Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   2   3   4   5   6   7   8   9   ...   47

 
10 
 
altına  qoyan  mühüm  eksperimental-stressor  amillər  kimi,  digər  tərəfdən  isə 
müəyyən  xəstəlikləri  aradan  qaldıran  və  yaxud  onların  inkişafını  zəiflədə  bilən 
tibbi  vasitə  kimi  xarakterizə  edilir.  Aclıq  amilinin  mənfı  təsirinin  normal 
qidalanma  yolu  ilə  aradan  qaldırılmasının  mümkünlüyü  isə  qida  fıziologiyasının 
əsas müddəalarından biridir. 
Dövlətin  milli  siyasətində  əhalinin  fızioloji  normalar  hüdudunda  lazım  olan 
qida ilə təmin edilməsi həmişə əhəmiyyətli (prioritet) məsələ kimi qiymətləndirilir. 
Hər bir insan və vətəndaş normal qidalanma hüququna malikdir ki, bu hüququn da 
əsas təminatçısı dövlət və fərdin özüdür. Qida fiziologiyası elmi qidaianmanın elmi 
əsaslarının və potensialının formalaşmasında böyük rol oynayır. 
 
MÜHAZIRE 2. İNSAN FİZİOLOGİYASININ ƏSASLARI 
Plan: 
1. İnsan fiziologiyası haqqında qısa məlumat. 
2. Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi. 
3. Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi. 
4. Qanın laxtalanması.  
5. Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti. 
 
1) İnsan fiziologiyası haqqında qısa məlumat. 
İnsan  fıziologiyası  fıziologiya  elminin  ən  böyük  sahələrindən  biri  olub, 
müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun qədim inkişaf tarixi 
vardır  və  təbabətin  nəzəri  əsaslarından  biri  sayılır.  İnsan  fıziologiyasının  bir  sıra 
müddəaları,  heyvan  orqanizmlərinin  həyat  fəaliyyəti  prosesləri  təcrübə  (eksperi-
ment)  yolu  ilə  öyrənilərkən  əldə  edilən  nailiyyətlərə  əsaslanır  və  heyvan  fıziolo-
giyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir. 


 
11 
 
İnsan fıziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər sistemlərinin 
həyat  fəaliyyətini  və  funksiyalarını,  onların  qarşılıqlı  əlaqə  və  təsirlərini,  idarə  və 
tənzim mexanizmlərini, orqanizm ilə xarici mühitin vəhdətini öyrənən elmdir. 
Fizioloji  funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma, orqan  və orqan-
lar  sistemlərinin  funksiyaları  kimi  təzahür  olunurlar.  İnsan  orqanizmində  iki  yüzə 
yaxın  müxtəlif  növ  hüceyrələrə  rast  gəlinir.  Fəaliyyət  göstərən,  eyni  funksiya  ye-
rinə  yetirən  hüceyrələrin  birləşməsindən  müxtəlif  növ  sinir  toxuması,  əzələ  toxu-
ması,  epiteli  toxuması,  birləşdirici  toxuma  əmələ  gəlir.  Bu  toxumalar  və  onların 
əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin funksiyaları müxtəlifdir. 
Sinir  toxuması  sinir  siqnallarının  nəqli  və  yenidən  işlənməsi  funksiyasını,  əzələ 
toxumasının  yığılma  funksiyasını,  sümük  toxumasının  dayaq  funksiyasını,  epiteli 
toxumasının ötürücü və sekresiya funksiyalarını icra edir və ilaxır. 
İnsan  orqanizmində  olan  üzvlər  bir  və  ya  bir  neçə  funksiyanı  yerinə  yetirirlər. 
Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli maddələri zərərsizləşdirir, öd ifraz edir və 
sairə,  böyrəklər  sidiyin  ifrazını  təmin  edir,  ağciyərlər  tənəffus  vəzifəsini  həyata 
keçirirlər.  Eyni  və  ya  oxşar  funksiyaların  icrası  üçün  müəyyən  və  oxşar  orqanların 
sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər hansı həyat fəaliyyəti prosesini bütün 
mərhələlər  üzrə  bir-birindən  asılı  və  bir-birilə  əlaqəli  şəkildə  icra  etməkdir.  İnsan 
orqanizmində  sinir  sistemi,  sümük,  əzələ  sistemi,  tənəffüs  sistemi,  ürək-qan  damar 
sistemi, daxili sekresiya vəziləri sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər 
və yanmsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya dialektik vəhdətdə 
olan  anatomik  və  fızioloji  göstəricilərdir.  Orqanizmdə  funksiyasız  struktur  və  ya 
struktursuz funksiya olmur. İnsan orqanizminin quruluşu və ona xas olan funksiyalar 
fərdi  inkişaf  (ontogenez),  xüsusilə  də  doğulandan  sonrakı  inkişaf  (postnatal 
ontogenez)  dövründə  formalaşıb  yetkinləşir.  Quruluş  və  funksiyaların  fərqlənməsi, 
yetişməsi və fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müxtəlif (heteroxron) 
xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya sistemlər fərdi inkişafda tez, digərləri 
isə  gec  formalaşıb  yetkinləşirlər.  Məsələn:  sinir  sistemi  və  onun  bəzi  elementar 
funksiyaları  hələ  döl  inkişafı  dövründə  yaranır.  Həzm  orqanları  doğulandan  sonra 
fəaliyyətə başlayır, cinsiyyət orqanları çox gec fəallaşırlar və ilaxır. 


 
12 
 
Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca olaraq bir mühüm 
funksiyanı aparmaq üçün fəallıq göstərir. Lakin orqanizm həyati vacib bir davranış 
aktı  və  ya  funksiyanı  yerinə  yetirmək  məcburiyyətində  qaldıqda,  bir  neçə  orqanın 
və  ya  orqanlar  sisteminin  funksiyaları  müvəqqəti  olaraq,  verilmiş  davranış  aktı 
başa çatana, məqsədəuyğun faydalı nəticə alınana qədər birgə fəallaşırlar. Fizioloq 
P.K.Anoxin  bu  cür  birgə  aktiv  fəaliyyət  göstərən  və  müxtəlif  sistemlərin  birliyi 
kimi  çıxış  edən  fızioloji  mexanizmləri  funksional  sistem  adlandırmışdır.  Məsələn, 
qida  davranışı  zamanı  sinir,  həzm,  ürək-damar,  tənəffüs  və  hərəkət  aparatları, 
müdafıə  reaksiyaları  zamanı  sinir,  dayaq-hərəkət,  tənəffus,  ürək-damar  sistemləri 
sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə fəallaşırlar. 
İnsanda  sinir  sistemi  özünün  ən  yüksək  inkişaf  səviyyəsinə  çatmışdır. 
Mərkəzi  sinir  sistemi  (baş  və  onurğa  beyin)  öz  sinirləri  vasitəsilə  bütün  duyğu 
üzvləri,  daxili  və  xarici  orqanlar  ilə  əlaqədədir.  İnsanda  baş  beyinin,  xüsusilə  də 
baş  beyin  böyük  yarımkürələri  və  onun  qabığının  yüksək  inkişafı  bu  orqanın 
funksiyalarının xeyli mürəkkəbləşməsinə səbəb olmuşdur. 
Baş  beyin  qabığı  bütün  hiss  üzvlərindən,  hərəkət  aparatından  və  daxili  orqan-
lardan  gələn  siqnalların  analiz  və  sintezində,  ali  sinir  və  psixi  fəaliyyətin  müxtəlif 
xassələrinin  (yaddaş, qavrama, təfəkkür,  nitq, şüur  və s.) təzahüründə başlıca rol oy-
nayır.  İnsanın  ali  sinir  fəaliyyəti  orqanizmin  xarici  mühitlə  sıx  qarşılıqlı  əlaqələrinin 
tənzimlənməsində,  vegetativ  (tənəlfus,  qidalanma,  çoxalma,  ifrazat)  və  somatik 
(hərəkət,  xarici  hissiyyat, nitq  və s.)  funksiyalarının  idarə olunmasında birbaşa və ya 
dolayı olaraq iştirak edir. Baş beyinin fəaliyyətində şərtsiz və şərti reflekslər  mühüm 
yer  tuturlar.  Beyinin  qabıqaltı  və  ara  beyin  törəmələri  orqanizmin  davranış  və 
emosional  reaksiyalarının  təşəkkülündə  və  həyata  keçməsində  fəal  iştirak  edirlər. 
Beyinin  kötük  (lülə)  hissəsinin  törəmələri  (uzunsov  beyin,  beyin  körpüsü  və  orta 
beyin)  bir  sıra  həyati  vacib  funksiyaları  -  tənəffus,  ürək-damar  fəaliyyəti,  həzm 
prosesləri, bəzi hərəkət aktlarını idarə edən funksional mərkəzlər hesab olunurlar. 
Beyincik  hərəkət  aparatının  tonusu  və  fəaliyyətini  idarə  edən  və  əlaqələndirən 
mühüm  mərkəzdir.  Qabıqaltı  törəmələrindən  olan  hipotalamus  orqanizmin  qidalan-
masına  xüsusilə  fəal  təsir  göstərir.  Burada  "aclıq",  "toxluq",  "susuzluq"  hissləri  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə