QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

26 
 
2.  Bu  cür  məhsulların  sərbəst  dönərli  valyutaya  mini-
mum satış həcmləri müəyyənləşdirilir
3. Strateji əhəmiyyətli məhsullara daxili tələbatı müəy-
yənləşdirmək vacib bir məsələyə çevrilir
4.  Strateji  məhsulların  satışından  respublikaya  valyuta-
nın  daxil  olması  üçün  tədbirlər  nəzərdə  tutulur,  bunun  üçün 
normativlər  müəyyənləşdirilir,  məhsulun  haqqını  ödəmədən 
onun satışına icazə verilmir
5.  Xarici  ticarət  haqqında  əsasnamənin  hazırlanması, 
respublikada  xarici  iqtisadi  əlaqələrə  nəzarət  üzrə  dövlət  ko-
missiyasının yaradılması tövsiyə edilir; 
6. Gömrük nəzarəti formaları sadələşdirilir və s. 
Bu  fərmanların  davamı  olaraq,  onların  həyata  keçiril-
məsini  gerçəkləşdirmək  məqsədi  ilə  Nazirlər  Kabineti  15 
noyabr  1995-ci  il  tarixdə  «Azərbaycan  Respublikasında  xarici 
ticarətin sərbəstləşdirilməsi haqqında» qərar qəbul etmişdir. Bu 
qərar  lisenziyalar  və  kvotalar  səbəbindən  ixracı  çətinləşən 
məhsulların anbarlarda yığılıb qalmasına son qoyulması, xarici 
iqtisadi əlaqələr üçün daha əlverişli imkanlar yaradılması baxı-
mından qiymətlidir. 
 
II FƏSİL. Beynəlxalq ticarəti şərtləndirən 
 amillər 
2.1. Beynəlxalq ticarətin iqtisadi əsasları. 
 
Beynəlxalq  ticarət  istər  ayrı-ayn  ölkələrdə,  istərsə  də 
dünya  miqyasında  ictimai  həyatın  ayrılmaz  və  mühüm  tərkib 
hissəsinə  çevrilmişdir.  Küçələrdə  şütüyən  müxtəlif  markalı 
xarici  avtomobillər,  insanların  geydikləri  rəngarəng  paltarlar, 
işlətdikləri radio qəbuledicilər, tozsoranlar və. s. xarici ticarətin 
gündəlik həyat və məişətimizə necə daxil olduğunu hər an bizə 
xatırladan kiçik nümunələrdir. 


27 
 
Əksər iqtisadçıları belə bir sual düşündürmüşdür: Döv-
lətlər  nə  üçün  ticarət  edirlər?  Bu  sualın  cavabını  hər  şeydən 
əvvəl beynəlxalq əmək bölgüsünü şərtləndirən amillərdə axtar-
maq lazımdır. Dünya ölkələri arasında iqtisadi ehtiyatlar (təbii, 
insan və investisiya resursları) çox qeyri-bərabər bölünmüşdür. 
Başqa  sözlə  iqtisadi  ehtiyatlarla  təmin  olunma  və  iqtisadi  po-
tensial baxımından ölkələr biri-birindən ciddi surətdə fərqlənir-
lər.  Müxtəlif  ölkələrin  iqtisadi  potensialı  arasındakı  fərqi  təbii 
ehtiyatların  qeyri-bərabər  bölgüsü  ilə  yanaşı  iri  maşınlı 
sənayenin meydana gəlib inkişaf etməsi ilə daha da dərinləşdi. 
İri  maşınlı  sənaye  öz  təbiəti  etibarı  ilə  kütləvi  istehsal  sahəsi 
olmaqla,  məhsul,  buraxılışı  miqyasını  ayrı-ayrı  ölkələrdə  və 
dünya  miqyasında  kəskin  surətdə  artırdı.  İri  istehsal  milli  sər-
hədləri  aşaraq  öz  məhsullarını  dünyanın  bütün  nöqtələrinə 
göndərməyə  başladı,  əvəzində  isə  ölkəyə  xammal  və  ölkədə 
istehsal olunmayan digər məhsulların gətirilməsinə səbəb oldu. 
Beləliklə,  iri  maşınlı  sənaye  ölkələri  öz  inkişaf  səviyyəsinə 
görə biri-birindən ciddi surətdə fərqlənir ki, bu da öz növbəsin-
də,  istehsalın  təbəqələşməsini  daha  da  dərinləşdirir.  Bütün 
bunlar  isə  dünyada  ticarətin  sürətlə  genişlənməsinə  və  ölkə-
lərarası inteqrasiya proseslərinin sürətlənməsinə səbəb olur. 
Benəlxalq  ticarətin  iqtisadi  əsasları  arasında  digər  bir 
amil də mühüm əhəmiyyət kəsb edir; müxtəlif əmtəələrin isteh-
salını səmərəli təşkil etmək üçün müxtəlif texnologiya və ehti-
yatların  fərqli  düzümü  tələb  olunur.  Bu  amillərin  qarşılıqlı 
təsiri nəticəsində ayrı-ayrı ölkələr müxtəlif əmtəələrin istehsalı 
üzrə  ixtisaslaşır  və  beləliklə  də  hər  bir  ölkədə  digər  ölkənin 
məhsullarına ehtiyac yaranır. 
Məsələn, Yaponiya yaxşı təhsil görmüş çoxlu işçi qüv-
vəsinə  malikdir;  burada  ixtisaslı  əmək  bol  olduğu  üçün  ucuz-
dur. Ona görə də, Yaponiya yüksək ixtisaslı əmək tələb olunan 
müxtəlif əmtəələri – fotokamera, radioqəbuledicilər, videomaq-
nitofonlar  və  s.  səmərəli  (az  xərclə)  istehsal  etmək  qabiliy-


28 
 
yətinə  malikdir.  Avstraliya  isə,  əksinə  geniş  torpaq  sahələrinə 
malikdir.  Ancaq  insan  qüvvəsi  və  kapital  çatışmazlığı  vardır. 
Ona  görə  də,  bu  ölkə  buğda,  yun,  ət  kimi  "torpaq-tutumlu" 
əmtəələr  istehsal  edə  bilir.  İnkişaf  etmiş  sənaye  ölkələri  isə 
avtomobil,  maşın,  avadanlıq  və  s.  kimi  kapital  tutumlu 
əmtəələrin  istehsalına  üstünlük  verirlər.  Bol  və  ucuz  işçi  qüv-
vəsinə malik olan zəif inkişaf etmiş ölkələrdə isə əməktutumlu 
əmtəələrin istehsalı üstünlük təşkil edir. 
Beynəlxalq  ticarət  haqqında  mülahizələr  dərinləşdiril-
dikdə  göstərilən  amillərin  təşkili  ilə  xarici  ticarətin  əsasını 
təşkil edən digər amillər də ortaya çıxır. Bunlar aşağıdakılardır: 
1. Yerli istehsalın kifayət etməməsi; 
2. Əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlən-
məsi; 
3. Müxtəlif ölkələrdə fərqli əmtəələrin istehsalı. 
Yuxarıda qeyd olunduğu kimi beynəlxalq əmək bölgüsü 
nəticəsində  ölkələr  konkret  əmtəə  istehsalı  üzrə  ixtisaslaşmış 
və bir çox əmtəələr bəzi ölkələrdə ya istehsal edilmir, ya da çox 
az  istehsal  edilir,  digər  ölkələrdə  isə  əmtəələr  izafi  istehsal 
edilir.  Beləliklə,  dünyada  heç  bir  ölkə  özünün  bütün  ehtiyac-
larını özü təmin edə bilmir. 
Beynəlxalq  miqyasda  qiymət  fərqi  də  xarici  ticarəti 
şərtləndirən  mühüm  amillərdən  biridir.  Aydındır  ki,  bütün  öl-
kələrdə  əmək  məhsuldarlığı  eyni  deyildir.  Bu  isə  əmtəələrin 
maya  dəyərinin  və  son  nəticədə  isə  beynəlxalq  qiymətlərin 
fərqli olmasına səbəb olur. Beynəlxalq ticarət isə tələb edir ki, 
hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən 
az  xərclə  daha  çox  əldə  edilən  məhsulun  istehsalı  ilə  məşğul 
olsun. Ölkə daxildə ucuz başa gələn məhsulları istehsal etməli, 
baha  başa  gələn  əmtəələri  isə  xaricdən  gətirməlidir.  Bu  şərtə 
əməl edən hər bir ölkə beynəlxalq əmək bölgüsünün üstünlük-
lərindən  ölkənin  sosial-iqtisadi  irəliləyişi  üçün  istifadə  etmiş 
olur.  Bu,  müvafiq  fəsillərdə  görəcəyimiz  kimi  son  nəticədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə