“Qİda məhsullarinin müASİr təDQİqat üsullari”



Yüklə 77,45 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü77,45 Kb.
#25882


AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL

PROBLEMLƏRİ  İNSTİTUTU

AZƏRBAYCAN  DÖVLƏT İQTİSAD  UNİVERSİTETİ

Bakalavr hazırlığı üçün



“QİDA MƏHSULLARININ MÜASİR 

TƏDQİQAT ÜSULLARI”

fənninin 



TƏDRİS    PROQRAMI


B A K I – 2011

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL

PROBLEMLƏRİ  İNSTİTUTU

AZƏRBAYCAN  DÖVLƏT İQTİSAD  UNİVERSİTETİ

Bakalavr hazırlığı üçün



QİDA MƏHSULLARININ MÜASİR 

TƏDQİQAT ÜSULLARI

fənninin 



TƏDRİS    PROQRAMI

Ali     təhsil   müəssislərinin   050642   -   “Qida   məhsulları

mühəndisliyi”   istiqamətində   bütün   ixtisaslar   üzrə   bakalavr

pilləsində təhsil alan tələbələr üçün.

                                     Azərbaycan Respublikası Təhsil 

                                      Nazirinin 11.05.2011 ci il tarixli,

                                        798 saylı əmri ilə qrif verilmişdir.

2



B A K I – 2011

Tərtib edənlər: 1. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida 

məhsullarının texnologiyası” kafedrasının dosenti, 

texnika elmləri namizədi 

                           FƏRZƏLİYEV ELSEVƏR BABA oğlu

                         2. “Qida məhsullarının texnologiyası” kafedrasının

dissertantı G. M. NƏSRULLAYEVA

                         3. “Qida məhsullarının texnologiyası” kafedrasının

dissertantı C. Ə. ƏSGƏROVA

 Elmi redaktor: “Abşeronşərab” ATSC-nin baş məsləhətçisi, texnika

elmləri namizədi

                          MİKAYILOV  VÜQAR  ŞAHBABA oğlu 

Rəy verənlər: 1. Bakı Qida Sənayesi Kollecinin direktoru, texnika

elmləri namizədi, dosent

                           MƏHƏRRƏMOV  MİKAYIL ƏKBƏR oğlu

                                             2. Azərbaycan Kooperasiya Universitetinin

“Texnologiya   və   standartlaşdırma”   kafedrasının

müdiri, texnika elmləri namizədi, dosent 

                           KƏRİMOV  NADİR  TOFİQ  oğlu

                       3. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida 

məhsullarının texnologiyası” kafedrasının dosenti, 

texnika elmləri namizədi 

                           RƏHİMOV  NAMİQ  KƏRİM oğlu

                       4. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida 

məhsullarının texnologiyası” kafedrasının dosenti, 

biologiya  elmləri namizədi 

                           QLICOV  VAQİF  QİYAS  oğlu

Azərbaycan   Dövlət   İqtisad   Universitetinin   “Qida

məhsullarının texnologiyası” kafedrasının 11 oktyabr 2010 – cu il

tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir. Protokol № 02.

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki

Şurasında baxılmış və təsdiq edilmişdir. 04. 02. 2011-ci il, protokol

№1.

3



Azərbaycan   Respublikası   Təhsil   Nazirliyi   Elmi-Metodiki

Şurasının “İqtisadiyyat” bölməsinin 02 may 2011 il tarixli qərarı ilə

təsdiq edilmişdir. Protokol № 09.

İZAHAT  VƏRƏQİ

Respublikamızda   Ali   təhsilin   yeni   üsulda   (kredit   sistemi,

baloniya   prosesi)   formalaşdırılması   ilə   əlaqədar   olaraq,

050642-“Qida   məhsulları   mühəndisliyi”   istiqamətində   bütün

ixtisaslar üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris

planının   “Seçmə   fənlər”   blokunda   “Qida   məhsullarının   müasir

tədqiqat üsulları” fənninin tədris edilməsi nəzərdə tutulmuşdur.

050642-“Qida  məhsullraı   mühəndisliyi”  istiqamətində  bütün

ixtisaslar   üzrə   “bakalavr”   pilləsini   başa   vurmuş   bakalavr   –

mütəxəssislər,   qida   xammallarının,   eləcə   də   uyğun   texnoloji

əməliyyatlardan keçirilməklə istehsal edilən müxtəlif çeşidli hazır

qida məhsullarının həm orqanoleptiki (sensor), həm fiziki-kimyəvi,

həm reoloji və həm də mikrobioloji keyfiyyət göstəricilərinin təyin

edilməsi   üsullarını   bilməlidir.   Bu   baxımdan   tədrisin   bakalavr

mərhələsində   “Qida   məhsullarının   müasir   tədqiqat   üsulları”

fənninin   keçirilməsi   kifayət   qədər   yüksək   elmi   və   praktiki

əhəmiyyətə malikdir.

Proqramın məzmunu 60 saatlıq (4 kredit) kursun həcminə tam

uyğundur. Kafedrada işçi proqram (sillabus) tərtib edilən zaman o,

qismən   dəyişdirilə   bilər   və   həmçinin   bu   qayda   ilə   daxil   olan

mühazirə   və   laboratoriya   məşğələrinin   mövzuları   daha   da

dərinləşdirilə və ya ixtisar edilə bilər.

Təsdiq edilmiş tədris planına müvafiq olaraq, fənnin tədrisi

üçün   proqramda   cəmi       60   saat   (4   kredit)   dərs   yükü   nəzərdə

tutulmuşdur ki, bunun da 30 saatı (2 kredit) mühazirə və 30 saatı (2

kredit)   laboratoriya   dərslərinin   payına   düşür.   Fənnin   Y-4

semestrində keçirilməsi planlaşdırılmışdır.

  Proqramda,   tədris   olunması   nəzərədə   tutlan   mühazirə   və

laboratoriya  dərsləri  mövzularının   daha  da dərindən   və  hərtərəfli

mənimsənilməsi   məqsədi   ilə,   tələbələrə   müstəqil   iş   şəklində

tapşırıqlar   verilə   bilər   ki,     bu   da   mühazirəçi   müəllim   tərəfindən

4



yerinə yetirilir. Bununla yanaşı, əlavə olaraq işləniləcək sərbəst iş

mövzuları,   tədris   prosesi   üçün   hazırlanması   vacib   sayılan

sillabuslarda mütləq nəzərdə tutulmalıdır.

Fənnin tədrisinin sonunda bir imtahan nəzərdə  tutulmuşdur.



KURS ÜZRƏ MÖVZULARIN PLANI VƏ SAATLARIN

TƏXMİNİ   BÖLGÜSÜ

Sıra



Mövzuların adı

Mühazirə saat-

larının miqdarı

1

2

3

I.

Giriş. Qida məhsullarının müasir tədqiqat

üsullarının əhəmiyyəti   .   .   .   .   .   .   .   .   .

2

II.

Spektrial analiz üsulları   .   .   .   .   .   .   .   .

6

2.1. Absorbsiyalı spektroskopiya   .   .   .   .   .   .   .

2

2.2. İnfraqırmızı spektroskopiya   .   .   .   .   .   .   .



2

2.3. Atom-absorbsiyalı spektroskopiya   .   .   .   .   .

2

III. Xromatoqrafik analiz üsulları   .   .   .   .   .  .

14

3.1. Xromatoqrafiyanın   nəzəri   əsasları   və

xromatoqrafiya növləri   .   .   .   .   .   .   .   .   .

2

3.2.  Qaz xromatoqrafiyası   .   .   .   .   .   .   .   .   .   .



2

3.3. Ali yağ turşularının təyini   .   .   .   .   .   .   .   .

2

3.4. Qida məhsullarının aromatının analizi   .   .   .



2

3.5


Kağız üzərində paylaşdırıcı xromatoqrafiya   .

2

3.6. Nazik təbəqəli xromatoqrafiya   .   .   .   .   .   .



2

3.7. Kоlonkalı xromatoqrafiya   .   .   .   .   .   .   .   .

2

IV.

Lüminessentli analiz üsulları   .   .   .   .   .   .

2

4.1. Lüminessentli analiz üsullarının əsasları. Qida

məhsullarının kimyəvi tərkibinin təyini   .   .   .

2

V.



Reoloji analiz üsulları   .   .   .   .   .   .   .   .   .

4

5.1. Reologiyanın   əsas   anlayışları.   Reoloji

xüsusiyyətlərin təyin üsulları   .   .   .   .   .   .   .

2

5.2. Əsas   reoloji   xüsusiyyətlərin   təyini   üçün



istifadə edilən cihazlar   .   .   .   .   .   .   .   .   .   

2

VI.



Qida   məhsullarının   keyfiyyətinə   nəzarət

üçün işlədilən cihaz və texniki vasitələr   .   .

2

5



6.1. Dənəvər   (səpələnən)   qida   məhsullarında

hərarətin və rütubətin məsafədən ölçülməsi   . .

2

CƏMİ

30

MÖVZULAR  VƏ ONLARIN  MƏZMUNU

I. GİRİŞ. QİDA MƏHSULLARININ MÜASİR 

TƏDQİQAT ÜSULLARININ ƏHƏMİYYƏTİ – 2 saat

Qida məhsulları istehsal etmək məqsədilə istifadə edilən qida

xammallarının   müxtılifliyi   haqqında   ümumi   məlumat.   Keyfiyyət

anlayışı,  məhsulun keyfiyyətini şərtləndirən amillər.

Fənnin predmeti, məqsəd və vəzifələri, digər fənlərlə qarşılıqlı

əlaqəsi, qısa inkişaf tarixi.

Qida   məhsulları   istehsalında   bu   fənnin   əhəmiyyəti,   hazır

məhsulların keyfiyyətinin yüksəldilməsində rolu.



II. SPEKTRIAL ANALİZ ÜSULLARI - 6 saat

2.1. ABSORBSIYALI SPEKTROSKOPIYA-2 saat

Absorbsiyalı   spektroskopiyanın   nəzəri   əsasları   haqqında.

Fotoelktrik   spektroskopiyanın   sxemi.   Spektroskopiyanın   əsas

qanunu   (Buqer-Lambert   qanunu).   Molyar   udulma   əmsalı.   əsas

fotometrik vahidlər. Xromofor qrupların udulması.

Spektral analizdə xətalar mənbəyi haqqında.

2.2. İNFRAQIRMIZI SPEKTROSKOPİYA - 2 saat

Infraqırmızı   spektoskopiya   haqqında   ümumi   məlumat.

Infraqırmızı şüalanma oblastları.

Infraqırmızı   spektrlərin   alınması   və   analiz   nümunələrinin

hazırlanması.

Infraqırmızı spektrlərin şifrələrinin oxunması.

2.3. ATOM - ABSORBSİYALI SPEKTROSKOPİYA - 2 saat

6



Atom - absorbsiyalı spektroskopiyanın nəzəri əsasları. Ikişüalı

atom-absorbsiyalı   spektrofotometrin   sxemi.   Atom-absorbsiyalı

spektroskopiya üsulunun əsas nailiyyətləri.

Nümunələrin   analiz   üçün   hazırlanması   qaydaları.

Nümunələrin külləşdirilməsi. mikroelementlərin üzvi həlledicilərlə

ekstraksiya olunması.

Əsas mineral maddələri təyin edərkən olan həssaslıq.

Alovun   seçilməsi   işıq   mənbəyi.   Ayrı-ayrı   elementlərin

(kalium, natrium, kalsium, dəmir, mis, manqan, sink) təyin edilmə

xüsusiyyətləri. Alovsuz spektroskopiya.



III. XROMATOQRAFİK ANALİZ ÜSULLARI -14 saat

3.1. XROMATOQRAFİYANIN NƏZƏRİ ƏSASLARI VƏ

XROMATOQRAFİYA NÖVLƏRİ – 2 saat

Xromatoqrafik   ayırma   prinsipi.   Xromatoqrafiya   nədir?

Xromatoqrafiyanın əsas növləri və onların təsnifatı. Sıxışdırıcı və

aşkarlayıcı xromatoqrafiya üsulları.

3.2. QAZ XROMATOQRAFİYASI - 2 saat

 

Qaz   xromatoqrafiyası   üsulunun   əsasları   və   prinsipləri.   Qaz



xromatoqrafiyasının  sxemi.

Detektorların xüsusiyyətləri, növləri.

Xromatoqrafik kolonkaların xüsusiyyətləri.

Qaz xromatoqrafiyasında keyfiyyət analizi. 

Qaz   xromatoqrafiyasında   miqdar   analizi.   Xromatoqrafik

piklərin sahələrinin müəyyən edilməsi. mütləq və nisbi kalibrləşmə

qrafikləri. Eksperimentin keçirilmə metodikası.

3.3. ALİ YAĞ TURŞULARININ TƏYİNİ – 2saat

Qaz-maye   xromatoqrafiyası   (QMX)   haqqında   ümumi

məlumat. Lipidlərin çıxardılması. Metilləşdirmə üsulları.

7



Qeyri-polyar   fazalarda   xromatoqrafik   ayrılma.   Polyar

fazalarda xromatoqrafik ayrılma.

Yağ   turşularının   keyfiyyət   və   miqdarca   analizi.   Qida

məhsullarının yağ-turşu  tərkibinin analizi.



3.4. QİDA MƏHSULLARININ AROMATININ ANALİZİ -

2 saat


Aromatın   analizi   zamanı   qarşıda   duran   əsas   vəzifələr.

Aromatın   analizi   haqqında   ümumi   məlumat,   analiz   üsullarının

mahiyyəti.

Aromatik maddələrin qaz ekstraksiyası. Aromatik maddələrin

üzvi həlledicilərlə ekstraksiyası. Distilyasiya (qovma) metodu.

Distilyatın qovulması və eyni zamanda qatılaşdırılması üçün

qurğu.   Vakkum   distilyasiya   üsulu   .   Aromatik     maddələrin

xromotoqrafik ayrılması. Ayrılmış komponentlərin tutulması üçün

içlədilən qablar haqqında məlumat.

İylərin kimyəvi fraksiyalaşdırılması.

3.5. KAĞIZ ÜZƏRİNDƏ PAYLAŞDIRICI

XROMATOQRAFİYA – 2 saat

Kağız üzərində paylaşdırıcı xromatoqrafiya üsulunun əsasları.

Hisə   verilmiş   məhsulların   fenol   tərkibinin   təyini.   Fenolların

diazosulfo törəmələrinin xüsusiyyətləri.

Kağız   üzərində   paylaşdırıcı   xromatoqrafiya   üsulu   ilə

şəkərlərin, aminturşularının təyini.

3.6. NAZİK TƏBƏQƏLİ XROMATOQRAFİYA (NTX) – 2

saat

Nazik təbəqəli xromatoqrafiya (NTX) üsulunun əsasları. NTX



üçün sorbektlər.

NTX üsulu ilə lipidlərin fraksiya tərkibinin təyini.

NTX   üsulu   ilə   fosfolipidlərin   fraksiyalaşdırılması

(təbəqələşmə).

NTX üsulu ilə vitaminlərin təyini.

8



NTX üsulu ilə pestisidlərin qalıq miqdarının təyini.

NTX üsulu ilə karbohidratların, aminturşuların ayrılması.

3.7. KOLONKALI XROMATOQRAFİYA – 2 saat

Kalonkalı xromatoqrafiya üsulu haqqında ümumi məlumat.

Kalonkalarda     paylaşdırıcı   xromatoqrafiya   və   bu   üsulun

əsasları.

Adsorbsiyalı   xromatoqrafiya   üsulu,   bu   üsulun   əsasları   və

tətbiqi.


İon - mübadilə xromatoqrafiyası, bu üsulun əsasları, tətbiqi,

yağ turşularının ayrılması və metilləşdirilməsi.

Hel   xromotoqrafiyası,   bu   üsulun   əsasları.   Molekulyar

ələklərdə zülalların xromatoqrafiyası.



IV. LÜMİNESSENTLİ ANALİZ ÜSULLARI - 2 saat

4.1. LÜMİNESSENTLİ ANALİZ ÜSULLARININ 

ƏSASLARI. QİDA MƏHSULLARININ 

KİMYƏVİ TƏRKİBİNİN TƏYİNİ - 2 saat

Lüminessentli analiz üsullarının əsasları. Qida məhsullarının

yaxşı keyfiyyətinin   təyini. Qida məhsullarının kimyəvi tərkibinin

təyini.   Südün   tərkibində   zülalların,   yağların,   vitaminlərin   təyini.

Qida məhsullarının zərərsizliyinə nəzarət. 

Fluoressentli və hemilyminessentli indikatorlar.

V. REOLOJİ ANALİZ ÜSULLARI – 4saat

5.1. REOLOGİYANIN ƏSAS ANLAYIŞLARI. REOLOJİ

XÜSUSİYYƏTLƏRİN TƏYİN ÜSULLARI -2saat

 

Reologiyanın   əsas   anlayışları   (ölülük,   bərklik,   elastiklik,



möhkəmlik, plastiklik və s.).İdeal-elastik, ideal-plastik və ideal-özlü

cisimlər haqqında.

9



 Reoloji xüsusiyyətlərin strukturunun tipləri və təyin üsulları.

Deformasiya kinetikası əyriləri (P

t

 və P>P


t

 şərtlərinə müvafiq).

5.2. ƏSAS REOLOJİ XÜSUSİYYƏTLƏRİN TƏYİNİ ÜÇÜN

ISTİFADƏ EDİLƏN CİHAZLAR – 2 saat

Axın deformasiyasını ölçmək üçün işlədilən cihazlar. Vayler-

Rebinder   cihazı.   İki   modifikasiyada   Vayler-Rebinder   cihazının

sxemi. Maili səthdə axın deformasiyasını ölçmək üçün Nikolayev

cihazı. Volaroviçin rotasiyalı viskozimetri. Binqam mayesinin axın

əyrisi. Kapillyar viskozimetrlər. Şarlı Heppler viskozimetri. Konik

plastometr.

Düzxətli   sıxılma   deformasiyasını   ölçmək   üçün   işlədilən

cihazlar. Nikoloyev və Şpihelhlyas cihazı. Dinamometrik tərəzilər.



VI. QİDA MƏHSULLARININ KEYFİYYƏTiNƏ

NƏZARƏT ÜÇÜN İŞLƏDİLƏN CİHAZ VƏ TEXNİKİ

VASİTƏLƏR -2 saat

6.1. DƏNƏVƏR QİDA MƏHSULLARINDA HƏRARƏTİN

VƏ RÜTUBƏTİN MƏSAFƏDƏN ÖLÇÜLMƏSİ - 2 saat

Qida   məhsullarının   tərkibi   və   xassələrinin   avtomatik   təyini

üsullarının təsnifatı.

Avtomatik nəzarət üçün texniki vasitələrə olan tələblər.

Dənəvər qida məhsullarında hərarətin və rütubətin məsafədən

ölçülməsi haqqında məlumat. 

Rütubətin məsafədən ölçülməsinin həcmi və konduktometrik

üsulları. Nəmlik ölçən cihaz və onun ötürücü sxemi.

10



LABORATORİYA MƏŞĞƏLƏLƏRİNİN MÖVZULARI

Sıra


Mövzu 


Saat 

1

Laboratoriya   işlərinin   yerinə   yetirilməsi   və   təhlükəsizlik



texnikası tədbirləri ilə tanışlıq   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

2

2.



Laboratoriyada   mövcud   olan  avadanlıq,   qurğu  və   cihazlarla

tanışlıq   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

2

3.

Şirəli və maye qida məhsullarında həll olan quru  maddələrin



refraktometrik üsulla təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

2

4.



Müxtəlif   qida   məhsullarının   (qənnadı   məhsulları,   qida

konsentratları, konserv məhsulları, meyvə - giləmeyvə şirələri

və s.) dequstasiya qiymətləndirilməsinin aparılması   .   .   .   .

2

5.



Makro – və mikroelementlərin atom – absorbsiyalı 

spektrofotometriya metodu ilə təyini   .   .   .   .   .   .   .   .   .   .

2

6.

Di – və trikarbon turşularının keyfiyyət tərkibinin təyini



2

7.

Meyvələrdə   liqninin   miqdarının   spektrofotometrik   metodla



təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

8.



Alkoloidlərin tərkibinin və miqdarının xromatoqrafiya metodu

ilə təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

4

9.

Toxumların və vegetativ orqanların efir yağlarının qaz – maye



xromatoqrafiyası metodu ilə təyini   .   .   .  .   .   .   .   .   .   .   .

4

Pektin maddələrinin karbazol üsulu ilə təyini   .   .   .   .   .   .



2

10.


Süd piyinin oksidləşmə dərəcəsinin təyini. Kərə yağında piyin

oksidləşmə   dərəcəsinin   təyini.   Yağların   oksidləşmə

dərəcəsinin (Kreys-Luriyə görə) floroqlyusinlə təyini   .   .   .   

2

11.



Bitki mənşəli məhsullarda fenol birləşmələrinin təyini   .   .   .

4

12.



Nazik sellüloza təbəqəli xromatoqrafiya metodu ilə şəkərlərin

təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   

4

13. 


Qaz   –   maye   xromatoqrafiyası   metodu   ilə   monosaxaridlərin

təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   

2

14. 


Zülalların sefadekslərdə xromatoqrafiyası   .   .   .   .   .   .   .   .

2

15.



Fosfolipidlərin nazik təbəqələrdə ayrılması ilə təyini   .   .   .   .

2

16. 



Aminturşularının aminoanalizatorlarda təyini   .   .   .   .   .   .   .

2

11




17.

Tiaminin və riboflavinin nazik təbəqəli xromatoqrafiya üsulu

tətbiq edilməklə spektrofotometrik təyini   .   .   .   .   .   .   .   .   

2

18.



Efir   yağlarının   ayrı-ayrı   komponentlərinin   miqdarının

infraqırmızı   və   ultrabənövşeyi   spektrlərin   udulmasına   görə

miqdarca təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   

2

19.



Tərəvəzlərdə, meyvələrdə, süddə və onun emal məhsullarında

xlorlu üzvi zəhərli kimyəvi birləşmələrin təyini   .   .   .   .   .   .

2

20.


Efir yağlarının təyin   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

2

21.



Efir yağlarının fiziki və kimyəvi  göstəricilərinin təyini   .   .   .

2

22.



Efir yağlarındakı aldehidlərin və ketonların təyini   .   .   .   .   .

2

23



İon   mübadiləsi   və   kağız   xromatoqrafiyası   metodu   ilə   üzvi

turşuların təyini   .   .   .   .   .   .   .  .   .   .   .   .   .   .   .   .   .   .   .

2

24.


Kağız xromatoqrafiyası metodu ilə şəkərlərin miqdarca təyini

2

25.



Poliamid   təbəqədə   fraksiyalandırmaqla   katexinlərin   və

leykoantosianların təyini   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .   .

2

Məsləhət görülən ədəbiyyat

1.   Analitik   kimyanın   əsasları.   Kitab   1   və   kitab   2.   /Y.A.

Zolotov, E.N.Doroxova, V.İ.Fadeyeva və b. - M.: 436 s.

2. Fərzəliyev.E.B., Əliyev Ə.Y. Yeyinti məhsullarının ümumi

texnologiyası.- Bakı, İqtisad Universitei, 2005 – 392 s.

3.   Fərzliyev   E.B.   “Yeyinti   məhsullarının   ümumi

texnologiyası” fənnindən laboratoriya işlərinin yerinə yetirilməsinə

dair metodiki göstərişlər – Bakı,: İqtisad Universiteti, 2002.-60s.

  4.   Fərzliyev   E.B.   “Meşə   qida   məhsulları   və   dərman

bitkilərinin   emal   texnologiayası”   fənnindən   laboratoriya   işlərinin

yerinə   yetirilməsinə   dair   metodiki   göstərişlər   –   Bakı,:   İqtisad

Universiteti, 2002.-74s.

5.  Лабораторный   практикум   по   общей   технологии

пищевых производств / А.А. Винoградова, Г.М. Мелькина, Л.А.

Фомичева и др. Под ред. Ф.П.Ковальской.- М.: Агропромиздат,

1991. - 335 с.

6.   Методы   биохимического   исследования   растений   /

А.И.Ермаков, В.В.Арасимович, Н.П. Ярош и др. Под ред. А.И.

Ермаков.- Л.: Агропромиздат, 2002.- 430 с.

12



7. Плахотин В.Я. Контроль качества пищевых продуктов.

– Киев.: Урoжай. 1988. - 144с.

8.   Голубинюк   А.   С.  Mетоды   исследования   качества

пищевых продуктов. – М. : Дели, 2006.- 222с.



13

Yüklə 77,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə