«Qeydiyyata alınmışdır»



Yüklə 39,99 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü39,99 Kb.
#27817


 

 

«Qeydiyyata alınmışdır» 

 

Azərbaycan Respublikasının 



Ədliyyə Nazirliyi tərəfindən 

 

Qeydiyyat N - 2691 



 

«22»  may  2001-ci il 

 

Nazir 


 

_____________F.F.MƏMMƏDOV 

Azərbaycan Respublikası Mərkəzi 

Bankı İdarə Heyətinin 

 

«5» may 2001-ci il tarixli 

qərarı ilə təsdiq edilmişdir 

 

protokol N 15 

 

İdarə Heyətinin sədri 



 

____________E.S.RÜSTƏMOV 

 

 



 

 

 

 

 

 

      ÖDƏNİLMƏMİŞ BORCLAR MÜQABİLİNDƏ 



  BANKLAR TƏRƏFİNDƏN ƏMLAKIN BALANSA 

 GÖTÜRÜLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 

Q A Y D A L A R I 

 

 

 

(2002-il 02 mart və 2010-cu il 15 aprel tarixli dəyişikliklə) 

            

 

 

 

 

 

 

 

 

 


1. Ümumi müddəalar 

 

 

 1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”, 



“Banklar 

haqqında” 

Azərbaycan 

Respublikası 

Qanunlarına, 

Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq surətdə 

hazırlanmış  və  müştərilər  tərəfindən  kredit  öhdəlikləri  yerinə  yetirilmədikdə 

qanunvericiliyə  müvafiq  qaydada  borclarının  ödənilməsi  məqsədi  ilə  bankın 

mülkiyyət hüququ əldə etdiyi  əmlakın (daşınar və daşınmaz) balansa götürülməsi və 

qiymətləndirilməsi qaydalarını müəyyən edir.  

 1.2.  Bu   Qaydaların    məqsədi   banklar   üzərində  nəzarət  işinin     beynəlxalq   

standartlara      uyğunlaşdırılması  və  kommersiya    (səhmdar-kommersiya)  banklarının 

Mərkəzi  Banka  təqdim  etdiyi  hesabatlarda  onlara  məxsus  əmlakın  düzgün 

qiymətləndirilməsini və uçotunun aparılmasını təmin etməkdir.  

 1.3. Bu Qaydalar əmlakı bankın xeyrinə özgəninkiləşdirən şəxslər və borcalan 

müştərilərlə  banklar  arasında  qanunvericilik  və  müqavilə  ilə  müəyyən  edilən  

öhdəçilik münasibətlərinə təsir etmir və bu öhdəlikləri dəyişdirmir. 

 1.4.  Borcalan  aldığı  krediti  ödəyə  bilmədikdə,  bank  qanunvericiliklə  və 

müqavilə ilə müəyyən olunan qaydada əmlak üzərində mülkiyyət hüququ əldə etdikdə 

onu balansa götürməlidir.  

 1.5.  Əmlakın  balansa  götürülməsi,  qiymətləndirilməsi  və  reallaşdırılması 

zamanı  vergitutma    ilə  bağlı  məsələlər  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsinin müddəaları ilə tənzimlənir.    

 1.6.  Balansa  götürülən  əmlakın  uzun  müddət  satılmaması  nəticəsində  onun 

dəyərinin  azalması  ,  keyfiyyətinin  aşağı  düşməsi  və  istifadə  məhdudluğu  bankın 

maliyyə vəziyyətinin pisləşməsinə səbəb ola bilən amillərdəndir. Ona görə də balansa 

götürülmüş  belə  əmlakın  sayının  və  məbləğinin  artması  bank  rəhbərliyi  tərəfindən 

təhlükəli vəziyyət kimi qiymətləndirilməlidir.  



1.7. Mərkəzi Bank qaytarılmayan kreditlər əvəzinə götürülmüş əmlakın bankın 

balansında  böyük  məbləğdə  yığılması  faktını  bankın  resurslardan  qeyri-səmərəli 

istifadə  etməsi,  kreditlərin  təhlili  və  verilməsi  qaydalarına  etinasız  yanaşması  və 

kredit inzibatçılığının aşağı səviyyədə olması kimi qiymətləndirəcəkdir.  

1.8.  Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur: 

Qiymətləndirmə  -  ixtisaslı  qiymətləndirici  (qiymətləndirmə  fəaliyyətini 

müvafiq  dövlət  orqanı  tərəfindən  verilmiş  lisenziya  əsasında  həyata  keçirən) 

tərəfindən  müstəqil,  obyektiv  və  qərəzsiz  surətdə  tərtib  edilmiş  yazılı  nəticədir. 

Burada  konkret  tarixə  toplanmış  müvafiq  məlumat,  onun  təhlili  və  qiymətləndirilən 

əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur.  

 Bazar  dəyəri  -  ədalətli  satışın  bütün  şərtlərinə  əməl  edilməklə  açıq  bazarda 

əmlakı  almaq  üçün  ehtimal  olunan  ən  münasib  qiymətdir.  Ədalətli  satış  dedikdə 

aşağıdakılar  başa  düşülür:  a)  alıcının  və  satıcının  hərəkətləri  müstəqil  və 

düşünülmüşdür;  b)  onların  hər  ikisi  kənardan  təsir  olmadan  öz  İqtisadi  marağından 

çıxış edir.  

Kreditin  ümumi  dəyəri  -  borcun  əvvəlki  silinmələri  nəzərə  alınmadan  (yəni 

xüsusi  ehtiyat  fondu  hesabına  əvvəllər  silinmiş  borclar  çıxılmaqla)  bütün  hesablanıb 

alınmamış  faizlər,    komisciyon  haqları  və  digər  ödənişlər  (kapitallaşdırılmış)  daxil 

olmaqla ödənilməmiş kredit məbləğidir. 

 

2. Borclar müqabilində götürülmüş əmlakın uçotu 

 2.1.  Borcun  (kreditin)  ödənilməsi  üçün  götürülmüş  əmlak  üzərində 

qanunvericiliyə  uyğun  olaraq  mülkiyyət  hüququ  əldə  edildiyi    tarixdən  bank  həmin 

kreditin məbləğini Qaydaların 2.2. bəndi nəzərə alınmaqla balansdan silir, götürülmüş 

əmlak  (bank  işində  istifadə  olunan  əmlakdan  başqa)  isə  balansda  «Digər  aktivlər» 

hesabının  müvafiq  subhesablarında  (“Digər  daşınmaz  əmlak”  və  ya  «Digər  daşınar 

əmlak») uçota alınır.  



2.2.  Əmlak  «Digər  aktivlər»  hesabında  uçota  alındığı  tarixdə  balansda  onun 

dəyəri bazar dəyəri ilə kreditin ümumi dəyəri arasında müqayisəli aşağı məbləğdə əks 

etdirilir. Kreditin ümumi dəyəri əmlakın bazar dəyərindən çox olduğu halda yaranmış 

fərq  bu  əmlakın  satılmasına  sərf  olunacaq  bütün  xərclər  nəzərə  alınmaqla  bankın 

yaratdığı  xüsusi  ehtiyat  fondu  hesabına  balansdan  silinir.  Balansda  əks  etdirilən  bu 

məbləğ əmlakın yeni dəyəri hesab olunur.  

2.3.  Əmlak  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi  və  onun  saxlanması 

ilə əlaqədar sərf olunan vəsait xərclər hesabına aid edilir.*  

2.4.  Sonrakı  qiymətləndirmələr  zamanı  əmlakın  dəyərinin  hər  hansı  şəkildə 

azalması  cari  dövrün  xərcləri  hesabına  aid  edilir.  Belə  azalmaların  xüsusi  ehtiyat 

fondu hesabına aid edilməsinə yol verilmir. 

2.5. Çıxarılıb.  

2.6. Çıxarılıb

3.Əmlakın qiymətləndirilməsi 

3.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada borcların ödənilməsi məqsədi 

ilə götürülmüş əmlak, balansda bazar dəyəri ilə uçota alınmalıdır. Əmlakın real bazar 

dəyərinin  bankın  maliyyə  vəziyyətinə  təsir  etdiyini  nəzərə  alaraq  onun 

qiymətləndirilməsi üçün aşağıdakı tələblərə və şərtlərə əməl edilməlidir: 

3.1.1. Qiymətləndiricinin seçilməsi üçün tələblər: 

  a) əmlakla təmin edilmiş kreditin ümumi dəyəri 20.000 manata qədər olduqda 

əmlak  bankın  mütəxəssisi  tərəfindən  qiymətləndirilə  bilər.  Bu  zaman  həmin 

mütəxəssis müstəqil fəaliyyət göstərməlidir; 

b) əmlakla təmin edilmiş kreditin ümumi dəyəri 20.000 manatdan çox olduqda 

əmlak 

kənardan 



cəlb 

olunmuş 


peşəkar 

qiymətləndirici 

tərəfindən 

qiymətləndirilməlidir.  

3.1.2. Qiymətləndirici aşağıdakı tələblərə cavab verməlidir:  



a)  əmlakın  bazar  dəyərinin  qiymətləndirilməsi  qanunla  buna  səlahiyəti  olan 

şəxsə həvalə edilməlidir; 

    b)  qiymətləndirməni    həyata      keçirən  şəxsin,    o    cümlədən  bankın 

mütəxəssisinin  qiymətləndirməni  apardığı  əmlakla  əməliyyatlarda  hər  hansı  formada 

iştirakı ,əmlakın qiymətləndirilməsində şəxsi marağı və əmlakla birbaşa və ya  

dolayı  yolla  heç  bir  maliyyə  və  digər  əlaqəsi,  habelə  kreditlərin  verilməsi, 

investisiya  əməliyyatlarının  aparılması  və  borcların  yığılması  prosesində  iştirakı 

olmamalıdır; 

    v) kənardan cəlb edilən qiymətləndirici bankla əlaqədar şəxs olmamalıdır. 

3.2.  Daşınmaz  əmlakın  qiymətləndirilməsi  zamanı  aşağıdakı  şərtlərə  əməl 

olunmalıdır: 

a)  qiymətləndirmə  yazılı  şəkildə  tərtib  edilməli,  kifayət  qədər  məzmunlu  və 

müfəssəl olmalı; 

b)  qiymətləndirmənin  əsasları  sifarişçiyə  əmlakın  dəyərinin  düzgün  müəyyən 

edildiyi barədə nəticə çıxarmağa əsas verməli; 

 c)  qiymətləndirmə  Qaydaların  1.8  bəndində  müəyyən  edilmiş  bazar  dəyərinin 

prinsiplərinə əsaslanmalı; 

 d)  son  üç  ildə  həmin  və  ya  müqayisə  üçün  eyni  tipli  əmlakın  satış  faktı  üzrə 

(əgər belə hallar mövcuddursa ) məlumatı olmalı; 

f)  əmlakın  satışı  üçün  tələb  olunan  dövr  təhlil  edilməli  və  onun  maksimal 

müddəti müəyyənləşdirilməli; 

g)  əmlakın  texniki  təsviri  (  yerləşdiyi  coğrafi  ərazi  və  ayrılmış  ərazi  planı  ) 

verilməli; 

h) daşınmaz əmlaka daxil olan bütün daşınar əmlak da ayrılıqda təsvir edilməli 

və qiymətləndirməli; 

i)  əmlakın  satışına  təsir  göstərə  bilən  cari  bazar  amilləri,  İqtisadi  şərtlər  və 

meyllər təhlil edilməli və göstərilməli; 



j)  istifadə  olunan  qiymətləndirmə  metodlarını  (xərc  metodu,  satışların 

müqayisəsi  və  gəlir  metodu  )  təsvir  etməli,  bu  və  ya  digər  metodun  seçilməsinin 

səbəbləri göstərməli; 

k)  yuxarıda  göstərilən  məlumatların,  habelə  qiymətləndir-mənin  tamlığı  üçün 

lazım olan digər məlumatların olmamasının səbəbləri izah edilməli; 

 l)  kifayət  qədər  məlumat  əsasında  sifarişçi  qiymətləndirmənin  məntiqini 

izləməli  və  onun  bazar  dəyərini  hansı  nəticələrin  köməyi  ilə  müəyyən  edildiyini 

bilməlidir. 

3.3.  Daşınar  əmlakın  qiymətləndirilməsi  qanunvericilikdə  müəyyən  olunmuş 

qayda və üsullarla aparılmalıdır.  

3.4.  Kredit  öhdəlikləri  üçün  banka  verilmiş  əmlak  Qaydaların  3.1  -  3.3-cü 

bəndlərinin tələblərinə uyğun olaraq 6 ay əvvəl qiymətləndirilmişdirsə, onun balansa 

götürüldüyü tarixə yenidən qiymətləndirilməsi tələb olunmur.   

3.5.  Kredit  öhdəlikləri  üçün  bank  tərəfindən  balansa  götürülmüş  əmlak  (bank 

işində  istifadə  olunan  əmlakdan  başqa)  reallaşdırılmazsa,  bank  ildə  bir  dəfədən  az 

olmamaq şərti ilə onun yenidən qiymətləndirilməsini həyata keçirməlidir.  

3.6.  Hər  bir  bank  əmlakın  dəyərinin  dəyişməsi  üzrə  bütün  faktların  uçotunu 

(həm  bankın  özünün,  həm  də  kənardan  cəlb  edilmiş  qiymətləndirici  tərəfindən 

aparılan qiymətləndirmənin əsasları, tarixi və dəyərin dəyişmə məbləği ) aparmalıdır. 

3.7. Banklar bu Qaydaların tələblərinə uyğun olaraq qiymətləndirmənin həyata 

keçirilməsi üçün öz bankdaxili prosedurlarını hazırlamalı və hər bir əmlakın dəyərini 

bu prosedurların köməyi ilə müəyyən etməlidir. 

3.8. Bankın Müşahidə şurası və İdarə Heyəti kredit öhdəlikləri üzrə götürülmüş 

əmlakın  qiymətləndirilməsinin  hazırladıqları  prosedurlara  uyğun  olaraq  aparılmasına 

nəzarət etməlidirlər.  



3.9. 

Əmlakın 


qiymətləndirilməsi 

üçün 


kənardan 

dəvət 


olunmuş 

qiymətləndiricilərlə  bağlanmış  müqavilədə  bu  Qaydaların  şərtləri  öz  əksini 

tapmalıdır. 

 

Bu Qaydalar 22 may 2001-ci il tarixindən qüvvəyə minir.  



Yüklə 39,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə