«Qeydiyyata alınmışdır» Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi



Yüklə 197,13 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü197,13 Kb.
#67148


 

 

«Qeydiyyata  alınmışdır»



 

Azərbaycan Respublikası 

Ə

dliyyə Nazirliyi 

 

Qeydiyyat   2739  

Azərbaycan Respublikası  

Mərkəzi Bankı İdarə  

Heyətinin 

 

« 29 « dekabr  2001 -ci il  

tarixli qərarı ilə təsdiq edilmişdir       

17 yanvar  2002  -ci il 

 

Nazir 

 

__________________F.F.Məmmədov 

 

 

(Protokol N 26) 

 

İdarə Heyətinin sədri

 

 

_______________ E.S.Rüstəmov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

BANKLARA AİDİYYATI

 OLAN ŞƏXSLƏRLƏ ƏMƏLİYYATLARIN 

APARILMASI 

Q A Y D A L A R I 

 

(2003-cü il 24 noyabr, 2004-cü il 28 iyun və 2010-cu il 15 aprel tarixli əlavə və 



dəyişikliklərlə) 

 

 



 

 

 



 

 

 



 

BAKI – 2001-ci il 


I. Ümumi müddəalar 

 

       1.1  Bu  Qaydalar    «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında»  və 



«Banklar haqqında» Azərbaycan Respublikası qanunlarına uyğun olaraq hazırlanmış  və  

respublikanın    bütün  kommersiya  (səhmdar  –kommersiya)  banklarının  və  xarici  bank 

filiallarının  (bundan  sonra  –  «bank»  )    banklara  aidiyyatı  olan    şəxslərlə    əməliyyatlar 

aparılması    zamanı    onların  banka  olan    borclarından    yaranan      kredit  risklərinin  

azaldılması  məqsədini daşıyır.  

     1.2. Belə borcların tənzimlənməsində məqsəd  banklara  aidiyyatı olan şəxslərlə, yəni 

bankda  tutduğu  vəzifəsindən,  yaxud    onun  fəaliyyətinə  nəzarət  etmək      və  ya  təsir 

göstərmək  hüququnun   olub-olmamasından asılı olmayaraq bank xidmətləri alıcılarına 

bu  xidmətlərdən  bərabər    istifadə  imkanlarının  yaradılması  və  əhalinin  bank  sisteminə  

inamının  artırılmasıdır. 

   Bu Qaydalarda istifadə olunan  anlayışlar: 

 

 



1.3

. 



Banka aidiyyəti olan şəxslərə aşağıdakılar aiddir: 

a)   bankın inzibatçıları; 

b)   bankın struktur bölmələrinin rəhbərləri; 

c)

 



 bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları; 

ç)    bu  bəndin  “a”,  “b”,  “c”  yarımbəndlərində  göstərilən  şəxslərə  yaxın  qohumluq 

münasibətlərində  olan  şəxslər  (əri/arvadı,  valideyni,  o  cümlədən  ərinin/  arvadının 

valideyni, babası, nənəsi, övladı, o cümlədən  övladlığa götürülən, qardaşı və bacısı);  

d)  bankda mühüm iştirak payı olan hər hansı şəxs; 

     e)   bankın mühüm iştirak payı olan hüquqi şəxs; 

ə)    bu  bəndin  “d”  və  “e”  yarımbəndlərində  göstərilən  hüquqi  şəxslərdə  mühüm 

iştirak payı olan hər hansı şəxs; 

f)

 

bu bəndin  “d”, “e” və “ə” yarımbəndlərində  göstərilən hüquqi şəxslərin  



     icra orqanlarının  rəhbərləri. 

1.4. Şəxs o zaman banka aidiyyatı  olan  şəxs adından hərəkət edən  hesab edilir ki, 

onlar  arasında  yaranan  münasibətlər  əsasında    həmin  şəxs  banka  aidiyyatı  olan 

şəxsin    göstərişi  ilə    hərəkət  etsin,  yaxud  onunla  sövdələşmə  banka  aidiyyatı  olan 




şəxsə  fayda    gətirsin.  Banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  edən  şəxslərə  

aşağıdakılar aiddir: 

     a) aralarında bağladıqları müqavilə əsasında banka aidiyyəti olan şəxs adından   

     hərəkət etməyə hüququ olan şəxs;  

b)  banka aidiyyəti olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs;  

c)   banka aidiyyəti olan şəxsin nümayəndəsi. 

1.5.  İnzibatçı bankın Müşahidə Şurasının, Audit Komitəsinin və Idarə Heyətinin 

üzvləri,  habelə  bankın  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),    daxili  audit 

bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş 

mühasibləri. 

1.6. Cıxarılıb.  

1.7.  Banka  aidiyyatı  olan    şəxslər    və  onlar  adından    hərəkət  edən  şəxslər 

aşağıdakı hallarda hüquqi şəxs üzərində mühüm təsirə  malik  hesab olunurlar: 

  –  o, hüquqi şəxsin mühüm iştirak payına malik olduqda; 

 



o,  hüquqi  şəxsin  mühüm  iştirak  payına  malik  şəxsə,  yaxud    Müşahidə  Şurasının, 

Audit  Komitəsinin,  Təftiş  Komissiyasının,  İdarə  Heyətinin  üzvləri  və  ya  digər 

rəhbər  işçilər  ilə  rəsmi  müqavilə  əsasında  və  ya  başqa  üsulla  bu  hüquqi  şəxsin 

işlərinə rəhbərlik edə bildikdə, yaxud onun işlərini idarə edə bildikdə; 

 

 o, hüquqi şəxsin subsidiar məsuliyyət daşıyan təsisçisi olduqda. 



          1.8.

 

Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və 

ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin 

qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya 

dolayı yolla sahiblikdir.           

          1.9. Bu Qaydalarda  banka aidiyyatı olan  şəxslərə və onlar adından  hərəkət edən 

şəxslərə  verilmiş kreditlər   dedikdə aşağıdakı göstəricilər  başa düşülür: 



         -   bütün  cari  və  vaxtı   keçmiş   kreditlərin  əsas məbləği   ( kreditlər, faktorinq 

və maliyyə lizinqi); 

-

 

götürülmüş  balansdankənar    öhdəliklər,  o  cümlədən  icra  olunmalı  kredit  



xətləri, qarantiyalar,  akkreditivlər  və  digər formada  təminatlar verilməsi üzrə 

öhdəliklər; 




-

 

overdraftlar (qabaqcadan razılaşdırılıb-razılaşdırılmamasından asılı olmayaraq); 



-

 

balansdan   silinmiş istənilən borc  (borcalanın  öhdəliyi müflisləşmə  haqqında    



işin    qaldırılması nəticəsində  məhkəmənin qərarı  ilə  ləğv   edildiyi   və  ya 

məhkəmə qərarları    üçün    iddianın      qaldırılması    müddəti    qurtardığı      halda   

balansdan  silinmiş  borclar istisna olunur). 

-

 



borc  qiymətli  kağızlarının  diskontla  və  ya  faizlər  alınmaqla  satın  alınması    və 

müqaviləyə  əsasən  hər  hansı  formada  verilmiş  vəsaitin  qaytarılmasını  tələb 

etməklə bağlı digər hüquqlar. 

    Banka  aidiyyatı  olan   şəxslərin  və  onlar  adından   hərəkət  edən    şəxslərin  bank  üçün 

risk sayılan  bu göstəriciləri sonradan bankın kredit tələbləri adlandırılacaqdır.  

           1.10. Keyfiyyətsiz aktivlər (kreditlər) aşağıdakılar hesab  olunur: 

-

 

qiymətləndirmə zaman müəyyən edilən və ya bank tərəfindən Mərkəzi Bankın   



     “Aktivlərin  təsnifləşdirilməsi  və  mümkün  zərərlərin  ödənilməsi  üçün      

ehtiyatların  yaradılması  Qaydaları”na  uyğun  olaraq  hesabatlarda  “qeyri-      

standart” qrupa aid edilən aktivlər; 

-

 



faizləri hesablanmayan statusa aid edilən; 

-

 



əsas  məbləğinin  və  ya  faizlərinin  ödənişləri  üzrə  gecikdirilmə    müddəti  30 

gündən çox olan; 

-

 

borclunun  maliyyə    çətinlikləri  üzündən  müddəti  uzadılan    və  ya  şərtləri 



dəyişdirilən aktivlər. 

1.11.  Bankın  məcmu  kapitalı  Mərkəzi  Bankın  “Bank  kapitalının  və  onun 

adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş qaydada hesablanır. 

 

2. Banka aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən  şəxslərə 

verilən kreditin maksimum məbləği 

2.1. Bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla banka  aidiyyatı olan  

şəxslərə və onlar  adından hərəkət edən  şəxslərə qarşı  birbaşa və ya dolayı yolla  olan  

kredit 


tələblərinin 

məbləği  aşağıdakı  normalardan  (məhdudiyyətlərdən)  çox 

olmamalıdır: 

a) onlar hüquqi şəxs olduqda bankın məcmu kapitalının 10 faizindən;  




b) onlar fiziki şəxs olduqda bankın  məcmu kapitalının 3 faizindən. 

2.2. Bankın  aidiyyatı olan şəxslərə və onlar adından hərəkət edən  şəxslərə qarşı 

olan  bütün kredit tələblərinin  ümumi məbləği bankın məcmu kapitalının  20 faizindən  

çox olmamalıdır. 

2.3. Banka  aidiyyatı  olan   şəxslərə  və onlar  adından  hərəkət edən   şəxslərə  qarşı 

bankın kredit tələbləri  aşağıdakı kimi təmin edilməlidir: 

-

 

bazar  dəyəri  kreditin  məbləğinin  125  faizindən  az  olmaması  şərti  ilə,  əgər 



təminat  Azərbaycan  hökumətinin  buraxdığı  qiymətli  kağızlar  və  ya  İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatına  (İƏİT)  daxil  olan  ölkələrin  mərkəzi 

hakimiyyət  orqanları  və  ya  mərkəzi  bankları  tərəfindən  buraxılmış  qiymətli 

kağızlardan ibarətdirsə;  

-

 

bazar  dəyəri  kreditin  məbləğinin  150  faizindən  az  olmaması  şərti  ilə,  əgər 



təminat predmeti hər hansı bir başqa formada verilirsə. 

            2.4.  Əgər  təminatın  bazar  dəyəri  2.3  yarımbəndinin  tələb  olunan  miqdarından 

aşağıdırsa, bu təminat 10 iş günü ərzində dəyişdirilməli, yaxud  tamamlanmalıdır. 

2.5. Banklar 2.1 və 2.2  yarımbəndlərində  müəyyən olunmuş normalarda  kredit 

tələblərinə  yalnız müstəsna hallarda  yol verə bilər. Banklara daxili prosedurlarında bir 

qayda olaraq bu normaların  daha aşağı  səviyyədə təsdiq olunması  tövsiyə olunur.  

2.6    Banka  aidiyyatı  olan    şəxslər  və  onlar  adından    hərəkət  edən  şəxslər    bu 

Qaydaların  tələblərinə uyğun olmayan  qaydada  aldıqları kreditlərin etibarsız  olmasını 

iddia edə bilməzlər. 

 

3. Banka aidiyyatı olan  şəxslərlə və onlar adından hərəkət



 

edən  şəxslərlə  aparılan əməliyyatlara qoyulan  qadağalar 

 

3.1. Banka  aidiyyatı olmayan  şəxslərlə aparılası əməliyyatlar bank üçün faydalı 

olmazsa,  bu  cür  əməliyyatlar    banka  aidiyyatı  olan    şəxslər  və  onlar    adından  hərəkət 

edən şəxslərlə də  aparılmamalıdır. Belə əməliyyatlara  aşağıdakılar aiddir: 

-

 

risk  səviyyəsi  yüksək  olduğundan    və  ya  digər  əlverişsiz  səbəblər  üzündən 



banka aidiyyatı  olmayan şəxslərlə aparılmayan  hər hansı əməliyyat;  


-

 

banka aidiyyəti olan şəxslərə və ya onlar adından hərəkət edən şəxslərə verilmiş 



kreditlərə tətbiq olunan  faiz dərəcələrinin, yaxud komisyon haqqların səviyyəsi 

banka  aidiyyəti  olmayan  şəxslərə  verilmiş  kreditlərə  tətbiq  edilən  faiz 

dərəcələrindən  və  komisyon  haqqlarından  aşağı  olduqda  və  ya    depozitlər 

(əmanətlər)  üzrə  faiz  dərəcəsi  bazarda  mövcud  olan  faiz  dərəcəsindən    daha 

yüksək  olduqda; 

-

 



banka  aidiyyatı  olan    şəxslərə  və  onlar    adından  hərəkət  edən  şəxslərə  haqq  

ödənilməsi banka aidiyyatı  olmayan şəxslərə ödənilən haqqdan yüksək olduqda  

-

 

 banka aidiyyatı olmayan şəxslərə  haqq ödənilmədikdə banka   aidiyyatı olan  



şəxslərə və onlar  adından hərəkət edən şəxslərə haqqın  ödənilməsi; 

-

 



banka  aidiyyatı  olan    şəxslərə  və  onlar    adından  hərəkət  edən  şəxslərə  verilən 

kreditlərin  ödəniş  müddəti  uzadıldıqda  və  ya  restrukturizasiya  olunduqda, 

banka  aidiyyatı  olmayan  şəxslər  üçün  kreditlərin  müddəti  uzadıla  və  ya 

restrukturizasiya oluna bilmədikdə; 

-

 

banka  aidiyyatı  olan    şəxslərdən  və  onlar    adından  hərəkət  edən  şəxslərdən 



alınan  əmlakın  dəyəri    banka  aidiyyatı  olmayan  şəxslərdən  alınan  həmin 

əmlakla müqayisə edilə biləcək əmlakın dəyərindən yüksək olduqda; 

-

 

banka  aidiyyatı  olan    şəxslərə  və  onlar    adından  hərəkət  edən  şəxslərə    satılan 



əmlakın  dəyəri    banka  aidiyyatı  olmayan  şəxslərə  həmin  əmlakla  müqayisə 

edilə biləcək əmlakın  dəyərindən aşağı olduqda; 

-

 

banka aidiyyatı olan  şəxslərdən və onlar  adından hərəkət edən şəxslərdən tələb 



olunan girovun dəyəri banka aidiyyatı olmayan şəxslərdən tələb olunan girovun 

dəyərindən  aşağı olduqda; 

-

 

banka  aidiyyatı  olan    şəxslərdən  və  onlar    adından  hərəkət  edən  şəxslərdən 



keyfiyyətsiz aktivlər (kreditlər) alındıqda və ya belə aktivi verilmiş kreditə görə 

təminat kimi götürdükdə; 

-

 

riskin yüksək olması  səbəbindən  banka aidiyyatı olmayan  şəxsin fəaliyyətinə 



investisiya qoyuluşları aparılmadığı halda, eyni xassəli əlamətlərə malik  banka 

aidiyyatı olan şəxslərin və ya onlar adından hərəkət edən  şəxslərin  fəaliyyətinə 

investisiya qoyuluşları; 



-

 

banka  aidiyyatı  olan  şəxslərin bankın  buraxdığı  səhmləri,  banka  qoyduğu  payı  



kreditə görə təminat kimi  verdikdə. 

 

3.2.  Bu  Qaydalarla  müəyyən  edilən  normalardan,  məhdudiyyətlərdən  və 



qadağalardan  əlavə  banka  aidiyyəti  olan  şəxslər  və  ya  onlar  adından  hərəkət  edən 

şəxslər  ilə  bütün  əməliyyatlar  təhlükəsiz  və  sağlam  bank  fəaliyyətinin  meyar  və 

prosedurlarına  uyğun  olaraq  aparılmalıdır.  Bank  üçün  bu  prosedurlar  banka  aidiyyatı 

olmayan şəxslərlə əməliyyatları tənzimləyən normalar qədər əlverişli olmalıdır.  

          3.3. Banka aidiyyatı olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər bankın 

xidmətlərindən  çəkinməli    və  onlarla  banka  ziyan    gətirə  biləcək  əməliyyatlar 

aparılmamalıdır.  

 

4. Banka aidiyyatı olan  şəxslərlə və onlar adından hərəkət edən  şəxslərlə 



əməliyyatlar  aparılması barədə qərarların  qəbul edil

məsi prosedurları 

         4.1.  Banklar  aidiyyəti  olan  şəxslərlə  və  ya  onlar  adından  hərəkət  edən  şəxslərlə 

əməliyyatları  depozit  əməliyyatları  istisna  olmaqla  bankın  Müşahidə  Şurasının  razılığı 

və  İdarə  Heyətinin  bu  barədə  yekdiliklə  qəbul  edilmiş  qərarı  olduqda  apara  bilərlər. 

Belə  əməliyyatlar barədə İdarə Heyətinin və Müşahidə Şurasının iclas protokollarında 

müvafiq  qeyd  edilməlidir.  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri  aşağıdakılar 

barədə  qərarların  müzakirəsində  iştirak  etməməli,  həmçinin  Müşahidə  Şurasının  və 

İdarə Heyətinin qərar çıxarmasına  təsir ğöstərməməlidirlər: 

a)

 

özü barədə; 



b)

 

özünün  banka  aidiyyəti  olan  şəxslərə  aid  yaxın  qohumlarının  hər  hansı  biri 



barədə; 

c)

 



özünün banka aidiyyəti olan şəxslərə aid yaxın qohumlarının mühüm iştirak payı 

olduğu və ya onların mühüm təsirə malik olduqları hər hansı hüquqi şəxs barədə; 

     ç)  bu bəndin “a”, “b”, “c” yarımbəndlərində  göstərilmış şəxslər adından  

          hərəkət edən hər hansı şəxs barədə. 

       4.2.  Banka  aidiyyəti  olan  şəxslərlə  və  ya  onlar  adından  hərəkət  edən  şəxslərlə 

əməliyyatlar  aparmaq barədə bankın  Müşahidə  Şurasının   və  İdarə Heyətinin qərarında 

bu  şəxslə  aparılan  bütün  əvvəlki  əməliyyatların  şərtləri  və  icrası,  habelə  cari  



əməliyyatların  şərtləri  açıqlanmalıdır.  Məsələn;  kreditin  verilməsi  barəsində  Müşahidə 

şurası  qərar  qəbul  edərkən    bu  şəxsin  əvvəllər  aldığı  kreditlər,  onların  qaytarılması, 

alınacaq  kreditin  məbləği, faiz dərəcəsi,  borclunun  krediti  qaytarma  qabiliyyətini  sübut 

edən  maliyyə  məlumatı  və    kreditə  görə  girovun  dəyərini  təsdiq  edən  məlumatlar 

protokolda  qeyd  olunmalıdır.  Aktivlərin  alqı-satqısına  dair  məlumata    alış  dəyəri  və 

aktivin  dəyərini  təsdiq  edən  informasiya  (məsələn;  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  qaydalarına  uyğun  olaraq  qiymətləndirmə  barədə  rəy  və  ya  bazar  tədqiqinin 

nəticələri  üzrə  rəy)  daxil  edilməlidir.  Bu  şəxslər    tərəfindən    banka  xidmətlər 

göstərilərkən  və  ya    onlardan  aktivlər  alınarkən  bank  göstəriləcək  xidmət  və  almaq 

istədiyi  aktiv  üçün    banka    birbaşa,  yaxud    dolayısı  ilə    aidiyyatı  olmayan    azı  üç  

şəxsdən  (mənbədən)  göstərilən  xidmət  və  ya    aktivin    satışı  əsasında    məlumat  əldə 

etməlidir.  

        4.3.  Banka  aidiyyatı  olan  şəxslərə  və  ya  onlar  adından  hərəkət  edən    şəxslərə 

kreditin  verilməsi  barədə  qərar  qəbul    olunduqdan  sonra,  kredit  bu  Qaydalara  əməl 

edilməklə bankın  daxili kredit  prosedurlarına uyğun olaraq verilməlidir.  

        Banklar aidiyyatı olan şəxslərin  və  ya onlar adından hərəkət   edən       şəxslərin   

kapitalına    investisiya    qoyuluşlarını  nəzarətə  götürməli  və bu  investisiyalar  müntəzəm 

olaraq  banka  aidiyyatı  olmayan  şəxslərə  qoyulan  investisiyalar  zamanı  tətbiq  olunan 

üsullarla qiymətləndirilməlidir. 

 

5. Banka aidiyyatı olan şəxslərlə və onlar adından hərəkət edən  şəxslərlə aparılan 



əməliyyatların sənədləşdiri

lməsi və hesabatların hazırlanması 

             5.1.  Banklar    hesabat  ayından    sonrakı  ayın  5  iş  günündən  gec  olmayaraq 

Azərbaycan Respublikası Mərkəzi Bankına bu Qaydalara əlavə olunmuş formada (Əlavə 

N-1) banka aidiyyatı olan şəxslər və  onlar adından hərəkət edən  şəxslər barədə hesabat 

təqdim etməlidirlər. Hesabatlarda ötən ay ərzində banka aidiyyatı olan şəxslərin və onlar 

adından  hərəkət  edən    şəxslərin  adı  və  aparılmış  əməliyyatın  məbləği,    habelə 

əməliyyatın şərtləri və müddətləri  barədə qısa şərh verilməlidir.  

         5.2.  Hər  bir  bank    bu  Qaydalardakı  tələblərin  yerinə  yetirilməsini  təsdiq  edən 

sənədləşdirmə aparmalıdırlar. Bu sənədlərdə  bankın kredit verdiyi bütün  aidiyyatı olan 



şəxslər və  onlar adından hərəkət edən  şəxslər habelə onlara verilmiş  hər bir kreditin 

məbləği, müddətləri, şərtləri və aparılmış əməliyyatlar  göstərilməlidir.    

          5.3.  Hər  bir  bank    öz  inzibatçıları,  banka  aidiyyəti  olan    əməkdaşları  və  onların  

yaxın  qohumları  ilə,  habelə  həmin  şəxslərin  adından  hərəkət  edən  şəxslərlə  aparılan 

əməliyyatlar  barədə  məlumatların  uçotunu  bu  Qaydalara  əlavə  olunmuş  formada    

(Əlavə № 2) aparmalıdır. 

 

Bu  Qaydalar  qüvvəyə  mindiyi  tarixdən    Azərbaycan  Respublikası  Mərkəzi 



Bankının  «Kredit  təşkilatlarının  fəaliyyətlərinin  tənzimlənməsi»  üzrə      1997-ci  il  21 

may tarixli  2 N-li Qaydaların    9-cu  bəndi öz qüvvəsini itirir.  

 

   


 

  

Bu Qaydalar 01 yanvar 2002-ci il   tarixindən qüvvəyə minir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların                           

aparılması Qaydalarına  Əlavə N 1 

 

Bankın adı ____________________________________

 

«______»_______________________200_-ci il  



 

 Banka aidiyyatı olan  şəxslər  və onlar adından  hərəkət edən şəxslərlə  

aparılan  ə

məliyyatlar haqqında hesabat 

 

 

Banka aidiyyatı olan  

şəxslərin  və onlar 

adından  hərəkət 

edən şəxslərin adı  

(a.ş. və a.ş.h.ş.) 

1

 və 



bankla əlaqəsi 

2

  



 

Əməliy

-

yatın 

məbləği 

(mln. 

manat) 

Ə

məliy-

yatın 

xarak-

teri

3

 



Verildiyi 

tarix 

Ödəniş 

müddəti

4

 



Faiz 

dərəcəsi 

Təmi 

nat

5

 



Əməliyya

tın 

şərtləri

6

 

 1.    A əlaqəsi   

 xxx 

 xxx  

      xxx 

        xxx 

    xxx 

     

Xxx 



                  

xxx 



 

Fiziki şəxs AA (a.ş.),  

Müşahidə şurasının 

sədri 



 

 

 

 

 

 

 

 

Fiziki şəxs AB 

(a.ş.h.ş.), 

 Müşahidə şurası 

sədrinin qardaşı 

 

 

 

 

 

 

 

 

AX müəssisəsi, 

Müşahidə şurasının 

sədri  bu müəssisənin 

səhmlərinin 15 %-nə 

sahibdir  



 

 

 

 

 

 

 

 2.   V əlaqəsi  

    xxx 

   xxx 

   xxx 

     xxx 

   xxx 

    


Xxx 

                 

xxx 

   

VV – bankın 

səhmlərinin 12  %-nə  

sahib fiziki şəxs (a.ş.) 

 

 

 

 

 

 

 

    

VX -  müəssisənin  

səhmlərinin 20%-nə 



 

 

 

 

 

 

 

                                                 

1

.  



à.

s. – àiåiììà÷i òïàn sçûs; à.s.ü.s. – àiåiììà÷i sçûs àåinåàn üçrçíç÷ 

æåçn  sçûs.

 

2



 

Bu sçûsin bàníïà næcç çïàãçåàr òïåuäunu îós÷çrmçïi (mçsçïçn: Mùsàüiåç 

ßuràsinin sçåri, Mùsàüiåç ßuràsi sçårinin ãàråàsi,  Mùsàüiåç ßuràsinin 

sçåri bu mùçssisçnin sçümïçrinin 15 úàizinç sàüibåir).

 

3



 Çmçïiììà÷in ûàràí÷ærini ãisà ÷çsâir æ÷mçïi, ìç

`

ni íræåi÷, ÷ç

`

minà÷, 

àííræåi÷iâ, àí÷iâin sà÷iïmàsi, àí÷iâin àïinmàsi, ûiåmç÷ âç s.

 

4



 Íræåi÷ïçr âç bàïànsàrûàsi óüåçïiíïçr ùzrç mùãàâiïç iïç mùçììçn òïunàn sòn 

÷àriûi  îós÷çrmçïi.  

 

5



 ×ç

`

minà÷in nóâùnù  (ìç

`

ni ûçzinç âæísæïïçri (ûâ), càri åæpòzi÷ (cå), 

mùååç÷ïi åæpòzi÷ (må), åæpòzi÷ sær÷iúiíà÷i (ås), àâ÷òmòbiï (à), åàsinmàz 

çmïàí (åç) âç s.) âç ÷ç

`

minà÷in íræåi÷ç òïàn nisbç÷i çmsàïini îós÷çrmçïi 



(mçsçïçn: må/130%). 

 

6



 Åiîçr mùüùm sçr÷ïçri âç mùååç÷ïçri îós÷çrmçïi.

 



sahib fiziki şəxs (a.ş.) 

  N   



 

 

 

 

 

 

 

 

 

                        Müşahidə şurasının sədri                                                    (A.A.S.)               



 

                         İdarə Heyətinin sədri                                                          (A.A.S.) 



 

                          Baş mühasib                                                                     (A.A.S.) 



 

 

 

     M.Y. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 



 

 

 



 

Banklara aidiyyatı olan   şəxslərlə əməliyyatların                                                                                                                  

 

 

 



 

 

 



 

aparılması Qaydalarına  Əlavə N 2 

                                                                                   (nümunəvi forma) 

 

Bankın adı ____________________________________                                                                              

«______»_______________________200_-ci il  

 

 

 

Banka aidiyyatı olan  şə

xslər  və onlar adından  hərəkət edən şəxslər 

barədə məlumat 

 

1.

 

İnzibatçilar və onların yaxın qohumları  



 

 

Banka aidiyyatı olan 

şə

xsin  

adı, atasının adı, soyadı

 

Bankdakı vəzifəsi  

  Qohumu

nun  

adı, 

atasının 

adı , 

soyadı

 

Banka aidiyyatı olan 

şəxslə əlaqəsi

 

 1. 



 

 

 

 

 2.  



 

 

 

 

 3.  



 

 

 

 

 

 

2. İnzibatçilar və onların yaxın qohumlarının mühüm təsirə malik olduqları müəssisələr  



 

 

Banka aidiyyatı olan 

şə

xsin 

adı, atasının adı, soyadı

 

Bankdakı 

vəzifəsi 

Müəssisənin 

adı

 

Mühüm təsirə malik 

olan şəxs (özü, 

qohumu – 

qohumluğunu 

göstərməli) 

 1. 



 

 

 

 

 2. 



 

 

 

 

 3.  



 

 

 

 

 

 

3. Struktur bölmələrinin rəhbərləri və qərarlarının qəbul edilməsində iştirak edən digər 

əməkdaşlarının yaxın qohumları 

 

 

Banka aidiyyatı olan şə

xsin 

 adı, atasının adı, soyadı 

Bankdakı 

vəzifəsi   

Qohumunun 

 adı, atasının 

adı, soyadı

 

Banka 

aidiyyatı olan 

şəxslə əlaqə

 

 1. 



 

 

 

 


 2.  

 

 

 

 

 3.  



 

 

 

 

 

 

4. Struktur bölmələrinin rəhbərləri və qərarlarının qəbul edilməsində iştirak edən digər 

əməkdaşlarının yaxın qohumlarının mühüm təsirə malik olduqları müəssisələr  

 

 

 

Banka aidiyyatı olan  

şə

xsin 

adı, atasının adı ,soyadı

 

Bankdakı vəzifəsi

 

(əgər varsa) 

Müəssisənin 

adı

 

Mühüm təsirə 

malik olan şəxs 

(özü, qohumu – 

qohumluğunu 

göstərməli) 

 1. 



 

 

 

 

 2. 



 

 

 

 

 3.  



 

 

 

 

 

 

 

 



Yüklə 197,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə