Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

56 
 
başqa 10% minar  azot əsasları da mövcutdur. 1965-ildə R.U.Xolli və əməkdaşları 
çörək məmulatlarında alanin nRNT-ın tam nukleotid ardıcıllığını ver-mişdir. Aşağı 
temperaturda  xüsusi  fermentlərin  köməyi  ilə  alanin  nRNT-si  oliqonukleotidlərə, 
sonra isə kimyəvi üsulla nukleotid ardıcıllığı açıqlanmışdır. Az sonra A. A. Bax və 
əməkdaşları  valin  nRNT-sının  birinci  quruluşu  açıqlanmışdır.  Hazırki  vaxtda 
2000-dən çox nRNT-ın birinci quruluşu məlumdur. 
Yüksək molekullu n RNT-dən birinci quruluşu ən çox öyrəniləni ana bətində 
uşaqlığın RNT quruluşudur. 
Beynəlxalq  “İnsanların  geni”  proqramının  məqsəd  və  vəzifəsi  insan 
orqanizmində  olan  bütün  DNT  və  RNT  molekullarının  quruluşunu  aydınlaşdır-
maqdır. 
4.  DNT  və  RNT-nin  ikinci  quruluşu:  Nuklein  turşusu  molekulunu  təşkil 
edən  monomerlərin  (nukleotidlərin)  fəzada  tutduğu  mövqe  (fəza  konfiqurasiyası) 
onların ikinci qururluşu adlanır.  
1953-cü  ildə  D.  Uotson  və  F.  Krik  NT-in  hidroliz  məhsullarının  kimyəvi 
quruluşuna,  Çarqaff  qaydasına  və  rentgenostruktur  analizdən  alınan  nəticələrə 
əsaslanaraq  DNT  molekulunun  iki  ədəd  spiralvarı,  bir-birinə  sarınmış 
polinukleotid zəncirindən ibarət olmasını sübut etdilər. Bu zəncirlərdə azot əsasları 
bir-birinə doğru çevrilmiş şəkildə spiralın daxili hissəsində, fosfat turşusu qalıqları 
isə  xaricdə  yerləşir.  Polinukleotid  zəncirləri  bir-biri  ilə  purin  və  pirmidin 
əsaslarının  arasında  əmələ  gələn  hidrogen  rabitələri  vasitəsilə  birləşir.  Hidrogen 
rabitələri adenini timinlə, quanini  isə sitozinlə birləşdirir.  Adeninlə timin arasında 
iki, quaninlə sitozin arasında üç ədəd hidrogen rabitəsi olur. Hidrogen rabitələrinin 
mövcudluğu  DNT  molekulunun  ikiqat  zəncirin  əmələ  gəlməsində  ən  mühüm  rol 
opynayan amillərdən biridir. 
DNT  molekulunda  purin  və  pirimidinin  qarşı-qarşıya  yerləşməsi,  bu 
əsasların  molayar  miqdarının  bir-birinə  bərabərliyi  haqda  olan  Çarqaff  qaydasına 
uyğun  gəlir.  Bu  molekullarda  purin  əsasının  qarşısında  mütləq  pirimidin  əsasları 
yerləşməlidir  (A–T;  Q–S),  iki  purin  və  ya  iki  pirimidin  törəməsinin  qarşı-qarşıya 
dayanması qeyri-mümkündür. 
DNT  molekulunda polinukleotid zəncirində  monomerlərin  yerləşmə ardıcıl-
lığı  digərindən  fərqlənsədə  onlar  arasında  müəyyən  əlaqə  də  vardır.  Belə  ki,  əgər 
bir  zəncirin  müəyyən  hissəsində  adenin  yerləşirsə  digər  zəncirdə  onun  qarşısında 
timin. Həmçinin birində quanin yerləşirsə, digərində sitozin yerləşir. Deməli DNT 
molekulunda olan zəncirlər bir-birini tamamlayır.  
1-ci zəncir --- A─Q─A─T─S─S─T─ --- 
2-ci zəncir ---T─S─T─A─Q─Q─A─ --- 
DNT  molekulunda  bu  ardıcıllıq  Çarqaff  qaydasına  uyğun  gəlir.  Bu 
molekullarda  mütləq  purin  əsasının  qarşısında  pirimidin  əsasları  yerləşməlidir. 


57 
 
DNT  molekulunda  mononukleotidlərin  düzülüş  qaydasının  belə  asılılığı  komple-
mentarlıq (tamamlama) prinsipi adlanır. 
DNT  molekullarında  nukleotidlər  arasındakı  məsafə  0,34  nm–dir.  Spiralın 
hər bir dövrəsində qarşı-qarşıya  yerləşmiş  10 cüt  nukleotid olur.  Hər bir  dövrənin 
tamamlanması  üçün  3,4  nm  məsafə  lazım  gəlir.  İkiqat  spiralın  eninə  diametri  2,1 
nm, fosfat atomu ilə DNT spiralının mərkəzi oxu arasındakı məsafı isə 1,2 nm-dir. 
Spiralların  komplementarlıq  prinsipi  ilə  bir-birini  tamamlaması  çoxlu  sayda 
hidrogen rabitələri hesabına baş verir.  
DNT  molekulundan  fərqli  olaraq  RNT  molekulu  bir  polinukleotid 
zəncirindən əmələ gəlmişdir. RNT-in ikincili quruluşu fəzada polipeptid zəncirinin 
natamam  spiral  şəkilini  (50%-ə  qədər)  almasıdır.  Onun  yalnız  bəzi  hissələri 
adeninlə  timin  arasında  olan  iki  və  quaninlə  sitozin  arasında  əmələ  gələn  üç 
hidrogen rabitəsi hesabına qısa və natamam spiral şəkli alır. 
RNT  molekulunda  polinukleotid  zəncirlərinin  burulma  yerlərindən  DNT 
molekulunda olduğu kimi komplementarlıq prinsipi ilə bir-birini tamamlamır.  
5.  Nuklein  turşularının  üçüncü  quruluşu:  Hər  bir  NT  molekulu  fəzada 
ümumi bir superspirallaşma halına malik olur ki, bu da onların üçüncü quruluşunu 
əmələ  gətirir.  Bu  hal  ən  çox  fenilalanin  nRNT-si  üçün  öyrənilmişdir. 
Rentgenostruktur  analiz  üsulları  ilə  nRNT  molekulunun  açılması  göstərir  ki,  üş 
hissə  fəzada  bir-birinə  sıx  birləşmiş  halda  digər  dördüncü  hissə  (antikod)  əks 
istiqamət dartılmış halda yerləşir.  
 
 
 
 
 
Xromatinin  və  xromosomun  tərkibində  DNT  üçüncü  quruluş  halında 
superspirallaşmış formada mövcuddur. Xromotinin struktur vahidini nukleosomlar 
təşkil  edir.  Nukleosomlar  DNK  spiralı  ilə  əhatə  olunur  ki,  orada  8  nüvəli  əsasi 
xassəli zülallar (histonlar) yerləşir. 


58 
 
6. Nukleoproteidlər: Nuklein turşuları sərbəst halda yaşamırlar (n RNT-dən 
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallarla əlaqəli şəkildə 
fəaliyyət  göstərirlər.  İki  tipdə  nuklein  turşuları  (DNT  və  RNT)  olduğu  kimi, 
bunlara  müvafiq  nüvənin  tərkibində  dezoksiribonukleoproteinlər  (DRNP)  və 
ribosomların  tərkibində  ribonukleoproteinlər  (RNP)  olur.  RNP  və  DRNP-lər 
mürəkkəb  aqreqatlardır.  Onlar  1-2  molekul  NT-dən  və  çoxlu  sayda  ona  birləşmiş 
zülal substratlardan əmələ gəlmişdir. 
 
RNP-ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu virusun molekul 
kütləsi 2,1∙10
6
 Da-dır və 2200 zülal substratından ibarətdir. Nukleoproteidlərdə NT 
və  zülal  molekulu  bir-birini  tənzimləyirlər.  Bu  da  hər  iki  komponentin 
denaturasiyaya qarşı davamlılığını artırır.  RNP-hissəcikləri (ribosomlar) zülalların 
biosintezində,  DRNP-hissəcikləri  (nukleosom  nüvələri)  xromosomların  hüceyrə 
aparatının formalaşmasında və funksyalaşmasında əsas rol oynayır.  
 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 6.  FERMENTLƏR, AYRILMASI VƏ TƏMİZLƏNMƏSİ,  
                     QURULUŞU, TƏSNİFATI, TƏTBİQİ 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə