Qeyri-rəsmi tərcümə İtalyan məDƏNİYYƏTİNİn təŞVİQİ İLƏ Əlaqədar italiyanin



Yüklə 386,8 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü386,8 Kb.
#52073


Qeyri-rəsmi tərcümə 

 

 



 

İTALYAN MƏDƏNİYYƏTİNİN TƏŞVİQİ İLƏ ƏLAQƏDAR İTALİYANIN 

AZƏRBAYCANDAKI SƏFİRLİYİ TƏRƏFİNDƏN TƏŞKİL OLUNACAQ 2018-Cİ İL 

TƏQVİMİNDƏ NƏZƏRDƏ TUTULAN İTALYAN MƏDƏNİYYƏT TƏDBİRLƏRİNİN 

SPONSORLAŞDIRILMASI İLƏ BAĞLI  

ELAN  


 

İtaliyanın Azərbaycandakı Səfirliyi, 

  

-

 



Diplomatik  nümayəndəliklərə  və  konsulluqlara  İtaliya  və  ya  xarici  dövlət  və  özəl 

şirkətlər, assosiyasiyalar, fondlar, vətəndaşlar və ümumilikdə  ictimai rəyə zidd olmayan 

fəaliyyətlərlə  məşğul olmayan bütün qurumlarla sponsorluq  müqaviləsi  bağlamağa  icazə 

verən  01.02.2010-cu  il  tarixli  İtaliya  Respublikası  Prezidentinin  Dekretinin  29-cu 

maddəsini nəzərə alaraq; 

-

 



Şirkətin sosial səbəbdən  fəaliyyətinin tanıdılması  və İtaliyanın  Azərbaycandakı Səfirliyi 

tərəfindən təşkil olunmuş rəsmi  və tanıtım xarakterli tədbirlərini  maliyyələşdirmək üçün 

bir  sıra  italyan  və  xarici  şirkətlərin  sözügedən  Səfirliklə  birgə  İtaliya  mədəniyyətinin 

Azərbaycanda  təşviqi  ilə  bağlı  təşəbbüslərin  həyata  keçirilməsində  maraqlı  olmasını 

nəzərə alaraq; 

 

MƏLUMAT VERİRİ Kİ, 



 

əməkdaşlıq  etməkdə  maraqlı  olan  tərəflər  2018-ci  ildə  Azərbaycanda  keçiriləcək  italyan 

mədəniyyəti  tədbirləri  zamanı  tərəflərə  reklam  üçün  yer  ayırmaqla  sponsorluq  müqaviləsi 

imzalamaq imkanı təklif edir.  

 

1.

 



Sponsorluq müqaviləsi üçün tələb olunan ümumi göstəricilər 

Səfirlik tərəfindən təşkil olunan tədbirlər zamanı şirkətin reklamını etməkdə maraqlı olan 

istehlakçı  şirkətlər,  təşkilatlar,  assosiyasiyalar,  cəmiyyətlər  və  qrup  şəkildə  müvəqqəti 

fəaliyyət göstərən tərəflərin tək və ya qrup halında sponsorluq təklifi edə bilər. 

 

2.

 



Mövzu  

İtalyan  mədəniyyətinin  təşviqi  ilə  bağlı  tədbirlər  2018-ci  ildə  Azərbaycanda,  xüsusən  Bakı 

şəhərində aşağıdakı proqram üzrə nəzərdə tutulmuşdur:  

-

 



İtaliya respublikasının Milli bayramı (İyun 2018) 

-

 



Məşhur  bəstəkar  Giacchino  Rossininin  ölümünün  150  illik  yubileyi;  opera/musiqili  və 

kulinariya tədbirləri 

-

 

Florensiya  şəhərinin  Galleria  degli  Uffizi  muzeyi  ilə  əməkdaşlıq  çərçivəsində  Səfəvilər 



sülaləsinin birinci şahı, Şah İsmayılın rəsminin nümayişi 

-

 



Neorealizm və 20-ci əsrin 60 və 70-ci illərinə aid İtaliyanın müəllif filmlərinin nümayişi 

-

 



Müasir İtalyan filmlərinin nümayişi  

-

 



Azərbaycanın  Avtomobil  Federasiyası  ilə  əməkdaşlıq  çərçivəsində  “İtalyan  filmlərində 

avtomobillər” adlı film festivalı 

-

 

İtalyan şairi Dante Alighierinin İlahi Kommediyası haqqında “Nel mezzo del cammin di 



nostra vita” adlı ədəbi tədbir  

-

 



Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı  

-

 



Dünya İtaliya dizayn günü (təxminən mart-aprel aylarında) 

-

 



Dünya İtalyan dili həftəsi (oktyabr 2018) 

-

 



Dünya İtalyan mətbəxi həftəsi (noyabr 2018) 


-

 

İtaliya modası: Made in İtaly Fashion Project 60 illiyi   



-

 

Umbria  Jazz  festivalının  caz  qrupunun  Bakı  caz  Festivalında  iştirakı  (oktyabr-noyabr 



2018) 

-

 



Gəncə  şəhərində  Şekspirin  Romeyo  və  Culietta  və  məşhur  yazıçı  Nizaminin  Leyli  və 

Məcnun əsərlərinə həsr olunmuş ədəbi tədbir  

-

 

“Ovidio  2001”  adlı  musiqili-ədəbi  tədbir,  musiqi  ilə  müşaiyət  olunacaq  qədim  Roma 



impersiyasının şairi Ovidio-nun əsərlərinin oxunuşu  

 

Yuxarıda qeyd edilən tədbirlər təqvimi  yekun deyil  və digər  mühim tədbirlərin  əlavə olunması 



gözlənilir.  

 

Səfirlik bildirir ki, yuxarıda qeyd olunan tədbirlərin təşkilatı sponsorların dəstəyindən asılı olaraq 



hazırlanıb 2018-ci ilin büdcəsinə uyğun şəkildə həyata keçiriləcəkdir.  

 

Tədbirlərə  Azərbaycanda  yaşayan  italyan  vətəndaşlarından  əlavə  Azərbaycanın aidiyyatlı  siyası 



nümayəndələri  və  vətəndaşlar, diplomatik nümayəndəliklər və  tərəfdaşlar (şirkətlər, mədəniyyət 

qurumları, universitetlər və mətbuat) dəvət olunacaqdır.  

Tədbirlər  zamanı  Səfirliklə  müqavilə  imzalamış  sponsorlara  həsr  olunmuş  afişalar 

hazıralacaqdır;  Səfirliyin  rəsmi  veb  səhifəsi,  sosial  şəbəkələri  və  radio  vasitəsilə  tədbirlər 

işıqlandırılacaqdır. Ən əhəmiyyətli tədbirlərin təşkilatı zamanı isə qonaqlara veriləcək hədiyyələr 

sırasında sponsorluq  müqaviləsini  imzalayan tərəflərin reklam  məqsədi  ilə gadget və broşurları 

əlavə edilə bilər.  

 

3.



 

Sponsorluq müqaviləsinin növləri: 

 

Sponsorluq  müqaviləsi təklifinin dəyərləndirilməsi üçün  minimum  məbləğ aşağıda qeyd 



edilən kimi olmalıdır: 

-

 



Diamond sponsor müqaviləsi üçün minimum məbləğ 15.000,00 (on beş min) AZN. Bura 

daxildir:  

 

Tədbir zamanı sponsorluq edən tərəfə aid stand; 



 

Tədbir  zamanı  qonaqlara  veriləcək  hədiyyə  çantalarında  sponsorluq  edən 



tərəfi təmsil edən gadget və broşurların yerləşdirilməsi; 

 



Səfirlik  tərəfindən  sponsorluq  edən  tərəfin  tədbirin  mətbuat  vasitəsilə 

işıqlandırılmasına cəlb olunması; 

 

Tədbirin  promo  materiallarında  sponsorluq  edən  tərəfin  loqolarının 



yerləşdirilməsi; 

-

 



Golden  sponsor  müqaviləsi  üçün  minimum  məbləğ  10.000,00  (on  min)  AZN.  Bura 

daxildir:  

 

Tədbir  zamanı  qonaqlara  veriləcək  hədiyyə  çantalarında  sponsorluq  edən 



tərəfi təmsil edən gadget və broşurların yerləşdirilməsi; 

 



Səfirlik  tərəfindən  sponsorluq  edən  tərəfin  tədbirin  mətbuat  vasitəsilə 

işıqlandırılmasına cəlb olunması; 

 

Tədbirin  promo  materiallarında  sponsorluq  edən  tərəfin  loqolarının 



yerləşdirilməsi; 

 

-



 

Silver  sponsor  müqaviləsi  üçün  minimum  məbləğ  7.000,00  (yeddi  min)  AZN.  Bura 

daxildir:  

 



Səfirlik  tərəfindən  sponsorluq  edən  tərəfin  tədbirin  mətbuat  vasitəsilə 

işıqlandırılmasına cəlb olunması; 

 

Tədbirin  promo  materiallarında  sponsorluq  edən  tərəfin  loqolarının 



yerləşdirilməsi; 


 

4.

 



Sponsorluq təkliflərinin təqdim olunması  

Sponsorluq  müqaviləsi  imzalamaqda  maraqlı  olan  tərəflər  hazırkı  elanın  əlavəsində 

yerləşdirilən  blankı  doldurub  imzalamaqla  və  imzalayan  məsul  şəxsin  qüvvədə  olan 

pasport  surətini  əlavə  etməklə,  cari  ilin  dekabr  ayının  15-nə  qədər  poçt  vasitəsilə 

İtaliyanın 

Azərbaycandakı 

Səfirliyinə 

və 


ya 

elektron 

poçt 

vasitəsilə 



ambasciata.baku@esteri.it

  ünvanına  və  surətini 

segreteria.baku@esteri.it

  ünvanına  PDF 

formatda, mövzuda “Sponsorluq təklifi 2018” qeyd etməklə göndərilməsi tələb olunur.   

Sponsorluq təklifində mütləq şəkildə təklif olunan məbləğ qeyd edilməlidir.  

 

İtaliyanın 196/2003  saylı qanunverici dekretinə  istinadən təklif göndərən tərəflər onlara 



aid məlumatların, eləcə də şəxsi məlumatların, prosedur zamanı istifadə olunmasına icazə 

verir.  


 

5.

 



Qiymətləndirilməsi prosesində təklifin xaric olunma halları 

İmzasız  təqdim  olunan  və  məlumatları  dəqiq  şəkildə  qeyd  olunmayan  təkliflər 

qiymətləndirilmədən  xaric  olunacaqdır.  Elektron poçt  vasitəsilə  daxil  olmuş  təkliflərdən 

başqa,  poçtla  daxil  olmuş  təkliflərin  qəbul  edilmə  tarixi  Səfirliyin  təklifi  aldığı  günə 

uyğun  olaraq  protokollaşdırılacaqdır.  Təkliflərin  Səfirliyə  yuxarıda  qeyd  olunan  tarixə 

qədər çatdırılması tərəflərin öhdəliyindədir: çatdırılma zamanı baş verə biləcək hər hansı 

probləmə görə qeydə alınan gecikməyə görə Səfirlik öhdəlik daşımır.  

 

6.



 

Sponsorluq təkliflərinin qiymətləndirilməsi  

Sponsorluq  təkliflərinin  qiymətləndirilməsi  prosesi  Səfirlik  tərəfindən  sponsorluq 

layihəsində  nəzərdə  tutulmuş  meyarlara  və  maddiyyat,  səmərəlilik,  qərəzsizlik,  şəffaflıq 

və proporsionallıq prinsipləri əsasında həyata keçiriləcəkdir.  

 

7.



 

Sponsorluq təklifinin rədd edilməsi  

Səfirlik aşağıdakı hallarda sponsorluq təklifini rədd edə bilər: 

a)

 



Hüquqi baxımdan İtalyan qanunvericiliyə zidd olarsa  

b)

 



Səfirliyin adına və ya tədbirlərə qarşı mümkün yalnış fikir və ya zərər olarsa 

c)

 



Ümumi şəkildə münasiblik səbəblərinə görə qeyd olunan tarixədək çatdırılmazsa 

d)

 



Siyasi və ya oxşar məqsədlərlə təbliğat xarakterli olarsa 

 

8.



 

Sponsorluq müqaviləsinin imzalanması  

Sponsorluq  müqaviləsi  tərəflər  və  Səfirlik  arasında  imzalanacaqdır.  Müqavilənin 

imzalanmasından sonra heç bir halda, Səfirliyin bu barədə yazılı razılığı olmadığı halda, 

üçüncü tərəfin müqaviləyə daxil edilməsi mümkün deyil.  

Təqdim olunan təkliflərin məzmunun və aidiyyatlı sənədlərin həqiqiliyi ilə bağlı problem 

yaranarsa,  aidiyyatlı  tərəf  qanunvericilikdə  nəzərdə  tutulmuş  cəza  sanksiyalarına  məruz 

qalacaq və müqavilənin nəzərdə tutduğu imkanlardan yararlanmasına xitam veriləcəkdir.  

 

Bakı şəhəri, 27 Noyabr 2017-ci il  



 

İtaliyanın Azərbaycandakı Səfiri  

Augusto Massari 

İmza  


  

 

 



 

Hazırkı  elan  27.11.2017-ci  il  tarixində  Səfirliyin  reyestrində  qeydə  alınmış  və  həmin  tarixdə  Səfirliyin  rəsmi  səhifəsində 

yerləşdirilmişdir (

www.ambbaku.esteri.it

).  

Yüklə 386,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə