Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
  1   2   3   4   5   6   7   8   9   ...   32


Qəşəm Vəliyev 

 

 

 

 

 

 

 

 

 

 

ÇILDIRLI AŞIQ ŞENLİK 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərnəşr -2012 

 

 


BBK-47.2.6.1.2 

V-49 

 

Elmi redaktor və ön sözün müəllifi  

 

Avtandil Ağbaba  

filologiya üzrə fəlsəfə doktoru,  

dosent 


 

Rəyçi:  

 

 



Məhərrəm Qasımlı  

filologiya elmləri doktoru,  

professor 

 

 



Kitabın    işıq  üzü  görməsinin  səbəbkarı,maddi  və  mənəvi  yardımcısı  Qəşəm  Vəliyevin 

əmisi oğlu Əsgərov Yusif (Loğman) Mehralı oğludur 

 

 



Qəşəm Vəliyev. Çıldırlı Aşıq Şenlik,  

Bakı, Azərnəşr, 2011, 180 səh. 

 

Monoqrafiyada  Ağbaba-Çıldır  aşıq  mühitinin  görkəmli  nümayəndəsi  Aşıq  Şenliyin  həyat 



və  yaradıcılığı  Azərbaycan  aşıq  sənəti  kontekstində  araşdırılır.  Mərhum  tədqiqatçı  Qəşəm 

Vəliyevin  bu  kitabında  ilk  dəfə  olaraq  Aşıq  Şenliyin  həyatının  müxtəlif  məqamlarına  diqqət 

yetirilir,  Anadolu  aşıqlığına  ustad  sənətkarın  gətirdiyi  yeniliklər  şərh  olunur.  Tədqiq  olunan 

materialların xeyli hissəsinin müəllifin özünün topladığı monoqrafiya elmi ictimaiyyət və geniş 

oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

Alimin vaxtilə toplayıb nəşr etdirə bilmədiyi folklor ölkələrinin müəyyən qismi də kitaba 



daxil edilmişdir. 

 

  

 

 

 


AŞIQ ŞENLİK HAQQINDA DƏYƏRLİ TƏDQİQAT 

 

Azərbaycan  aşıq  ədəbiyyatı özünəməxsus  zəngin  sənət  ənənələrinə, qədim  tarixi keçmişə 

malikdir.  Bu  sənətin  öyrənilməsi  istiqamətində  Azərbaycan  folklorşünaslığında  bir  sıra  dəyərli 

tədqiqatlar  aparılmış,  maraqlı  əsərlər  yazılmışdır.  Son  vaxtlar  aşıq  mühitləri  və  bu  mühitlərdə 

yaşayıb-yaratmış görkəmli saz-söz sənətkarları haqqında müəyyən araşdırmalar aparılsa da hələ 

də bir sıra problemlərin, həlli vacib məsələlərin tədqiqinə böyük ehtiyyac duyulur. Bu baxımdan 

mərhum folklorşünas alim Qəşəm Vəliyevin bu monoqrafiyası qeyd olunan boşluğu doldurmaq 

yönümündən önəm daşıyan bir əsərdir. 

Filologiya üzrə fəlsəfə elmləri doktoru Qəşəm Vəliyev (1960-1996) qısa, lakin mənalı bir 

həyat yolu keçmişdir. Otuz altı illik ömrünün iyirmi ilini Azərbaycan aşıq sənətinin qüdrətli saz-

söz  ustadı  Çıldırlı  Aşıq  Şenliyin  həyat  və  yaradıcılığının  öyrənilməsinə  sərf  etmişdir.  Qeyd 

etmək lazımdır ki, Aşıq Şenliyin həyatı, poeziyası, dastan yaradıcılığı, Azərbaycan aşıq sənətinin 

digər  mühitləri  ilə  əlaqəsi  və  sair  məsələlər  haqqında  müxtəlif  dövrlərdə  M.H.Təhmasib, 

M.Həkimov,  H.Hacılar,  Q.Namazov,  H.İsmayılov,  M.Qasımlı,  Ə.Axundov,  E.Məmmədov, 

Ə.Şamil  və  başqaları  müəyyən  dərəcədə  bəhs  etmişlər.  Sovetlər  Birliyi  dönəmində  kəskin 

qadağalar Aşıq Şenliyin zəngin poetik irsini öyrənməyə çalışan alimlərimizə əhatəli tədqiqatlar 

aparmağa  imkan  verməmişdir.  Lakin  Q.Vəliyev  bütün  qadağalara  baxmayaraq  əsil  ziyalı 

cəfakeşliyi  ilə  Aşıq  Şenliyin  həyat  və  yaradıcılığını  öyrənmiş  və  nəticədə  Ağbaba-Çıldır  aşıq 

mühitinin  tanınmış  saz-söz  ustaları  haqqında  ilk  elmi  əsərlərdən  birini  ərsəyə  gətirmişdir. 

“Çıldırlı Aşıq Şenlik” əsəri ilə Qəşəm Vəliyev özünü bir daha təsdiq etdi, ruhən bizim aramızda  

olduğunu göstərdi. 

Q.Vəliyev  keçən  əsrin  60-cı  illərindən  başlayaraq  Aşıq  Şenliyin  həyat  və  yaradıcılığını 

tədqiq etməyə başlamışdır. On ilə yaxın bir müddətdə o, arxivlərdə çalışmış, Aşıq Şenliklə bağlı 

yerləri gəzib dolaşmışdır. Qərbi Azərbaycanın azərbaycanlılar yaşayan bölgələrində, Borçalıda, 

Qazaxıstan  və  Qırğızıstanda,  eləcə  də  Azərbaycanın  müxtəlif  rayonlarında  fəaliyyət  göstərən 

saz-söz sənətkarları ilə, yaşlı qocalarla görüşüb söhbətləşən alim  Aşıq Şenliyin şeirlərini, dastan 

yaradıclığını  misra-misra  toplayıb  qələmə  almışdır,  topladığı  materialları  diqqət  və  təmkinlə 

nəzərdən  keçirmişdir.  Necə  deyərlər,  Q.Vəliyev  kabinetlərdə  deyil,  el-oba  arasında,  aşıqların, 

sinədəftər  qocaların    içində  yetişən  folklorşünasdır.  Bu  baxımdan  o,  Azərbaycan 

folklorşünaslığının 

cəfakeş 

sələflərinin-S.Mümtazın, 

H.Zeynallının, 

V.Xuluflunun, 

H.Əlizadənin,  M.Həkimovun,  adlarını  qeyd  etmədiyimiz  onlarla  vətənpərvər  folklorşünasın 

əməllərini ləyaqətlə davam etdirmişdir. 

Aşıq  ədəbiyyatı  örnəklərini  toplayıb  saf-çürük  etmək,  onu  sistemləşdirmək  elə  də  asan 

məsələ  deyildir.  Q.Vəliyev  toplayıcı,  tədqiqatçı  kimi  Çıldırlı  Aşıq  Şenliyin  ədəbi  irsini  arayıb 

araşdırarkən  həm  Azərbaycan,  həm  də  dövrün  imkanları  daxilində  Türkiyə  folklorşünaslığına 

istinad etmişdir. 

Bəllidir ki, Aşıq Şenliyin doğulub boya-başa çatdığı Çıldır mahalı Şərqi Anadoluda saz-söz 

beşiyi kimi tanınmışdır. Aşıq Şenlik yaşayıb yaratdığı dövrdə Qars, Axıska, Ərzurum, Axırkələk, 

Ağbaba,  Borçalı,  İrəvan  və  digər  yerlərdə  ağır  məclislər  keçirmiş,  bir  çox  görkəmli  saz-söz 

sənətkarı  Şenlik  adının  sorağı  ilə  onun  yaşadığı  kəndə-Suxaraya  gəlmiş,  ustadla  görüşüb 

deyişmiş,  birlikdə,  məclis  keçirmişlər.  Onların  arasında  məğlub  olub  geri  dönən,  hətta  Aşıq 

Şenliyin sənətkar zəhmindən qorxaraq onunla görüşmədən peşman qayıdanlar da olmuşdur.    

Q.Vəliyev  Aşıq  Şenliyin  dövrü,  mühiti  və  həyatı  barədə  Türkiyə,  həm  də  Azərbaycan 

folklorşünaslığında mövcud materialları, müqayisəli şəkildə təhlil edərək ustad aşığın mühit və 

həyatı  haqqında  ətraflı  bəhs  etmiş,  bir  çox  mübahisəli  məsələlərə  aydınlıq  gətirmişdir.  Onun 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə