165
xalqının görkəmli nümayəndəsi, dünya şöhrətli alim Nikola
Teslanın abidəsi də ucaldılacaqdır. Bu gözəl hadisələr
xalqlarımızı bir-birinə daha da yaxın edəcəkdir. Əminəm ki,
ölkələrimiz də gələcəkdə bir-biri ilə daha sıx əməkdaşlıq
edəcəklər.
Mənim gözəl ölkənizə səfərim bu gün başa çatır. Mən deyə
bilərəm ki, səfərin çox gözəl nəticələri vardır. Əminəm ki,
Serbiya–Azərbaycan strateji tərəfdaşlıq əlaqələri bu iki gün
ərzində daha da möhkəmləndirildi. Ölkələrimiz və xalqlarımız
üçün ən ağrılı problemlər olan Kosovo və Dağlıq Qarabağ
məsələsi ilə bağlı qarşılıqlı dəstək daha da gücləndirildi və
dünən mövqelərimiz yenidən bəyan edildi. İqtisadi əməkdaşlıq
haqqında çox ümidverici danışıqlar aparılmışdır və konkret
fəaliyyət planı yaxın zamanlarda tərtib ediləcəkdir. Əminəm ki,
əldə edilmiş bütün razılaşmalar tezliklə reallaşacaq və Serbiya
Balkanlarda, Azərbaycan isə Qafqazda və Xəzər hövzəsində
regional əməkdaşlığın dərinləşməsi üçün birgə səylərini
göstərəcəkdir.
Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən
səmimi qonaqpərvərliyə görə Serbiya prezidenti cənab Tadiçə,
bütün serb xalqına minnətdarlığımı bildirmək istəyirəm. Sizi
əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə iki ölkənin daha
da yaxınlaşması üçün bundan sonra da səylərimi
əsirgəməyəcəyəm.
Serbiya prezidenti Boris Tadiçin çıxışı
Hörmətli cənab Prezident!
Hörmətli cənab mer!
Novi Sad şəhərinin, Voyevodina diyarının hörmətli sa-
kinləri!
Bu gün səhər Azərbaycanın dahi bəstəkarının – Üzeyir
Hacıbəylinin abidəsinin açılışında iştirak etməkdən olduqca
məmnunam. Mən xüsusi olaraq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm
ki, şəhərin belə bir gözəl yerində bu parkın bərpasında və bu
166
abidələrin açılışında Azərbaycan tərəfindən olduqca dəyərli
yardım göstərilmişdir.
Gördüyünüz kimi, bu park Avropanın böyük çayı – Dunayın
sahilində yerləşir. Zənnimcə, gözəl bir yerdir. Musiqiçilər gəlib
burada əsərlərini ifa edə bilərlər. Təbii ki, burada yaşayan sakinlər,
vətəndaşlarımız parka gəlib asudə vaxtlarını keçirə, istirahət edə
bilərlər. Hesab edirəm ki, bu gün bu hadisənin baş tutması mədəni
sahədəki əlaqələrimizə böyük bir töhfədir.
Bir neçə il əvvəl parkda vəziyyət o qədər də ürəkaçan
deyildi və istirahət üçün kifayət qədər şərait yox idi. Lakin
bundan sonra hökumət qərar qəbul etdi ki, bu çayın sahilində
gücləndirici qurğular yaratsın. Bu, vətəndaşlara istirahət etmək
imkanı yaradır. Digər tərəfdən, burada idmanla məşğul olmaq
üçün şərait yaradıldı. Görürsünüz, burada abadlıq, yaşıllaşdırma
işləri aparılıb. Həmçinin fəvvarələri görürük və burada digər
imkanlar yaradılıb ki, vətəndaşlar gəlib asudə vaxtlarını
keçirsinlər.
Bu gün böyük məmnuniyyətlə deyə bilərəm ki, Novi Sad
şəhərinin sakinləri üçün yeni körpü salınıb və istismara
verilibdir. Bu çox gözəl bir haldır. Bundan sonra, gələn illər
ərzində Novi Sad şəhərini bir növ bu regionun qovşağına
çevirəcək bir sıra digər yeni körpülərin də tikintisi nəzərdə
tutulur. Azərbaycanlı dostların da belə layihələrdə iştirakı bizim
tərəfimizdən çox arzuolunandır.
Biz danışıqlarımız zamanı Serbiyada yolların, şoselərin
çəkilməsi, o cümlədən dəmir yollarının tikintisi sahəsində Azər-
baycan şirkətlərinin iştirakını xüsusilə vurğuladıq. Ölkələrimiz
arasında əməkdaşlıq sırf yeni qaz boru kəmərinin çəkilməsi,
enerji təhlükəsizliyinin təmin edilməsi, Serbiyaya enerji
daşıyıcılarının gətirilməsi, şaxələndirmənin təmin edilməsi ilə
məhdudlaşmır. Bizim görüləcək, həyata keçiriləcək bir çox
ümumi layihələrimiz vardır. Bu layihələrin nəticələri artıq göz
qabağındadır. Gördüyünüz kimi, biz dünən Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak
167
etdik. Həmçinin bildiyiniz kimi, Serbiyanın dahi yazıçısı
Milorad Paviçin də abidəsi həmin abidənin yanında ucaldıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
burada qeyd etdi ki, ölkələrimiz çox ağrılı problemlərlə üzləşib.
Burada mən Kosovo və Dağlıq Qarabağ problemlərini nəzərdə
tuturam. Amma bu problemlərə baxmayaraq, biz irəliyə doğru
addımlarımızı davam etdirməliyik. Söhbət burada iki ölkənin xalqı
arasında daha da yaxınlaşmadan gedir. Biz uşaqlarımız, yeni
nəsillər üçün yeni sahələr yaratmalıyıq.
Dövlət başçıları arasında mövcud olan şəxsi dostluq
münasibətləri ölkələr və xalqlar arasında dostluq münasi-
bətlərinin daha da gücləndirilməsinə müsbət təsir göstərir.
Hesab edirik ki, biz ölkələrimiz arasında böyük iqtisadi əmək-
daşlığı daha da yüksək səviyyəyə qaldıra bilərik. Bizim ümumi
amalımız, məqsədimiz məhz hər iki ölkədə xalqın güzəranını,
həyat səviyyəsini daha da yaxşılaşdırmaq və xalqlarımızın
gördüyümüz bütün bu işlərdən daha çox fayda götürməsini
təmin etməkdən ibarətdir.
Bununla bağlı mən sizin hamınıza uğurlar arzulayıram, bir
daha sizi təbrik edirəm. Sağ olun.
* * *
Prezident İlham Əliyev və prezident Boris Tadiç Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin
ifasında dahi bəstəkarın əsərlərini dinlədilər.
Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi
parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər.