Qeyri Hökumət Təşkilatlarının şəffaf fəaliyyəti və hesabatlılığına dair Beynəlxalq təcrübədən bəhs etməzdən öncə onun müasir dünyada hüquqi təyinatı barədə hüquqi-normativ bazanın ümumi prinsiplərinə aydınlıq gətirməyə çalışaq



Yüklə 348,88 Kb.
Pdf görüntüsü
tarix16.11.2018
ölçüsü348,88 Kb.
#79857


                                  Açıq Cəmiyyət İnstututu-Yardım Fondu 

 

 

 

 

 

 

 

 

 

QHT-lərdə ŞƏFFAFLIĞIN VƏ HESABATLILIĞIN TƏMIN OLUNMASINDA   

 

                                    BEYNƏLXALQ TƏCRÜBƏ   

 

 

                                                       

 

 



QHT-lərin fəaliyyətində yaxşı idarəetmə prinsiplərinin tətbiqinə dəstək layihəsi 

çərçivəsində  hazırlanmışdır 

 

 

Ekspert: Sahib Məmmədov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                            BAKI - 2009 



 

 

 




Beynəlxalq təcrübədə QHT anlayışı 

 

Qeyri Hökumət Təşkilatlarının şəffaf fəaliyyəti və hesabatlılığına dair Beynəlxalq təcrübədən 



bəhs etməzdən öncə onun müasir dünyada hüquqi təyinatı barədə hüquqi-normativ bazanın 

ümumi prinsiplərinə aydınlıq gətirməyə çalışaq. 

Bir çox ölkələrin xüsusən də anqlo-sakson hüquq sisteminin mövcud olduğu ölkələrdə  Qeyri-

hökumət və qeyri kommersiya təşkilatlarının dəqiq müəyyən olunmuş hüquqi  anlayışı yoxdur. 

Belə hüquqi müəyyənləşmənin olmaması həmçinin kontinental hüquq sisteminə malik olan bəzi 

ölkələrdə də yoxdur. Bu baxımdan müxtəlif ölkələrdə bizdə QHT adlanan təsisatlar “qeyri 

kommersiya assosiasiyaları”, “fond”, “könüllü təşkilatla”, “xeyriyyə təşkilatları”, “Gəlirsiz 

təşkilatlar” və s. adlandırılırlar. Bu adlar ya daxili qanunvericilik aktları ilə, ya da həmin 

ölkələrdə təşəkkül tapmış praktika əsasında bu cür adlandırılırlar.   

İngilis dilində belə təşkilatlarla bağlı bir sıra  terminlər vardır. Onların içərisində ən çox populyar 

olanlar aşağıdakılardır: 

 



Not-for-profit organization (NFPO) –  Məqsədi gəlir gətirməyə yönəlməyən  təşkilatlar.   Bu 

termin əsasən Birləşmiş Ştatlarda və beynəlxalq terminalogiyada istifadə olunur. 

 

Non-governmental organization (NGO) – Qeyri-Hökumət Təşkilatı. Bu termin bir çox 



ölkələrin qanunvericiliyində, həmçinin beynəlxalq praktikada ümumiləşdirici ad kimi istifadə 

olunur. 


 

 Charity – Xeyriyyə təşkilatları. Bu termin ən çox Böyük Britaniyada istifadə olunur və geniş 



məna kəsb edir. Belə ki, bu termin altında yalnız konkret  xeyriyyə fəaliyyətini həyata keçirən 

təşkilatlar deyil, geniş spektri əhatə edən və ictimai fayda verən fəaliyyətlə məşğul olan müxtəlif 

profilli təşkilatlar birləşir. 

 



 Private voluntary organization (PVO) – Xüsusi (özəl) könüllü təşkilatlar; 

 



 Civil social organization (CSO) – Mülki (ictimai) sosial təşkilatlar. 

Terminlər müxtəlifliyinə və fəaliyyət istiqamətlərinin genişliyinə baxmayaraq bu təşkilatlar 

təşkilati və iqtisadi nöqteyi nəzərdən bir sıra ümumi əlamətlərə malikdir. Bu  təşkilatlar: 

 



İnstutsional struktura malikdir

 



Dövlətdən ayrıdır; 

 



Gəlirləri öz təsisçiləri və rəhbərləri arasında bölüşdürülmür; 

 



Özü-özünü idarə edir; 

 



Üzvlük könüllülük prinsipi əsasında müəyyən olunur; 

 

Digər əlamətlər də sadalamaq olar. Lakin bu əlamətlər bütün qeyri Hökumət Təşkilatlarını 



birləşdirən ümumi əlamətlərdir. 

 

 



QHT-lərin daxili sənədləri və özünütənzimləmə mexanizmləri ilə bağlı Beynəlxalq təcrübə 

 

Qeyri Hökumət Təşkilatlarının idarə olunması bir qayda olaraq bu təşkilatların daxili sənədləri 

(nizamnamələri ilə) ilə tənzimlənir. Lakin ayrı-ayrı ölkələrdə bu sənədlərə dair tələbləri, o 

cümlədən idarəetmə ilə bağlı tələbləri qanunvericilik müəyyən edir. Eyni zamanda təşkilatın 

hesabatlılıq məsələləri və şəffaflığı da bu və ya digər şəkildə qanunvericiliklə müəyyənləşə bilər. 

Qeyri Hökümət təşkilatlarının şəffaf fəaliyyəti və onun dövlət orqanları, öz üzvləri və cəmiyyət 

qarşısında hesabatlılığı müasir dünyanın aktual problemlərindən olaraq qalmaqdadır. 

Qeyd olunduğu kimi, dünyanın bir çox ölkələrində QHT-lərin fəaliyətinin şəffaf  olması və onun 

həm maliyyə, həm də proqram fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar təqdim etməsi  

qanunvericiliklə və digər normalarla tənzimlənir. Lakin  Qeyri Hökumət Təşkilatlarının təbiəti 

belədir ki, onun bu istiqamətdəki fəaliyyəti (yəni şəffaflıq və hesabatlılıq) qanunvericiliklə tam 

tənzimlənə bilməz. Əks halda bu QHT-lərin müstəqilliyinə xələl gətirə bilər. Bu baxımdan bir 




çox ölkələrin praktikasında QHT-lərin özlərinin şəffaflıq və hesabatlılıqla bağlı hazırladıqları 

xartiya, memorandum, etik davranış qaydaları vardır.  

Bəzən QHT-lərin belə özünütənzimləmə qaydalarını müəyyənləşdirmələri milli çərçivələri aşır. 

Məsələn, 20 dekabr 2005-ci ildə dünyanın 11 nüfuzlu Beynəlxalq Qeyri Hökumət təşkilatı 

“Məsuliyyət Xartiyası” adlanan sənəd qəbul etmişdir. 

“Beynəlxalq Amnistiya”, Qrinpis”, “Uşaqları qoruyun”, “Oksfam” və s. nüfuzlu təşkilatların 

imzaladıqları bu xartiyanın  məqsədləri hissəsində qeyd olunur ki, “Xartiya bizim 

fəaliyyətimizin  nəticəliliyə, şəffaflıq və hesabatlılığa sadiqliyini qeyd edir. Bu səyləri 

nümayiş etdirmək və onu bundan sonrakı fəaliyyətimizin əsasına daxil etmək üçün biz səy 

göstəririk ki: 

 



Fəaliyyətimizin ümumi prinsiplərini müəyyənləşdirmək və konkretləşdirmək, 

həmçinin onun tətbiqi praktikası sahəsində siyasəti müəyyən etmək; 

 



Daxili və xarici hesabatlılıq və aşkarlığı gücləndirmək; 

 



Maraqlı tərəflərlə qarşılıqlı əlaqələri möhkəmləndirmək”

1

 

Xartiyada hesabatlılığın təşkili, audit, informasiyaların dəqiqliyi, idarəetmənin effektivliyi kimi 

bölmələ daxil edilmişdir. 

Bir çox ölkələrin praktikasında QHT-lər fəaliyyətlərində şəffaflıq və hesabatlılığı təmin etmək 

məqsədi ilə müxtəlif qaydalar müəyyənləşdirirlər. 

 

 



QHT-lərin maliyyə və proqram fəaliyyətinə hökümət nəzarətinə dair Beynəlxalq Təcrübə 

 

Qeyri kommersiya və ya xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan təşkilatların hesabatlılığıın və 



şəffaflığının təmin olunması üçün dünyada vahid mexanizm və prinsiplər yoxdur.  Hər bir ölkədə 

bu tipli təşkilatların hesabatlılığının və onun şəfaf fəaliyyətinin təmin olunması üçün müxtəlif 

qanunvericiliklə tənzimlənən praktika təşəkkül tapmışdır. Xüsusən də dövlətdən subsidiya alan 

qeyri kommersiya və ya xeyriyyə fəaliyyəti ilə məşğul olan təşkilatların fəaliyyəti üzərində 

nəzarətin təşkili ilk növbədə belə təşkilatların fəaliyyətinə müdaxilə olmadan həyata keçirilir. 

Bununla belə bir çox ölkələrdə əvvəlcədən təşkilatı xəbərdar etməklə yoxlamaların aparılması 

təcrübəsi də vardır. Lakin əsas praktika həmin təşkilatlardan informasiyalar almaq yolu ilə dövlət 

subsidiyalarının səmərəli və düzgün xərclənməsi üzərində nəzarət təmin olunur. Müvafiq 

qanunvericiliklə tənzimlənən belə informasiyalar əsasən iki qrupa bölünür. Bunlar: 

1. Maliyyə məlumatları-belə məlumatlar aylıq, rüblük və illik məlumatlar və ya hesabatlar 

şəkilində ola bilər; 

2. Proqram fəaliyyətinə dair informasiya-belə informasiyalar alınan maliyyə və ya digər formada 

olan subsidiyaların ictimai əhəmiyyətli layihələrin icrasına yönəlməsi və onun faydalılıq 

göstəricilərinə aid olur. 

 

Maliyyə informasiyaları bir qayda olaraq vergi və ya digər maliyyə qurumlarına təqdim edildiyi 



halda, proqram fəaliyyəti əsasən digər orqanlara təqdim edilir. Lakin burada da müxtəlif 

ölkələrdə müxtəlif yanaşmalar mövcuddur. Məsələn “Polşa bir qədər fərqli yanaşmadan istifadə 



edir və İctimai Fayda verən Təşkilatlardan tələb edir ki onlar fəaliyyət və maliyyə 

hesabatlarını Sosial Təminat Nazirliyinə təqdim etsin. Macarıstan isə üçüncü yanaşmanı 

seçmişdir: İctimai Fayda verən Təşkilatlar özlərinin ictimai fayda verən fəaliyyətlərinə dair 

hesabatı dərc etməlidirlər (mühasibat hesabatı,ictimai fayda verən fəaliyyətin qısa icmalı və 

dövlət vəsaitinin, xüsusi vəsait,alınan  büdcə subsidiyaları və təşkilatın rəhbərinə verilən  

əmək haqqı)

2

                                                 

1

 

Международные неправительственные организации: Хартия ответственности 



20 декабря 2005 года 

 

2



 Избранные Положения из мировой практики о порядке предоставления организациям статуса 

благотворительных, общественной пользы и освобожденных от налогообложения. Сборник Материалов 




İngiltərə və Uelsdə hesabatlılığın bir neçə səviyyəsi vardır. Bu ictimai fayda verən təşkilatın 

ölçülərindən (böyük və ya kiçikliyindən) asılı olaraq müəyyən olunur. 

Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin tədqiqatlarına görə dövlət orqanlarına 

hesabat və informasiyaların verilməsi yolu ilə ictimai fayda verən fəaliyyətlər həyata keçirən 

təşkilatlarda hesabatlılıq və şəffaflığın təmin edilməsi üçün digər tədbirlər də həyata keçirilir. 

Belə tədbirlər sırasında ilk növbədə audit və yoxlamaları göstərmək olar. 

Bir sıra dövlətlərdə dövlət auditi və inspeksiya üsullarından da istifadə edirlər. “Məsələn, 

Almaniyada planlaşdırılan vergi yoxlamaları, yalnız əvvəlcədən xəbərdar edildikdən və Qeyri 

Hökümət Təşkilatının hazırlaşmaq üçün kifayət qədər vaxt əldə etməsindən sonra  həyata 

keçirilir. İstisna yalnız ƏDV ilə bağlı yoxlamadır ki, bu yoxlama əvvəlcədən xəbərdar edilmədən 

həyata keçirilə bilər Bolqarıstanda Avropa proqramları çərçivəsində dövlət və bələdiyyə 

subsidiyalarından və qrantlarından  istifadə edən İctimai fayda verən təşkilatlar maliyyə 

yoxlamasına cəlb edilirlər. Yoxlayan orqanın yoxlama üçün motivləri olmalıdır, lakin 

əvvəlcədən xəbərdarlıq mütləq deyildir. Macarıstan təşkilatlarının dövlətdən aldıqları maliyyə 

yardımlarına aid  hissəsi Dövlət Audit İdarəsi tərəfindən nəzarət edilir. Polşada Sosial Təminat 

Nazirliyi təşkilatın əmlakının, sənədlərinin, digər informasiya daşıyıcılarının  inpeksiyasını  

keçirmək, eləcə də yazılı və şifahi izahatlar tələb etmək hüququna malikdirlər”

3

Çox maraqlıdır ki, bəzi ölkələrdə Qeyri Hökümət Təşkilatlarınının  maliyyə və proqram 



fəaliyyətinə nəzarət etməklə yanaşı, həmçinin belə təşkilatların digər istiqamətlər üzrə 

fəaliyyətləri də nəzarət altında saxlanılır. Məsələn, İngiltərədə hakimiyyət çoxsaylı nəzarət 

səlahiyyətlərinə, o cümlədən terrorizmlə mübarizə və cinayətkarlıq (polis tərəfindən), bank və 

maliyyə qurumları tərəfindən  maliyyə pozuntuları, uşaq hüquqlarının pozulması (sosial 

xidmətlər üzrə inspeksiya) və s. istiqamətlər üzrə nəzarət mexanizmləri vardır və bu nəzarət 

mexanizmləri yalnız QHT-ləri əhatə etmir. 



Audit-Bir çox ölkələrin praktikasında Qeyri-Hökümət Təşkilatlarının proqram və maliyyə 

fəaliyyətinin yoxlanılması üçün dövlət auditi mexanizmindən istifadə edirlər.  Dövlət tərəfindən 

həyata keçirilən belə audit bir qayda olaraq dövlət tərəfindən ayrılan subsidiyaları əhatə edir və 

bütövlükdə QHT-nin bütün fəaliyyətini əhatə etmir.  

Eyni zamanda bir sıra donor təşkilatlar da vardır ki, maliyyələşdirdikləri layihələr üzrə auditin 

keçirilməsini vacib şərt kimi irəli sürürlər və bununla bağlı məsrəfləri respiyentin istəyib-

isətəməməsindən asılı olmayaraq büdcəyə daxil edirlər. Eynizamanda bir sıra donorlar, xüsusən 

də QHT-lərəin instutsional fəaliyyətinin maliyyələşdirilməsinə yönələn və məbləği böyük olan 

maliyə yardımları ayıran donorlar  onlara müraciət edən QHT-lər qarşısında təşkilatın 

fəaliyyətinə dair bir sıra sənədlərlə yanaşı illik auditin nəticələrinin də əlavə olunmasını mütləq 

şərt kimi qoyurlar. 

Bir qayda olaraq dövlət auditi və ya dövlət orqanları tərəfindən yoxlamaların keçirilməsində 

QHT-lərə münasibətdə diferensasiyalı qaydalar müəyyən olunmuşdur. Məsələn, İngiltərədə illik 

gəliri 10 000 funtdan az olan təşkilatlar üçün daha mülayim  yoxlama metodları tətbiq olunur. 

İngiltərədə bu məqsədlə yaradılmış komissiya daha böyük dövriyyəsi olan təşkilatlar üzərində 

daha ciddi nəzarət mexanizmləri müəyyən edirlər. 



Dövlət sanksiyalarıQHT-lərin maliyyə və proqram fəaliyyəti üzərində nəzarəti həyata keçirən 

dövlət orqanı və ya dövlət tərəfindən səlahiyyətli edilmiş orqan audit və yoxlamaların 

nəticələrindən asılı olaraq sanksiyalar tətbiq edə bilərlər. Müxtəlif dövlətlərdə Proqram və 

maliyyə fəaliyyətində əyintilərə yol vermiş QHT-lərə qarşı sanksiyaların tətbiqi praktikasını 

araşdıran Qeyri Kommersiya Hüququ  üzrə Beynəlxalq Mərkəzin  bununla bağlı maraqlı 

ümumiləşdirmələri vardır. 

                                                                                                                                                             

Международный Центр Некоммерческого Права. ИКЦ «Леста», Киев-2007 

3

 Избранные Положения из мировой практики о порядке предоставления организациям статуса 



благотворительных, общественной пользы и освобожденных от налогообложения. Сборник Материалов 

Международный Центр Некоммерческого Права. ИКЦ «Леста», Киев-2007 

 



Qeyri Kommersiya Hüququ  üzrə Beynəlxalq Mərkəzin araşdırmalarına görə “Məsələn, 

Bolqarstanda QHT-ni 50 avrodan 500 avroyadək cərimə edə bilərlər. Polşada sənədlərin təqdim 

edilməsinə dair tələbləri yerinə yetirməməyə görə birliyi 50 000 zlotu (11 300 avro) aşmayan 

miqdarda cərimə edə bilərlər. Bununla belə  bu cərimə ləğv edilə bilər bir şərtlə ki, birlik dərhal 

tələbi yerinə yetirsin. Slovakiyada fond hesabat verməməsinə görə 10 000-dən 100 000 kronadək 

(250-25 000 avro) cərimə oluna bilər.Bir sıra ölkələrdə (Bosniya, Xorvatiya, Serbiya və 

Çernoqoriya) cərimələr həm təşkilata, həm də pozuntuya cavabdeh olan təşkilat nümayəndəsinə 

tətbiq oluna bilər”

4

Bir sıra ölkələrdə Qeyri Kommersiya təşkilatlarına qarşı tətbiq olunan sanksiyalar daha sərtdir. 

Belə sanksiyalar içərisində təşkilatların ləğv olunması və ya onlara vergi güzəştlərinin ləğv 

edilməsi kimi sərt sanksiyalar da vardır. 

Bu baxımdan Azərbaycan Respublikasının Qanunvericiliyi daha liberaldır. Lakin bu da qeyd 

olunmalıdır ki, bizim ölkənin qanunvericiliyi də tədricən sanksiyaların sərtləşdirilməsinə 

meyillənib. QHT-lərin bağladıqları qrant müqaviləsinə görə müvafiq icra hakimiyyətinə 

məlumatı vaxtında təqdim etməməsi və ya ümumiyyətlə təqdim etməməsi 1000 manatdan 2500 

manatadək cərimə ilə nəticələnə bilər. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə 

Dövlət Dəstəyi Şurasından alınan maliyyə yardımını düzgün istifadə etməyən, ciddi pozuntulara 

yol verən QHT-lər iki il müddətində Şuranın maliyyə yardımı müsabiqələrində iştirak 

hüququndan məhrum edilə bilərlər. 

Lakin Xarici ölkələrin praktikasında, xüsusən də Qərbi və Şərqi Avropa ölkələrində 

sanksiyaların, xüsüsilə də sərt sanksiyaların tətbiqi təşkilatların cəzalandırılmasına yönələn 

aksiya deyildir. Bu sanksiyaların tətbiqi xəbərdaredici xarakter daşıyır və onun tətbiqindən əvvəl 

təşkilata vaxt verilir ki, pozuntunu aradan qaldırsın. Eyni zamanda sanksiyaların tətbiqi səriştəli 

və səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir. Məsələn, Macarıstanda təşkilatın İctimai 

Fayda verən təşkilat (yəni vergi güzəştlərindən istifadə edən təşkilat) statusunun alınması üçün 

prokurorun təqdimatı ilə məhkəmə orqanı qərar qəbul edir və bu qərar yalnız təşkilata 

əvvəlcədən xəbərdarlıq göndərildikdən və pozuntunu aradan qaldırmaq üçün vaxt verildikdən 

sonra həyata keçirilir. Polşada əgər təşkilat xəbərdarlıqdan sonra pozuntunu aradan qaldırsa, 

onda Sosial Təminat Nazirliyi həmin təşkilatın məhkəmə reyestrindən çıxarılması ilə bağlı 

təqdimat verir.  

Qeyd olunduğu kimi bütün hallarda təşkilat əvvəlcədən xəbərdar edilməli və ona pozuntunu 

(nizamnamə pozuntusu, maliyyə pozuntusu, proqram və instutsional fəaliyyətlə bağlı pozuntular 

və s.) aradan qaldırmaq üçün vaxt verildikdən sonra və təşkilat tərəfindən bu pozuntuların aradan 

qaldırılmadığı təqdirdə sanksiya tətbiq edilir. 

 

Təşkilatdaxili şəffaflıq və hesabatlılığın təmin olunmasında qanunvericiliyin rolu  



 

Dövlət orqanları və subsidiya ayıran təşkilatlar qarşısında hesabatlılığın və şəffaflığın təmin 

olunması nə qədər vacib şərtdirsə, hər bir təşkilatın (QHT və ya onlara bərabər tutulan bütün növ 

qeyri kommersiya təşkilatları nəzərdə tutulur) öz üzvləri və təşkilatın daxili idarəetmə orqanları 

qarşısında şəffaflığı və hesabatlılığı da o qədər vacib şərtdir. Hər bir ölkənin qeyri kommersiya 

təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi QHT-nin fəaliyyətini ciddi şəkildə 

reqlamentləşdirmək  prinsipindən yan keçərək qanunvericilikdə elə qaydalar müəyyən etməlidir 

ki, belə təşkilatların daxili hesabatlılığı və şəffaflığı təmin olunsun. 

Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz  ayrı-ayrı ölkələrin milli qanunvericilik 

normaları təhlil edilərək həmin normaların müsbət beynəlxalq təcrübəyə nə qədər uyğun 

                                                 

4

 Избранные Положения из мировой практики о порядке предоставления организациям статуса 



благотворительных, общественной пользы и освобожденных от налогообложения. Сборник Материалов 

Международный Центр Некоммерческого Права. ИКЦ «Леста», Киев-2007 

 



olmasını müəyyən etmək üçün prinsiplər  müəyyən etmişdir. Bu prinsiplərin bir qismi də QHT-

lərin şəffaflıq və daxili hesabatlılıq məsələlərinə aiddir. 

 



 



Daxili hesabatlılıq və nəzarət: Təşkilatların idarəetmə orqanlarının və üzvlərinin öhdəlik 

və məsuliyyəti. Gəlirsiz təşkilatın yüksək orqanı (və ya üzvləri) qanunvericiliyin 

tələblərinə uyğun olaraq, qeyri kommersiya təşkilatının maliyyə  və proqram fəaliyyəti 

üzrə hesabatlarını təsdiq etməlidir. Qanunvericilik müəyyən etməlidir ki, təşkilatın 

vəzifəli şəxsləri və direktorlar şurası təşkilatın öz səlahiyyətlərini yerinə yetirməsinə 

loyal yanaşmalı, ictimaiyyət üçün açıqlanması nəzərdə tutulmayan məlumatları 

konfedensial saxlamalıdır. 

 



Maraqlar toqquşması qadağan olunmalıdır. Qanunvericilik elə hədlər müəyyən etməlidir 

ki,  təşkilatın təsisçiləri, vəzifəli şəxsləri, direktorlar şurasının üzvləri və muzdlu işçiləri  

şəxsi maraqları ilə təşkilatın maraqlarının real və potensial toqquşması ehtimallarından 

yayınsınlar. 

 

Gəlirlərin bölünməsi  və şəxsi imtiyazların olmasına qadağa. Gəlirsiz təşkilatların 



fəaliyyətini nizamlayan qanunvericilik müəyyən etməlidir ki, təşkilatın hər hansı gəliri 

onun təsisçiləri, vəzifəli şəxsləri, direktorlar şurası üzvləri və muzdlu işçiləri arasında 

bölünə bilməz. 

 



Qanunvericilik müəyyən etməlidir ki, təşkilat ləğv olunarkən onun əmlakı onun 

təsisçiləri, vəzifəli şəxsləri, direktorlar şurası üzvləri və muzdlu işçiləri arasında bölünə 

bilməz. 

 



Qanunvericilik müəyyən etməlidir ki, təşkilatın gəliri və əmlakı onun təsisçiləri, vəzifləi 

şəxsləri, direktorlar şurası üzvləri və muzdlu işçiləri üçün birbaşa və dolayısı ilə 

(məsələn, qohumları vasitəsi ilə) şəxsi imtiyaz  şəkilində istifadə oluna bilməz.

5

 



 

Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz Qeyri Hökumət Təşkilatlarının müxtəlif 

təsisatlar qarşısında  hesabatlılığının və şəffaflığının təmin olunması üçün prinsiplər müəyyən 

etmişdir. Bunlar:  

 

Nəzarət edən dövlət orqanları qarşısında hesabatlılıq 



a) qeyri kommersiya təşkilatınıdan tələb olunan bütün hesabatlar, əgər onun müxtəlif dövlət 

orqanlarına təqdim edilməsi tələb olunursa,  mümkün qədər sadə və müxtəlif dövlət orqanları 

üçün ümumiləşdirilmiş şəkildə olmalıdır; 

b) Əhəmiyyətli dərəcədə  İctimai fayda verən fəaliyyətlə məşğul olan və əhəmiyyətli dərəcədə 

maddi dəstəyə malik olan  istənilən  qeyri kommersiya təşkilatı onların fəaliyyətinə nəzarət 

etmək üçün səlahiyyəti olan orqana ən  azı ildə bir dəfə maliyyə fəaliyyətinə dair hesabat 

verməlidir;  

c) hesabata dair bütün tələblər donorun və maliyyə yardımı alanın maraqlarını, həmçinin 

konfedensial informasiyanı və əqli mülkiyyət olan informasiyanı qoruyan xüsusi təlimatla 

müəyyənləşməlidir; 

 

Nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən həyata keçirilən audit 



a) nəzarəti həyata keçirən dövlət orqanının, başqa hüquqi şəxslərlə olduğu kimi əvvəlcədən 

xəbərdar etməklə qeyri kommersiya təşkilatının da, normal iş vaxtı ərzində  sənədlərini, 

yazılarını və fəaliyyətini yoxlamaq imkanı olmalıdır. Bu yoxlamaq hüququ fiziki şəxslərin 

birləşmək hüququnu həyata keçirmələrinə mane olmaq və təşkilata zərər yetirmək məqsədi 

daşımamalıdır; 

b) Qanunun müəyyən tələblərinin təmin olunması üçün qeyri kommersiya təşkilatının bütün 

hesabatları nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən seçəmə və ya spontan auditə cəlb 

                                                 

5

 

Некоммерческий сектор: международный опыт Автор: М. Либоракина 



 


oluna bilər, bir şərtlə ki, bu təşkilata və onunla bağlı olan şəxslərə zərər vurmaq məqsədi ilə 

edilməsin; 

 

Vergi orqanı qarşısında hesabatlılıq və vergi orqanı tərəfindən yoxlama 



Vergi orqanları tərəfindən ayrı-ayrı sənəd lərin tələb olunması düzgündür. Müxtəlif vergilər üzrə 

müxtəlif hesabatlar (məsələn gəlir vergisi ƏDV və s.) tələb oluna bilər. Kiçik QHT-lər vergi 

hesabatı verməkdən ya azad olmalı, yaxud onlar üçün sadələşdirilmiş hesabatlar verməlidirlər; 

 



Lisenziya verən orqan qarşısında hesabatlılıq və bu orqan tərəfindən yoxlamalar 

Lisenziya alınmalı olan fəaliyyətləri həyata keçirən istənilən  qeyri kommersiya təşkilatı 

lisenziya alınmalı fəaliyyətlə məşğul olan istənnilən hüquqi və fiziki şəxslər kimi lisenziya verən 

orqana hesabat təqdim etməlidir. 

 

İctiaiyyətin informasiyalara çıxışının təmin olunması və informasiyaların açıqlanması. 



Donor qarşısında hesabatlılıq 

 

a) Əhəmiyyətli dərəcədə resurslara və fəaliyyətə malik olan və ictimaiyət tərəfindən dəstəklənən  



istənilən qeyri kommersiya təşkilatı fəaliyyəti və maliyyəsi haqqında hesabatları dərc etməli, 

yaxud hər hansı başqa formada həmin məlumatlara ictimaiyyətin çıxışını təmin etməlidir. Bu 

hesabatlar nəzarəti həyata keçirən dövlət orqanına, vergi orqanına və lisenziya verən orqana 

təqdim olunan hesabatlardan daha az detallı olmamalı konfedensial informasiyanını və 

intelektual mülkiyyət olan informasiyanın konfedensiallığına təminat verməlidir; 

b)  Donor ianə verməyin şərti kimi əlavə hesabatlar tələb edə bilərlər. 

 

Xüsusi sanksiyalar 



Bütün hüquqi şəxslərə olduğu kimi, qeyri kommersiya təşkilatlarına da ümumi qaydada tətbiq 

olunan sanksiyalara əlavə olaraq  qeyri kommersiya təşkilatları üçün spesfik olan 

qanunvericiliyin pozulmasına görə (məsələn ianələrin toplanmasında vicdansızlıq, vergi 

qanunvericiliyinin pozulması və s.) əlavə sanksiyalar tətbiq oluna bilər (məsələn, cərimə və ya 

penalar, yaxud məcburi qaydada fəaliyyətin dayandıdılması). 

 

Qeyri Hökumət Təşkilatının müsbət reputasiyasının formalaşdırılması sahəsində 



beynəlxalq təcrübə 

Qeyri-Hökumət Təşkilatının layihələrini və instutsional xərclərini maliyyələşdirən istənilən 

donor ilk növbədə təşkilatın əvvəlki təcrübəsi və onun reputasiyası ilə bağlı informasiyalar 

toplamağa çalışır. Donor təşkilatlar bu informasiyanı həm birbaşa –layihə təqdim edən 

təşkilatdan, həm də başaqa təşkilatlar, yerli nümayəndəlikləri vasitəsi ilə əldə edirlər. Bu 

baxımdan  donor təşkilat diqqət yetirdiyi əsas məsələlərdən biri də Qeyri Hökumət Təşkilatının 

şəffaf və hesabatlı olmasıdır. İldə heç olması bir dəfə maliyyə və proqram hesabatı hazırlayaraq 

təqdim edən təşkilat, həmçinin fəaliyyəti audit olunan təşkilatlara daha ciddi münasibə bəslənilir. 

Məhz bu baxımdan bir sıra ölkələrdə QHT-lər həm dövlət, həm ictimaiyyət, həm üzvlər (daxili 

şəffaflıq), həm də donor qarşısında  şəffaf  və hesabatlı olmaq üçün müxtəlif tədbirlər həyata 

keçirirlər. Beynəlxalq təcrübədə bu sahədə çoxsaylı təcrübə vardır. Bunlarını içərisində ən geniş 

yayılanı aşağıdakılardır. 

 

İllik proqram və maliyyə hesabatlarının hazırlanması və onun maraqlı tərəflərə 



göndərilməsi; 

 



Proqram fəaliyyətlərinin və bütövlükdə təşkilatın fəaliyyətinin vaxtaşırı (ən azı ildə bir 

dəfə) olaraq audit olunması; 

 

Müxtəlif nəşrlər (xüsusi jurnallar, dərgilər  və s.) vasitəsin ilə maliyyə və proqram 



fəaliyyətinə dair göstəricilərin maraqlı tərəflərə, o cümlədən ictimaiyyətə çatdırlması. 

Bir çox ölkələrin təcrübəsində QHT-lərin dövrü olaraq nəşr olunan jurnallar, dərgilər 

hazırlayıb yayması təcrübəsi vardır. Bu sahədə ixtisaslaşmış QHT-lədə vardır ki, onların 

əsas fəaliyyəti QHT-lərdən məlumatları toplamaq və dərc etməkdir. Bu nəşrlər içərisində 

nüfzlu hesab olunan nəşrlər də vardır ki, hər bir ciddi QHT-həmin nəşrə vaxtaşırı öz 


maliyyə və proqram fəaliyyətinə dair qısa (nəşri hazırlayan təşkilatın tələblərinə uyğun)  

məlumatları təqdim edirlər. Belə jurnallarda məlumatları yerləşdirilməyən QHT-lərin 

reputasiyası bir qayda olaraq müsbət olmur. 

 



Təşkilatda yaxşı idarəetmə sisteminin qurulması və qərarların qəbulunda kollegiallığın 

təmin olunması 

 

QHT-nin internet səhifəsinin olması və bu səhifədə təşkilatın maliyyə və proqram 



fəaliyyətinə dair məlumatların yerləşdirilməsi. 

Burada qeyd etmək zəruridir ki, bir çox donorlar təşkilatın fəaliyyətinə həm də onun 

internet səhifəsinin olub-olmaması və həmin səhifənin mükəmməlliliyi və aktuallığına 

görə qiymət verir. 

 

Vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir çox ölkələrdə QHT-lərin əsas donoru xarici 



ölkələrdən olan donorlar deyil, yerli donorlardır. Yerli donorların özü də bir neçə qrupa 

bölünə bilər. Bunların içərisində mərkəzi hakimiyyət, yerli hakimiyyət və özünüidarə 

qurumları,  yerli fərdi xeyriyyə təşkilatları, biznes qurumları və  fiziki şəxslər ola bilər. 

     Bu baxımdan hər bir Qeyri-Hökumət Təşkilatı ilk növbədə çalışır ki, onun reputasiyası  

     məhz ilk növbədə ölkə daxilində, yerləşdiyi ərazidə və icmada daha yüksək olsun. Buna 

     görə də  təşkilatlar ilk növbədə ictimaiyyət üçün açıq olmalarını, şəffaf fəaliyyət  

     göstərmələrini və  yaxşı idarə olunmalarını sübut etməyə çalışırlar. 

 

 



 

 

 



Yüklə 348,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə