1
«Qeydə alınıb» «Təsdiq olunub»
Azərbaycan Respublikası Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin kollegiyasında Ticarət, İctimai-iaşə, Kooperasiya,
Sağlamlıq Ocaqları, Turizm, İdman,
Otelçilik, Balıqçılıq və Digər Xidmət
Ədliyyə naziri Sahələri İşçiləri Həmkarlar İttifaqları
____________________F. Məmmədov Federasiyasının qurultayı
«_____» «___________» 2000-ci il
«____» «______________» 2001-ci il
Federasiyanın prezidenti
__________________ İ. Əliyev
Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya,
Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq
və Digər Xidmət Sahələri iŞçiləri Həmkarlar İttifaqları Federasiyasının
NİZAMNAMƏSİ
I. ÜMUMİ MÜDDƏALAR
1.1 Adı: Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya, Sağlamlıq
Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri iŞçiləri Həmkarlar
İttifaqları Federasiyası (bundan sonra Federasiya adlandırılacaq).
1.2 Federasiyanın qısaldılmış adı : ―Xidmət –iş‖ həmkarlar ittifaqları federasiyası.
1.3 ―Xidmət-iş‖ Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak
Kooperasiyası, Sanatoriya-Kurort və Turizm Sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar
İttifaqlarının bazalarında yaradılır və onların hüquqi varisidir.
1.4 Federasiyanın ünvanı : Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti, 12
II. FEDERASİYADA BİRLƏŞMƏYİN ƏSAS PRİNSİPLƏRİ, MƏQSƏD VƏ
VƏZİFƏLƏRİ
2.1 Federasiya-Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak
kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri,
pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları
işçilərini, tələbələrini, sahə Həmkarlar İttifaqlarının könüllülükəsasında müstəqil, ictimai, qeyri-
siyasi təşkilatdır.
2.2 Federasiya dövlət və təsərrüfat orqanlarından, siyasi və digər təşkilatlardan asılı
deyil, onlara hesabat vermir.
2.3 Federasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, ―Həmkarlar
İttifaqları haqqında‖ Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid
başqa Qanunvericilik aktlarına, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasinda
ratifikasiya olunmuş konvensiyalarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
2
2.4 Federasiya konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
və beynəlxalq həmkarlar ittifaqları birliklərinə daxil ola bilər. Bu və yadigər həmkarlar ittifaqları
birliyinə daxil olmaq və ya onlardan çıxmaq haqqında qərar Federasiyanın Məclisi tərəfindən
qəbul olunur.
2.5 Federasiya tərkibinə daxil olduğu ümumrespublika və beynəlxalq həmkarlar
ittifaqlarının razılaşdırılmış səlahiyyətlər çərçivəsində qəbul olunmuş, mövcud qanunvericiliyinə
və bu Nizamnaməyə zidd olmayan qərarların yerinə yetirilməsini təmin edir.
2.6. Federasiyanın əsas vəzifələri:
2.6.1 Nazirlik, baş idarə və şirkət, səhmdar cəmiyyətlər səviyyəsində Tarif müqavilələri
kollektiv müqavilələr vasitəsilə və digər vasitələrlə əməkçilərin sosial-iqtisadi və əmək
hüquqlarının qorunması.
2.6.2. Ümumrespublika Həmkarlar İttifaqları Birliyinin hökümətlə bağladığı Baş Kollektiv
Sazişin hazırlanmasında fəal iştirak etməklə sahə əməkşilərin ümumi mənafelərinin təmsil və
müdafiə olunması.
2.6.3 Sahə əməkçilərin sosial-iqtisadi vəziyyətini əks etdirən göstəricilərin
ümumiləşdirilməsi, tədqiqi, bu göstəricilərin yaxşılaşdırılması məqsədi ilə üzv həmkarlar ittifaqı
təşkilatlarının birgə fəaliyyətinin təşkili və istiqamətləndirilməsi.
2.6.4 Federasiyaya daxil olan təşkilatlara və ayrı-ayrı həmkarlar ittifaqı üzvlərinə hüquqi
yardım və məsləhətlər verilməsi.
2.6.5 Xarici ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əlaqələrin, təcrübə və məlumat
mübadiləsinin təşkili, ümumurespublika həmkarlar ittifaqı hərəkatının fəaliyyəti barədə üzv
təşkilatlara məlumat verilməsi.
2.6.6 Həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, kollektiv müqavilələrin bağlanması və
digər sahələr üzrə qabaqçıl təcrübə və metodların ümumiləşdirilməsi və ilk təşkilatlara
tövsiyyələr hazırlanması.
2.6.7 Həmkarlar ittifaqı işçilərinin və fəallarının təhsilinin, ixtisasının artırılmasının və
qabaqçıl iş üsullarına yiyələnməsinin təşkili.
2.6.8 Bu Nizamnamədən irəli gələn digər vəzifələrin həyata keçirilməsi.
III ÜZVLÜK, ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1 Sahə müəssisələrində işləyən və ya sahə müəssisələri nəzdində fəaliyyət göstərən təhsil
müəssisələrində işləyən və təhsil alan, Federasiyanın Nizamnaməsini qəbul edən hər bir şəxs
ittifaqın üzvü ola bilər.
3.2 Həmkarlar ittifaqı üzvlüyünə qəbul fərdi qaydada, könüllülük prinsipi ilə şəxsi ərizə
əsasında həyata keçirilir, həmkarlar ittifaqı üzvlüyünə qəbul haqqında qərar Federasiyanın ilk
təşkilatı tərəfindən verilir.
Həmkarlar ittifaqı üzvünə müəyyən olunmuş formada üzvlük bileti verilir.
3
3.3 Həmkarlar ittifaqı üzvü əsas iş yeri üzrə ilk təşkilatda uçota götürülür.
3.4 Həmkarlar ittifaqı üzvlüyü aşağıdaki hallarda saxlanır :
3.4.1 Müvəqqəti işləməyənlər üçün .
3.4.2 Əlilliyə və yaşa görə pensiyaya gedənlər və həmkarlar ittifaqı təşkilatı ilə əlaqə
saxlayanlar üçün.
3.4.3 Azərbaycan Silahlı Qüvvələrində xidmətdən geri qayıdanlar üçün.
3.5 Bütün həmkarlar ittifaqı üzvləri bərabər hüquqlara malikdirlər.
3.6 Həmkarlar ittifaqı üzvlərinin hüquqları:
3.6.1 Həmkarlar ittifaqı tərəfindən əmək, iqtisadi və sosial hüquqlarının və qanuni
mənafelərinin müdafiəsi, həmkarlar ittifaqı orqanlarından məsləhət və hüquqi yardım almaq.
3.6.2 Həmkarlar ittifaqı orqanlarına, konfrans və qurultaylarına nümayəndə seçmək və
seçilmək.
3.6.3 Həmkarlar ittifaqlarının yığıncağı, konfranslarında, komitə iclaslarında şəxsən iştirak
etmək, təklif vermək, məsələ qaldırmaq, müzakirələrdə və qərarların hazırlanmasında iştirak
etmək, tənqıdı fikirlər söyləmək.
3.6.4. Həmkarlar ittifaqının mədəniyyət və idman obyektlərinin xidmətlərindən, sağlamlıq
müəssisələrindən özünün və ailə üzvlərinin müalicəsi üçün istifadə etmək, müstəsna hallarda
həmkarlar ittifaqından maddi yardım almaq.
3.6.5 Həmkarlar ittifaqı təşkilatlarının və onların rəhbər orqanlarının işi barədə məlumat
almaq.
3.7 Həmkarlar ittifaqı üzvlərinin vəzifələri :
3.7.1 Həmkarlar ittifaqının Nizamnaməsinə əməl etmək, təşkilatın fəaliyyətində və keçirdiyi
tədbirlərdə, həmkarlar ittifaqı orqanlarının qərarlarının həyata keçirilməsində iştirak etmək,
həmkarlar ittifaqı orqanları tərəfindən ona həvalə olunan tapşırıqları yerinə yetirmək.
3.7.2 Müntəzəm olaraq üzvlük haqqını ödəmək.
3.8 Həmkarlar ittifaqında fəal iş maddi və mənəvi həvəsləndirmə ilə qeyd oluna bilər.
3.9 Nizamnamə öhdəliklərini yerinə yetirməyən həmkarlar ittifaqı üzvlərinə aşağıdaki
tənbeh tədbirləri tətbiq oluna bilər:
- irad
- töhmət
- həmkarlar ittifaqı üzvlüyündən çıxarılma
3.10 Həmkarlar ittifaqı üzvü barədə tənbeh tədbirinin görülməsi məsələsi sex və sahə
həmkarlar ittifaqı təmsilçisinin vəsadəti ilə ilk həmkarlar ittifaqı komitəsinin iclasında həll
olunur.
4
Həmkarlar ittifaqı üzvlüyündən xaric olunma haqqında qərar iclas iştirakçılarının azı üçdə
iki hissəsinin səsi ilə qəbul olunmuş sayələr.
3.11 Həmkarlar ittifaqı komitəsi və təftiş komissiyası üzvləri barəsində tənbeh tədbiri ilk
həmkarlar ittifaqı təşkilatı komitısində yuxarı təşkilatın nümayəndəsinin iştiraki ilə müzakirə
olunur.
3.12 Həmkarlar ittifaqı üzvünün tənbeh edilməsi haqqında qərar həmin şəxsin iştirakı ilə qəbul
edilir. Həmkarlar ittifaqı üzvü üzürlü səbəb olmadan iclasda itirak etmədikdə tənbeh tədbiri
barədə qərar onun iştiraki olmadan da qəbul edilə bilər.
3.13 Tənbehin götürülməsi məsələsinə müvafiq həmkarlar ittifaqı orqanı 6 ay ərzində baxa
bilər. Bu müddət keçdikdən sonra tənbeh öz qüvvəsini itirir.
3.14 Həmkarlar ittifaqı üzvlüyündən çıxarılmış şəxs yuxarı həmkarlar ittifaqı orqanına şikayət
edərsə, onun ərizəsinə ərizə daxil olduğu gündən bir aydan gec olmamaq şərti ilə baxılır.
3.15. Həmkarlar itt6ifaqı üzvlüyündən çıxmış və ya çıxarılmış şəxs həmkarlar ittifaqı
əmlakından istifadə etmək hüququnu itirir və onun verdiyi üzvlük haqqı geri qaytarılmır.
3.16 Həmkarlar ittifaqı üzvlüyünə aşağıdaki hallarda son qoyulur:
- öz arzusu həmkarlar ittifaqından çıxdıqda;
- həmkarlar ittifaqından çıxarıldıqda;
- azadlıqdan məhrum olunduqda.
3.17 Üzürlü səbəb olamadan üç aydan çox üzvlük haqqı ödəməyən həmkarlar ittifaqı üzvü və
ya təşkilat barədə tənbeh tədbiri görülə bilər.
IV
HƏMKARLAR
İTTİFAQININ
TƏŞKİLAT-DAXİLİ
QURULUŞU
VƏ
FƏALİYYƏTİNİN
ƏSAS PRİNSİPLƏRİ
4.1 Həmkarlar ittifaqının əsası və Federasiyanın subyektləri ilk təşkilatlardır.
İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, idarədə, təşkilatda işləyən və yaxud təhsil
müəssisəsində oxuyan ən azı yeddi həmkarlar ittifaqı üzvü olduqda yaradıla bilər.
İlk təşkilatın yaradılması və Federasiyaya daxil olması barədə qərar həmin təşkilatın təsis
yığıncağında qəbul olunur və Federasiyanın İcraiyyə Komi9təsi tərəfindən təsdiq edilir.
4.2 Federasiya sahə prinsipi üzrə təşkil edilir.
4.3 Federasiyanın strukturuna ilk həmkarlar ittifaqı təşkilatları, şəhər, rayon komitələri,
birləşmiş sahə komitələri və Federasiyanın digər orqanları daxildir.
4.4 Həmkarlar ittifaqının ilk təşkilatları, şəhər, rayon və birləşmiş sahə komitələri
Federasiyanın İcraiyyə Komitəsi ilə razılaşdırmaqla öz strukturunu müəyyən edir.
4.5 İlk həmkarlar ittifaqı təşkilatı, şəhər, rayon , birləşmiş sahə komitələri öz ğığıncağında
(Konfransında) icraiyyə orqanı olan hımkarlar ittifaqı komitəsini seçir. Komitənin üzvlərinin
sayını yığıncaq (Konfrans) müəyyən edir.
5
Şəhər, rayon, vilayət, birləşmiş həmkarlar ittifaqı komitələri cari işi aparmaq üçün Rəyasət
Heyəti seçirlər.
4.6 Yığıncaq (Konfrans) tərəfindən seçilmiş həmkarlar ittifaqı komitəsi üzvlərindən biri komitə
üzvlərinin rəyi nəzərə alınmaqla Federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə komitənin sədri
təyin olunur.
Həmkarlar ittifaqı komitəsinin sədri eyni zamanda Federasiyanın təmsilçisi hesab olunur.
4.7 Həmkarlar ittifaqı komitəsi, şəhər, rayon, birləşmiş sahə komitələri sex və növbələrdə
komitənin təmsilçilərini təyin edir.
Təmsilçilərin hüquq və vəzifələri müvafiq əsasnamə ilə tənzimlənir.
4.8 Federasiyanın İcariyyə Komitəsi ilk təşkilatı, şəhər, rayon, birləşmiş sahə komitə
təmsilçisini üzərinə düşən vəzifələri yerinə yetirmədikdə həmin komitənin digğr üzvü ilə əvəz
edə bilər.
4. 9 Komitənin sədri eyni zamanda Rəyasət Heyətinin sədridir.
4.10 İlk, şəhər, rayon, birləşmiş sahə həmkarlar ittifaqı komitəsi öz işi barəsində həmkarlar
ittifaqı yığıncağına (Konfransına) və yuxarı həmkarlar ittifaqı orqanına hesabat verir.
4.11 İlk həmkarlar ittifaqı, şəhər, rayon, birləşmiş sahə həmkarlar ittifaqı komitəsinin ali rəhbər
orqanı yığıncaq və ya konfransdır.
4.12 Həmkarlar ittifaqı yığıncaqları, plenum, komitə iclasları, Rəyasət Heyətinin iclasları
yığıncaq üzvlərinin yarısından çoxu iştirak etdikdə, konfrans və qurultaylar isə nümayəndələrin
azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.
4.13 Həmkarlar ittifaqı təşkilatının yığıncaq, konfrans plenum və qurultaylarının, həmçinin
komitə iclaslarının qərarları iştirakçılarının sadə səs çoxluğu ilə qəbul olunur.
4.14 İlk rayon, şəhər, vilayət, birləşmiş həmkarlar ittifaqı təşkilatlarında hesabat—seçki
yığıncaqları 2,5 ildən bir keçirilir.
4.15 Hesabat - seçki öığıncaqlarında (konfranslarında) Komitə üzvləri, nəzarət-təftiş
komissiyası seçilir.
4.16 Konfranslara və yığıncaqlara nümayəndəlik norması və seçilmə qaydasını federasiyanın
Məclisi müəyyən edir.
Hər bir təşkilat konfransa və qurultaya müəyyən olunmuş norma üzrə öz nümayəndələrini
seçir.
4.17 Həmkarlar ittifaqı orqanlarına seçkilər zamanı səsvermənin formasını (gizli və ya açıq)
yığıncaq ( konfrans, qurultay) özü müəyyən edir.
4.18 Həmkarlar ittifaqının nəzarət – təftiş komissiyasına yığıncaq iştirakçılarının azı üçdə iki
hissəsinin iştiraki ilə səslərin yarısından çoxunu toplamiş namizədlər seçilmiş hesab olunurlar.
6
4.19 Həmkarlar ittifaqı orqanının, onun seçkili rəhbərlərinin vaxtından qabaq seçkiləri
həmkarlar ittifaqı üzvlərinin azı üçdə bir hissəsinin tələbi və yaxud yuxarı həmkarlar ittifaqı
orqanının qərarı ilə keçirilə bilər.
V FEDERASİYANIN SEÇKİLİ ORQANLARI
Federasiyanin seçkili orqanları aşağıdakilardır:
-
Federasiyanın qurultayı;
-
Federasiyanın məclisi;
-
Federasiyanın İcraiyyə Komitəsi;
-
Federasiyanın nəzarət-təftiş komissiyası.
5.1 Federasiyanın qurultayı.
5.1.1. Qurultay Federasiyanın ali rəhbər orqanıdır. Qurultay beş ildən bir çağırılır. Qurultayın
keçirilmə vaxtı və gündəliyi Federasiyanın Məclisi tərəfindən müəyyən olunur.
5.1.2 Qurultayın çağırılması barədə məlumat və göndəliyindəki məsələlər barədə materiallar
qurultay nümayəndələrinə azı bir ay qabaq göndərilir.
5.1.3 Seçilmiş nümayəndələrin azı üçdə iki hissəsi iştirak etdikdə qurultay səlahiyətli sayılır.
Qurultayın qərarları sadə səs çoxluğu ilə qəbul olunur.
5.1.4 Qurultay Federasiyanın hesabatını dinləyir, nəzarət-təftiş komissiyasının hesabatını
təsdiq edir, Federasiyanın fəaliyyət istiqamətlərini müəyyənləşdirir, lazım gələrsə
Nizamnaməyə dəyişikliklər edir. Məclis üzvlüyünə birbaşa seçilmiş nümayəndələrinin
səlahiyyətlərini təsdiq edir, Federasiyanın prezidentini, nəzarət-təftiş komissiyasını seçir.
5.1.5 Qurultaylararası dövrdə Federasiyanın prezidenti öz xahişi ilə vəzifəsindən azad edilə
və bu halda prezidentin seçkisi Məclisin iclasında keçirilə bilər. Qalan digər hallarda
Prezidentin vəzifəsindən azad olunması və seçilməsi Qurultayda həll olunur.
5.1.6 Növbədənkənar qurultay Məclis üzvlərinin azı üçdə iki hissəsinin və yaxud
prezidentinin tələbi ilə 3 ay əvvəl vaxtını təyin etməklə çaöırıla bilər.
5.1.7 Qurultaylararası müddətdə Federasiyanın rəhbər orqanı Məclisdir. Federasiyanın
Məclisi, İcraiyyə Komitəsi tərəfindən müəyyən olunmuş nümayəndəlik normasına uyğun
olaraq üzv təşkilatlar tərəfindən birbaşa seçilmiş nümayəndələrdən təşkil olunur.
5.2 Federasiyanın Məclisi:
5.2.1 Qurultaylararası dövrdə federasiyanın qərarverici orqanıdır və qurultayın müstəsna
səlahiyyətlərinə aid olmayan bütün məsələləri həlll edir.
5.2.2 Müstəsna hallarda Nizamnaməyə dəyişikliklər edir. Ümumrespublika və beynəlxalq
həmkarlar ittifaqı birliklərinə nümayəndələri seçir.
5.2.3 Federasiyanın üzv təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi ni, onların
həmrəyliyi və birgə fəaliyyətini təşkil edir. Federasiyanın Nizamnaməsinin müəyyən etdiyi
məqsəd və vəzifələrin həyata keçirilməsini təmin edir.
7
5.2.4 Sahə əməkçiləri adından nazirlik, baş idarələrlə kollektiv sazişlər bağlayır, müzakirə
edir və onların yerinə yetirilməsinə nəzarət edir.
5.2.5 Federasiyanın vitse-prezidentlərini, İcraiyyə Komitəsini seçir, onun vəzifələrini
müəyyən edir.
5.2.6 Federasiyanın Məclisinin ildə bir dəfədən az olmayaraq çağırılır.
5.2.7 Federasiyanın prezidenti və vitse-prezidenti Məclisinin və İcraiyyə komitəsinin
üzvüdürlər.
5.3 Federasiyanın İcraiyyə Komitəsi
5.3.1 Qurultaylararası dövrdə qurultayın və Federasiyanın Məclisinin qərarlarının icrasını
təmin edir.
5.3.2 Federasiyanın mədaxil və məxaric smetalarını, strukturunu və ştatlarını təsdiq edir.
5.3.3 Üzv təşkilatlara iqtisadi və sosial-mədəni yardım göstərir, idman və bədən tərbiyəsinin
inkişafına dair proqramlar və tədbirlər hazırlayıb həyata keçirir.
Üzv təşkilatların maraqları nəzərə alınmaqla beynəlxalq əlaqələrin genişləndirilməsi
işini həyata keçirir.
5.3.4 Federasiyanın fəaliyyəti ilə bağlı maliyyə və təsərrüfat məsələlərini həll edir.
5.3.5 İcraiyyə Komitəsinin iclasları ayda bir dəfədən az olmamaq şərti ilə keçirilir.
5.4 Nəzarət-təftiş komissiyası Federasiyanın qurultayı tərəfindən seçilir . İcraiyyə
Komitəsinin və Məclisin üzvləri bu komissiyaya daxil ola bilməzlər.
Nəzarət-təftiş komissiyasının sədri komissiya üzvləri arasından onun iclasında seçilir.
5.6 Nəzarət-təftiş komissiyası Federasiyanın Məclisi tərəfindən təsdiq olunmuş
Əsasnaməyə əsasən fəaliyyət göstərir.
VI FEDERASİYANIN ƏMLAK VƏ VƏSAİTİ
6.1 Federasiyanin vəsaiti üzvlüyə qəbul haqqından və aylıq üzvlük haqlarından, mədəni-
maarif idman tədbirlərindən, tsərrüfat orqanlarından ayırmalardan, müstəqil təsərrüfat
fəaliyyətindən əldə olunan gəlirdən və qanunla qadağan olunmayan digər fəaliyyət
növlərindən əldə olunan gəlirlərdən yaranır.
6.2. Həmkarlar ittifaqı üzvlüyünə qəbul olunarkən aylıq əmək haqqının və ya təqaüdün bir
faizi miqdarında qəbul haqqı verilir.
6.3 Üzvlük haqqı həmkarlar ittifaqı üzvünün ayliq qazancının bir-üç faizi miqdarında
müəyyən olunur.
Həmkarlar ittifaqının üzvü olan işləməyən pensiyaçılar, uşağa baxmaqla əlaqədər
müvəqqəti olaraq işləməyən qadınlar, təqaüd almayan şagirdlər və müvəqqəti işsiz olan
həmkarlar ittifaqı üzvləri üzvlük haqqı ödəməkdən azad olunurlar.
6.4 Federasiyanın vəsaiti, Məclis tərəfindən təsdiq edilmiş smetalar əsasında həmkarlar
ittifaqı işçilərinin əmək haqqına, həmkarlar ittifaqı işçilərinin və fəallarının təhsilinə, mədəni-
8
kütləvi və idman tədbirlərinin keçirilməsinə, fəal həmkarlar ittifaqı üzvlərinin
mükafatlandırılmasına, həmrəylik fondunun təşkilinə, xeyriyyə məqsədlərinə, müstəsna
hallarda həmkarlar ittifaqı üzvlərinə maddi yardım edilməsinə və digər məqsədlərə xərclənir.
6.5 Həmkarlar ittifaqı üzvlük haqları Federasiyanın vahid hesabında cəmlənir və hər
təşkilatdan daxil olan vəsaitin ayrılıqla uçotu aparılır.
6.6 Tərtib etdikləri və Federtasiyanın İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş
smetalara əsasən vahid hesabdan təşkilatlara maliyyə vəsaiti ayrılır.
İlk təşkilatlar ayrılmış maliyyə vəsaitinin xərclənməsi barədə Federasiyaya müvafiq
ildə 2 dəfə hesabat təqdim edirlər.
6.7 Federasiya kollektiv mülkiyyət hüququ əsasında əmlakla, maliyyə vəsaitinə, eləcə də
valyuta vəsaitinə malik ola bilər.
Federasiya vəsaitini banklarda saxlaya, səhmlər ala bilər, öz vəsaitindən kreditlər verə
bilər, xeyriyyə fondu və başqa fondlar yarada bilər.
6.8 Federasiyanın qərarına əsasən üzv təşkilatların müəyyən olunmuş nümunədə möhürü və
ştampı ola bilər.
6.9 Federasiyanın həmçiin embleması və digər rəmzləri də ola bilər.
VII FEDERASİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI
7.1 Federasiyanin fəaliyyətinə qurultay nümayəndələrinin azı üçdə iki hissəsinin tələbi ilə
xitam verilə bilər.
7.2 Federasiyanın fəaliyyəti dayandırılarsa, onun vəsaitindən və mülkiyyətindən istifadə
qaydasını qurultay müəyyən edir.
Dostları ilə paylaş: |