Qeyri-yaşayiş sahəSİNİN İcarəSİ haqqinda m ü q a V i L ə Bakı şəhəri “ ” 2012-ci IL



Yüklə 29,73 Kb.
tarix25.06.2018
ölçüsü29,73 Kb.
#51218


QEYRİ-YAŞAYIŞ SAHƏSİNİN İCARƏSİ HAQQINDA
M Ü Q A V İ L Ə __________

Bakı şəhəri “__” ________ 2012-ci il

Biz aşağıda imza edənlər, bir tərəfdən bundan sonra İcarəyə verən adlanacaq (Ş/V: AZE №_______, __.__.______-ci il tarixdə _________ tərəfindən verilib) və digər tərəfdən bundan sonra İcarəçi adlanacaq “______________” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru_______________ bu müqaviləni aşağıdakı şərtlərlə bağladıq:



1. MÜQAVİLƏNİN PREDMETİ


    1. Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə Icarəyə verən “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı _____________ saylı çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 7777 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (bundan sonra “icarə predmeti” adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.

    2. İcarə predmetinin dəqiq təsviri və sahəsi aşağıdakı kimidir:

  • Mərkəzi anbar - sahəsi 2137 kv. metr olan qapalı sahə;

  • Sənədlərin yığılması üçün otaq (dəftərxana) - sahəsi 137 kv. metr;

  • Ofis otaqları - hər birinin sahəsi 250 kv. metr olan 7 ədəd otaq;

  • Boş sahə - sahəsi 2500 kv. metr olan açıq sahə.

1.3. İcarəyəverən bu Müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini İcarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır.



  1. MÜQAVİLƏNİN QİYMƏTİ


2.1. Bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği 13 000 (on üç min) manat təşkil edir. İcarəyə verənə ödənilməli olan 13 000 (on üç min) manat aylıq icarə haqqına Azərbaycan Respublikasının Vergi Məcəllsinin 150-ci maddəsində nəzərdə tutulan vergi daxil deyildir.

2.2. İcarəçi icarə haqqını hər ayın ilk beş günü ərzində nağd qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür.

2.3. İcarəçi bu Müqavilə imzalanandan sonra 15 (on beş) gün ərzində 1 aylıq icarə haqqı məbləğində İcarəyə verənə depozit verir. Depozit icarə müddətinin sonunadək İcarəyə verəndə saxlanılır və Müqaviləyə xitam verilərkən icarə predmetinin təhvil-təslim aktının hər iki tərəfdən imzalandıqdan sonra 3 (üç) gün ərzində İcarəçiyə qaytarılmalıdır. İcarə müddəti bitdikdən sonra İcarəçinin təqsiri səbəbindən icarə predmetinə və onun tərkibindəki avadanlıqlara (elektrik, məişət və s.) hər-hansı bir zərər dəyərsə, İcarəyə verən depozit məbləğin dəymiş zərərin məbləği həddində hissəsini, habelə Müqaviləyə İcarəçinin təqsiri ucbatından vaxtından əvvəl xitam verilərsə depozit məbləğini tam olaraq İcarəçiyə qaytarmaqdan imtina edə bilər.

2.4. Bu Müqavilə üzrə icarə münasibətlərinin yaranması ilə bağlı əmələ gələn vergi ödənişləri ödəmə mənbəyindən vergi ödənilməsi şəklində İcarəçi tərəfindən ödənilir.



  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ




    1. İcarəyə verənin hüquq və vəzifələri:

3.1.1. Aylıq icarə haqqının vaxtında ödənilməsini tələb etmək.

3.1.2. İcarə predmetini 3-cü şəxslərin iddiasından, tələb və pretenziyasından azad şəkildə İcarəçiyə təqdim etmək.

3.1.3. İcarə predmetini, onun daxilində olan və məişət təyinatlı avadanlıqları işlək vəziyyətdə, texniki təhlükəsizlik, sanitar-gigiyenik qaydalarına cavab verən, təmizlənmiş və sazlanmış şəkildə İcarəçinin istifadəsinə verir.

3.1.4. İcarəçinin icarə predmetindən qanunvericiliklə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə Müqaviləyə uyğun istifadə etməsinə hər cür şərait yaradır.

3.1.5. İcarəçinin icarə predmetindən normal istifadəsi üçün yarana biləcək maneələri aradan qaldırır.

3.1.6. İcarə predmetində əmələ gələn kommunal xərclər İcarəyə verən tərəfindən ödənilir.


3.2. İcarəçinin hüquq və vəzifələri:

3.2.1. İcarə predmetindən, habelə onun daxilində olan avadanlıqlardan istifadə edərkən (elektrik, məişət və s.) texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sair qaydalara əməl etməlidir.

3.2.2. İcarə predmetindən istifadə edərkən icarə predmetində və onun avadanlıqlarında özünün təqsiri üzündən zədələnmələr baş verdikdə onları öz hesabına aradan qaldırmalıdır.

3.2.3. Müqavilə müddəti qurtardıqda İcarəçi müqavilə müddətini uzatmaq istəmədikdə icarə predmetini 15 (on beş) gün ərzində İcarəyə verənə təhvil verməli və bununla əlaqədar heç bir tələb irəli sürməməlidir.

3.2.4. İcarə haqqını vaxtında və tam şəkildə ödəməlidir.

3.2.5. İcarə predmetindən istifadə ilə bağlı meydana gələn hər-hansı bir maneənin tez bir zamanda aradan qaldırılmasını İcarəyə verəndən tələb etmək hüququna malikdir.



    1. Tərəflər Azərbaycan Respublikası mülki qanunvericiliyindən, bu müqavilədən və icarənin mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar.


4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
4.1. Bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.

4.2. Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar.

4.3. Fors-major hallar tərəflərin müqavilə bağlayarkən öncədən nəzərdə tutmadıqları zəlzələ və s. təbii fəlakətlər, tətil, müharibə, terror hadisələri və digər bu kimi hallardır.

5. MÜQAVİLƏNİN MÜDDƏTİ, QÜVVƏYƏ MİNMƏSİ
5.1. Bu Müqavilə imzalanan andan qüvvəyə minir və ___(_____) il müddətinə qədər qüvvədədır.

5.2. İcarəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra, onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdir.

5.3. Hər hansı bir tərəf digər tərəfi 1 (bir) ay qabaqcadan xəbərdar etməklə bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır.
6. MÜBAHİSƏLƏRIN HƏLLİ
6.1. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur.

6.2. Bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
7. YEKUN MÜDDƏALAR
7.1. Bu müqavilə imzalandığı andan onunla bağlı aparılmış bütün yazışmalar ləğv olunur.

7.2. Bu Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı əsasında və onların hər ikisi tərəfindən təsdiqlənmiş yazılı sənədin tərtib edilməsi yolu ilə əlavə və dəyişikliklər etmək olar.

7.3. Bu müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 nüsxədə tərtib edilərək tərəflərdə saxlanılır.

8. TƏRƏFLƏR


İCARƏYƏ VERƏN

Ad:

Soyad:

Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:


İCARƏÇİ
____________Məhdud Məsuliyyətli Cəmiyyəti

Direktor:



Yüklə 29,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə