-
sərbəst (eksternat).
1.33.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında
ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər
hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Ali Məktəbdə bakalavriat
səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 ildir. Qiyabi forma üzrə təhsil
müddəti bir il artıqdır. Bakalavriatı bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi
verilir. Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-
pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola
bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam
etdirə bilərlər. Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat
təhsilinin məzmunu və təşkili Qaydalarına uyğun olaraq müəyyən edilir.
1.34.
Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı
ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini
nəzərdə tutur. Ali Məktəbdə magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ
müddəti 2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Magistratura səviyyəsini
bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə
peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir. Bu
təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcəsinin verilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu İI12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq
edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi
Qaydalarf'na əsasən müəyyən edilir.
1.35.
Ali Məktəbdə ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin
ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və
elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktorantura təhsili Ali Məktəbdə yaradılan
doktoranturada həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi
dərəcələr Ali Məktəbdə və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının
vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
1.36.
Ali Məktəbdə doktoranturanın yaradılması və doktoranturaya qəbul Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq
edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən
həyata keçirilir.
1.37.
Ali Məktəbdə, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi
dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali Məktəbin müvafiq
kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və elmi
dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir. Ali Məktəbin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri
nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Ali Məktəbdə dosent və
professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Ali
Attestasiya Komissiyası tərəfindən müəyyən edilir.
Ali Məktəbin fəxri professor (doktor) və dosent adı vermək hüququ vardır. Fəxri adların
verilməsi qaydaları ayrıca əsasnamə ilə müəyyən olunur.
1.38.
Ali Məktəb öz imkanları daxilində bu Nizamnaməyə uyğun olaraq ali təhsilin
müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşlara diplom verməklə
yanaşı, onların əlavə təhsil almasını da təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim
dəyişən və yeniləşən əmək bazarına uyğunlaşdırılınası, yaşlı vətəndaşların ölkənin sosial,
iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini
daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
-
ixtisasartırma;
-
kadrların yenidən hazırlanması;
-
stajkeçmə və kadrların təkmilləşdirilməsi;
-
təkrar
ali təhsil;
-
dərəcələrin yüksəldilməsi;
-
yaşlıların təhsili.
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr
tarixli 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla həyata
keçirilir.
1.39.
Ali Məktəbdə tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və
mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata
keçirilir.