Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

4.



 

ELMİ FƏALİYYƏT 

4.1.


 

Ali Məktəbdə mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir. 

4.2.

 

Ali  təhsil  pilləsində  elmi  araşdırmalar  təhsili  idarəetmə  orqanlarının  tabeliyində 



fəaliyyət  göstərən  elmi  tədqiqat  strukturlarında,  Ali  Məktəbdə  və  onun  müvafiq 

qurumlarında  və  ya  bölmələrində  (elmi  tədqiqat  institutları,  mərkəzlər,  kafedralar, 

laboratoriyalar və s.) aparılır. 

4.3.


 

Ali  Məktəbin  elm  sahəsində  fəaliyyəti  onun  profilinə  uyğun  elmin  müvafiq 

sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə 

yönəldilir. 

4.4.

 

Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır. 



4.5.

 

Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali Məktəbdə 



elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları bu Nizamnamə ilə müəyyənləşir. 

4.6.


 

Ali Məktəbdə aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris 

prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və 

buraxılış işlərinə, magistr və doktorluq dissertasiyalarına) tətbiq olunmasını və 

monoqrafiyalar, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc 

olunmaqla və elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edirlər. 

4.7.

 

Ali Məktəbdə aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin 



müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır. 

4.8.


 

Ali Məktəbdə aparılan elmi araşdırmalar Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin hesabı, müxtəlif fondlar, Ali Məktəbin büdcədənkənar və sifarişlər əsasında daxil 

olan vəsaitləri, eləcə də qrantlar hesabına həyata keçirilir. 

4.9.

 

Təhsilin  inkişaf  problemləri  ilə  bağlı  elmi  araşdırmalar  innovasiya  xarakteri 



daşımaqla,  elmin  inkişafına,  təhsil  tarixinin  öyrənilməsinə,  təhsilin  təşkilinin  və  idarə 

olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin 

yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına 

və tətbiqinə yönəldilir. 




 

 

5.



 

ALİ MƏKTƏBİNİN İDARƏ OLUNMASI 

5.1.


 

Ali Məktəbin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə 

orada idarə və özünüidarə orqanları (ümumi  yığıncaq, himayəçilər, elmi, elmi-  metodiki, 

pedaqoji,  təhsilalanlar,  qəyyumlar  şuraları  və  s.)  yaradıla  bilər.  Həmin  qurumların 

yaradılması  qaydaları  və  səlahiyyətləri  bu  Nizamnaməyə  uyğun  olaraq  xüsusi  qaydalar 

əsasında müəyyənləşdirilir. 

5.2.

 

Ali  Məktəbin  ali  idarəetmə  orqanı  Elmi  Şuradır.  Elmi  Şura  seçkili  orqandır,  onun 



yaradılması  və  fəaliyyəti  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq 

edilən  "Ali  təhsil  müəssisəsinin  Elmi  Şurası  haqqında  Əsasnamə",  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  təsdiq  etdiyi  “Ali  təhsil  müəssisəsinin  Nümunəvi 

Nizamnaməsi” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin müəyyən 

etdiyi qaydada tənzimlənir. 

Ali  Məktəbin  fəaliyyətinə  bilavasitə  rəhbərlik  rektor  tərəfindən  həyata  keçirilir.  Ali 

Məktəbin  rektoru  qanunvericiliyə  uyğun  qaydada  təyin  olunur  və  ya  vəzifəsindən  azad 

edilir. 


Rektor əvəzçiliklə təyin oluna bilməz. 

Ali  Məktəbin  prorektorları  (tədris, elm, təlim-tərbiyə, təsərrüfat  işləri  və  beynəlxalq 

əlaqələr üzrə) Ali Məktəbin rektorunun təqdimatı əsasında Azərbaycan Respublikası Dövlət 

Neft Şirkəti tərəfindən təyin olunurlar. 

Rektor  mütəxəssis  hazırlığının  keyfiyyətinə,  ali  təhsil  müəssisəsində  tədris,  elm, 

tərbiyə, maliyyə-təsərrüfat işlərinin təşkilinə və büdcənin icrasına görə məsuliyyət daşıyır. 

Rektor  ali  təhsil  müəssisəsinin  inzibati-funksional  idarəetmə  strukturunu  və  ştat 

cədvəlini təsdiq edir. 

Rektorun  səlahiyyətləri  bu  Nizamnamə  ilə  müəyyənləşdirilir.  Ali  Məktəbin  idarə 

edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları (5.1 -ci bənddə yaradılması nəzərdə 

tutulan  orqanlar)  istisna  olmaqla,  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarının  və  digər 

təşkilatların müdaxiləsinə yol verilmir. 

5.4.

 

Fakültə  Ali  Məktəbin  tədris  elm  və  inzibati  bölməsi  olub,  eyni  sahə  və  istiqamət 




 

 

daxilindəki  bir  və  ya  bir-birinə  yaxın  olan  bir  neçə  ixtisas  üzrə  bakalavr,  magistr  və 



doktorların  hazırlanmasını,  müvafiq  sahə  üzrə  mütəxəssislərin  (kadrların)  ixtisasının 

artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə 

işlərinə rəhbərlik edir. 

Ali  Məktəbin  fakültələrinə  ümumi  rəhbərlik  fakültə  elmi  şurası  tərəfindən  həyata 

keçirilir. Fakültə elmi şurası Ali Məktəbin rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir. 

Fakültə  elmi  şurasının  sədri  -  dekandır.  Fakültə  elmi  şurasının  vaxtından  əvvəl  yenidən 

seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda Ali 

Məktəbin rektorunun təqdimatına görə həyata keçirilə bilər. Fakültə elmi şurasının tərkibi 

rektor tərəfindən təsdiq edilir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir. 

5.5.

 

Ali  Məktəbin  fakültələrinə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  bu  vəzifəyə 



seçilmiş və ya təyin olunmuş dekan rəhbərlik edir. 

Dekan: 


-

 

fakültədə tədris prosesinə, tərbiyə işlərinə və elmi tədqiqatların yerinə yetirilməsinə 



bilavasitə rəhbərlik edir; 

-

 



təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə uyğun 

olaraq həyata keçirilməsini təmin edir

-

 

tələbələrin dərslərdə iştirakını təmin edir; 



-

 

tələbələrin  elmi,  pedaqoji  və  istehsalat  təcrübəsinin  həyata  keçirilməsi  üçün  şərait 



yaradır və onu nəzarətdə saxlayır; 

-

 



fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının 

təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir

-

 

tələbələrin  müstəqil  işlərinə  nəzarəti  təşkil  edir  və  onların  elmi  fəaliyyətləri  üçün 



şərait yaradılmasını təmin edir; 

-

 



tələbələrin  imtahanlarının  keçirilməsinə  nəzarəti  təşkil  edir,  bütün  imtahan 

sessiyalarının  normal,  mövcud  tələblərə  uyğun  keçirilməsinə  birbaşa  cavabdehlik 

daşıyır; 



Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə