Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
22 
 
IV 
qrup qanı olan insanlara bütün qan qrupunu vurmaq olarsa da, onu IV-dən 
başqa qrup qanlara vurmaq olmaz (şəkil 1). 
 
Şəkil 1. Qanköçürmə sxeminin təsviri formaları 
XVI  əsrə  kimi  qan  dövranı  sistemini  qapalı  olmayan  sistem  kimi  təsəvvür 
edirdilər.  1628-ci  ildə  onun  qapalı  sistem  olduğu  təsdiq  olundu.  Qan  dövranı 
sistemi ürəkdən və damarlardan ibarətdir və onun əsasını arterial və venoz sistemi 
təşkil  edir.  Qanın  hərəkətini  təşkil  edən  ürəkdir.  Ürək  4  hissədən  ibarətdir:  2-si 
ürək qulaqcığıdır, aşağı hissədə isə 2 mədəcik vardır. 
Ürək yumurtaya oxşar formalı əzələ orqanıdır və döş qəfəsinin sol hissəsində 
döş  hissəsini  qarın  nahiyəsindən  ayıran  diafraqma  pərdəsinin  vətər  mərkəzi 
üstündə yerləşir. 
Ümumiyyətlə, ürək 2 yerə bölünür: sağ və sol ürək. 
Qanın ürəkdə dövr etməsini aşağıdakı şəkildə təsəvvür etmək olar: 
Qanın orqanizmdə hərəkəti damarlarda həyata keçirilir. Ürəkdən qanı daşıyan 
damarlar arteriya adını daşıyırlar və onların ən böyüyü aorta adlanır. 
Damarlar 3 təbəqədən ibarətdir (kapillyarlar 1 təbəqədən təşkil olunmuşdur): 
1. İntima (arteriya divarının daxili təbəqəsi) - selikli qişa; 
2. Media (arteriya divarının orta təbəqəsi) - əzələ qatı; 
3. Adventisiya (xarici təbəqədir) - birləşdirici toxuma. 
Bunlar biri digərindən toxuma liflərinin quruluşuna görə fərqlənirlər. 
Kapilyarlar  kiçik  qan  damarlarına  deyilir  və  onları  yalnız  mikroskop  altında 
görmək olur. Onların divarları bir hüceyrə qatından təşkil olunmuşdur. Bu qatların 
köməyi  ilə  toxumalar  və  qan  arasında  maddələr  mübadiləsi  baş  verir.  Kapilyarlar 
yığım şəklində venular yaradırlar. Venular isə venalar şəklində toplanırlar. 


 
23 
 
Vena  -  qanın  orqanlardan  ürəyə  axdığı  damarlardır.  Onun  da  divarları  3 
təbəqədən təşkil olunmuşdur. 
Arteriyaların venadan fərqi ondan ibarətdir ki, venalarda orta təbəqə zəif inkişaf 
etmişdir. Arteriyalar hidrostatik təzyiqi saxlayır və sistematik olaraq daralırlar. 
Ürək əzələsinin yığılmasına sistola, boşalmasına isə diastola deyilir.  
Ürək 3 fazada işləyir: 
I faza  -  qulaqcıqların  sistolası  adlanır.  Bu  zaman  mədəciklər  diastola 
vəziyyətində olur. Bu proses 0,1 saniyə davam edir. 
II  faza  -  mədəciklərin  sistolasıdır.  Bu  zaman  qan  mədəciklərdən  aortaya  və 
ağciyər arteriyasına qovulur. Bu proses 0,3 saniyə ərzində başa çatır. 
III  faza  -  qulaqcıqlar  və  mədəciklərin  ardıcıl  boşalması  -  ümumi  diastola  və 
ya mədəciklərin diastolası adını daşıyır. Bu proses isə 0,4 saniyə davam edir. 
Göründüyü  kimi,  orta  hesabla  bir  ürək  döyünməsi  0,8  saniyə  ərzində  başa 
çatır. Müəyyən olunmuşdur ki, sağlam insanm ürəyi 1 dəqiqə ərzində orta hesabla 
70-75 dəfə döyünməlidir. 
Ürəyin  avtomatik  fəaliyyətə  malik  olmasına  baxmayaraq,  onun  bu  fəaliyyəti 
mərkəzi  sinir  sisteminin  daima  tənzimləyici  təsiri  altında  olur.  Ürəyin  mərkəzi  sinir 
sistemi  ilə  əlaqəsi  azan  sinirlər  və  simpatik  sinir  siteminin  sinirləri  vasitəsilə  həyata 
keçirilir.  Müəyyən  edilmişdir  ki,  ürəyin  fəaliyyəti  sinir  sistemi  və  həm  də 
hormonlarla,  o  cümlədən  adrenalinlə  həyata  kcçirilir.  Bu  da  ürək  yığılmalarını 
gücləndirir və sürətləndirir. 
Nəhayət,  ürək  fəaliyyətinin  tənzimləyiciləri  kimi  bir  sıra  mineral  maddələr, 
məsələn kalsium fəal iştirak edir. Kalium isə buna əks olan effektə malikdir. 
Qan  təzyiqi  -  əsasən  ürəyin  işləməsindən  asılıdır.  Ürək  fəaliyyəti  dövründə 
arteriyalarda onun təzyiqi eyni bərabərlikdə olmur. 
Qan  ürəkdən  çıxan  zaman  aortada  sistolik  (maksimal)  təzyiq  150  mm  c. 
sütununa, ondan ayrılan arteriyalarda təzyiq isə 120-yə çatır. 
Qanı daşıyan damarlarda: 
-arteriollarda təzyiq 
30 - 40 mm.c. sütununa 
- kapilyarlarda 
15 - 20 mm.c. sütununa 


 
24 
 
-venalarda isə 
- 5 mm.c. sütununa çatır. 
Sağlam  bədənli  yaşlı  insanlarda  çiyin  arteriyalarında  sistolik  təzyiq  orta 
hesabla  110-120  mm.c.  sütununa,  orta  təzyiq  80-85  mm.c.  sütununa,  diastolik 
(minimal)  təzyiq  isə  60-80  mm.c.  sütununa  çatır.  Sistolik  və  diastolik  təzyiq 
arasında olan fərqi  nəbz amilitudası adlandırılar. Onun qiyməti orta hesabla 35-50 
mm.c.  sütununa  bərabər  olur.  Müxtəlif  amillərin  təsiri  altında  orqanizmin  qan 
təzyiqi dəyişkən olur. Bu da ürək fəaliyyətinin dəyişməsi ilə əlaqədardır. 
 
MÜHAZIRE 3.  HƏZM SISTEMİ VƏ HƏZMOLMA PROSESLƏRİ 
Plan: 
1. Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı. 
2. İnsanda həzmin struktur-funksional təşkili, həzmin növləri. 
3. Həzm aparatının quruluşu və funksiyaları. 
4. Mədədə həzm. 
5. Bağırsaqlarda həzm. 
6. Qaraciyər və onun həzmdə funksiyası. 
7. Həzm sistemi orqanları və onların funksiyalarının yaş inkişafı 
8. Həzm sistemində funksional qarşılıqlı əlaqələr 
9. Həzm mərkəzləri və həzmdə onların rolu 
10. Mədə-bağırsaq fəaliyyətinin neyro-humoral təyini 
 
1. Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı 
İnsanın  qidalanması  üçün  tələb  olunan  qida  məhsullarının  demək  olar  ki, 
hamısı  bitki  və  heyvan  mənşəlidir  və  onların  növləri  qidalılıq  dəyərləri  olduqca 


 
25 
 
müxtəlifdir. İnsanın qidasının əsas hissəsini taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və 
yumurta  məhsulları  təşkil  edir.  Dünya  əhalisinin  böyük  əksəriyyəti  üçün  qida 
məhsulları kimi çörək, düyü və ət ümdə əhəmiyyətə malikdirlər. 
Qida  məhsulları,  tərkibindəki  qida  maddələrinə  görə  fərqlənirlər.  Orqanizm 
üçün  bu  maddələrin  ayrı-ayrılıqda  əhəmiyyəti  eyni  deyildir.  Qida  maddələrinə 
zülallar,  karbohidratlar  və  yağlar  aiddir.  Bunlar  mürəkkəb  üzvi  birləşmələr  olub, 
bitki  və  heyvan  orqanizmlərində  sintez  olunurlar.  Zülallar  amin  turşulardan, 
karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və s.), yağlar isə qliserin və yağ 
turşularından  əmələ  gəlirlər.  Fizioloji  mənada  qida  maddələri  kimi  məhz  amin 
turşuları, bəsit şəkərlər və yağ turşuları hesab olunurlar. Zülallar, karbohidratlar və 
yağlar  həzm  olunduqda  bu  maddələr  əmələ  gəlir  və  onlardan  mürəkkəb  qida 
maddələrinin  (zülal,  karbohidrat,  yağ)  sintezi  üçün  orqanizmdə  yenidən  istifadə 
edilir.  Sözün  geniş  mənasında  qida  maddələri  dedikdə,  buraya  zülal,  şəkər  və 
yağlardan başqa su, mineral duzlar, vitaminlər kimi maddələri də əlavə etmək olar. 
Amma  yadda  saxlamaq  lazımdır  ki,  bu  maddələr  kalori  (enerji)  əldə  etmək 
nöqteyi-nəzərdən qida əhəmiyyəti daşımırlar. 
İnsan  qidasının  əsas  karbohidrat  mənbəyini  bitkilər  təşkil  edirlər.  Taxıl 
(buğda, arpa, düyü, qarğıdalı və s.), kartof və düyü məhsulları karbohidratlarla çox 
zəngindirlər.  Paxlalı  bitkilər,  bitki  zülalları,  günəbaxan,  zeytun,  pambıq  və  s.  bu 
kimi bitkilər  isə bitki  yağları  ilə zəngindirlər. Heyvanat  mənşəli zülallar  və  yağlar 
ən  müxtəlif  heyvan  orqanizmlərindən  tədarük  edilir  və  mənimsənilirlər.  Adları 
çəkilən  və  müxtəlif  mənşəli  qida  maddələri  tikinti  və  enerji  materialları  kimi 
orqanizm  üçün  eyni  əhəmiyyət  daşımırlar.  Karbohidrat  və  yağlar  əsasən  eneıji 
mənbəyi, zülallar və yağlar əsasən tikinti materialları kimi əhəmiyyətlidirlər. 
İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan mənşəli mürəkkəb üzvi 
qida maddələrini elə olduğu kimi də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri 
yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması nəticəsində hasil olan amin 
turşuları, sadə şəkərləri və yağ turşularını qəbul edib mənimsəyir, yəni onlardan sintez-
tikinti, enerji hasili və digər məqsədlər üçün istifadə edirlər. Sintez proseslərində insan 
orqanizmi bitki və ya heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün səciyyəvi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə