Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə30/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

 

106 


 

 

 

İTALİYANIN BİRLƏŞMƏSİNİN 150 İLLİYİNƏ  

VƏ RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ 

TƏNTƏNƏLİ BAYRAM MƏRASİMİ 

 

Roma  



 

2 iyun  2011-ci il 

 

İyunun 2-də Romada İtaliyanın birləşməsinin 150 illiyinə 



və Respublika gününə həsr olunmuş rəsmi parad keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya 

Respublikasının  Prezidenti  Ciorcio  Napolitanonun  dəvəti  ilə 

bayram mərasimində iştirak etmişdir. 

Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl – 1946-cı 

il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtali-

yanın respublika elan olunması ilə bağlıdır. 

Bayram mərasimində iştirak etmək üçün paytaxt Romaya 80-

dən  çox  ölkənin  nümayəndə  heyəti  gəlmişdir.  Ölkələrin 

əksəriyyəti  dövlət  və  hökumət  başçıları  səviyyəsində  təmsil 

olunmuşdur. 

İtaliyanın  birləşməsi  bu  ölkə  tarixinin  ən  önəmli  səhifə-

lərindən  biridir.  XIX  əsrin  ilk  illərində  İtaliyanın  I  Napoleon 

tərəfindən  işğal  edilərək  Fransa  təbəəliyinə  qatılması  ölkədə 

böyük narazılıqlara səbəb olmuşdu. Napoleon Bonapart taxtdan 

endirildikdən sonra Vyana Konqresi İtaliyanın işğaldan əvvəlki 

krallıqlara verilməsi ideyasını dəstəkləmişdi. Beləliklə, Papalıq 

dövləti, 

Sardiniya–Piemonte, 

Toskana, 

Modena 

və 

Lombardiya–Venesiya krallıqları yenidən qurulmuşdur. 

Bu  ərəfədə  «Karbonari»  adlandırılan  gizli  dərnəklər  İtali-

yanın birləşməsi istiqamətində fəaliyyətə başlamışdır. Cüzeppe 

Mazzini  və  Cüzeppe  Haribaldinin  rəhbərlik  etdiyi  bu  dər-

nəklərin  fəaliyyəti  nəticəsində  birləşmə  ideyası İtaliyada  tədri-


 

107 


cən  ümummilli  məsələyə  çevrilmişdir.  Birləşmə  məsələsində 

Fransanın  da  dəstəyini  almağa  müvəffəq  olan  İtaliya  1859-cu 

ildə  bu  ölkə  ilə  birlikdə  Avstriyanı  məğlub  etmiş  və  təsir 

dairəsində  olan  bütün  İtaliya  krallıqları  Sürix  sülhü  ilə  onun 

nəzarətindən çıxmışdır. 

1861-ci ildə  paytaxtı  əvvəlcə  Turin, sonra  Florensiya,  daha 

sonra  Roma  olmaqla,  birləşmiş  İtaliya  Krallığı  yaranmışdır. 

1946-cı  ildən  etibarən  isə  İtaliya  respublikadır.  İndi  bu  ölkə 

Avropanın qabaqcıl dövlətlərindən biridir. 

Romada  bayram  təntənələrinin  mərkəzi  «İmperator  forum-

ları» meydanıdır. Bu meydan Romanın məşhur Venesiya pros-

pektini Kolizeylə birləşdirir. İndiki bayramın əsas mərasimi də 

məhz  bu  meydanda  olmuşdur.  Burada  təntənəli  rəsmi  parad 

keçirilmişdir.  İtaliya  hökuməti  150  il  əvvəl  ölkənin  birləşmə-

sində  iştirak  etmiş  müxtəlif  millətlərin  nümayəndələrini  və 

müttəfiq dövlətlərin hərbçilərini də hərbi parada dəvət etmişdir. 

Paradda  5  mindən  çox  hərbçi  iştirak  etmişdir.  Azərbaycan 

Silahlı  Qüvvələrinin  hərbçiləri  də  paradda  Dövlət  bayrağı  ilə 

təntənəli keçid etmişlər. 

Sonda aviasiya şousu nümayiş etdirilmişdir. 

 

 

 

 


 

108 


 

 

 

İTALİYA PREZİDENTİ  

CİORCİO NAPOLİTANONUN ADINDAN  

VERİLMİŞ ZİYAFƏTDƏ İŞTİRAK 

 

Roma 



 

2 iyun 2011-ci il 

 

İyunun  2-də  axşam  Romanın  «Kurinale»  sarayında  İta-



liyanın  birləşməsinin  150  illiyinə  və  Respublika  gününə  həsr 

olunmuş  bayram  mərasiminə  qatılan  nümayəndə  heyəti  baş-

çılarının şərəfinə konsert proqramı təşkil edilmişdir. 

Sonra  İtaliya  prezidenti  Ciorcio  Napolitanonun  adından 

nümayəndə heyəti başçılarının şərəfinə rəsmi ziyafət verilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  mə-

rasimdə iştirak etmişdir. 

 

Səfər başa çatdı 

 

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun 



dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi və Respublika günü 

münasibətilə  paytaxt  Romada  keçirilmiş  təntənəli  bayram 

mərasimində  iştirak  edən  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevin  işgüzar  səfəri  iyunun  3-də  başa 

çatmışdır. 

* * * 

 

Həmin gün prezident İlham Əliyev Bakıya qayıtmışdır. 

Dövlətimizin  başçısını  Heydər  Əliyev  Beynəlxalq  Aero-

portunda  Baş  nazir  Artur  Rasizadə,  Prezident  Administrasiya-

sının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Hakimiy-

yətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə