Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

proqramları müvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir. 



Bu  sənədlərin  formaları  səlahiyyətləri  çərçivəsində  Azərbaycan  Respublikasının 

Təhsil Nazirliyi və Ali Məktəb tərəfindən müəyyənləşdirilir. 

3.6.

 

İxtisaslar üzrə təhsil proqramlarında normativ təhsil müddətləri dövlət təhsil standartı 



ilə müəyyən edilir. 

3.7.


 

Ali Məktəbdə ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil 

standartına uyğun hazırlanmış və Ali Məktəbin rəhbəri tərəfindən təsdiq edilmiş tədris planı 

əsasında həyata keçirilir. 

Ali Məktəbin bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi 

45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). 

Auditoriya  dərsləri  həftədə  bakalavriat  səviyyəsində  30  saatdan,  magistratura 

səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 

30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir. Ali Məktəbdə kredit 

sistemi  ilə  tədrisin  təşkili  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq 

edilmiş qaydada həyata keçirilir. 

Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar 

üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. 

Qiyabi  forma  üzrə  isə  tələbələrin  auditoriya  dərslərinin  həcmi  ildə  bakalavriat 

səviyyəsində 180-240 saata, magistraturada isə 120-160 saata qədər nəzərdə tutulur. 

Hər  tədris  ilində  təlim  müddəti  sentyabrın  15-dən  başlanır  və,  ixtisas  üzrə  tədris 

planına müvafiq olaraq yekunlaşır. 

Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 

(altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. 

Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) 

ibarətdir. 

Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat 



 

 

səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. 



Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən, qış tətili müddəti 2 həftədən 

az olmayaraq). 

Ali  Məktəbdə  dərs  növlərinə  mühazirə,  seminar,  nəzəri,  praktiki  və  laboratoriya 

məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi), tələbələrin sərbəst işləri 

və s. daxildir. 

Akademik  saat  -  45  dəqiqədir.  Bütün  növ  dərslər  üçün  2  akademik  saat 

müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. 

Ali  Məktəbdə  ali  təhsilin  bakalavriat  və  magistratura  səviyyələrinin  proqramları 

təhsilalanların  dövlət  attestasiyası  ilə  yekunlaşır.  Dövlət  attestasiyası  bütün  təhsilalanlar 

üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 

Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata 

keçirilir.  Aralıq  attestasiya  imtahan  formasında  həyata  keçirilir,  hər  semestr  üzrə 

imtahanların siyahısı təhsilalanların nəzərinə çatdırılır. 

Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi 

çoxballı (100 ballı) sistemlə həyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C (yaxşı), 

D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri müəyyənləşdirilir. Balların göstərilən 

qiymətlər üzrə bölgüsü Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən 

edilir. 


İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, 

dövlət  attestasiyasının  keçirilməsi  qaydaları  səlahiyyətləri  çərçivəsində  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 

və Ali Məktəbin Nizamnaməsi ilə müəyyənləşdirilir. 

3.8.

 

Ali  Məktəbdə  əyani  forma  üzrə  dövlət  hesabına  təhsilalanların  fəaliyyətini 



stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər (o 

cümlədən, adlı təqaüdlər) və yardımlar verilir. 

3.9.

 

Ali Məktəbdə təhsilalanların bir təhsil proqramından digərinə keçirilməsi və ya digər 



ali təhsil müəssisəsinə köçürülməsi, Ali Məktəbdən xaric edilməsi, akademik məzuniyyət 


 

 

verilməsi və təhsilə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi 



tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir. 

3.10.


 

Ali təhisilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun 

dövlət attestasiyasından keçmiş tələbələrə Ali Məktəbin bitirməsi barədə dövlət nümunəli 

sənəd  (diplom)  verilir.  Həmin  diploma  əlavədə  təhsilalanlar  tərəfindən  mənimsənilmiş 

fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir. Doktoranturada təhsilini başa vurmuş 

və  müvafiq  elmi  dərəcə  almış  şəxslərə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2010-cu  il  29  aprel  tarixli  82  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Təhsil  haqqında  dövlət 

sənədlərinin  nümunələri  və  onların  verilməsi  Qaydalan"na  əsasən  həmin  elmi  dərəcəni 

təsdiq  edən  vahid  formada  dövlət  nümunəli  sənəd  -  diplom  verilir.  Ali  Məktəbdə 

rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir. 

Ali  Məktəbin  bakalavriat  və  magistratura  səviyyələrinin  məzunlarına  onların  arzusu 

ilə  Avropa  Komissiyası,  Avropa  Şurası  və  YUNESCO/CEPES-in  və  ona  müvafiq 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümunəsinə uyğun hazırlanmış diploma əlavə 

də verilə bilər. 

Ali  təhsilin  müvafiq  səviyyələrini  bu  və  ya  digər  səbəbdən  başa  vurmayan 

təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 

nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Müxtəlif  səbəblərdən  təhsilin  hər  hansı  pilləsini  və 

səviyyəsini  başa  vurmayan  şəxslərə  arayışın  verilməsi  Qaydasfna  uyğun  olaraq  arayış 

verilir. 

 

 



 

 

 



 

 



Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə