Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində bələdiyyə nümayəndələri ilə görüş keçirilmişdir



Yüklə 26 Kb.
tarix01.09.2018
ölçüsü26 Kb.
#66529

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində
bələdiyyə nümayəndələri ilə görüş keçirilmişdir


İqtisadi Tədqiqatlar Mərkəzi hazırki şəraitdə bələdiyyələrin maliyyə vəziyyətinin qiymətləndirilməsi və potensialının artırılması istiqamətində tədqiqatlarını davam etdirir. Bu istiqamətdə mərkəzin həyata keçirdiyi «Yerli özünüidarəetmə və Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu» layihəsi çərçivəsində müxtəlif problemlər üzrə dövlət qurumları və bələdiyyələr arasında dialoqların təşkili nəzərdə tutulub. 28 fevral 2007-ci il tarixdə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində görüş keçirilmişdir. Görüşdə «Qiymətli kağızların buraxılışı və qeydiyyatı» şöbəsinin müdiri Elnur Allahverdiyev və «İctimaiyyətlə əlaqələr» şöbəsinin müdiri Şəlalə Həsənova, həmçinin layihə çərçivəsində İTM-in əməkdaşlıq etdiyi Qaratəpə bələdiyyəsinin sədri Nizami Abbasov, Aran bələdiyyəsinin sədri Bayram Cəfərov, Muğanlı bələdiyyəsinin sədri Rafiq Alıyev, Xanərəb bələdiyyəsinin sədri Cavid Abdullayev, Hacıqərvənd bələdiyyəsinin üzvü Ağamoğlan İsmayılov, Qazıqurdalı bələdiyyəsinin sədri Vüqar Babayev və layihənin rəhbəri Rövşən Ağayev iştirak etmişdir. Bu görüşün keçirilməsində əsas məqsəd bələdiyyə qiymətli kağızlarının buraxılması imkanlarını araşdırmaq, bu sahədə olan problemləri aşkarlamaq idi. Görüşdə iştirak edən bələdiyyə nümayəndələri bu sahə üzrə qanunvericiliklə maraqlanaraq, qanunvericiliyin onlara hansı hüquqları verdiyi haqda məlumat əldə etməyə çalışdılar. Elnur Allahverdiyev isə bildirdi ki, bunun üçün zəruri hüquqi baza mövcuddur. Belə ki, «Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında» qaydalar və Mülki Məcəllə yerli özünüidarəetmə orqanlarının qiymətli kağızlar buraxmasına hüquqi təminat verir. E.Allahverdiyevin sözlərinə görə bələdiyyələrin əmlakı, ilk növbədə isə torpaq mülkiyyəti var və bu emitentin qiymətli kağızlar vasitəsilə borclanmasında mühüm zəmanət kimi çıxış edə bilər. Bələdiyyələrin hazırkı reallıqda hansı qiymətli kağızların buraxılmasının mümükünlüyü ilə maraqlandıqda isə, E.Allahverdiyev bildirdi ki, bələdiyyə istiqrazlarının buraxılması ən optimal variantdır. Şöbə rəisi həmçinin qeyd etdi ki, bələdiyyələr birlikdə də istiqraz buraxa bilərlər. Öz növbəsində o, bələdiyyələrin diqqətinə çatdırdı ki, yerli özünüidarə orqanları istiqraz buraxmaq niyyətində olsalar, QKDK hər cür təşkilati, metodiki və texniki dəstəyə hazırdır. Belə ki, komitə qiymətli kağız buraxmaq istəyən bələdiyyələri iş adamları və banklarla görüşdürə, həmçinin buraxılmış istiqrazların bazarda yerləşdirilməsi üçün məlumatlandırma məqsədilə seminarlar təşkil edə bilər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının qanununun bələdiyyələrə lotereya buraxmaq hüququ verdiyini bildirən bələdiyyə nümayəndələri bu haqda da şöbə müdirinin fikirlərini öyrənmək istədilər. Buna cavab olaraq isə E.Allahverdiyev bildirdi ki, lotereya haqqında qanunvericilik lotereyaların yalnız «Azərlotereya» Açıq Səhmdar Cəmiyyəti tərəfindən buraxılmasını nəzərdə tutur. Lakin, bələdiyyələr göstərdiyi hansısa xidmətdən istifadənin həvəsləndirilməsi ilə bağlı stimullaşdırıcı lotereya buraxmaq istəsə «Azərlotereya» ASC ilə birlikdə bu işi görə bilər. Görüş zamanı bələdiyyələr onları maraqlandıran bir çox başqa suallara da cavab aldı və bundan sonra da Komitə ilə əməkdaşlığın davam etdirilməsi qərara alındı. .
Yüklə 26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə