QəZƏNFƏr paşayev


Dördlük tarixində era yaradan şair



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

90 
 
Dördlük tarixində era yaradan şair
 
 
 
 
Hüseyn Kürdoğlu müxtəlif janrlarda yaratdığı 
əsərləri  ilə  Azərbaycan  poetik  ənənələrini 
yaşatmaq  kimi  müqəddəs  bir  amala  xidmət 
etmişdir.  Buraya  şairin  cinaslı  və  cinassız 
dördlükləri, 
cinaslı 
bayatıları, 
təcnisləri, 
qoşmaları,  gəraylıları,  rübailəri,  ağıları,  təsnifləri, 
ithafları və s. daxildir. 
Şairin  poetik  aləminə  daxil  olanda  sanki 
möcü-zələr  aləminə  düşdüm.  Bütün  vücudumla 
hiss etdim ki, bu böyük şairin poeziya gülzarında 
insan  qəlbinə  məlhəm  olan,  sevincinə,  kədərinə 
həyan  olan  hər  şey  var.  Dərk  etdim  ki,  istedadlı 
şair  sözün  in-təhasız  imkanlarından  istifadə 
edərək  poeziyadan  bir  aləm  yaratmışdır.  Onun 
Azərbaycan ədəbiy-yatın-da əhəmiyyətli yer tutan 
cinaslı  və  cinassız  dördlük-ləri  bir  kitaba  sığmaz. 
Akademik Bəkir Nəbiyev bir az şərti də olsa, belə 
bir bölgü aparmışdır:   
“Çağdaş  ədəbiyyatımızda  qəzəl  Ə.Vahidin, 


91 
 
süjetli  lirika  Ə.Cəmilin,  sonet  A.Babayevin, 
səkkizliklər  T.Bayramın,  rübai  Qabilin,  mənzum 
təmsil  H.Ziyanın,  bayatı  isə  H.Kürdoğlunun  adı 
və yaradıcılığı ilə qırılmaz tellərlə bağlıdır”.   
Görkəmli  alimin  bu  qiymətli  fikrinə  onu  da 
əla-və etmək olar ki, çağdaş poeziyamızda cinaslı 
və  cinassız  dördlüklər  də  H.Kürdoğlunun  adı  ilə 
bağlıdır.  O,  ədəbiyyatımızda  ilk  olaraq  bir  kitab 
dördlük yaradan və “Qaya çiçəkləri” (Bakı, 1970) 
adı  altında  çap  etdirən  ilk  şairimizdir.  Aramsız 
poetik 
axtarışların, 
bədii 
təfəkkürün 
gəzişmələrinin  nəticəsi  olan  dördlüklər  bir  janr 
kimi  Hüseyn  Kürdoğlunun  yaradıcılığında 
sabitləşmişdir.  Şairin  dördlüklərində  diqqəti 
təzə-tər, orijinal bənzətmələr, mət-ləb, poetik fikir 
tapıntısı  çəkir.  Təsadüfi  deyildir  ki,  şairin 
dördlüklərinə  şair-alim  Qasım  Qasımzadə  və 
ədəbiyyatşünaslıq  elmimizin  iftixarı  Yaşar 
Qarayev  ayrı-ayrılıqda  məqalələr  həsr  etmişlər. 
Yaşar  Qarayev  yazır:  “Hüseyn  Kürdoğlunun 
dördlükləri klassik rübai, bayatı, təcnis, qoşma və 
gəraylı  zəminində  yaransa  da,  bugünki  şeir 
təcrübəmizin  hadisəsi  kimi  müasir  çalar  kəsb 


92 
 
edir”.   
Aşağıdakı dördlük alimin sözlərinə şübhə yeri 
qoymur:   
Göy çəmənə yaraşıqdır ağ davar,   
Hər nə varsa, qırmızıda, ağda var. 
Üç rəngdədir yurdumuzun qızılı –   
Qara da var, sarı da var, ağ da var.   
Göründüyü  kimi,  şair  cinaslardan  məharətlə 
istifadə edərək vətənimizin var-dövlətindən: “qara 
qızıl”ından  –  neftindən,  “ağ  qızıl”ından  – 
pambığından, 
“sarı 
qızılı”ndan 
– 
taxıl 
zəmilərindən söz açmışdır.   
Şair  klassik  janrlara  yenilik  gətirməyi  ilə  özü 
də qürurlanırdı:   
Saz tutub, dərdimi saza deyirəm,   
Sözü şax deyirəm, üzə deyirəm.   
Şeirimin əynində öz donumuz var, 
Bu donda hər şeyi təzə deyirəm. 
Həqiqətən də şairin dördlükləri möcüzədir. 
Sən də Od yurdunun bir vətəndaşı, 
Ərzi gəz, qəlbində bir vətən daşı! 


93 
 
Xoşbəxt deyilikmi, sinəmiz üstə 
Öləndə qoyalar bir vətən daşı?! 
Akademik  Tofiq  Hacıyev  yazır  ki,  Kürdoğlu 
dördlük  tarixində  era  yaratdı.  Onlar  anadilli 
poeziyamızın  ən  saf  milli  nümunələridir.  Onu  da 
deyək  ki,  rübai  və  dördlüklər  bir-birinə  yaxın 
olsalar  da,  Kürdoğlunun  dördlükləri,  əsasən, 
cinaslı  olduğundan  tamamilə  yenidir.  Şairin 
dördlüklərində  sanki  xalı  üzərində  Azərbaycanın 
xəritəsi  çəkilib.  Burada  təbiətin  əsrarəngizliyi, 
dağlar,  çəmənlər,  meşələr,  çaylar,  şəlalələr  və  s. 
tərənnüm edilir.   
Yaz yerə kilim də, xalı da çəkir,   
Lalənin bağrına xalı da çəkir.   
Anam da rəssamdır, ilk bahar kimi 
Vətən gülzarını xalıda çəkir.   
və ya:   
Dön igid başına, dön ər başına, 
Anamın gəlini, dön ər başına.   
Qartallar qayanın, bülbüllər gülün,   
Şairlər vətənin dönər başına.   


94 
 
Xalq  şeirinin  sirlərini  yaxşı  bilən  şair 
Məmməd Aslan haqlı yazırdı:  “Hüseyn Kürdoğlu 
ayrı  heç  nə  yazmamış  olsaydı  belə,  təkcə  “Qaya 
çiçəkləri” silsiləsinə görə uzun bir dövrün ən qabil 
şairidir,  dilimizin  heyrət  ediləcək  əzəməti 
böyüklükdə 
bili-ci-sidir”. 
(M.Aslan. 
Qaya 
çiçəklərindən  biri.  “Ekran-Efir”  qəzeti,  12  iyun, 
2004) 
Şairin  cinas  yaratmaq  qabiliyyətinə,  dilinin 
şirinliyinə  heyran  olmamaq  mümkün  deyil. 
Haradan  qaynaqlanırdı  şairin  dilinin  şirinliyi, 
zənginliyi,  sözdən  mum  kimi  istifadə  etmək 
qabiliyyəti?! Buna cavabı da şairin dördlüklərində 
tapırıq:   
Ömrümün beşiyi Əhmədli kəndi, 
Səndə şahə qalxdı könül kəməndi. 
Anamın bal kimi şirin dilində 
Yarandı şeirimin şəkəri-qəndi. 
Alman  alimi  Leybnisin  bütün  zamanlar  və 
xalqlar  üçün  gərəkli  olan  bir  kəlamı  var:  “Mənə 
mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət 
verim”. 


95 
 
Bu  baxımdan  Kürdoğlunun  yaradıcılığına 
nə-zər salsaq, görərik ki, şairin heyrət doğuran dili 
zəngin xalq dilini yaşadan bir örnəkdir. Dilimizin 
saf,  təmiz,  duzlu,  şirin  olmasında  şairin  zəhməti 
az  deyildir.  Bu  isə  ümumilikdə,  mədəniyyətimizə 
xidmətdir – desək, həqiqətdən kənar olmaz. 
Şairin  gəraylı  və  qoşma  dördlükləri  çoxdur. 
Kürdoğlunun 
gəraylı 
dördlükləri 
cinassız 
dördlüklərdir. 
Adətən 
gəraylı 
şən-şux 
olur. 
Lakin 
Kürdoğ-lu-nun gəraylı dördlüklərində zəmanədən 
şikayət,  qəm,  qüssə,  kədər  motivləri  üstünlük 
təşkil edir:   
Çox yaralar sarımışam,   
Çox kimsələr qorumuşam. 
Nə cahandan kam almışam, 
Nə canımdan yarımışam. 
*** 
Yolum yoxuşlandı mənim, 
Alnım naxışlandı mənim. 
Qar tutdu qara saçlarım, 
Gözüm yağışlandı mənim.   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə