QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

14 
 
yişən)  qiymətlərlə  istifadə  edilən  valyuta  məzənnələri  ilə  he-
sablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərlə hesab-
lanır. Onun əsasında müqayisəli qiymətlərlə xarici ticarətin real 
dinamikası müəyyən olunur. 
Orta  əsrlərdən  başlayaraq  əksər  ölkələrin  iqtisadçıları 
xarici  ticarətin  əmələ  gəlməsini,  onların  rolunu  aydınlaşdır-
mağa çalışmış, hələ o dövrdə feodalizmin dağılması və kapita-
lizmin yaranması zamanı (XV - XVIII əsrlər) ticarət burjuazi-
yasının maraqlarını müdafiə edən merkantilistlər, millətin var-
lanması üçün xarici ticarətin rolunu yüksək qiymətləndirirdilər. 
Lakin pul yeganə sərvət, əmtəələrin pula dəyişdirilməsi 
isə  sərvətlərin  artması  üçün  yeganə  üsuldur.  Bu  baxımdan 
merkantilistlərin  fikrincə  əmtəələrin  idxalı  sərvətlərin  azaldıl-
masına  bərabərdir.  Merkantilistlər  təklif  edirdilər  ki,  ixracı 
stimullaşdırmaq və dövlətin işə qarışması ilə idxalı məhdudlaş-
dırmaq lazımdır. 
Merkantilistlərin  ən  məşhur  nümayəndələri  ingilis  iqti-
sadçısı  U.Staffor  (1564-1612),  T.Man  (1571-1641),  fransız 
iqtisadçısı A. de Mokretyen (1575-1621) ilk dəfə olaraq «siyasi 
iqtisad»  terminini  işlətmişlər.  Rus  iqtisadçısı  N.T.Posoşkov 
(1652-1726) da merkantilizm tərəfdarı idi. 
İdxala  məhdudiyyətlər  qoyulması  beynəlxalq  ticarəti 
çətinləşdirdi,  kapitalist  istehsalının  inkişafı  məntiqi  ilə  ziddiy-
yət təşkil etdi. Merkantilizmin proteksionist doktrinası əvəzinə 
azad  ticarət  (fritederçilik)  ideyası  meydana  gəldi.  Bu  nəzəriy-
yənin  tərəfdarları  xarici  ticarətin  rolunu  beynəlxalq  iqtisadi 
münasibətlər nöqteyi-nəzərdən qiymətləndirirdilər. 
Azad  ticarət  siyasətinin  seçilməsi  və  ya  proteksionizm 
XIX  əsr  üçün  xarakterik  idi.  Hal-hazırda  bu  iki  yanaşma 
qarşılıqlı surətdə bir-birilə əlaqədardır. Lakin bu əlaqələr çərçi-
vəsində  ziddiyyətli  birlikdə  azad  ticarət  prinsipi  qabaqcıl  rol 
oynamaqla dominantlıq təşkil edir. 


15 
 
Fritrederçilik siyasəti ilk dəfə A.Smit tərəfindən beynəl-
xalq  ticarət  nəzəriyyəsini  əsaslandırarkən  müəyyən  olunmuş-
dur.  Bu  nəzəriyyə  gömrük  məhdudiyyətlərini  zəiflətmək  yolu 
ilə xarici malların idxal şərtlərinin liberallaşdırılmasının vacib-
liyini sübut etdi. A.Smit xarici ticarətin vacibliyini və əhəmiy-
yətini  sübut  etdi  və  göstərdi  ki,  «mübadilə  hər  bir  ölkə  üçün 
vacibdir, hər bir ölkə bu əməliyyatda mütləq üstünlük qazanır». 
A.Smitin  təhlili  azad  ticarətin  bütün  növləri  üçün  klassik 
nəzəriyyələrin tərəfdaşıdır. 
Bundan  sonra  D.Rikardo  A.Smitin  ideyalarını  zəngin-
ləşdirdi və inkişaf etdirdi. O, millətlərin nə üçün ticarət etmələ-
rini, iki ölkə arasında mübadilənin hansı şərtlər daxilində apa-
rılmasının  daha  da  səmərəliliyini  göstərərək,  beynəlxalq  ixti-
saslaşma meyarını müəyyən  etdi. D.Rikardo belə hesab edirdi 
ki, ölkənin mənafeyi naminə, hər bir ölkə onun üçün üstünlüyü 
olan məhsul istehsalında ixtisaslaşmalıdır. 
Rikardonun  müddəaları  öz  əksini  nisbi  üstünlük  nəzə-
riyyəsində tapdı. D.Rikardo sübut etdi ki, beynəlxalq mübadilə 
bütün  ölkələrin  mənafeyi  naminə  mümkündür  və  arzuolu-
nandır. O, hər bir dövlət üçün əlverişli mübadiləyə lazım olan 
qiymət zonasını müəyyən etdi. 
C.S.Mill  özünün  «Siyasi  iqtisadın  prinsipləri»  (1848) 
əsərində «beynəlxalq əmtəə mübadiləsi hansı qiymətlərlə həya-
ta  keçirilir?»  sualına  cavab  verdi.  Millə  görə,  tələb  və  təklif 
qanununa  əsasən  mübadilənin  qiyməti  elə  səviyyədə  müəyyən 
edilir  ki,  hər  bir  ölkənin  bütöv  ixracı  bütöv  idxalı  qabaqlayır. 
Beynəlxalq  dəyərin  formalaşması  qanunu  və  ya  «beynəlxalq 
dəyər  nəzəriyyəsi»  C.S.Millin  xidmətidir.  Beynəlxalq  dəyər 
nəzəriyyəsi göstərir ki, ölkələr arasında mübadiləni optimallaş-
dıran qiymət fəaliyyət göstərir. 
Nisbi  üstünlük  nəzəriyyəsi  ölkələr  arasında  istehsal 
xərcləri arasında fərq olduğunu göstərir. Lakin nə üçün ölkələr 
arasında fərq olduğunu göstərmir. İqtisadçıların fikrincə, ölkə-


16 
 
lər  arasında  istehsal  xərclərindəki  fərq  ilk  növbədə,  məhsul 
istehsalında olan müxtəlif amillər və nisbətlərdir. 
 
1.3.Beynəlxalq ticarətdə ziddiyyətlərin əmələ 
gəlməsinin səbəbləri və xüsusiyyətləri 
 
Müasir  beynəlxalq  ticarətdə  baş  verən  proseslər  o 
nəticəyə  gəlməyə  imkan  verir  ki,  onun  əsas  meyli  liberal-
laşmadır. Buna milli iqtisadiyyatın açıqlıq, gömrük tarifi dərə-
cələrinin  azaldılması,  kvotaların  və  digər  qeyri-tarif  tənzim-
lənmələrinin ləğv edilməsi, dünya bazarında rəqabət mübarizə-
sinin güclənməsi və s. təsir göstərir. 
Beynəlxalq ticarətin liberallaşmasının qloballığı müasir 
şəraitdə rəqabətin beynəlxalq xarakterli xüsusiyyətlərilə müəy-
yən  edilir.  Beynəlxalq  ticarətdə  müvəffəqiyyət  isə  beynəlxalq 
investisiyaların  cəlb  edilməsi  ilə  sıx  əlaqədədir.  Əksər  ölkələr 
xarici  investorlar  üçün  güzəştli  ticarət-investisiya  rejimi  təklif 
edirlər. 
Bəzən  xarici  ticarətin  liberallaşdırılması  birtərəfli  qay-
dada həyata keçirilir. Lakin, adətən əksər hallarda xarici ticarət 
qanunlarının uyğunlaşdırılması, iqtisadi partnyor (tərəfdaş) öl-
kələrdə  xarici  ticarətin  liberallaşdırılması  ilə  paralel  olaraq 
həyata keçirilir. Praktika göstərir ki, paralellikdə ən etibarlı tak-
tika danışıqlar yolu ilə razılığa gəlmək və qarşılıqlı güzəşt prin-
sipidir. Danışıqlar vasitəsilə liberallaşdırma birtərəfli liberalla-
şdırmaya nisbətən daha  sərfəlidir. Burada  əsas məqam ölkələ-
rin öz tərəfdaşlarına ikitərəfli əlaqələrin məqsədəuyğun olduğu-
nu sübut etməkdir. 
Beynəlxalq  ticarətdə  çoxtərəfli  liberallaşma  prosesi  ilə 
yanaşı  eyni  zamanda  bu  prosesə  əks  təsir  göstərən  protek-
sionizm meyli də müşahidə edilir. Bu meyl dərin siyasi-iqtisadi 
maraqların  olduğunu,  bütün  vasitələrlə  ölkə  istehsalçılarının 
hərtərəfli  müdafiə olunmalarının vacibliyini, iş  yerinin  saxlan-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə