Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
41 
 
xarici mühitdən orqanizmə həyat üçün zəruri olan bir sıra maddələrin daxil olması, 
onların  işlənməsi  və  istifadəsi, bu zaman əmələ  gələn artıq və tullantı  məhsulların 
orqanizmdən  xaric  edilməsi  kimi  mürəkkəb  qapalı  (tsiklik)  dövr  edən  prosesləri 
əhatə  edir.  Maddələr  mübadiləsi  orqanizmin  həyat  fəaliyyəti  və  daxili  mühitinin 
nisbi  kimyəvi  sabitliyini  qoruyub  saxlamaq  üçün  zəruri  şərtdir.  Nəticədə,  lazım 
olan  tikinti  materialları  və  həyat  fəaliyyəti  üçün  zəruri  olan  enerji  əmələ  gəlir. 
Maddələr mübadiləsi və ya metabolizm bir-birilə sıx əlaqədə, vəhdətdə olan iki əks 
prosesdən ibarətdir: assimilyasiya (anabolizm) və dissimilyasiya (katabolizm). As-
similyasiya  və  ya  anabolizm  dedikdə,  orqanizmə  lazım  olan  qida  maddələrinin 
mənimsənilməsi, yeni maddələrin sintezi və onlardan böyümə və inkişaf üçün isti-
fadə  edilməsi,  dissimilyasiya  və  ya  katabolizm  isə  üzvi  maddələrin  parçalanması, 
oksidləşməsi,  onlardan  enerjinin  alınması,  tullantı  məhsullarının  orqanizmdən 
kənar edilməsi kimi prosesləri əhatə edir. 
Maddələr  mübadiləsi  çoxlu  sayda  biokimyəvi  reaksiyaların,  başlıca  olaraq 
fermentativ  (katalitik)  reaksiyaların  silsilələri  və  kaskadları  kimi  həyata  keçir  və 
qidalanma ilə əlaqə və təsirləri olan vəsilələrdən ibarətdir. Orqanizmdə amin turşu və 
zülalların,  yağ  və  karbohidrat,  su,  duz  və  vitamin  mübadilələri  kimi  ayrı-ayrı 
metabolik reaksiyalar zəncirləri də mövcuddur. Bütün bu mübadilə prosesləri müxtəlif 
səviyyələrdə  fəaliyyət  göstərən  tənzimləyici  mexanizmlər  vasitəsilə  idarə  edilir.  Bu 
mexanizmlər  mərkəzi  sinir  sistemi  vasitəsilə  idarə  edilir.  Mərkəzi  sinir  sistemi 
bilavasitə  və  hormonlar  vasitəsilə  bütün  mübadilə  proseslərini  əlaqələndirir.  Bəzi 
hormonlar  maddələr  mübadiləsinin  yalnız  bəzi  növlərinə  tənzimləyici  təsir  göstərir. 
Qalxanvari  vəzin  hormonları  daha  çox  zülal  mübadiləsini,  mədəaltı  vəzin  və 
böyrəküstü vəzilərin hormonları şəkər və yağ mübadilələrini, böyrəküstü vəzilərin və 
hipofızin bəzi  hormonları  isə su  və duz  mübadiləsini aparırlar. Qanda şəkər  və digər 
zəruri qida  maddələrinin səviyyəsi neyrohumoral yolla tənzimlənilir. Bəzi fızioloqlar 
hesab  edirlər  ki,  orqanizmdə  mərkəzi  və  periferik  sinir  sistemləri  maddələr 
mübadiləsini reflektori olaraq, mübadilə refleksləri şəklində tənzimləyə bilir. 
Maddələr  mübadiləsinin  anabolik  tərəfı  amin  turşularından  zülalların,  sadə 
şəkərlərdən  mürəkkəb  şəkərlərin,  yağ  turşuları  və  qliserindən  yağların, 


 
42 
 
nukleotidlərdən  nuklein  turşularının  sintezini,  müxtəlif  sintetik  çevrilmələri, 
qurucu,  bərpa  və  yeniləşmə  proseslərini  əhatə  edir.  Katabolik  tərəf  isə  qida 
maddələrinin  (zülal,  yağ,  şəkər)  əvvəlcə  öz  tərkib  hissələrinə  (aminturşulara, 
monosaxaridlərə,  yağ  turşuları  və  qliserinə),  onların  isə,  öz  növbəsində  son 
məhsullara  (H
2
O,  CO
2
,  NH
3
,  N
2
)  qədər  parçalanması,  öz  molekulyar  və  atomar 
kimyəvi  əlaqələrində  daşıdığı  potensial  enerjidən  ayrılması  və  yeni  bioloji  enerji 
daşıyıcılarının  əmələ  gəlməsi  və  onların  istifadə  edilməsi,  tullantı  şlaklardan  və 
zərərli (toksiki) maddələrdən azad olması kimi prosesləri əhatə edir. 
 
2) Orqanizmin enerji tələbatları və məsrəfləri 
Maddələr  mübadiləsi  nəticəsində  orqanizmdə  enerji  əmələ  gəlir.  1  qram  zülal, 
şəkər və yağ parçalandıqda ümumilikdə hər birinin kalori əmsalını nəzərə aldıqda, 17 
kkalori  (4+4+9=17)  qədər  enerji  ayrılır.  Əsas  bioloji  enerji,  hüceyrələrdə  enerji 
blokları  funksiyasını  yerinə  yetirən  mitoxondrilərdə,  onların  xüsusi  metabolik 
oksidləşmə  qazanında  -  Kreps  tsiklində,  az  miqdarda  isə  qeyri-oksidləşmə  (qlikoliz) 
yolu  ilə  sitoplazmada  əmələ  gəlir.  1  q  molekul  şəkər  oksidləşdikdə  mitoxondrilərdə 
təxminən  36  molekula  makroerqiq  enerji  daşıyıcısı-adenozintrifosfat  (ATF)  sintez 
olunur.  Əmələ  gələn  ATF  əsasən  hüceyrələrin  bölünməsinə,  əzələ  işinə,  sinir  fəaliy-
yətinə, sintez və nəqliyyat proseslərinə sərf olunur. Orqanizmdə enerji sərfı vahidi ki-
mi kalori və ya coul qəbul olunub və adətən kilokalori və ya kilocoul ilə ifadə edilir. 
Bütün  qida  maddələri  müəyyən  enerji  ehtiyatlarına  malikdir.  Əgər  orta  ömür 
sürən adamın öz həyatı boyu 1,3 ton yağ, 2,5 ton zülal və 12,5 ton karbohidrat mə-
nimsədiyini  nəzərə  alsaq,  onda  bu  qədər  qida  maddəsinin  verə  biləcəyi  enerjinin 
çox  böyük  qiymətlərlə  ölçüldüyünü  hesablaya  bilərik.  Orqanizmdə  ayrılan  enerji-
nin  miqdarı,  onda  baş  verən  kimyəvi  çevrilmələrdən,  yəni  maddələr  mübadilə-
sindən və orqanizmin enerjiyə olan cari tələbatlarından asılıdır. Əmələ gələn ener-
jinin xeyli hissəsi - 40%-ə qədəri istiliyə çevrilir ki, onun da bir hissəsi insanda sa-
bit  bədən  temperaturasının  (36-37°S)  təmin  olunmasına  sərf  olunur,  qalanı  isə 
orqanizmdən xaricə konveksiya edilir. Orqanizmdə olan istilik, xarici mühitin tem-
peraturu və toxumalarda enerji əmələ gətirən proseslər ilə sıx əlaqədə tənzimlənilir. 


 
43 
 
Orqanizm tərəfındən ayrılan istiliyin miqdarı maddələr mübadiləsinin mühüm 
göstəricisi  kimi  qəbul  edilmişdir.  Bu  göstərici,  başqa  sözlə,  orqanizm  tərəfındən 
ayrılan  kalorilərin  miqdarı,  bütün  enerji  çevrilmələrinin  son  istilik  nəticəsi  kimi 
xarakterizə  edilir  və  kəmiyyətcə  ölçülə  bilər.  Orqanizmdə  enerjinin  bu  yolla 
ölçülməsi  birbaşa  kalorimetriya  adlanır.  Bu  metodla  kalorinin  ölçülməsi  xüsusi 
kalorimetrik  kameranın  və  ya  kalorimetrik  cihazların  köməyi  ilə  həyata  keçirilir. 
Orqanizmdə  maddələr  və  enerji  mübadiləsinin  intensivliyi  haqqında,  qazlar 
mübadiləsinin  nəticələrinə,  nəfəsalma  və  nəfəsvermə  prosesləri  zamanı  udulan  və 
buraxılan oksigen  və karbon qazının  miqdarına  görə də  mühakimə  yürütmək olar. 
Qazlar  mübadiləsində  ayrılan  enerjinin  miqdarının  təyini  dolayı  kalorimetriya 
adlanır.  Orqanizmdə  hansı  qida  maddəsinin  oksidləşməsindən  nə  qədər  enerji 
ayrıldığını  hesablamaq  üçün  tənəffus  əmsalı  deyilən  göstəricidən  istifadə  edilir. 
Tənəffüs  əmsalı  dedikdə,  ayrılan  karbon  qazının  miqdarının  udulan  oksigenin 
miqdarına  olan  nisbəti  nəzərdə  tutulur.  Məsələn,  karbohidratların  oksidləşməsinin 
cəm reaksiyasının ümumi düsturu aşağıdakı kimidir: 
/C
6
H
10
O
5
/
n
 + 6nO
2
 = 6nCO
z
+ 5nH
2

Buradan göründüyü kimi, oksidləşmə zamanı əmələ gələn karbon qazı  mole-
kulalarının  sayı,  sərf  olunan  oksigen  molekulalarının  sayına  bərabər  olur.  Ümu-
miyyətlə,  karbohidratların  oksidləşməsində  tənəffüs  əmsalı 
 nisbəti  vahidə 
bərabər götürülür.  
Yağlarda bu göstərici 0,7-yə bərabərdir. Tənəffus əmsalının qiymətini bilərək, 
xüsusi  cədvəlin  köməyi  ilə  oksigenin  istilik  ekvivalentini  təyin  etmək  olar. 
Oksigenin istilik ekvivalenti tənəffüs əmsalının müxtəlif qiymətlərində müxtəlifdir. 
Orqanizm tərəfindən  udulan  və ayrılan oksigen  və  karbon  qazının  miqdarını təyin 
etmək  üçün  Duqlas-Xolden  metodundan  istifadə  edilir.  Bu  metoda  görə,  sınaq 
edilən şəxsin ağzına müştük alıb, burnunu bərk tuturlar və verilmiş zaman ərzində 
nəfəsvermədə buraxılan havanı xüsusi rezin balona yığırlar. Bunun üçün balondan 
hava  nümunəsi  götürülür  və  onda  oksigen  və  karbon  qazının  miqdarını  təyin 
edirlər.  Buradan  qazların  miqdar  faizləri  arasındakı  fərqə  görə  mənimsənilməsi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə