................................147
Ay elə yaxındı mənə bu axşam......................150
Ətrini dər çiçəklərin......................................152
Arı və çiçək....................................................154
Yağış..............................................................155
Çox şey göyərdəcək bu yağan yağış...............156
Yayın mənzərəsi............................................159
Dəniz.............................................................161
Anamın cinayəti............................................162
Salxım buz....................................................164
Atüstü şeirlər
Dostları ilə paylaş: |