“Qeydiyyata alınmışdır” Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi



Yüklə 89,28 Kb.

tarix27.03.2018
ölçüsü89,28 Kb.


 

 

“Qeydiyyata alınmışdır” 

 

Azərbaycan Respublikasının Qiymətli 

 Kağızlar üzrə Dövlət Komitəsi 

 

…………………………..……………….. 

(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi) 

 

 

…………………………..……………….. 



(Səhm buraxılışının qeydiyyat tarixi) 

 

…………………………..……………….. 

(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü 

İlə təsdiq edilmiş imzası) 

 

SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ 

 

 



2 (iki) manat, 19 422 500 (On doqquz milyon dörd yüz iyirmi iki min beş yüz) ədəd 

………………………………………………………………………………………… 

(Səhmlərin nominal dəyəri və miqdarı) 

 

adi sənədsiz adlı səhmlər 



………………………………………………………………………………………… 

(Səhmlərin növü və forması) 

 

Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  bu  emissiya 

prospektində  olan  məlumatların  mötəbərliyinə  görə  məsuliyyət  daşımır  və  onu  qeydiyyata 

almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir. 

Bu  emissiya  prospektində  olan  məlumatlar  qiymətli  kağızlar  haqqında  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır. 

 

 



Bakı – AZ1000, Azərbaycan, Bakı ş, Z.Əliyeva 55, Yeni Həyat Plaza 10-cu mərtəbə 

………………………………………………………………………………………… 

(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə) 

 

Tel.:   (+994 12) 598-99-00; 



Faks:  (+994 12) 598-99-44 

………………………………………………………………………………………… 

(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə) 

 

 



 

         “AtaHolding” ASC-nin İdarə Heyətinin sədri                                           Adıgözəl Ağayev  

………………………………………………………………………….........……………… 

 (Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin  

vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası) 

 

 



16 may 2013-cü il 

……………………………………………..… 

(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix) 

 

 



 

 

 



 

 

 



 


 

 



 

A.      Emitent haqqında məlumatlar: 

 

1.

 



Emitentin firma adı və təşkilati hüquqi forması: “AtaHolding” açıq səhmdar cəmiyyəti. 

2.

 



Emitentin fəaliyyət göstərdiyi müddətdə onun adı və təşkilati-hüquqi forması dəyişdirildikdə, 

onun bütün əvvəlki tam və qısaldılmış adları, təşkilati-hüquqi formaları, o cümlədən bu adların 

dəyişdirilməsi  tarixi:  Emitentin  əvvəlki  tam  adı  –  “AtaHoldinq”  açıq  səhmdar  cəmiyyəti; 

Emitentin əvvəlki qısaldılmış adı – “AtaHoldinq” ASC; Emitentin əvvəlki və hazırki təşkilati-

hüquqi forması – Açıq Səhmdar Cəmiyyət; Emitentin adının dəyişdirilmə tarixi və hazırki adı: 

03.10.2012-ci il, “AtaHolding” Açıq Səhmdar Cəmiyyəti. 

3.

 



Hüquqi  şəxslərin  dövlət  reyestrində  emitent  barədə  olan  məlumatlar,  emitentin  dövlət 

qeydiyyatının  şəhadətnaməsinin  nömrəsi  və  tarixi:  Qeydiyyat  tarixi:  23.07.2003,  Əvvəlki 



qeydiyyat: 1103-T3-3403; Dövlət qeydiyyat № (VÖEN) 1400096711. 

4.

 



Emitentin  olduğu  yer,  poçt  ünvanı  və  əlaqə  telefonları:    Bakı  –  AZ1000,  Azərbaycan,  Bakı 

şəhəri, Z.Əliyeva 55, Yeni Həyat Plaza, 10-cu mərtəbə. 

5.

 



Emitentin  bank  rekvizitləri:  “AtaBank”  açıq  səhmdar  cəmiyyətinin  Yeni  Həyat  filialı,  IBAN: 

AZ95ATAZ02400013225007140060; VÖEN:9900006651; Kod:501253; SWİFТ: ATAZAZ22 

М/h: AZ50NABZ01350100000000032944. 

6.

 



Emitentin  nizamnamə  kapitalının  on  faizdən  az  olmayan  miqdarda  səs  hüququnu  verən 

səhmlərinə (paylara) malik olan şəxslər barədə məlumat:  

                      

 

Səhmdarlar 



 

Səhmdarın olduğu yer  

Ödənilmiş 

səhmlər 


say ilə 

Emitentin 

nizamnamə 

kapitalında payı 

(faizlə) 

HUGHSON. MANAGEMENT İNC 

 

 

Panama  Respublikası,  Panama  şəhəri, 

Marbella  rayonu,  MMG,  küçə  53E, 

Touer 16. 

21 394 500 

51 


ASBET Ltd.  

Seyşel  adaları  Respublikası,  Viktoriya 

Mate,  Viktoriya  binasının  204  və  205-ci 

bloku 


10 487 500 

25 


CLONMEL İNTERNATİONAL İNC. 

Panama  Respublikası,  Panama  şəhəri, 

Urbanizasion Marbella, MMG Touer, 16-

cı mərtəbə, 53E küçəsi. 

10 068 000 

24 


 

7.

 



Emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat: 

-

 



Emitentin ali idarəetmə orqanı: Səhmdarların Ümumi Yığıncağı 

-

 



Emitentin nəzarət orqanları: Müşahidə Şurası, Büdcə Komitəsi, Daxili Audit departamenti 

-

 



Emitentin icra orqanı: İdarə Heyəti.   

8.

 



Emitentin  Müşahidə  Şurasının  hər  bir  üzvünün  soyadı,  adı  və  atasının  adı,  doğulduğu  il, 

müşahidə  şurasının  hər  bir  üzvünün  tutduğu  vəzifələr,  o  cümlədən  emitentin  on  faizdən  az 

olmayan  miqdarda  səhmlərinə  (paylarına)  malik  olan  səhmdarlarının  (iştirakçılarının) 

emitentin nizamnamə kapitalında payları: 

 

№  Müşahidə Şurası üzvünün  

Soyadı,  adı,  atasının  adı, 

doğulduğu il

 

Emitentdə tutduğu vəzifəsi

 

Emitentdən kənarda tutduğu 

vəzifəsi

 

 

Emitentin nizamnamə 

kapitalında payı 

 

 

01  Ahmet Erentok Necdet 

Yılmaz oğlu, 21.09.1962 

Müşahidə Şurasının sədri

 

«AtaBank» ASC, Müşahidə 



Şurasının üzvü 

 

yoxdur 



 

02  Kamilov Əşrəf Kamil oğlu, 

28.05.1964 

Müşahidə  Şurası  sədrinin  I 

müavini

 

«AtaBank» ASC, Müşahidə 



Şurasının sədri 

 

yoxdur 



 

03  İsmayılov Vüqar İsmət 

oğlu, 18.07.1967 

 

Müşahidə Şurası sədrinin 



müavini 

 

-



 

«Konsaltinq-AZ» MMC-nin 

Baş direktoru 

-

 



Bank VTB (Azərbaycan)    

ASC-nin Müşahidə Şurasının 

sədr müavini 

yoxdur 


 

 

 




 

 



04 

Həsənov Rövşən Şəmsi 

oğlu, 15.02.1967 

 

Müşahidə Şurasının üzvü



 

«AtaBank» ASC, Müşahidə 

Şurasının üzvü

 

yoxdur



 

05 


Olivier Leon Georges 

Mestelan, 15.06.1962 

 

Müşahidə Şurasının üzvü



 

Yoxdur


 

yoxdur


 

 

 



9.

 

Emitentin filial və nümayəndəliklərinin tam adları, onların yaradılması tarixləri, olduğu yer və 



poçt  ünvanı,  emitentin  filial  və  nümayəndəliklərinin  rəhbərlərinin  soyadları,  adları  və 

atalarının  adları,  o  cümlədən  emitentin  onlara  verdiyi  etibarnamələrin  qüvvədə  olma 

müddətləri:  “Qərb  filialı”;  Yaradılma  tarixi:  06.09.2005-ci  il,  olduğu  yer  və  poçt  ünvanı: 

Şəmkir  şəhəri,  S.Vurğun  küçəsi,  ev  318;  Qeydiyyat  1103-T3-3403;  Direktoru  Əliyev  Nazim 

Tofiq oğlu; Etibarnamənin qüvvədə olma müddəti – 01.02.2011-ci il tarixdən 3 il müddətinə. 

Emitentin nümayəndəliyi yoxdur.                              

10.


 

Nizamnamə  kapitalında  emitentin  payı  on  faizdən  az  olmayan  hüquqi  şəxslərin  tam  adı, 

olduğu  yer  və  poçt  ünvanı.  Emitentin  bütün  törəmə  və  digər  müəssisələrində  nizamnamə 

kapitallarında olan iştirakının payı (faizlə):  

 

 

№ 



Hüquqi şəxsin tam adı 

(fiziki şəxsin soyadı, adı, 

atasının adı)

 

Hüquqi şəxsin olduğu yer  



(fiziki şəxsin yaşayış yeri),  

poçt indeksi göstərilməklə

 

Qeydiyyat haqqında 



məlumatlar

 

Nizamnamə kapitalında 



emitentin payı (faizlə) 

 

01 



«AtaBank» ASC 

 

Bakı – Az1010 



Ş.Bədəlbəyli küçəsi, 102 

VÖEN-9900006651 

 

07.10.2002-ci il  



N:176 

76 


02 

«AtaSığorta» ASC 

 

Bakı – Az1010, 



Ş.Bədəlbəyli küçəsi, 102 

VÖEN-1400094571 

23.07.2004-cü il  

N: 1104-A1-407   

100 

03 


«AtaLizinq» ASC 

Bakı – Az1010, 

Ş.Bədəlbəyli küçəsi, 102 

VÖEN- 1400083561 

05.04.2004-cü il  

N:0104-P62-40425 

 

64 


04 

«AtaTurizm» MMC 

 

Bakı-Az1154, 



H.Əliyev prospekti, 2 

VÖEN-1500336261 

07.03.2003-cü il 

N:0103-P7-37374 

90 

05 


«Ataİnşaat» MMC 

 

Bakı-Az1154, 



H.Əliyev prospekti, 2 

VÖEN-1500315571 

 

22.03.2003-cü il 



N:0103-P9-37499 

90 


06 

«AtaSənaye» MMC 

 

Bakı–Az1010, 



Ş.Bədəlbəyli küçəsi, 102 

VÖEN1400129571 

16.04.2003-cü il 

N:0103-P11-37604 

90 

07 


«İnter-Turizm» MMC 

Bakı – Az1154 

H.Əliyev prospekti, 2 

VÖEN-1500330571 

13.12.2004-cü il 

N:0104-P86-41681 

100 

08 


«AtaTexnologiya» MMC 

 

Bakı – Az1010 



Ş.Bədəlbəyli küçəsi, 102 

VÖEN-1400096431 

15.10.2004-cü il   

N:0104-P75-41179 

90 

09 


«AtaTreydinq» MMC 

Bakı – Az1014, 

S.Rüstəm küçəsi, 9 

VÖEN-1400707431 

30.09.2005-ci il 

N:0105-P162-44065 

24 

10 


«AtaQida MMC 

Bakı – Az1014, 

S.Rüstəm küçəsi, 9 

VÖEN-1400707431 

 

28.12.2005-ci il 



№0105-P193-44849 

76 


11 

«AtaAqro» MMC 

Bakı – Az1014, 

S.Rüstəm küçəsi, 9 

VÖEN-1400755591 

28.12.2005-ci il 

№0105-P193-44848 

 

76 



12 

«AtaMarketinq» MMC 

Bakı – Az1014, 

S.Rüstəm küçəsi, 9 

VÖEN-1400755611 

28.12.2005-ci il 

№0105-P193-44847 

 

76 



13 

«AtaHoldinq-Gürcüstan» 

MMC 

Gürcüstan Respublikası 



Tiflis şəhəri, Şartava 42 

VÖEN-205094360 

10.10.2005-ci il 

№576/006 

100 

 

11.



 

Nizamnamə  kapitalı  və  onun  tərkibi  haqqında,  o  cümlədən  nizamnamə  kapitalının  miqdarı, 

səhmlərin  (payların)  miqdarı,  onların  nominal  dəyəri  və  növləri,  habelə  səhmlərin  ayrı-ayrı 

növlərinin  imtiyazları  haqqında  məlumat  və  imtiyazlı  səhmlərlə  təsbit  olunmuş  hüquqların 




 

 



məzmunu: Emitentin nizamnamə kapitalı pul formasında ödənilmiş bir səhmin nominal dəyəri 

2  (iki)  manat  olan  41 950 000  (qırx  bir  milyon  doqquz  yüz  əlli  min)  ədəd  adi  sənədsiz  adlı 

səhmlərdən  ibarətdir.  Nizamnamə  kapitalının  miqdarı  83 900 000  (səksən  üç  milyon  doqquz 

yüz min) manat təşkil edir. Emitentin imtiyazlı səhmləri mövcud deyildir.  

 

12.



 

Müstəqil  auditorun  hesabatı  ilə  birlikdə,  emitentin  illik  maliyyə  hesabatları  və  səhmlərin 

buraxılması haqqında qərar qəbul  ediləndən sonuncu rüb ərzində onun fəaliyyətinin  maliyyə 

nəticələri haqqında, o cümlədən, mənfəətdən istifadə haqqında hesabat: (Əlavə olunur)  

 

13.


 

Emitentin  təsis  edildiyi  tarixdən  və  ya  son  beş  maliyyə  ili  ərzində  səhmlər  (paylar)  üzrə 

ödənilmiş dividendlər haqqında məlumat: (Əlavə olunur)  

 

14.



 

Emitentin  tədavüldə  olan  investisiya  qiymətli  kağızları  haqqında  məlumat  (investisiya 

qiymətli  kağızların  növü  və  forması,  sayı,  nominal  dəyəri,  buraxılışının  dövlət  qeydiyyat 

nömrəsi, qeydiyyat tarixi və qiymətli kağızlarla təsbit olunan hüquqlar): 

 

Qiymətli kağızların növü və forması: sənədsiz. 



Dövlət qeydiyyat nömrəsi:  AZ100100490. 

Son emissiyanın yekunları haqqında hesabatın qeydiyyat tarixi: 17.01.2011-ci il 

     

Bir səhmin nominal dəyəri: 2 (iki) manat. 



      Səhmlərin sayı: 41 950 000 (Qırx bir milyon doqquz yüz əlli min) ədəd. 

 

15.



 

Səhm buraxılışı haqqında ümumi məlumat:  

 

-

 



forması (adlı və ya adsız, sənədli və ya sənədsiz) – adlı, sənədsiz  

-

 



növü (adi və ya imtiyazlı) - adi 

-

 



buraxılışın ümumi həcmi (nominal dəyər üzrə) - 38 845 000 (otuz səkkiz milyon səkkiz yüz 

qırx beş min) manat   

-

 



yerləşdirilən  səhmlərin  miqdarı  –  19 422 500  (on  doqquz  milyon  dörd  yüz  iyirmi  iki  min 

beş yüz) ədəd 

-

 



bir səhmin nominal dəyəri - 2 (iki) manat  

-

 



səhm sahiblərinə verilən hüquqlar:   

 

 



Hər  bir  səhmdar  Cəmiyyətin  illik  mənfəətinin  məbləğindən  malik  olduğu  səhmin  və  ya 

müvəqqəti  səhm  şəhadətnaməsinin  dəyərinə  uyğun  olaraq  dividend  alır.  Səhmə  düşən 

devidendin məbləği səhmdarların Ümumi Yığıncağında müəyyən edilir. Səhmdarların Ümumi 

Yığıncağının qərarı ilə səhmlər üzrə devidendlər rüb üzrə də ödənilə bilər. Hər bir səhmdar 

özünə  mənsub  səhmləri  digər  səhmdarların  razılığı  olmadan    özgəninkiləşdirmək  hüququna 

malikdir.  Hər  bir  səhmdarın  Ümumi  Yığıncaqda  iştirak  etmək,  Müşahidə  Şurasının,  İdarə 

Heyətinin  üzvlərindən  izahat  tələb  etmək,  təkliflər  vermək,  öz  iradlarını  bildirmək,  Ümumi 

Yığıncağın  protokolundan  çıxarış  və  ya  protokolun  surətini  almaq,  Ümumi  Yığıncaqda 

səsvermə  hüququnu  şəxsən  və  ya  etibarnamə  əsasında  nümayəndəsi  vasitəsilə  həyata 

keçirmək,  iclasın  gündəliyinə  daxil  edilmiş  məsələlər  haqqında  İdarə  Heyətindən  məlumat 

almaq    hüququ  vardır.  Cəmiyyətin  nizamnamə  kapitalının  azı  1/10  hissəsinə  malik  olan 

səhmdarın  (səhmdarların)  Cəmiyyətin  İdarəetmə  Orqanlarından  Ümumi  Yığıncağın 

keçirilməsini,  öz  məqsədini  və  dəlillərini  göstərməklə  Müşahidə  Şurasından  Cəmiyyətin 

sahibkarlıq fəaliyyətinin yoxlanılmasını (auditor yoxlanışı) və Ümumi Yığıncağın gündəliyinə 

məsələ  daxil  olmasını  tələb  etmək  hüququ  vardır.  Cəmiyyətin  səhmləri  səhmdar  olan  fiziki 

şəxslərin  vərəsələrinə  və  ya  hüquqi  şəxslərin  hüquq  varislərinə  Cəmiyyətin  qalan 

səhmdarlarının razılığı olmadan keçir. Hər bir səhmdar malik olduğu səhmlərin sayına görə 

səs  huququna  malikdir.  Cəmiyyətin  fəaliyyətinə  xitam  verildikdə,  cəmiyyətin  kreditorlarının 

tələbləri  yerinə  yetirildikdən,  hesablanmış,  lakin  ödənilməmiş  dividendlər,  habelə  imtiyazlı 

səhmlərin  ləğvetmə  dəyəri  ödənildikdən  sonra  cəmiyyətin  yerdə  qalan  əmlakının  müəyyən 

hissəsini  almaq  hüququ  və  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

digər hüquqları vardır. 

 



 

 



16.

 

Səhmlərin yerləşdirilməsi qaydası (səhmlərin yerləşdirilməsi üsulu, yerləşdirilmənin başlanma 



və  başa  çatma  tarixləri,  səhmlərin  dəyərinin  ödənilməsi  şərtləri  və  qaydası):  Səhmlərin 

yerləşdirilməsi  kütləvi  təklif  üsulu  ilə  Bakı  Fond  Birjasında  keçiriləcək.  Səhmlərin 

yerləşdirməsinə  başlanma  tarixi:  səhm  buraxılışının  dövlət  qeydiyyatına  alındığından  sonra 

beş  gün  ərzində  Bakı  Fond  Birjasının  internet  səhifəsində  elan  ediləcək  (www.bse.az). 

Yerləşdirmənin qurtarma tarixi: Yerləşdirmə başlandığı tarixdən etibarən 1 il müddətin başa 

çatdığı tarix. 

İnvestorlar  qiymətli  kağızları  əldə  etmək  niyyətində  olduqda  cəmiyyətin  səhmlərinin 

yerləşdirilməsində  iştirak  edən  anderrayter  «BROKDİL-AZ»  MMC-yə  və  yaxud  Broker 

lisenziyasına  malik  olan  Bakı  Fond  Birjasının  istənilən  üzvünə  müraciət  edə  bilər.  İnvestor 

Birja  üzvünə  müraciət  edərək  onunla  Broker  xidmətlərinin  göstərilməsi  barədə  müqavilə 

bağlayır.  Broker  müqaviləsi  bağlandıqdan  sonra  Birja  üzvü  müştərinin  pul  vəsaitlərinin  və 

qiymətli  kağızlarının  uçotunun  aparılması  üçün  öz  daxili  uçot  sistemində  müştəri  üçün 

hesablar  açır.  Səhmlərin  dəyərinin  yalnız  pulla  ödənilə  biləcəyini  nəzərə  alaraq,  müştərinin 

pul vəsaitlərinin Birja üzvünə verilməsi müştərinin xüsusi blok hesabına köçürmə yolu ilə və 

ya  kassaya  nağd  ödənilməsi  yolu  ilə  həyata  keçirilir.  İnvestor  depozitaridə  depo  hesabına 

malik  olmalıdır.  Müştəri  səhmləri  əldə  etmək  üçün  səhmlərin  miqdarı  və  alış  dəyəri  qeyd 

olunmaqla  Birja  üzvünə  tapşırıq  verməlidir.  Tapşırıq  iki  nüsxədə  tərtib  edilir  və  bir  nüsxəsi 

Birja  üzvünün  tapşırığı  qəbul  etməsi  barədə  yazılı  qeydlə  və  ixtisas  şəhadətnaməsinə  malik 

olan əməkdaşın imzası ilə müştəriyə qaytarılır. Tapşırıq Birja üzvünə təqdim edildiyi tarixdən 

icraya qəbul edilmiş sayılır. Sifarişə əsasən Birja üzvü alış üçün tələb olunan vəsaitləri Bakı 

Fond Birjasının klirinq hesabına köçürərək müştərinin hərracda iştirakını təmin edir. Hərrac 

zamanı  tapşırıqların  təmin  edilməsi  ən  yüksək  alış  qiymətindən  başlayır.  Birja  üzvünün 

sərəncamında olan vəsaitlər tapşırıq icra edilmədikdə əməliyyat gününün sonunda müştərinin 

xüsusi  blok  hesabına  köçürülür.  Birja  üzvü  tapşırığı  icra  edə  bilmədikdə,  müştəriyə  broker 

müqaviləsində  göstərilən  müddət  ərzində  müştərinin  tapşırığının  icra  edilməməsinin 

səbəblərini göstərməklə bildiriş təqdim edir. 

 

17.



 

Emitentin kreditor borcları: (Əlavə olunur)  

 

18.


 

Üstünlük hüququ tətbiq edildiyi halda, həmin hüququn həyata keçirilməsi qaydası və müddəti, 

yaxud  üstünlük  hüququnun  tətbiq  edilmədiyi  barədə  qeyd:  Cəmiyyətin  səhmdarları  onlarda 

olan  səhmlərin  faiz  nisbətinə  mütənasib  miqdarda,  yerləşdirilən  səhmləri  əldə  etməkdə 

səhmlərin  yerləşdirilməsinin  başlanma  tarixindən  11  (on  bir)  ay  ərzində  üstünlük  hüququna 

malikdirlər. 

 

19.



 

Səhmlərin yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısının 

tam  adı,  olduğu  yer,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  fəaliyyətinin  həyata 

keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi 

və  qüvvədə  olma  müddəti:  “BROKDİL-AZ”  MMC,  Ş.Bədəlbəyli,102,  Broker  fəaliyyətinin 

həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 

133  N:li  13.05.2013-cü  il  tarixli  lisenziyası,  lisenziyanın  müddəti  5  il;  Diller  fəaliyyətinin 

həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 

134 N:li 13.05.2013-cü  il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il. 

 

20.



 

Səhmlərin  emissiyası  haqqında  qərarın  qəbul  edilməsi  tarixi,  nömrəsi  və qərarı  qəbul  etmiş 

emitentin idarəetmə orqanının adı:  27.03.2013-ci il, №01, Səhmdarların Ümumi Yığıncağı.   

 

21.


 

Səhmlərin əldə edilməsi üçün məhdudiyyətlər (olduqda): Məhdudiyyət yoxdur. 

 

22.


 

Səhmlərin saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin 

depozitarın tam adı,  olduğu  yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin 

həyata  keçirilməsi  üçün  ona  verilmiş  xüsusi  razılığın  (lisenziyanın)  qeydiyyat  nömrəsi, 

verilmə  tarixi  və  qüvvədə  olduğu  müddət:  Səhmlər  15.02.2000-ci  il  tarixli,  1  N:li  lisenziya 

əsasında  depozitar  fəaliyyətlə  məşğul  olan  “Milli  Depozit  Mərkəzi”  QSC-də  saxlanılır. 

Lisenziyanın qüvvədə olma müddəti – müddətsiz. 



 

 



  

23.


 

Səhm sahiblərinin reyestrini aparan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, 

olduğu  yer,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  fəaliyyətinin  həyata  keçirilməsi 

üçün  ona  verilmiş  xüsusi  razılığın  (lisenziyanın)  qeydiyyat  nömrəsi,  verilmə  tarixi  və 

qüvvədə  olduğu  müddət:  Səhm  sahiblərinin  reyestri  emitentin  özü  tərəfindən  aparılır.  Bu 

fəaliyyət  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən 

verilmiş  qiymətli  kağız  sahiblərinin  reyestrinin  aparılması  fəaliyyəti  üzrə  ixtisas 

şəhadətnaməsinə  əsasən  emitentin  müvafiq  ştat  işçisi  Mustafayev  Sübhi  Müsəllim  oğlu 

(şəxsiyyət vəsiqəsi: AZE№07237597, verilib: 26.06.2009-cu il tarixində Xətai RPİ tərəfindən 

-  444  №-li  ixtisas  şəhadətnaməsi,  Atestasiya  komissiyasının  30.06.2008-ci  il  tarixli  15  saylı 

qərarına əsasən) tərəfindən həyata keçirilir. Lisenziyanın qüvvədə olma müddəti beş il.   

 

24.



 

Səhmlərin  yerləşdirilməsində  iştirak  edəcək  anderrayterin  tam  adı,  olduğu  yer,  qiymətli 

kağızlar  bazarının  peşəkar  iştirakçısı  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  ona  verilmiş 

xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət: 



“BROKDİL-AZ”  MMC,  Ş.Bədəlbəyli,102,  Broker  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 133 N:li 13.05.2013-cü 

il  tarixli  lisenziyası,  lisenziyanın  müddəti  5  il;  Diller  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 134 N:li 13.05.2013-cü 

il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il. 

 

 

_____________________________ 



 

 

 



 

 

 



 

 

 



                                                         

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə