Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında



Yüklə 214,01 Kb.
Pdf görüntüsü
tarix16.11.2018
ölçüsü214,01 Kb.
#79853


Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

I   f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .



 Bu Qanunun məqsədi 

1.1. bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı 

münasibətləri tənzimləyir. 

1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.  

1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, 

yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, 

idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 

1.4.  Bu  Qanun  siyasi  partiyalara,  həmkarlar  ittifaqlarına,  dini  birliklərə,  yerli  özünüidarə 

orqanlarına,  habelə  bu  təsisatlara  məxsus  olan  funksiyaların  həyata  keçirilməsi  məqsədi  ilə 

yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil 

edilmir.

1

  

M a d d ə   2 .



 Qeyri-hökumət təşkilatı  

2.1.  İctimai  birlik  -  təsis  sənədlərində  müəyyən  olunmuş  məqsədlərlə  ümumi  maraqlar 

əsasında  birləşmiş  bir  neçə  fiziki  və  (və  ya)  hüquqi  şəxsin  təşəbbüsü  ilə  yaradılmış  könüllü, 

özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə 

edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.  

2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən 

əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı 

məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.



 2

  

2.3.  Qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları  ilə 



qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.  

2.4.  Qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  və  bələdiyyələrin  seçkilərində  iştirak  edə  bilməz,  siyasi 

partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki 

qanunvericiliyinə  uyğun  olaraq  qeyri-hökumət  təşkilatları  Azərbaycan  Respublikasında 

keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və 

exit-poll  həyata  keçirə  bilərlər.  Xarici  hüquqi  şəxslər  Azərbaycan  Respublikası  Prezidentinin 

seçkiləri,  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilər  və  bələdiyyə  seçkiləri  zamanı 

exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə 

birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında 

və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi 

təklifləri ilə çıxış edə bilər. 

3

 

M a d d ə   3 .



 Qeyri-hökumət təşkilatının adı və olduğu yer 

3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini 

göstərən  adı  olmalıdır.  Qeyri-hökumət  təşkilatlarının  adında  Azərbaycan  Respublikasının 

dövlət  orqanlarının  adlarından,  habelə  Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin  adlarından 

(onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.

4

  

3.2.  Qeyri-hökumət  təşkilatının  olduğu  yer  onun  nizamnaməsində  göstərilmiş  hüquqi 



ünvanı ilə müəyyən edilir.  


3.3.  Qeyri-hökumət  təşkilatının  hüquqi  ünvanı  dəyişdikdə  müvafiq  icra  hakimiyyəti 

orqanına bu barədə 7 gün müddətindən az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.  

M a d d ə  3-1. Qeyri-hökumət təşkilatının rəmzləri

5

 

Qeyri-hökumət təşkilatı bayraq, emblem və sair rəmzlərə malik ola bilər. Təşkilatın rəmzləri 



Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzləri, habelə dövlət orqanlarının, 

beynəlxalq  təşkilatların  və  digər  qurumların  rəmzləri  ilə  eyni  olmamalı,  qanunla  qorunan 

əmtəə nişanlarını təqlid etməməlidir. 

I I   f ə s i l  



QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ TƏŞKİLATİ-HÜQUQİ FORMALARI, NÖVLƏRİ 

VƏ İŞTİRAKÇILARI 

M a d d ə   4 .



 Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları  

Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər.  

M a d d ə   5 .

 Qeyri-hökumət təşkilatlarının növləri 

Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis 

oluna bilərlər.  

M a d d ə   6 .



 Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi 

6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və 

yerli  statusla  təsis  oluna  və  fəaliyyət  göstərə  bilərlər.  Qeyri-hökumət  təşkilatının  fəaliyyət 

ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.  

6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının 

bütün  ərazisinə  şamil  edilir.  Regional  qeyri-hökumət  təşkilatlarının  fəaliyyəti  Azərbaycan 

Respublikasının  iki  və  ya  artıq  inzibati  ərazi  vahidini  əhatə  etməlidir.  Yerli  qeyri-hökumət 

təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.  

6.3.  Beynəlxalq  qeyri-hökumət  təşkilatları  -  öz  fəaliyyət  dairəsi  ilə  Azərbaycan 

Respublikasının və ən azı başqa bir xarici dövlətinin ərazilərini əhatə edən ictimai birliklərdir.  

M a d d ə   7 .

 Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri 

7.1.  Dövlət  qeydiyyatına  alınmış  qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikasının 

ərazisində  və  xaricdə  filiallarını  yarada,  nümayəndəliklərini  aça  bilər.  Qeyri-hökumət 

təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on 

gün  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  filial  və  (və  ya)  nümayəndəliyinin 

yaradılması haqqında məlumat verməlidir.



6

 

7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və 



onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.  

7.3.  Qeyri-hökumət  təşkilatının  nümayəndəliyi  həmin  təşkilatın  olduğu  yerdən  kənarda 

təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.  

7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış 

təşkilatın  əmlakından  pay  alır  və  onun  adından,  təsdiq  etdiyi  Əsasnaməyə  əsasən,  fəaliyyət 

göstərir.  Filial  və nümayəndəliklərin  fəaliyyətinə  görə  onları  yaradan  qeyri-hökumət  təşkilatı 

məsuliyyət daşıyır.  

7.5.  Filial  və  nümayəndəliyin  rəhbərləri  qeyri-hökumət  təşkilatı  tərəfindən  təyin  edilir  və 

qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Təsisçilərinin 

əcnəbilər  və  ya  xarici  hüquqi  şəxslər  olduğu  qeyri-hökumət  təşkilatlarının  filial  və  ya 




nümayəndəliklərinin  rəhbərlərinin  müavinləri  Azərbaycan  Respublikasının  vətəndaşları 

olmalıdırlar.



7

  

M a d d ə   8 .



 Qeyri-hökumət təşkilatlarının iştirakçıları 

8.1.  İctimai  birliklərin  iştirakçılarına  təsisçilər,  üzvlər  və  köməkçilər  aiddir.  Fondların 

iştirakçılarına təsisçilər və köməkçilər aiddir.  

8.2.  İctimai  birliyin  yetkinlik  yaşına  çatmamış  üzvləri  Azərbaycan  Respublikasının  mülki 

qanunvericiliyə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.  

8.3.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.  

8.4.  Qeyri-hökumət  təşkilatlarına  daxil  olmaq  kişi  və  qadınlar  üçün  eyni  şərtlərlə  açıq 

olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. 

    8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının 

müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.

8

 

M a d d ə   9 .



 Qeyri-hökumət təşkilatlarının təsisçiləri 

9.1.  Qeyri-hökumət  təşkilatlarının  təsisçiləri  hüquqi  şəxslər  (dövlət  hakimiyyəti  və  yerli 

özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 

16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.  

9.1-1. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı 

olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola 

bilərlər.

9

 

9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı 



hüquq  və  vəzifələrinin  həcmi  qeyri-hökumət  təşkilatının  təsis  edilməsinə  münasibətdə  təsis 

müqaviləsi  ilə  (müqavilə  bağlandıqda),  qeyri-hökumət  təşkilatının  fəaliyyətində  iştiraka 

münasibətində isə qeyri-hökumət  təşkilatının  nizamnaməsi ilə müəyyən edilir.  

M a d d ə   1 0 .



 İctimai birliklərin üzvləri 

10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli 

özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.  

10.2.  İctimai  birliyin  üzvləri  bərabərhüquqludurlar.  Onlar  ictimai  birliklərin  rəhbər 

orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, 

nizamnamə  ilə  nəzərdə  tutulmuş  digər  hüquqlar  daşıya  bilərlər,  eləcə  də  nizamnamə 

tələblərinə riayət etməlidirlər.  

10.3.  İctimai  birliyin  üzvlüyünün  əldə  edilməsi  və  üzvlüyə  xitam  verilməsi  məsələləri 

nizamnamə  ilə  müəyyən  edilir.  Nizamnamə  ictimai  birliyin  üzvlüyünə  xitam  verilməsindən 

birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. 

10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin 

reyestrinin aparılmasını təmin etməlidir. 



10

 

M a d d ə   1 1 .



 Qeyri-hökumət təşkilatlarının köməkçiləri 

Qeyri-hökumət  təşkilatlarının  köməkçilərinə  nizamnamələrinə  müvafiq  olaraq  qeyri-

hökumət  təşkilatının  fəaliyyətində  iştirak etməklə,  öz  münasibətlərini  qeyri-hökumət  təşkilatı 

ilə təşkilatı cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-

hökumət  təşkilatını  dəstəkləyən  fiziki  və  hüquqi  (dövlət  hakimiyyəti  və  yerli  özünüidarə 

orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu 

qeyri-hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.  



I I I   f ə s i l  

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARADILMASI, YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV 

EDİLMƏSİ 

M a d d ə   1 2 .



 Qeyri-hökumət təşkilatının yaradılması 

12.1.  Qeyri-hökumət  təşkilatı  onun  təsis  edilməsi  nəticəsində,  habelə  mövcud  olan  qeyri-

hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.  

12.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.



 11

 

12.2.  Qeyri-hökumət  təşkilatının  təsis  edilməsi  nəticəsində  yaradılması  təsisçilərin 



(təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi 

qəbul olunur. 

12.3. Azərbaycan  Respublikasında  xarici  dövlətlərin qeyri-hökumət  təşkilatlarının filial  və 

nümayəndəliklərinin  dövlət  qeydiyyatı  həmin  təşkilatlarla  bağlanmış  saziş  əsasında  həyata 

keçirilir.

 12

  

M a d d ə   1 3 .



 Qeyri-hökumət təşkilatının nizamnaməsi 

13.1.  Qeyri-hökumət  təşkilatının  nizamnaməsində  qeyri-hökumət  təşkilatının  adı  və 

yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, 

ictimai  birliyin  üzvlüyünə  qəbulun  və  ondan  çıxmanın  şərtləri  və  qaydası,  qeyri-hökumət 

təşkilatının  əmlakının  formalaşma  mənbələri,  nizamnamənin  qəbulu,  ona  əlavə  və 

dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda 

əmlakından istifadə qaydası müəyyən edilməlidir.  

13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu 

yer,  fondun  məqsədi,  onun  orqanları,  o  cümlədən  Himayəçilik  Şurası  və  onların  formalaşma 

qaydası,  fondun  vəzifəli  şəxslərinin  təyin  edilməsi  və  onların  azad  edilməsi  və  fondun  ləğv 

edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. 

13.3.  Qeyri-hökumət  təşkilatlarının  nizamnamələrində  dövlət  və  yerli  özünüidarə 

orqanlarının  səlahiyyətlərinin  mənimsənilməsinə,  habelə  dövlət  nəzarəti  və  yoxlama 

funksiyalarının nəzərdə tutulmasına yol verilmir.



 13

  

M a d d ə   1 4 .



 Qeyri-hökumət təşkilatının nizamnaməsinə dəyişikliklərin 

edilməsi 

14.1.  İctimai  birliyin  nizamnaməsinə  dəyişikliklər  onun  ali  idarəetmə  orqanının  qərarı  ilə 

edilə  bilər.  Fondun  nizamnaməsinə  dəyişikliklərin  edilməsi  fondun  Himayəçilik  Şurası 

tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.  

14.2. Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər 

ki,  nizamnamədə  onun  bu  qaydada  dəyişdirilməsi  imkanı  nəzərdə  tutulmuş  olsun.  Əgər 

fondun  nizamnaməsinin  dəyişilməz  şəkildə  saxlanılması  fondun  təsis  edilməsi  zamanı 

qabaqcadan  nəzərə  alınması  mümkün  olmayan  nəticələrə  gətirərsə,  nizamnamədə 

dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər 

tərəfindən  dəyişilməyibsə,  bu  nizamnaməyə  dəyişikliklərin  edilməsi  hüququ  fondun 

Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.  

14.3.  Qeyri-hökumət  təşkilatının  nizamnaməsindəki  dəyişikliklərin  dövlət  qeydiyyatı 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata  keçirilir.  Qeyri-hökumət  təşkilatının 

nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.  

M a d d ə   1 5 .

 İctimai birliyin təsis edilməsi haqqında bildiriş 



15.1. İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın 

qəbul  olunduğu  andan  30  gündən  gec  olmayaraq  müvafiq  icra  hakimiyyəti  orqanına  yazılı 

müraciət  vasitəsi  ilə  həyata  keçirilir.  İctimai  birliyin rəhbəri  tərəfindən  imzalanmış  müraciətə 

təsis protokolu da əlavə olunmalıdır.  

15.2. Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin təsis edilməsi haqqında bildirişi alan 

gün bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt 

vasitəsilə göndərir. 

M a d d ə   1 6 .



 Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı  

16.1.  Qeyri-hökumət  təşkilatlarının  dövlət  qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  hüquqi  şəxslərin  qeydiyyatı  haqqında  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.  

16.2.  Qeyri-hökumət  təşkilatı  yalnız  dövlət  qeydiyyatına  alındıqdan  sonra  hüquqi  şəxs 

statusunu əldə edir.  

M a d d ə   1 7 .

 Dövlət qeydiyyatına alınmasından imtina 

 17.1.  Qeyri-hökumət  təşkilatlarının  dövlət  qeydiyyatına  alınmasından  yalnız  "Hüquqi 

şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu 

ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər

 14


 

17.2.  Qeyri-hökumət  təşkilatının  dövlət  qeydiyyatına  alınmasından,  imtinanın  əsasları  və 

təsis  sənədlərin  hazırlanmasında  qanunvericiliyin  pozulmuş  müddəaları  və  maddələrini 

göstərilməklə,  yazılı  surətdə  məlumat  qeyri-hökumət  təşkilatının  nümayəndəsinə  təqdim 

olunur. 

15

 



17.3.  Qeyri-hökumət  təşkilatının  dövlət  qeydiyyatına  alınmasından  imtina,  pozuntular 

aradan  qaldırıldıqdan  sonra  sənədlərin  dövlət  qeydiyyatı  üçün  yenidən  təqdim  edilməsinə 

mane ola bilməz.  

17.4.  Qeyri-hökumət  təşkilatın  dövlət  qeydiyyatına  alınmasından  imtinadan  inzibati 

qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. 

16

 



M a d d ə   1 8 .

 Qeyri-hökumət təşkilatının fəaliyyətinə xitam verilməsi 

Qeyri-hökumət  təşkilatının  fəaliyyətinə  qeyri-hökumət  təşkilatın  yenidən  təşkil  edilməsi 

(birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi 

yolları ilə xitam verilir.  

M a d d ə   1 9 .

 Qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi 

19.1.  Qeyri-hökumət  təşkilatı  bu  Qanunda  nəzərdə  tutulan  qaydada  yenidən  təşkil  edilə 

bilər. Qeyri-hökumət təşkilatının yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə 

ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər.  

19.2.  Qeyri-hökumət  təşkilatının  yenidən  təşkili  birləşmə,  qoşulma,  bölünmə,  ayrılma  və 

çevrilmə formalarında həyata keçirilə bilər.  

19.3.  Qeyri-hökumət  təşkilatının  başqa  təşkilatın  ona  qoşulma  formasında  yenidən  təklif 

edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onlardan  birinin  fəaliyyətinə  xitam 

verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır. 

17

 



19.4. Qeyri-hökumət təşkilatının ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın 

fəaliyyətinə  xitam  verilməsi  haqqında  və  yeni  qeyri-hökumət  təşkilatlarının  təsis  edilməsi 

haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.  




19.5.  Qeyri-hökumət  təşkilatının  çevrilmə  formasında  təşkil  edilməsi  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  mövcud  olan  təşkilatın  ləğvi  və  onun  əsasında  yeni  təşkilatın 

təsis  edilməsi  haqqında  qeydlərin  hüquqi  şəxslərin  dövlət  reyestrinə  daxil  edildiyi  andan 

sayılır. 

19.6.  Qeyri-hökumət  təşkilatının  yenidən  təşkilindən  sonra  hüquq  varisliyi  ilə  bağlı  olan 

bütün  məsələlər  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada 

həll olunur.  

M a d d ə   2 0 .



 Qeyri-hökumət təşkilatının ləğvi 

Qeyri-hökumət  təşkilatı  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  haqqında  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.  

M a d d ə   2 1 .



 Ləğv edilən qeyri-hökumət təşkilatının əmlakı 

Qeyri-hökumət  təşkilatının  ləğv  edilməsi  ilə  bağlı  bütün  əmlak  məsələləri  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.  

I V   f ə s i l  



QEYRİ-HÖKUMƏT TƏŞKİLATIN FƏALİYYƏTİ 

M a d d ə   2 2 .



 Qeyri-hökumət təşkilatının fəaliyyət növləri 

22.1.  Qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qadağan 

olunmayan  və  qeyri-hökumət  təşkilatının  nizamnaməsində  nəzərdə  tutulan  məqsədlərə  zidd 

olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.  

22.2.  Qeyri-hökumət  təşkilatı  əldə  edilmiş  gəliri  təsisçiləri  (üzvləri)  arasında 

bölüşdürməyərək,  yalnız  təşkilatın  yaradılması  məqsədlərinə  nail  olmasına  yönəldilmiş 

sahibkarlıq  fəaliyyətini  həyata  keçirilə  bilər.  Belə  fəaliyyət  kimi  qeyri-hökumət  təşkilatının 

yaranma  məqsədlərinə  cavab  verən,  mənfəət  gətirən  mal  və  xidmət  istehsalı  və  satışı, habelə 

qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat 

cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.  

22.3.  Qeyri-hökumət  təşkilatı sahibkarlıq fəaliyyəti  üzrə  gəlir  və  xərclərin  uçotunu  aparır. 

Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız 

qanunla müəyyən olunur.  

M a d d ə   2 3 .



 Qeyri-hökumət təşkilatının əmlakı 

23.1.  Qeyri-hökumət  təşkilatının  mülkiyyətində  qanunvericiliklə  qadağan  olunmamış 

növlərdə əmlak ola bilər. 

18

 



23.2. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız 

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.  

23.3. Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond 

təsis  olunduqdan  sonra  ona  əmlak  vermiş  şəxs  təsisçi  hüququ  qazanmır.  Təsisçilər  onların 

yaratdığı  fondun  öhdəlikləri  üçün,  fondlar  isə  öz  təsisçilərinin  öhdəlikləri  üçün  məsuliyyət 

daşımır.  

M a d d ə   2 4 .

 Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri 

24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri 

aşağıdakılardır:  

24.0.1.  təsisçilərin  və  ya  ictimai  birliklərin  üzvlərinin  müntəzəm  və  ya  birdəfəlik  üzvlük 

haqları;  



24.0.2. əmlak haqları və könüllü ianələri; 

19

 

24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;  



24.0.4.  səhmlər,  istiqrazlar,  başqa  qiymətli  kağız  və  əmanətlərdən  alınan  dividendlər, 

gəlirlər;  

24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;  

24.0.6. qrantlar;  

24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.  

V   f ə s i l  



QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İDARƏ OLUNMASI 

M a d d ə   2 5 .



 İctimai birliyin idarə olunmasının əsasları 

25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma 

qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə 

qaydaları  bu  Qanun  və  digər  qanunlara  müvafiq  olaraq  ictimai  birliyin  nizamnaməsi  ilə 

müəyyən edilir.  

25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi 

yığıncaqdır.  

25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin 

üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.  

25.4. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət 

etməkdir.  

25.5. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:  

25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;  

25.5.2. ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;  

25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından 

əvvəl dayandırılması;  

25.5.4. illik hesabatın təsdiq edilməsi;  

25.5.5. başqa təşkilatlarda iştirak;  

25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.  

25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən 

azı  2  həftə  əvvəl  məlumat  verilməlidir.  Ümumi  yığıncaq  yalnız  birlik  üzvlərinin  yarısından 

çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda 

iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.  

25.7.  Ümumi  yığıncaqda  yazılı  protokol  aparılmalıdır.  Protokol  yığıncağın  sədri  və  katibi 

tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.  

M a d d ə   2 6 .



 İctimai birliyin icra orqanı 

26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin 

fəaliyyətinə  cari  rəhbərliyi  həyata  keçirir  və  ictimai  birliyin  ali  idarəetmə  orqanına  hesabat 

verir.  


26.2.  İctimai  birliyin  icra  orqanı  ictimai  birliyin  filiallarını  yaradır  və  nümayəndəliklərini 

açır.  


26.3.  İctimai  birliyin  icra  orqanının  səlahiyyətinə  ictimai  birliyin  başqa  idarəetmə 

orqanlarının  bu  Qanun,  digər  qanunlar  və  ictimai  birliyin  nizamnaməsi  ilə  müəyyən  edilən 

müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir.  

M a d d ə   2 7 .



 Fondun idarə olunması 


27.1. Fondun idarəsini fondun Prezidenti və ya idarə heyəti həyata keçirirlər.  

27.2. Fondun himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun 

başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin 

edilməsinə,  fond  vəsaitinin  istifadə  edilməsinə,  fəaliyyətinə  nəzarəti  və  nizamnaməyə 

dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata 

keçirir. Fondun Himayəçilik şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.  

27.3.  Fondun  Himayəçilik  Şurasının  formalaşma  və  fəaliyyət  qaydası  fondun  təsisçiləri 

tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.  

V I   f ə s i l  

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI VƏ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARI 

M a d d ə   2 8 .



 Dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları 

arasında əlaqə 

Qeyri-hökumət  təşkilatının  hüquqları  bütün  dövlət  orqanları  tərəfindən  qorunur.  Qeyri-

hökumət  təşkilatları  qanunvericilik  çərçivəsində  öz  fəaliyyətini  müstəqil  olaraq  həyata 

keçirmək  hüququna  malikdir.  Dövlət  hakimiyyət  orqanları  qeyri-hökumət  təşkilatlarına 

maliyyə  və  başqa  formalarda  yardım  edə  bilərlər.  Dövlət  orqanlarında  ictimai  birliklərin 

strukturları yaradılmır. 

20

  

 



M a d d ə   2 9 .

 Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət 

29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır.  

29.2.  Qeyri-hökumət  təşkilatının  gəlirinin  məbləği  və  strukturu,  habelə  onun  əmlakı, 

xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya 

sirri ola bilməz. 

29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.  

 

29.4.  Qeyri-hökumət  təşkilatı  illik  maliyyə  hesabatını  hər  il  aprel  ayının  1-dən  gec 



olmayaraq  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edir.  Bu 

hesabatların  forması,  məzmunu  və  təqdim edilməsi  qaydası  müvafiq  icra hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

21

 

29.5.  Qeyri-hökumət  təşkilatı  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 



əmlakın  leqallaşdırılmasının  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının  alınması 

məqsədi  ilə  onun  üçün  müvafiq  qanunvericiliklə  müəyyən  edilmiş  tədbirləri  yerinə 

yetirməlidir.

22

 



M a d d ə   3 0 . ( Ç ı x a r ı l ı b )

23

 

V I I   f ə s i l  

YEKUN MÜDDƏALARI 

M a d d ə   3 1 .



 Qeyri-hökumət təşkilatının məsuliyyəti 

31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.  

31.2.  Bu  Qanunun  məqsədlərinə  zidd  olan  hərəkətlərə  yol  verildiyi  halda  qeyri-hökumət 

təşkilatına  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  yazılı  surətdə  xəbərdarlıq  edilə  və  ya 

pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər. 




31.2-1.  Hüquqi  şəxslərin  dövlət  reyestri  üçün  zəruri  olan  məlumatların  təqdim 

edilməməsinə  və  ya  yanlış  məlumatların  verilməsinə  görə  qeyri-hökumət  təşkilatına 

xəbərdarlıq edilir.

24

  

31.3.  Qeyri-hökumət  təşkilatı  həmin  xəbərdarlıqdan  və  ya  göstərişdən  məhkəmə 



qaydasında şikayət vermək hüququna malikdir.  

31.4.  Qeyri-hökumət  təşkilatına  bir  il  ərzində  ikidən  çox  yazılı  surətdə  xəbərdarlıq  və  ya 

pozuntuların  aradan  qaldırılması  haqqında  göstəriş  verildiyi  halda  qeyri-hökumət  təşkilatı 

məhkəmənin qərarı ilə ləğv edilə bilər.  

31.5.  Fövqəladə  vəziyyətin  tətbiq  edilməsinə  səbəb  olmuş  şəraitin  aradan  qaldırılmasına 

maneçilik  törədən  qeyri-hökumət  təşkilatının  fəaliyyəti  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada dayandırıla bilər. 

25

 



31.6.  Qeyri-hökumət  təşkilatı  illik  maliyyə hesabatını  müəyyən edilmiş müddətdə  təqdim 

etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə 

müvafiq  hesabatın  30  gün  müddətində  təqdim  edilməsinə  dair  göstəriş  verir.  Bu  müddətdə 

hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq məsuliyyət daşıyır.

 26

 

M a d d ə   3 2 .



 Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının 

yenidən qeydiyyata alınması 

Bu  Qanun  qüvvəyə  minməmişdən  əvvəl  dövlət  qeydiyyatına  alınmış  qeyri-hökumət 

təşkilatları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan  Respublikası  hüquqi 

şəxslərinin Dövlət reyestrinə daxil edilməlidirlər.  

M a d d ə   3 3 .

 Bu Qanunun qüvvəyə minməsi 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  



 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 

Bakı şəhəri, 13 iyun 2000-ci il 

               № 894-IQ 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

22  iyun  2001-ci  il  tarixli  157-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 576)  

2.

 

5  oktyabr  2001-ci  il  tarixli  182-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675)  

3.

 

3  dekabr  2002-ci  il  tarixli  398-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16

4.

 

4  mart  2005-ci  il  tarixli  856-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)  

5.

 

10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)  

6.

 

28 oktyabr 2005-ci il tarixli 1041 nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 



1 noyabr 2005-ci il

7.

 

1  oktyabr  2007-ci  il  tarixli  424-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049

8.

 

9  oktyabr  2007-ci  il  tarixli  430-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053

9.

 

13  iyun  2008-ci  il  tarixli  649-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci 


il, № 8, maddə 699) 

10.

 

30  iyun  2009-cu  il  tarixli    856-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 07, maddə 517) 

11.

 

30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  1 sentyabr 2009-cu il, № 193,

 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu 

il, № 08, maddə 611) 

12.

 

12  fevral  2010-cu  il  tarixli  952-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, 

№ 4, maddə 265

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

                                                 



1

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  



1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə  611)  ilə  1.4-cü  maddədə  “orqanlarına”  sözündən  sonra  “,  habelə  bu  təsisatlara  məxsus  olan 

funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara” sözləri əlavə edilmişdir. 

 

2

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  

1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə 2.2-ci maddədə “könüllü” sözü çıxarılmışdır. 

 

3



 

28  oktyabr  2005-ci  il  tarixli  1041-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 1 noyabr 2005-ci il) ilə 2.4-cü maddədə “(xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında 

xarici  fiziki  və  hüquqi  şəxslərin  payı  30  faizdən  artıq  olan  Azərbaycan  Respublikasının  hüquqi 

şəxsləri  tərəfindən  qrant  alan  və  ya  başqa  cür  maliyyələşdirilən  qeyri-hökumət  təşkilatları  istisna 

olmaqla)” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

2.4.  Qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası 

Milli  Məclisinin  və  bələdiyyələrin  seçkilərində  iştirak  edə  bilməz,  siyasi  partiyalara  maliyyə  və 

başqa  maddi  yardım  göstərə  bilməz.  Azərbaycan  Respublikasının  seçki  qanunvericiliyinə  uyğun 

olaraq  qeyri-hökumət  təşkilatları  (xarici  fiziki  və  hüquqi  şəxslər,  nizamnamə  kapitalında  xarici 

fiziki və hüquqi şəxslərin  payı 30 faizdən  artıq olan  Azərbaycan  Respublikasının hüquqi şəxsləri 

tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla) 

Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə 

seçkiləri müşahidə edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında 

və  öz  nizamnaməsində  nəzərdə  tutulmuş  qaydada  hüquqi  normativ  aktların  təkmilləşdirilməsi 

təklifləri ilə çıxış edə bilər. 

 

13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 



27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, 

maddə 699) ilə 2.4-cü maddənin ikinci cümləsində “müşahidə edə” sözlərindən sonra “və exit-poll 

həyata keçirə” sözləri əlavə edilmişdir və 2.4-cü maddəyə yeni məzmunda üçüncü cümlə əlavə 

edilmişdir, üçüncü cümlə müvafiq olaraq dördüncü cümlə hesab edilmişdir.



 

 

4

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  



1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə 3.1-ci maddəyə ikinci və üçüncü cümlələr əlavə edilmişdir. 

 

5

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  

1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə 3-1-ci maddə əlavə edilmişdir. 

 



                                                                                                                                                             

6

 

10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2005-ci  il,  №  8,  maddə  684)  ilə  7.1-ci  maddədə  "Qeydə 

alınmış" sözləri "Dövlət qeydiyyatına alınmış" sözləri ilə əvəz edilmişdir.  

 

30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  



1 sentyabr 2009-cu il, № 193) ilə 7.1-ci maddəyə ikinci-üçüncü cümlələr əlavə edilmişdir. 

 

7

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  

1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə 7.5-ci maddəyə ikinci cümlə əlavə edilmişdir. 

 

8

  1  oktyabr  2007-ci  il  tarixli  424-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 8.4-cü və 8.5-ci maddələr 

əlavə edilmişdir. 

 

9

 30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  



1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə 9.1-1-ci maddə əlavə edilmişdir. 

 

10

  30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 10.4-cü maddə əlavə edilmişdir. 

 

11

  30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 12.1-1-ci maddə əlavə edilmişdir. 

 

12

  30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 12.3-cü maddə əlavə edilmişdir. 

 

13

  30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 13.3-cü maddə əlavə edilmişdir. 

 

14

  10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2005-ci  il,  №  8,  maddə  684)  ilə  17.1-ci  maddə  yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında 

digər  qeyri-hökumət  təşkilatı  mövcud  olduqda  və  ya  dövlət  qeydiyyatı  üçün  təqdim  olunmuş 

sənədlər  Azərbaycan  Respublikası  Konstitusiyasına,  bu  Qanuna  və  Azərbaycan  Respublikasının 

digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər.  

 

15

 

10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2005-ci  il,  №  8,  maddə  684)  ilə  17.2-ci  maddədə  "imtina 

haqqında  qərar,"  sözləri  çıxarılmış  və  "yazılı  surətdə"  sözlərindən  sonra  "məlumat"  sözü  əlavə 

edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

17.2.  Qeyri-hökumət  təşkilatının  dövlət  qeydiyyatına  alınmasından  imtina  haqqında  qərar, 

imtinanın  əsasları və  təsis sənədlərin hazırlanmasında  qanunvericiliyin pozulmuş müddəaları və 

maddələrini  göstərilməklə,  yazılı  surətdə  qeyri-hökumət  təşkilatının  nümayəndəsinə  təqdim 

olunur.  

 

16

  10  iyun  2005-ci  il  tarixli  925-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 




                                                                                                                                                             

Respublikasının  Qanunvericilik  Toplusu,  2005-ci  il,  №  8,  maddə  684)  ilə  17.4-cü  maddədə  "imtina 

haqqında qərardan" sözləri "imtinadan" sözü ilə əvəz edilmişdir. 

 

9  oktyabr  2007-ci  il  tarixli  430-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  11,  maddə  1053)  ilə  17.4-cü  maddəsində 

imtinadan” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir. 

 

 

17



  5  oktyabr  2001-ci  il  tarixli  182-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  11,  maddə  675)  ilə  Qanunun  19.3-cü 

maddəsində "birləşmə və" sözləri çıxarılmış, "formalarında" sözü "formasında" sözü ilə əvəz edilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

19.3.  Qeyri-hökumət  təşkilatının  başqa  təşkilatın  ona  birləşmə  və  qoşulma  formalarında 

yenidən  təklif  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onlardan  birinin  fəaliyyətinə 

xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.  

 

18

  5  oktyabr  2001-ci  il  tarixli  182-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 675) ilə Qanunun 23.1-ci maddəsində 

"və ya operativ idarəsində" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

23.1.  Qeyri-hökumət  təşkilatının  mülkiyyətində  və  ya  operativ  idarəsində  qanunvericiliklə 

qadağan olunmamış növlərdə əmlak ola bilər. 

 

19

  30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№  08,  maddə  611)  ilə  24.0.2-ci  maddədən  “könüllü”  sözü  çıxarılmışdır  və  həmin  maddədə  “ianələri” 

sözündən əvvəl “könüllü” sözü əlavə edilmişdir. 

 

20

   

22  iyun  2001-ci  il  tarixli  157-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  9,  maddə  576)  ilə  28-ci  maddəsinə  aşağıdakı 

məzmunda cümlə əlavə edilmişdir: 

"Dövlət orqanlarında ictimai birliklərin strukturları yaradılmır." 

 

21

  30  iyun  2009-cu  il  tarixli    856-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 

07, maddə 517) ilə yeni məzmunda 29.4-cü maddə əlavə edilmişdir. 

 

30 iyun 2009-cu il tarixli  842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  



1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, 

maddə 611) ilə yeni məzmunda 29.4-cü maddə əlavə edilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

29.4.  Qeyri-hökumət  təşkilatı  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün 

müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. 

 

22



 

12  fevral  2010-cu  il  tarixli  952-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, 

maddə 265) ilə Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli, 856-IIIQD nömrəli Qanunu ilə əlavə 

edilmiş 29.4-cü maddə müvafiq olaraq 29.5-ci maddə hesab edilmişdir. 

 

23

  3  dekabr  2002-ci  il  tarixli  398-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il,  №  1,  maddə  16)  ilə  30-cu  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi: 




                                                                                                                                                             

M a d d ə   3 0 .  Qeyri-hökumət təşkilatların istifadə etdiyi vergi güzəştləri 

Dövlət  qeydiyyatına  alınmış  qeyri-hökumət  təşkilatları  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə edirlər.  

 

24

 

30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 31.2-1-ci və 31.6-cı maddələr əlavə edilmişdir. 

 

25



 

4  mart  2005-ci  il  tarixli  856-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə Qanuna 31.5-ci maddə əlavə 

edilmişdir. 



 

26

 

30  iyun  2009-cu  il  tarixli    842-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 

№ 08, maddə 611) ilə 31.2-1-ci və 31.6-cı maddələr əlavə edilmişdir. 

 

Document Outline

  • Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında
    • I fəsil Ümumİ müddəalar
      • Maddə 1. Bu Qanunun məqsədi
      • Maddə 2. Qeyri-hökumət təşkilatı
      • Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer
    • II fəsil Qeyrİ-hökumət təşkİlatlarının təşkİlatİ-hüquqİ formaları, növlərİ və İştİrakçıları
      • Maddə 4. Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları
      • Maddə 5. Qeyri-hökumət təşkilatlarının növləri
      • Maddə 6. Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi
      • Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri
      • Maddə 8. Qeyri-hökumət təşkilatlarının iştirakçıları
      • Maddə 9. Qeyri-hökumət təşkilatlarının təsisçiləri
      • Maddə 10. İctimai birliklərin üzvləri
      • Maddə 11. Qeyri-hökumət təşkilatlarının köməkçiləri
    • III fəsil Qeyrİ-hökumət təşkİlatlarının yaradılması, yenİdən təşkİlİ və ləğv edİlməsİ
      • Maddə 12. Qeyri-hökumət təşkilatının yaradılması
      • Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi
      • Maddə 14. Qeyri-hökumət təşkilatının nizamnaməsinə dəyişikliklərin edilməsi
      • Maddə 15. İctimai birliyin təsis edilməsi haqqında bildiriş
      • Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
      • Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina
      • Maddə 18. Qeyri-hökumət təşkilatının fəaliyyətinə xitam verilməsi
      • Maddə 19. Qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi
      • Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi
      • Maddə 21. Ləğv edilən qeyri-hökumət təşkilatının əmlakı
    • IV fəsil Qeyrİ-hökumət təşkİlatın fəalİyyətİ
      • Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri
      • Maddə 23. Qeyri-hökumət təşkilatının əmlakı
      • Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri
    • V fəsil Qeyrİ-hökumət təşkİlatlarının İdarə olunması
      • Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları
      • Maddə 26. İctimai birliyin icra orqanı
      • Maddə 27. Fondun idarə olunması
    • VI fəsil Qeyrİ-hökumət təşkİlatları və dövlət hakİmİyyətİ orqanları
      • Maddə 28. Dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları arasında əlaqə
      • Maddə 29. Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət
      • Maddə 30.(Çıxarılıb)22F
    • VII fəsil Yekun müddəaları
      • Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti
      • Maddə 32. Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının yenidən qeydiyyata alınması
      • Maddə 33. Bu Qanunun qüvvəyə minməsi

Yüklə 214,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə