Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə1/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
  1   2   3   4   5   6   7   8   9   ...   114


 

 


 

 



 

QIRX ALTINCI KİTAB 

————— 

MAY 2011 - İYUL 2011 

 

 

 

 

 

 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2017 


 

 



 

 

ÇIXIŞLAR * NİTQLƏR 



 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR  

 

 



 

AZƏRNƏŞR  

BAKI – 2017 

 



 



BBK 32 



Ə 56            

 

 



Buraxılışına məsul 

akademik 



 

        RAMİZ MEHDİYEV 

 

ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2017, 400 səh.  

 

         Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  oxu-



culara  təqdim  olunan  «İnkişaf–məqsədimizdir»  çoxcildliyinin  bu 

cildində  Azərbaycanın  uğurla  aparılan  daxili  və  xarici  siyasətinə, 

iqtisadi  potensialının    möhkəmlənməsinə,  ordu  quruculuğuna, 

regionların  sosial  inkişafının  həyata  keçirilməsinə,  cəmiyyətimizin 

demokratikləşdirilməsi  istiqamətində  önəmli  nailiyyətlərinə  və 

ictimai-siyasi  həyatın  digər  sahələrinə  dair  nitqləri,  çıxışları,  tövsi-

yələri öz əksini tapmışdır.  

        Kitabda  prezident  İlham  Əliyevin  İtaliya,  Serbiya,  Sloveniya  və 

Tatarıstana,Belçika Krallığına səfərlərindən, həmçinin ölkəmizə səfərə 

gəlmiş  Çexiya  və  Fələstin  dövlətlərinin  rəhbərləri  ilə  ölkələrimiz 

arasında  çoxşaxəli  əlaqələrin  inkişafından,  enerji  və  qeyri-neft 

sektoruna aid bağlanan müqavilələrdən, beynəlxalq əməkdaşlığın daha 

da  möhkəmləndirilməsindən  və  genişləndirilməsindən  bəhs  olunur. 

Azərbaycan  prezidentinin  bütün  görüş  və  danışıqlarının  qayəsini 

Ermənistanın  işğalçılıq  siyasəti,  Dağlıq  Qarabağ  problemi  və  bu 

problemin həlli yolları təşkil edir.  

        Bu  cilddə,  həmçinin  Azərbaycan  prezidentinin  ölkəmizə  gəl-miş 

bir  sıra  beynəlxalq  təşkilatların  nümayəndələri,  mədəniyyət  və  din 

xadimləri  ilə  görüşləri,  kütləvi  informasiya  vasitələrinə  verdiyi 

müsahibələri yer almışdır.  

 

İSBN  978-9952-8100-7-3 

32

-

ББК

     

          

          

2017

651(07)

М

0801000000

Я

  





 

       © Azərnəşr, 2017 




 



 



 

 

9 MAY – QƏLƏBƏ BAYRAMI MÜNASİBƏTİLƏ 

BAKIDA TƏNTƏNƏLİ MƏRASİMDƏ İŞTİRAK 

 

9 may 2011-ci il 

 

İkinci  dünya  müharibəsində  faşizm  üzərində  qələbənin 



66-cı  ildönümü  münasibətilə  mayın  9-da  Bakıda  təntənəli 

mərasim keçirilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  məra-

simdə iştirak etmişdir. 

Azərbaycan  xalqı  faşizm  üzərində  tarixi  qələbəyə  böyük  töhfə 

vermişdir.  Bu  qələbənin  əldə  olunmasında  çox  böyük  payı  olan 

Azərbaycan  xalqı  özünün  640  mindən  çox  oğul  və  qızını  cəbhəyə 

yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. 

Dəhşətli müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 130-

dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 

170  mindən  çox  əsgər  və  zabitimiz  müxtəlif  orden  və  medallarla 

təltif  edilmişdir.  Azərbaycan  diviziyaları  Qafqazdan  Berlinədək 

şanlı  döyüş  yolu  keçmiş,  yüzlərlə  həmyerlimiz  isə  partizan 

dəstələrinin  tərkibində  vuruşmuşdur.  Azərbaycanlı  çağırışçı  və 

könüllülərdən  formalaşdırılmış  77-ci,  223-cü,  336-cı,  402-ci  və 

416-cı  milli  atıcı  diviziyalar  döyüşlərdə  misilsiz  igidlik  və  şücaət 

göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. 

Şanlı  qələbəyə  neft  Bakısının  töhfəsi  də  əvəzsiz  olmuşdur. 

Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə 

üç  hissəsi,  aviasiya  benzini  və  yüksək  keyfiyyətli  motor 

yağlarının  85–90  faizi  Azərbaycanın  payına  düşürdü.  İkinci 

dünya  müharibəsində  faşizm  üzərində  qələbənin  təmin 

edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təy-

yarələrinin  tam  əksəriyyəti  Bakı  neftçilərinin  göndərdiyi 

yanacaqla hərəkətə gətirilirdi. 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  ha-

kimiyyətdə  olduğu  bütün  dövrlərdə  müharibə  veteranlarının 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə