Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

2.



 

ALİ MƏKTƏBƏ TƏLƏBƏ QƏBULU 

2.1.


 

Bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura 

səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst 

seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada Ali Məktəbə qəbul oluna 

bilərlər. 

Ali  Məktəbə  tələbə  qəbulu  biliyin  qiymətləndirilməsi  üzrə  keçirilən  imtahanlarda 

abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu 

üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. 

2.2.

 

Ali Məktəbin bakalavriat, magistratura və doktorantura səviyyələrinə əcnəbilərin və 



vətəndaşlığı  olmayan  şəxslərin  qəbulu  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələr əsasında, habelə Ali Məktəblə əcnəbi və ya vətəndaşlığı olmayan 

şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. 

2.3.


 

Ali  Məktəbə  tələbə  qəbulu  planı  müvafiq  dövlət,  həmçinin  ayrı-ayrı  müəssisə  və 

təşkilatların  sifarişi  əsasında, Ali  Məktəbin  imkanları  nəzərə  alınmaqla, Ali  Məktəbin və 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  təklifləri  əsasında  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. 

2.4.


 

Hər  bir  təhsilalan,  valideyn  və  ya  digər  qanuni  nümayəndə  Ali  Məktəbin  tədris 

prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər: 

-

 



Ali Məktəbin nizamnaməsi; 

-

 



Təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya); 

-

 



Ali Məktəbin dövlət akkreditasiyası haqqında sənəd. 

2.5.


 

Təkrar  ali  təhsil,  ixtisasartırma  və  yenidənhazırlanma,  stajkeçmə  və  peşə  hazırlığı 

kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 

 

 

 




 

 

3.



 

ALİ MƏKTƏBİN TƏDRİS FƏALİYYƏTİ 

3.1.


 

Ali  Məktəbdə  tədris  dili  dövlət  dili  -  Azərbaycan  dilidir.'-Ali  Məktəbin  imkanları 

nəzərə alınmaqla, təlim xarici dillərdə də aparıla bilər. 

3.2.


 

Ali Məktəb ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumları) 

həyata keçirirlər: 

-

 



bakalavriat; 

-

 



magistratura; 

-

 



doktorantura; 

-

 



əlavə təhsil. 

Ali  Məktəbdə  beynəlxalq  təhsil  proqramları  da  həyata  keçirilir.  Beynəlxalq  təhsil 

proqramları üzrə mütəxəssis hazırlığı dövlətlərarası müqavilələrə, müvafiq qanunvericiliyə 

və Ali Məktəbin Nizamnaməsinə əsasən tənzimlənir. 

3.3.

 

Ali Məktəbdə ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi 



tələblər  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  23  aprel  tarixli  75 

nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin‘dövlət standartı və proqramı" (bundan 

sonra - dövlət təhsil standartı) ilə müəyyənləşdirilir. 

3.4.


 

Ali  təhsilin  səviyyələrində  ixtisaslar  üzrə  təhsil  proqramlarında  aşağıdakı  fənn 

bölmələri nəzərdə tutulur: 

bakalavriat səviyyəsində: 

-

 

humanitar fənlər; 



-

 

texniki fənlər; 



-

 

ixtisasın peşə hazırlığı fənləri. 



Humanitar  fənn bölməsi sosial fəaliyyətin  müxtəlif  sahələrində  mövcud problemləri 

və prosesləri araşdırmağı təmin edir. 

İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll 

etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin edir. 




 

 

Ümumi  auditoriya  saatlarının  15-20  faizi  humanitar  fənlərin,  80-85  faizi  isə  peşə 



hazırlığını  təmin  edən  fənlərin  tədrisinə  ayrılır.  İxtisas  sahələrindən  asılı  olaraq  fənlərin 

tədrisinə ayrılan tədris saatlarının miqdarı dəyişdirilə bilər. 

Humanitar fənn bölməsinə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili" 

(xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir. 

Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına 

uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız 

ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə 

başa çatdırılır; 

Magistratura  səviyyəsində  ixtisaslar  üzrə  təhsil  proqramları  təhsil  və  elmi  tədqiqat 

hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların fpcmi 40-50 faiz təşkil 

edir. 

Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur: 



-

 

texniki fənlər; 



-

 

ixtisaslaşma fənləri. 



Bu  bölmələrə  daxil olan  fənlərin  tədrisi  zamanı  magistrlara  müvafiq  elm  sahəsində 

elmi  tədqiqat  işlərini  aparmaq  və  təşkil  etmək,  müasir  informasiya  texnologiyalarından 

istifadə  etmək,  ali  təhsil  müəssisələrində  pedaqoji  fəaliyyətlə  məşğul  olmaq,  idarəetmə 

sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır. 

Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi  auditoriya saatlarının 

25-30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır. 

Humanitar  fənn  bölməsinə  məcburi  fənlər  kimi  "Xarici  dil",  "Ali  məktəb 

pedaqogikası" və "Psixologiya" fənləri daxildir. 

İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə 

fənlər  daxildir.  Hər  iki  proqramda  seçmə  fənlərə  ayrılan  saatların  həcmi  ümumi  saat 

həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər Ali Məktəb tərəfindən müəyyənləşdirilir. 

3.5.


 

Ali  Məktəbdə  ali  təhsil  pilləsinin  ayrı-ayrı  ixtisasları  (ixtisaslaşmaları)  üzrə  təhsil 




Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə