Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
  1   2   3   4   5   6   7   8


 

 

“Dövlət qeydiyyatına alınmışdır” 



Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyində 

Qeydiyyat  №1112-A7-472 

“29” fevral 2012-ci il 

 

Qeydiyyat və notariat baş idarəsinin rəisi 

 

İlqar Məmmədov 

Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin 

“30” noyabr 2011-ci il tarixli 173 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

Azərbaycan Respublikası 



Dövlət Neft Şirkətinin prezidenti 

 

Rövnəq Abdullayev 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT 

NEFT ŞİRKƏTİNİN 

BAKI ALİ NEFT MƏKTƏBİNİN 

NİZAMNAMƏSİ 

 

 



 

 

 



 

 

 



 

BAKI − 2011-ci il 


 

 

1. ÜMUMİ MÜDDƏALAR 

1.1.

 

Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkətinin Bakı  Ali  Neft  Məktəbi  (bundan 



sonra  “Ali  Məktəb”)  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 

“Təhsil  haqqında”  Azərbaycan  Respublikasının  Qanununu,  Azərbaycan  Respublikası 

Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərar  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  əmr  və 

qərarlarını,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  əmrlərini,  kollegiyasının 

qərarlarını və bu nizamnaməni rəhbər tutur. 

1.2.

 

Ali  Məktəb  -  müvafiq  səviyyələr  (bakalavr,  magistr,  doktorant)  üzrə  ali  təhsil 



proqramlarını həyata keçirən dövlət ali təhsil müəssisəsidir. 

1.3.


 

Ali Məktəbin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, AZ 

1025, Xocalı prospekti, 30. 

1.4.


 

 Ali Məktəbin maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlanır və həmin ilin 

dekabr ayının 31-də başa çatır. Növbəti maliyyə illəri yanvar ayının 1-dən dekabrın ayının 

31-i daxil olmaqla dövrü əhatə edir. 

1.5.

 

Ali  Məktəbdə  siyasi  partiyaların  və  dini  qurumların  strukturlarının  yaradılmasına  və 



fəaliyyətinə yol verilmir. 

1.6.


 

Ali  Məktəb  işə  qəbulda,  vəzifələrə  təyin  olunmada  və  ya  seçilmədə,  əməyin 

stimullaşdırılmasında,  Ali  Məktəbə  qəbul  olunmada,  təhsilalanların  təqaüdlə  təmin 

edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin 

edilməsində,  ali  təhsilin  növbəti  səviyyəsində  təhsilin  davam  etdirilməsində,  ixtisasın 

artırılmasında  və  təhsil  sahəsində  digər  məsələlərdə  kişilər  və  qadınlar  üçün  bərabər 

imkanlar yaradır. 

1.7.


 

Ali  Məktəbdə  təhsilalanların  geyim  forması  Ali  Məktəbin  Elmi  Şurasının  qərarı  ilə 

müəyyən olunur. 

1.8.


 

Ali Məktəbin təşkilati-hüquqi forması - dövlət ali təhsil müəssisəsi, növü - ali məktəb, 

mülkiyyət növü - dövlət, müstəqil konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını 

həyata keçirir və elmi tədqiqatlar aparır. 




 

 

1.9.



 

Ali Məktəb “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 

fəaliyyət  göstərən  dövlət  təhsil  müəssisəsidir,  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkətinin  (bundan  sonra  “Şirkət”)  tabeliyindədir.  Ali  Məktəb  öz  öhdəlikləri  üçün  ona 

verilmiş əmlak həddində mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 

1.10.


 

Ali  Məktəbin  yaradılması,  yenidən  təşkili  və  ləğv  edilməsi  "Dövlət  büdcəsindən 

maliyyələşən  təlim-tərbiyə  və  təhsil  müəssisələrinin  yaradılması,  genişləndirilməsi, 

yenidən  təşkili  və  ləğv  edilməsi  Qaydalan"nın  təsdiq  edilməsi  haqqında"  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2003-cü  il  14  may  tarixli  67  nömrəli  qərarına  uyğun 

olaraq həyata keçirilir. 

1.11.

 

Ali Məktəbin nizamnaməsi təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul olunur və 



təsisçisi tərəfindən təsdiq edilir. 

1.12.


 

Ali Məktəbin adı yaradıldığı zaman müəyyənləşdirilmişdir və o, Ali Məktəb yenidən 

təşkil  olunduğu  halda  dəyişdirilə  bilər.  Ali  Məktəbin  növü  dəyişərsə,  onun  adında  da 

müvafiq dəyişiklik edilməlidir. 

1.13.

 

Ali  Məktəbin  fəaliyyətinə  xüsusi  razılığın  verilməsi  (lisenziyalaşdırılması)  və 



akkreditasiyası qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

1.14.


 

Ali Məktəb təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan 

Respublikasının Təhsil Nazirliyindən alınmış müddətsiz xüsusi razılıq (lisenziya) əsasında 

həyata keçirir. 

1.15.

 

Ali  Məktəbin  akkreditasiyası  təhsil  prosesinin  təşkilinin,  maddi-texniki  bazasının, 



təhsil proqramlarının, elmi fəaliyyətinin, kadr potensialının, maliyyə resurslarının və təhsil 

infrastrukturunun  qəbul  olunmuş  dövlət  standartlarına  və  digər  normativ  hüquqi  aktların 

tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. 

1.6.  Ali  Məktəbin  akkreditasiyası  "Təhsil  müəssisələrinin  akkreditasiyası  Qaydaları"nın 

təsdiq  edilməsi  haqqında"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  28 

sentyabr tarixli 167 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

tərəfindən həyata keçirilir. 

1.17.


 

Ali  Məktəbin  bazasında  özündə  müxtəlif  tipli  təhsil  müəssisələrini  birləşdirən 




Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə