Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

5.8.



 

Ali  Məktəbdə  elmi-pedaqoji  (professor-müəllim  heyəti,  elmi  işçilər),  mühəndis- 

texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə 

tutulur.  Bu  vəzifələrə  təyinolunma  rektor  tərəfindən  qanunvericilikdə  nəzərdə  tutulmuş 

qaydada həyata keçirilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

6.



 

TƏHSİL ALANLARIN, TƏHSİLVERƏNLƏRIN VƏ DİGƏR 

İŞÇİLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

6.1.


 

Ali Məktəbdə təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri müvafiq olaraq 

Azərbaycan 

Respublikasının 

Konstitusiyası, 

"Təhsil 


haqqında" 

Azərbaycan 

Respublikasının Qanunu və digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr,  Ali  Məktəbin  Nizamnaməsi  və  daxili  intizam 

qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə 

tənzimlənir. 

6.2.

 

Təhsilalanların hüquqları aşağıdakılardır: 



-

 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ali Məktəbə qəbul olunmaq; 



-

 

təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini 



sərbəst seçmək; 

-

 



dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq

-

 



Ali  Məktəbin  tədris  planlarına  uyğun  olaraq  tədris  fənlərini,  semestrlər  üzrə 

kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək; 

-

 

Ali  Məktəbin  mövcud  infrastrukturundan  (tədris-istehsalat,  elmi  tədqiqat, 



informasiya,  mədəni-məişət,  idman,  sağlamlıq  mərkəzlərindən,  yataqxanalardan, 

kitabxanalardan və s.) istifadə etmək; 

-

 

müəyyən edilmiş qaydada ali təhsil müəssisəsini və ixtisasını dəyişmək; 



-

 

elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq; 



-

 

fasiləsiztəhsil almaq; 



-

 

sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; 



-

 

insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə 



olunmaq; 

-

 



müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 

-

 



Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  müəyyən  etdiyi  qaydada  biliyinin 


 

 

yenidən qiymətləndirilməsini tələb etmək; 



-

 

ali  təhsilin  hər  bir  səviyyəsində  qanunvericilikdə  göstərilən  hallar  istisna  olmaqla, 



yalnız bir dəfə pulsuz təhsil almaq

-

 



təhsil  prosesinin  təşkilində  və  idarə  olunmasında  fəal  iştirak  etmək,  öz  fikir  və 

mülahizələrini sərbəst ifadə etmək; 

-

 

Ali  Məktəbin  elmi,  ictimai,  sosial  və  mədəni  həyatında,  elmi  cəmiyyətlərin, 



dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak 

etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv,olmaq; 

-

 

elmi-praktik  konfransların,  seminarların,  yığıncaqların  və  görüşlərin,  habelə  təhsil 



həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək; 

-

 



müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını seçmək; 

-

 



qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

6.3.


 

Təhsilalanların vəzifələri aşağıdakılardır: 

-

 

dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 



-

 

pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 



-

 

təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 



-

 

dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək



-

 

təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi 



ilə bağlı qaydalara əməl etmək; 

-

 



qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

6.4.


 

Təhsilverənlərin hüquqları aşağıdakılardır: 

-

 

normal  əmək,  elmi-pedaqoji  iş  və  təhsil  şəraiti,  müasir  standartlara  cavab  verən 



texnologiyalarla təmin olunmaq; 

-

 



Ali  Məktəbin  Nizamnaməsinə  uyğun  olaraq,  təhsil  prosesinin  təşkilində  və  idarə 

olunmasında fəal iştirak etmək

-

 

tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək; 




 

 

-



 

şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 

-

 

Ali  Məktəbdə  vəzifə  tutmaq  və  müvafiq  hallarda  seçkili  vəzifələrə  seçmək  və 



seçilmək; 

-

 



ixtisasını  artırmaq,  yeni  ixtisas  almaq,  staj  keçmək,  ixtisas  və  elmi  dərəcəsini 

yüksəltmək; 

-

 

müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq; 



-

 

Ali  Məktəbdə  uzun  müddət  qüsursuz  çalışan  və  onun  elmi-pedaqoji  həyatında 



mühüm xidmətləri olan professorlara aylıq əməkhaqqı və əlavələr, digər güzəştlər və 

imtiyazlar  saxlanılmaqla,  akademik  və  inzibati  vəzifədən  azad  olunmaq  şərtilə, 

məsləhətçi-professor vəzifəsini tutmaq; 

-

 



qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

6.5.


 

Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 

-

 

təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 



-

 

təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 



-

 

təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və 



azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə 

-

 



hazırlamaq; 

-

 



təhsilalanları elmi fəaliyyətə cəlb etmək; 

-

 



şəxsi  nümunəsi  ilə  təhsilalanlarda  Azərbaycan  Respublikasının  müstəqilliyinə, 

Konstitusiyasına  və  qanunlarına,  dövlət  rəmzlərinə,  Azərbaycan  xalqının  tarixinə, 

mədəniyyətinə,  dilinə,  adət  və  ənənələrinə,  milli  və  ümumbəşəri  dəyərlərə, 

cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 

-

 

pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, 



ziyalılıq nümunəsi göstərmək; 

-

 



təhsilalarfların şərəf və ləyaqətinə hörmət etmək; 

-

 



gəncləri  fiziki  və  psixi  zorakılığın  bütün  formalarından  qorumaq,  onları  zərərli 


 

 

vərdişlərdən çəkindirmək; 



-

 

ixtisas  və  elmi-pedaqoji  səviyyəsini  yüksəltmək,  elmi  araşdırmalar  aparmaq,  əlavə 



məşğələlər keçirmək

-

 



qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; 

-

 



qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

6.6.


 

Ali Məktəbdə akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin yaş həddinə çatan 

pedaqoji işçilər akademik və inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris və 

elmi fəaliyyətində iştirak edə bilərlər. 

6.7.


 

Ali  Məktəbin  inzibati,  inzibati-idarəetmə,  inzibati-təsərrüfat,  mühəndis-texniki, 

istehsal, tədris-köməkçi və digər  heyətinin  hüquq və vəzifələri  müvafiq qanunvericiliklə, 

Nümunəvi Nizamnamə, Ali Məktəbin Nizamnaməsi, daxili nizam- intizam qaydaları, eləcə 

də, işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

7.



 

ALİ MƏKTƏBİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ 

7.1.


 

Ali Məktəbin əmlakı dövlət, Azərbaycan Respublikası Dövlət Nefit Şirkəti, hüquqi və 

fiziki  şəxslər  tərəfindən  onun  mülkiyyətinə  və  ya  istifadəsinə  verilən,  eləcə  də 

qanunvericiliklə  qadağan  olunmayan  və  bu  Nizamnamədə  öz  əksini  tapan  fəaliyyətlər 

nəticəsində əldə edilən əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından 

ibarətdir. 

Ali Məktəb mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və 

ondan  səmərəli  istifadə  edilməsi  üçün  məsuliyyət  daşıyır.  Ali  Məktəbin  əmlakının  idarə 

olunması ilə bağlı fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya 

onun səlahiyyət verdiyi şəxs həyata keçirir. 

Ali Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi 

dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir. 

Ali Məktəb göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə- 

profılaktik, qonaqpərvərlik xidmətləri və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz 

əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri, istehsal sahələri 

və s. əldə edə bilər. 

Ali Məktəbin özəlləşdirilməsi qadağandır. 

Ali Məktəbin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi 

əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. 

Ali Məktəbin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə 

tənzimlənir. 

7.2.


 

Ali Məktəbin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayrılır. 

Ali Məktəb mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən edilmiş 

qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq 

hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak Ali Məktəbə ayrılan 

vəsaitlərin  miqdarına  təsir  göstərmir  və  o,  Nizamnaməyə  uyğun  olaraq  sərbəst  istifadə 

edilir. 



 

 

Ali Məktəbin əldə etdikləri mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və 



təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər. 

Ali Məktəbin maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə 

normativlərinə əsasən həyata keçirilir. Bu normativlər Ali Məktəbin kateqoriyasına uyğun 

olaraq,  "Ali  təhsil  müəssisələrində  yeni  maliyyələşmə  mexanizminin  tətbiq  edilməsi 

haqqında"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  25  iyun  tarixli  120 

nömrəli  qərarına  əsasən  hər  bir  təhsilalana  düşən  məsrəf  məbləği  nəzərə  alınmaqla 

müəyyən edilir. 

Ali  Məktəb  ödənişli  təhsildən  əldə  olunan  və  digər  büdcədənkənar  vəsaitlərin 

xərclənməsi  istiqamətlərini  və  işçilərin  maddi  həvəsləndirilməsinə  ayırmaların  xüsusi 

çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir. 

Ali  Məktəbin  inkişafına,  təhsilalanların  təhsil  haqqının  və  təhsillə  bağlı  xərclərinin 

ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, 

doktorantura  proqramlarının  maliyyələşdirilməsi,  beynəlxalq  təcrübənin  öyrənilməsi  və 

digər  məqsədlər  üçün  müvafiq  qaydada  qrantlar  ayrılmasını  təmin  edir.  Kreditlərin  və 

qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 

Dövlət təhsil və elmi tədqiqat üzrə qrantlar təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin 

maliyyələşdirilməsinə yönəldilə bilməz. 

Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi 

məqsədi  ilə  əlverişli  investisiya  mühitinin  yaradılmasını  təmin  edir  və  bu  məqsədlə 

sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verir. 

7.3.

 

Ali Məktəb aşağıdakı mənbələrdən maliyyələşdirilir: 



-

 

qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri; 



-

 

ödənişli təhsildən əldə olunan vəsaitlər; 



-

 

hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, 



xarici  hüquqi  şəxslərin  qanunvericiliyə  uyğun  olaraq  verilən  qrantları,  vəsiyyət 

olunan vəsaitləri, ianələri və yardımları; 

-

 

müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları; 




 

 

-



 

təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər 

xidmətlərdən əldə etdiyi vəsaitlər; 

-

 



hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və 

kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait; 

-

 

dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə 



əldə olunan vəsaitlər; 

-

 



Ali Məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, 

nəqliyyat  vasitələrinin  və  təhsil  məqsədləri  üçün  yararsız  olan  digər  əmlakın 

satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər; 

-

 



Ali Məktəbin beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə 

etdiyi qrantlar və vəsaitlər; 

-

 

qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər. 



7.4.

 

Ali  Məktəb  əlavə  gəlir  əldə  etmək  məqsədi  ilə  qanunvericilikdə  nəzərdə  tutulmuş 



qaydada  "Təhsil  müəssisəsinin  əlavə  gəlir  əldə  etmək  məqsədi  ilə  məşğul  olmasına  yol 

verilən  sahibkarlıq  fəaliyyəti  növlərinin  müəyyən  edilməsi  haqqında"  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  19  yanvar  tarixli  10  nömrəli  qərarı  ilə 

müəyyən edilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.Ali Məktəb Sahibkarlıq 

fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququra -a ikdir. Bu gəlirlər 

bilavasitə təhsilin inkişafına və işçilərin sosial müda

f

əs~ə yönəldilir. Ali Məktəb sahibkarlıq 



fəaliyyətini həyata keçirmək məqsədi ilə'qanunvenc ıklə müəyyən edilmiş qaydada hüquqi 

şəxslər yarada bilər və ya başqa huquqi şəxslərin fəaliyyətində iştirak edə bilər. 

7.5.

 

Ali Məktəb bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 



7.6.

 

Ali Məktəbdə təhsilin dövlət təhsil standartına uyğun təşkil olunmaması nəticəsində 



təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən 

təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin 

həmin  Ali  Məktəb  tərəfindən  ödənilməsi  barədə  Azərbaycan  Respublikasının  Təhsil 

Nazirliyi tərəfindən yalnız akkreditasiya xidmətinin mənfi rəyinə əsasən məhkəmədə iddia 

qaldırıla bilər. 



 

 

8.



 

TƏHSİL SAHƏSİNDƏ BEYNƏLXALQ ƏLAQƏLƏR 

Ali Məktəbin ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının 

qanunvericiliyi  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  əsasında  həyata  keçirir.  Ali 

Məktəbdə  tədris  prosesi  Avropa  Kredit  Transfer  Sisteminə  uyğun  olaraq  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Kredit sistemi üzrə tədrisin 

təşkili Qaydaları” əsasında təşkil edilir. 

Ali Məktəb qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici 

ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa 

əlaqələr  yarada,  əməkdaşlıq  haqqında  ikitərəfli  və  çoxtərəfli  müqavilələr  bağlaya,  təhsil 

sahəsində  fəaliyyət  göstərən  dövlət  və  qeyri-hökumət  qurumlarına  (ittifaqlar,  birliklər, 

assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər. 

Ali  Məktəb  beynəlxalq  səviyyəli  birgə  elm  və  təhsil  layihələrinin  hazırlanması, 

fundamental  elmi  tədqiqat  və  layihə-konstruktor  işlərinin,  elmi-praktik  konfransların, 

simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi 

işçilərin  mübadiləsi,  iddia  sənədi,  patent  və  ya  onlarla  bağlı  hüquqların 

özgəninkiləşdirilməsi  və  bu  qəbildən  olan  digər  fəaliyyətlə  müvafiq  normativ  hüquqi 

aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir. 

Ali  Məktəbin  fəaliyyətinin  keyfiyyətini  yüksəltmək  və  beynəlxalq  əlaqələrini 

genişləndirmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  mövcud  normativ  hüquqi 

aktlarının  tələblərinə  riayət  etməklə,  öz  nizamnamələrinə  uyğun,  müstəqil  olaraq  xarici 

tərəfdaşlarla  birlikdə  ölkə  daxilində  və  xarici  dövlətlərdə  müştərək  struktur  bölmələri 

(mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır. 



Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə