Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

komplekslər (kampuslar) yaradıla bilər. 



1.18.

 

Ali  Məktəb  ali  təhsilin  inkişafı  və  təkmilləşdirilməsi  məqsədi  ilə  digər  ali  təhsil 



müəssisələri ilə sazişlər bağlamaq, elm, istehsal və digər müəssisə, təşkilat və idarələrin 

iştirak  etdiyi  tədris-tərbiyə  komplekslərində  birləşmək,  tədris  elmi-istehsal  birlikləri 

(assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri və assosiasiyalarına daxil olmaq 

hüququna malikdir. 

1.19.

 

Ali  Məktəbin  filialları,  fakültələri,  kafedraları,  tədris  şöbələri,  kitabxanaları,  elmi 



tədqiqat  və  sınaq  laboratoriyaları,  doktorantura,  əlavə  təhsil  üçün  müvafiq  bölmələr, 

qeydiyyat  ofisləri,  tədris-təcrübə  təsərrüfatları, idman  bazaları,  tədris  teatr  və  studiyaları, 

konsert  zalları,  sərgi  salonları,  iaşə  müəssisələri,  xidmət  və  digər  struktur  bölmələri 

fəaliyyət  göstərə  bilər.  Ali  Məktəbin  strukturunda  onun  profilinə  uyğun  istehsal, klinika, 

elmi tədqiqat, yaradıcılıq, müəssisə və təşkilatları yaradıla bilər. 

1.20.


 

Ali Məktəbin strukturu onun elmi şurası tərəfindən müəyyənləşdirilir (filiallar istisna 

olmaqla)  və  Ali  Məktəbin  rektoru  tərəfindən  təsdiq  edilir.  Ali  Məktəbin  struktur 

bölmələrinin fəaliyyət dairəsi və funksiyaları onun Nizamnaməsinə uyğun həyata keçirilir. 

1.21.

 

Ali  Məktəbin  struktur  bölmələri  tədris  prosesi  və  elmi  tədqiqat  işlərinin  təşkilində, 



onun həyata keçirilməsində bilavasitə iştirak edir, Ali Məktəbin Elmi Şurasının qərarlarını, 

rektorun əmr və sərəncamlarını yerinə yetirir. 

1.22.

 

Struktur bölmələrinin rəhbərləri qanunvericiliyə uyğun olaraq təyin olunurlar. 



1.23.

 

Ali Məktəbin bəzi struktur bölmələri Elmi Şuranın' qərarı ilə hüquqi şəxs statusuna 



malik ola bilərlər. 

1.24.


 

Ali  Məktəb  qanunvericiliyə  və  öz  Nizamnaməsinə  uyğun  olaraq,  ölkənin  və  xarici 

dövlətlərin  ərazisində  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  razılığı  əsasında 

filiallar açmaq hüququna malikdir. 

1.25.

 

Ali  Məktəbin  filialları  öz  funksiyalarını  müstəqil  olaraq  həyata  keçirirlər.  Filialın 



fəaliyyətinin idarə edilməsi Ali Məktəbin nizamnaməsinə və filialın əsasnaməsinə uyğun 

həyata keçirilir. 

1.26.

 

Filialın  yaradılması, ləğv edilməsi,  adının  dəyişdirilməsi  və  onun  yerləşdiyi  ünvan 




 

 

barədə rekvizitlər Ali Məktəbin nizamnaməsində öz əksini tapır. 



1.27.

 

Filialın rəhbəri (direktoru) Ali Məktəbin vəsatəti əsasında Azərbaycan Dövlət Neft 



Şirkəti tərəfindən təyin edilir. 

1.28.


 

Ali Məktəbdə təhsil Azərbaycan Dövlət Neft Şirkətinin hesabına və ödənişli əsaslarla 

həyata keçirilir. 

1.29.


 

Ali  Məktəb  təhsil,  tərbiyə  və  elm  mərkəzi  kimi,  nizamnaməsinə  uyğun  aşağıdakı 

vəzifələri yerinə yetirir: 

-

 



hər  bir  şəxsin  intellektual,  mədəni  və  mənəvi  inkişafı,  ali  təhsilalma  tələblərinin 

ödənilməsi; 

-

 

təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi; 



-

 

elmi araşdırmaların aparılması; 



-

 

yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların hazırlanması; 



-

 

ixtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi; 



-

 

qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil, mədəni-maarif, turizm, maliyyə- 



iqtisad,  təsərrüfat,  elmi-istehsalat  sahələri  üzrə  kommersiya  fəaliyyəti  ilə  məşğul 

olunması; 

-

 

beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi. 



1.30.

 

Həmin vəzifələri yerinə yetirmək üçün Ali Məktəb: 



-

 

dövlət  təhsil  standartlarına  və  ayrı-ayrı  ixtisaslar  (ixtisaslaşmalar)  üzrə  təhsil 



proqramlarına  uyğun  tədris  sənədlərini  və  tədris  prosesinin  təşkilinə  aid  digər 

sənədləri səlahiyyətləri çərçivəsində müstəqil hazırlayır; 

-

 

tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir; 



-

 

təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir; 



-

 

elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir və həyata keçirir; 



-

 

profilinə  uyğun  elmi  tədqiqat  işlərini  həyata  keçirir  və  elmi-metodik  sənədlər 



hazırlayır; 


 

 

-



 

elmi-praktik  konfranslar,  seminarlar,  simpoziumlar,  olimpiadalar,  müsabiqələr, 

sərgilər və s. təşkil edir və həyata keçirir

-

 



elmi  əlaqələr  yaradır,  təhsil  və  elmi-texniki  əməkdaşlıq  haqqında  saziş  və 

müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə 

iştirak edir; 

-

 



təhsilin  keyfiyyət  səviyyəsi  ölkədə  qəbul  olunan  dövlət  təhsil  standartları  əsasında 

beynəlxalq  və  ümumavropa  təhsil  sisteminin  prinsiplərinin  tətbiqi  ilə  bağlı  müasir 

informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını, 

qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır; 

-

 

elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və 



nəşr edir; 

-

 



tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri 

həyata keçirir; 

-

 

təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir; 



-

 

maddi-texniki  və  tədris  bazasının  möhkəmləndirilməsi  və  genişləndirilməsi 



istiqamətində işlər görür; 

-

 



müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq 

əlaqələr yaradır. 

1.31.

 

Ali Məktəbdə mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: 



-

 

bakalavriat; 



-

 

magistratura; 



-

 

doktorantura. 



1.32.

 

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: 



-

 

əyani; 



-

 

qiyabi; 



-

 

distant (məsafədən); 




Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə