QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

11 
 
hazırda Azərbaycan Beynəlxalq Ticarət Təşkilatının üzvlüyünə 
daxil  olmağa  hazırlaşır.  Bu  təşkilata  daxil  olma  dünya 
təsərrüfatına  daxil  olmanın  mühüm  şərtidir.  ÜTT-yə  daxil 
olmanın  əsas  şərti  gömrük  tarifləri  dərəcələrinin  əhəmiyyətli 
dərəcədə  azaldılması  və  xarici  ticarət  subsidiyalarının  ləğv 
edilməsidir. ÜTT üzvlüyünün bir çox üstünlükləri vardır. 
Son  illərdə  beynəlxalq  ticarətdə  razılaşdırılmış  prinsip-
lərdən  istifadə  edilməsi  nəticəsində  dünya  ixracında  emaledici 
sənaye məhsullarının xüsusi çəkisi artaraq 60%-ə, xidmətlər, o 
cümlədən informasiya  24%-ə çatmış, bununla bərabər ixracda 
yanacaq-xammalın  xüsusi  çəkisi  10%-ə  enmişdir.  Ticarət  mü-
qavilələri  istehsal  kooperasiyası,  elmi-texniki  əməkdaşlıqla 
qarşılıqlı əlaqədə inkişaf edir. 
Hal-hazırda  beynəlxalq  ticarət  ayrı-ayrı  əmtəə  bazarla-
rının qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir. Dünya bazarı 
məhsul  (əmtəə)  növlərinə  görə  seqmentlərə  bölünmüşdür. 
Əmtəə  bazarlarından  hər  biri  oliqopolistik  (oliqopoliya  – 
bazardakı  satıcıların  bir-birinin  hərəkətlərini  qiymətləndirdik-
ləri  vəziyyətdir)  struktur  kimi  formalaşır  və  bir  neçə  iri 
istehsalçı  firmalar  hakim  mövqe  tutur.  Bu  strukturlar  beynəl-
xalq  əmtəə  müqavilələri  ilə  idarə  olunurlar.  Bununla  birlikdə 
hər bir bazar digər bazarlarla qarşılıqlı əlaqəyə və təsirə malik-
dirlər və rəqabət  münasibətləri əsasında ümumi  dünya məkanı 
yaradırlar. 
Dünya ictimaiyyəti dünya ticarətinin rəqabət xarakterini 
saxlamaq üçün bütün mövcud imkanlardan istifadə edir, bu isə 
ticarətin  inkişafına  səbəb  olmaqla,  iqtisadi  inkişaf  tempinin 
sürətlənməsinə bilavasitə təsir göstərir. 
Dünya  bazarı  mürəkkəb  struktura  malikdir.  Lakin  onu 
iki  iri  struktura  bölmək  olar.  Birinci  struktur  institusional-
təşkilati  prinsiplə  əlaqədardır.  Burada  bazar  proseslərini  idarə 
etmək üçün institutlar formalaşır və beynəlxalq təşkilatlar mü-
hüm  rol oynayır.  İkinci  səviyyə daha mühümdür və bu bazar-


12 
 
ların  məhsullara  görə  və  ayrı-ayrı  məhsulların  istehlak  xüsu-
siyyətlərinə görə fərqlənirlər. Bu meyara görə iri əmtəə növlə-
rinə görə bazarlar aşağıdakı kimi təsnifləşdirilir: 
1) yanacaq-energetika və xammal; 
2) maşın və avadanlıqlar; 
3) metallar, kimya, meşə materialları; 
4) kənd təsərrüfatı xammalı və ərzaq məhsulları; 
5) geniş istehlak edilən sənaye malları. 
Göstərilən  mal  qrupları  istər  istehsal  texnologiyasına, 
istərsə də istehlak təyinatına görə, bir-birindən əhəmiyyətli də-
rəcədə  fərqlənirlər.  Yanacaq-energetika  və  xammal  bazarı  bir 
sıra  mühüm  xüsusiyyətlərinə  görə  xarakterizə  olunurlar:  bu 
məhsulların  istehsal şərtləri məhduddur və  demək olar ki,  tək-
rar  istehsal  olunmur  və  kapital  tutumludur,  istehlak  nöqteyi-
nəzərindən onun məhsulları hər bir istehsal-təsərrüfat fəaliyyəti 
üçün əsas təşkil edirlər,  belə ki,  yanacaq və ilkin  xammal  hər 
bir məhsul istehsalının əsasını təşkil edir.  
 
1.2. Xarici ticarət beynəlxalq iqtisadi münasibətlər 
sistemində 
 
Xarici  ticarət  beynəlxalq  iqtisadi  münasibətlərin  ənə-
nəvi və ən çox inkişaf etmiş formasıdır. Təxmini hesablamalara 
görə,  beynəlxalq  iqtisadi  münasibətlərin  80%-i  xarici  ticarətin 
payına  düşür.  Xarici  ticarət  beynəlxalq  əməkdaşlığın  əksər 
növlərini əlaqələndirir. 
Hər  bir  ölkə  üçün  xarici  ticarətin  rolu  əvəzedilməzdir. 
C.Saksın  fikrincə,  «dünyanın  istənilən  ölkəsinin  iqtisadi  mü-
vəffəqiyyəti xarici ticarətdən asılıdır. Heç bir ölkə dünya iqtisa-
di  sistemindən  təcrid  olunmuş  şəkildə  sağlam  iqtisadiyyat 
yarada bilməz». 
Xarici  ticarət  müxtəlif  ölkələrin  əmtəə  istehsalçıları 
arasında beynəlxalq əmək bölgüsü əsasında yaranan əlaqə for-


13 
 
masıdır. Müasir beynəlxalq münasibətlər dünya ticarətinin fəal 
inkişaf tempi ilə xarakterizə olunur, milli iqtisadiyyatın inkişa-
fında isə yeni, spesifik əlamətlər baş verir. 
Elmi-texniki  tərəqqinin  təsiri  altında  müxtəlif  ölkələrin 
iqtisadiyyatında struktur dəyişiklikləri baş verir, istehsalın ixti-
saslaşması  və  kooperasiyası  milli  iqtisadiyyatların  qarşılıqlı 
asılılığını  gücləndirir.  Bununla  da  beynəlxalq  ticarət  əlaqələri 
fəallaşır.  Hər  il  dünyada  istehsal  olunan  məhsulların  25%-i 
beynəlxalq  ticarət  sisteminə  daxil  olur.  Beynəlxalq  ticarət 
istehsala nisbətən daha sürətlə artır. Ümumdünya ticarət təşki-
latının tədqiqatına görə, dünyada hər il istehsalın 10% artımına 
qarşı, dünya ticarəti 16% artır. Ona görə də, onun inkişafı üçün 
daha  əlverişli  şərait  yaranır.  Xarici  ticarət  iqtisadi  artım  üçün 
güclü amilə çevrilir. Eyni zamanda ölkələrin beynəlxalq əmtəə 
mübadiləsindən asılılığını əhəmiyyətli dərəcədə artırır. 
«Xarici  ticarət»  dedikdə,  ölkənin  hər  hansı  digər  ölkə 
ilə ödənilən idxal və ixrac əməliyyatlarından ibarət ticarəti başa 
düşülür.  Çoxtərəfli  xarici  ticarət  fəaliyyəti  əmtəə  ixtisaslaş-
masına  görə,  hazır  məhsul,  maşın  və  avadanlıqlar,  xammal, 
xidmət  və  texnologiya  ticarətinə  bölünür.  Son  onilliklərdə 
maliyyə resursları ilə ticarət (istiqraz və səhmlər) sürətlə artır. 
Beynəlxalq ticarət bütün dünya ölkələri ticarətinin məc-
musunu  əhatə  edir.  Lakin  «beynəlxalq  ticarət»  anlayışı  daha 
dar  mənada  da  başa  düşülə  bilər.  Belə  ki,  o,  inkişaf  etmiş, 
inkişaf  etməkdə  olan  ölkələrin,  hər  hansı  qitənin,  bölgənin 
(məs.  Şərqi  Avropa,  Şimali  Amerika  və  s.)  xarici  ticarətinin 
məcmusunu da əhatə edir. 
Xarici  ticarət  üç  əsas  göstərici  ilə  xarakterizə  olunur: 
əmtəə dövriyyəsi, əmtəə strukturu və coğrafi struktur. 
Xarici  ticarət  dövriyyəsi  -  beynəlxalq  əmtəə  mübadilə-
sində  iştirak  edən  ölkələrin  idxal  və  ixracının  dəyərinin  məb-
ləğini  birləşdirir.  Xarici  ticarətin  dəyər  və  fiziki  həcmini  fərq-
ləndirirlər.  Dəyər  həcmi  müəyyən  zaman  kəsiyində  cari  (də-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə