Qiyməti 50 qəpik 27 may 2016-cı IL №29-32 (9035)



Yüklə 21,68 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix22.07.2018
ölçüsü21,68 Mb.
#58100
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


27 may 2016-cы il   № 29-32 (9035)

2

Mayın 13-də “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev 

Bakıda işgüzar səfərdə olan Rusiya Dəniz 

Registrinin baş direktoru Konstantin 

Palnikovla görüşüb. Görüşdə bu nüfuz-

lu təsnifat cəmiyyətinin Azərbaycandakı 

nümayəndəliyinin rəhbəri Şaban Quliyev

Gəmiçiliyin məsul şəxsləri iştirak ediblər.

Qonaq ötən ilin oktyabrında Rusiya Dəniz 

Registrinin  baş  direktoru  təyin  olunduqdan 

sonra  Bakıya  ilk  dəfə  səfərə  gəldiyini  qeyd 

edərək,  Azərbaycanın  dəniz  nəqliyyatı,  gə-

miqayırma və gəmi təmiri sənayesi ilə yaxın-

dan tanışlıq imkanlarından məmnun qaldığını 

söyləyib. K.Palnikov rəhbərlik etdiyi təşkila-

tın fəaliyyəti ilə bağlı yeniliklər, aktual tələblər 

barədə məlumat verib, Gəmiçiliklə əməkdaş-

lığın  çoxillik  tarixini  yüksək  qiymətləndirib. 

Onun fikrincə, bu qarşılıqlı faydalı əməkdaşlı-

ğın davam etdirilməsi və genişləndirilməsi hər 

iki qurumun maraqlarına cavab verir.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin  sədri  R.Vəliyev  Azərbaycanda  də-

nizçilik sahəsində aparılan köklü islahatlar, bu 

sahəyə  dövlət  dəstəyi,  donanmanın  yenilən-

məsi istiqamətində atılan addımlar, gəmilərin 

texniki vəziyyətinə nəzarət və s. məsələlərdən 

ətraflı  söhbət  açıb.  Bildirib  ki,  dəniz  nəqliy-

yatı, başqa nəqliyyat sahələri kimi, daim ölkə 

rəhbərliyinin  diqqətindədir  və  Azərbaycanın 

tranzit  potensialının  gerçəkləşdirilməsində, 

Avropa  ilə  Asiya  arasında  yükdaşımalarda, 

dənizdə həyata keçirilən nəhəng neft-qaz la-

yihələrinin təminatında çox mühüm rol oyna-

yır. Odur ki, bizim gəmilərin texniki cəhətdən 

müasir  tələblərə  cavab  verməsi,  bu  sahədə 

Rusiya Dəniz Registri ilə səmərəli əməkdaşlıq 

gündəlikdə duran ən vacib məsələlərdəndir.

Səmimi  dialoq  şəraitində  keçən  görüşdə 

tərəfləri  maraqlandıran  digər  mövzular  ətra-

fında da fikir mübadiləsi aparılıb.



Vüqar SADIQoV

Rauf Vəliyev: “gəmiçilik ölkəmizin tranzit potensialının  

gerçəkləşdirilməsində, dənizdə həyata keçirilən nəhəng neft-qaz 

layihələrinin təminatında çox mühüm rol oynayır”

transxəzər 

marşrutu fəaliyyətini 

genişləndirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf 

Vəliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı 

üzrə Koordinasiya Komitəsinin mayın 17-də Tbilisidə keçirilən 

iclasında iştirak edib.

Gürcüstan  Dəmir  Yolunun  təşkilatçılığı  ilə  keçirilən  tədbirə 

həmçinin Azərbaycan, Qazaxıstan və Ukrayna dəmiryol qurumları-

nın, Bakı və Batumi limanlarının, Ukrayna və Rumıniyanın logisti-

ka şirkətlərinin rəhbərləri də qoşulublar.

Koordinasiya Komitəsinin sədri, “Qazaxıstan Dəmir Yolu” SC-

nin prezidenti Askar Mamin Asiya ilə Avropanı birləşdirən perspek-

tivli nəqliyyat dəhlizi olan Transxəzər Beynəlxalq Nəqliyyat Mar-

şrutunun (TBNM) fəaliyyətinin genişləndirilməsi zərurətini xüsusi 

qeyd edərək, 2015-ci ilin və cari ildə 4 ayın yekunları barədə məlu-

mat verib. A.Mamin müzakirələrdən sonra növbəti müddətə Koor-

dinasiya Komitəsinin sədri seçilib.

İştirakçılar  yeni  üzvlərin  qəbulu  ilə  bağlı  məsələni  müzakirə 

ediblər.  “Ukrayna  Dəmir Yolu”  SC,  “Ukrferri”  və  “Translogistic 

SRL” (Rumıniya) şirkətlərinin Koordinasiya Komitəsinə üzv qəbul 

olunması yekdilliklə bəyənilib.

Sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə İşçi qru-

pun  hazırladığı  konteyner  daşımalarının  kompleks  tarifləri  təsdiq 

olunub.

İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşıma-



ların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin 

operativ təşkili məqsədilə Koordinasiya Komitəsinin Astana şəhə-

rində mərkəzi ofisinin açılması da qərara alınıb. 

Sonda Koordinasiya Komitəsinin üzvləri 2016-cı il üçün fəaliy-

yət planını təsdiq ediblər.

azərbaycanın dəniz nəqliyyatının  

bu günü və perspektivləri,  

gerçəkləşdirilən iri layihələr haqqında 

ətraflı məlumat verilib

Mayın  18-19-da  Almaniyanın  paytaxtında  Avropa  Təhlükə-

sizlik və Əməkdaşlıq Təşkilatının “Ticarət və investisiyalar üçün 

konnektivlik”  mövzusunda  iqtisadi  konfransı  keçirilib. Avrasiya 

məkanında iqtisadi əlaqələrin genişləndirilməsinə həsr olunmuş 

konfransda Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyini  sədr  müavini 

Fərhad Quliyev təmsil edib.

F.Quliyev konfransın “Mərkəzi Asiya və Cənubi Qafqazda trans-

sərhəd nəqliyyat” bölməsində infrastruktur və logistika məsələlərinə 

dair müzakirələrdə iştirak edərək, Azərbaycanın dəniz nəqliyyatının 

bu  günü  və  perspektivləri,  gerçəkləşdirilən  iri  layihələr  haqqında 

ətraflı məlumat verib.

Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Almani-

yanın biznes  nümayəndələrinin də qoşulduğu müzakirələrdə ticarət 

və  logistika  prosedurlarının  sadələşdirilməsi,  mövcud  maneələrin 

aradan qaldırılması, iqtisadi idarəetmənin yaxşılaşdırılması, trans-

sərhəd əməkdaşlığın genişləndirilməsi yolları və s. məsələlər diqqət 

mərkəzində olub. İştirakçılar belə bir qənaətə gəliblər ki, Şərq-Qərb 

beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin daha da canlandırıl-

ması üçün böyük perspektivlər mövcuddur və birgə səylərlə Avropa 

ilə Asiya arasında ticarət əlaqələrini aktivləşdirmək mümkündür.

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin nümayəndələri au-

ditoriyanı maraqlandıran suallara da aydınlıq gətiriblər.

Mərasimdə Azərbaycanın Baş nazirinin 

birinci müavini Yaqub Eyyubovun rəhbərli-

yi ilə nümayəndə heyəti iştirak edib.

Mayın 17-də Yunanıstanın Saloniki şəhə-

rində  Transadriatik  boru  kəməri  -  TAP-ın 

təməli qoyulub. Bununla bağlı keçirilən mə-

rasimdə layihənin Avropanın enerji təhlükə-

sizliyindəki  mühüm  rolu  bir  daha  vurğula-

nıb.

Tədbirdə Azərbaycan  Respublikası  Baş 



nazirinin birinci müavini Yaqub Eyyubovun 

rəhbərliyi ilə energetika naziri Natiq Əliyev 

və  SOCAR-ın  prezidenti  Rövnəq Abdulla-

yevdən ibarət nümayəndə heyəti iştirak edib.

Təməlqoyma  mərasiminə  Yunanıstan, 

ABŞ, Avropa  Komissiyası, Albaniya,  İtali-

ya,  Türkiyə,  Bolqarıstanın  yüksək  vəzifəli 

şəxsləri, o cümlədən konsorsiuma daxil olan 

şirkətlərin nümayəndələri qatılıblar.

Yunanıstanın  Baş  naziri Aleksis  Tsipras 

tədbirdə çıxış edərək deyib ki, Transadriatik 

qaz  kəmərinin  inşasına  başlanması  region 

üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji 

təhlükəsizliyinin möhkəmləndirilməsində və 

mənbələrin şaxələndirilməsində bu layihənin 

böyük rol oynadığını vurğulayıb. Baş nazir 

deyib ki, bu layihə regionda əməkdaşlıq kör-

püsünü möhkəmləndirəcək və firavanlığı ar-

tıracaq.

TAP layihəsinin icraçı direktoru Yan Bra-

dşou  Avropa  üçün  strateji  əhəmiyyət  kəsb 

edən bu layihənin 2020-ci ildən başlayaraq 

Azərbaycan  qazının  Avropaya  nəqlini  hə-

yata  keçirəcəyini  diqqətə  çatdırıb.  Direktor 

bildirib ki, əsas vəzifə Xəzər qazının Avropa 

bazarına  vaxtında  çatdırılmasına,  tranzit  və 

istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraq-

larının təmin edilməsinə nail olmaqdır. TAP 

layihəsi  Avropanın  enerji  təhlükəsizliyində 

əhəmiyyətli rol oynayacaq.

TAP  layihəsinin  reallaşması  ilə  Avropa 

bazarlarına yeni qazın çıxışına şərait yarana-

caq. Bu fikir isə ABŞ dövlət katibi Con Ker-

rinin TAP-ın  təməlqoyma  mərasimi  iştirak-

çılarına ünvanladığı məktubda əksini tapıb.

Sonra Azərbaycanın Baş nazirinin birin-

ci müavini Yaqub Eyyubov mərasimdə çıxış 

edib. TAP üzrə işlərin cədvələ uyğun aparı-

lacağına  əminliyini  vurğulayan  Yaqub  Ey-

yubov bildirib ki, bu layihə Avropa ölkələ-

rinə  enerji  təhlükəsizliyi  məsələsində  ciddi 

dəstək verəcək. Y.Eyyubov deyib ki, “Cənub 

Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP 

kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsin-

də hasil edilən Azərbaycan qazının Avropaya 

nəqli  nəzərdə  tutulur.  TANAP-a  qoşulacaq 

bu boru kəməri ilə ilkin mərhələdə Avropa-

ya  ildə  10  milyard  kubmetr  mavi  yanacaq 

çatdırılacaq.

Avropa  Komissiyasının  enerji  birliyi 

üzrə vitse-prezidenti Maroş Şefçoviç Azər-

baycanın  təşəbbüsü  ilə  reallaşdırılan  “Cə-

nub”  qaz  dəhlizinin  müasir  dövrün  ən  bö-

yük infrastruktur layihəsi olduğunu deyib.

Gürcüstanın Baş naziri Georgi Kvirikaş-

vili isə Azərbaycanın və Gürcüstanın uğurlu 

enerji əməkdaşlığından danışıb, ölkələrimi-

zin birgə nəhəng layihələri həyata keçirdiyi-

ni qeyd edib.

“Türkiyə  TAP  və  TANAP  layihələrinə 

sonadək  dəstək  göstərəcək”.  Bu  fikri  isə 

mərasimdə çıxış edən Türkiyənin enerji və 

təbii sərvətlər naziri Berat Albayrak söylə-

yib.


Mərasim  TAP-ın  təməlinə  qoyulacaq 

boru kəmərinin imzalanması ilə başa çatıb.

Xatırladaq  ki,  Xəzərin Azərbaycan  sek-

torundakı  “Şahdəniz”  qaz-kondensat  yata-

ğının işlənməsinin ikinci mərhələsi çərçivə-

sində  çıxarılan  qazı  Avropaya  nəql  edəcək 

TAP  boru  kəmərinin  uzunluğu  təxminən 

878  kilometrdir.  TAP  Türkiyə  ilə  Yunanıs-

tan sərhədində yerləşən Kipoi məntəqəsində 

Trans-Anadolu qaz boru kəmərinə (TANAP) 

birləşəcək.  TANAP  şirkəti  ilə  TAP  şirkəti 

arasında tikinti işlərinə dair saziş imzalanıb. 

TAP layihəsi Azərbaycan qazının Yunanıstan 

və Albaniya  vasitəsilə, Adriatik  dənizindən 

keçməklə  İtaliyanın  cənubuna,  oradan  da 

Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-

ci  ildə  fəaliyyətə  başlayacaq  TAP-ın  ilkin 

ötürücülük qabiliyyəti ildə 10 milyard kub-

metr olacaq və bu həcmin gələcəkdə 20 mil-

yard kubmetrədək artırılması planlaşdırılır.



İqbal Hacıyev

transadriatik qaZ Boru  

kəmərinin təməli qoYuluB


Yüklə 21,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə