Qiymətli metallar və qiymətli daşlar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 134,81 Kb.
Pdf görüntüsü
tarix08.04.2018
ölçüsü134,81 Kb.
#36642


 Qiymətli metallar və qiymətli daşlar haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu  qanun  qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 



dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. 

 

I fəsil 



Ümumi müddəalar. 

Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar. 

1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: 

1.1.1.  qiymətli  metallar  -  istənilən şəkildə,  vəziyyətdə,  o  cümlədən  külçə  və 

affinaj  olunmuş (saflaşdırılmış,  təmizlənmiş halda),  habelə  xammalda,  xəlitələrdə, 

yarımfabrikatlarda,  sənaye  məhsullarında,  kimyəvi  birləşmələrdə,  zərgərlik  və  digər 

məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan 

qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və 

rutenum); 

1.1.2.  qiymətli  daşlar  -  işlənilmiş və  işlənilməmiş şəkildə  olan  təbii  almazlar, 

zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 

1.1.3.  qiymətli  metallardan  və  qiymətli  daşlardan  məmulatlar  -  qiymətli 

metallardan  və  onların  əlvan  metallarla  ərintilərin-dən,  qiymətli  daşlardan  xüsusi 

emal  edilmiş qiymətlİ və  ya  yarımqiymətli  və  bəzək  daşları ilə  bəzədilmiş və  ya 

bəzədilməmiş bədii-estetik,  məişət  məqsədləri üçün  istifadə  edilən,  bədii-incəsənət 

tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları; 

1.1.4.  qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların  - fiziki, 

kimyəvi,  mexaniki  və  sair  təsir  nəticəsində  əsas  hissədən  ayrılmış və  bir  qayda 

olaraq öz  ilkin  təyinatında  istifadə  edilə  bilinməyən  qiymətli  metalların  və  qiymətli 

daşların hissələri; 




1.1.5.  bank  metalları -  beynəlxalq  standartlara  uyğun  yük-sək  əyər  göstəricisinə 

qədər  təmizlənmiş (affinaj  edilmiş)  və  keyfiyyət  sertifikatına  malik  olan  qiymətli 

metalların külçələri (standart vəölçülmüş külçələr), Azərbaycan Respublikası və digər 

dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla 

bilən qiymətli metallardan hazırlanmış sikkələr; 

1.1.6.  qiymətli  daşların çeşidlənməsi  və  ilkin  təsnifləşdirilməsi  -  təsdiq 

olunmuş kolleksiya  nümunələri  və  təsnifatlar  əsasında  hasil  olunmuş mineral 

xammaldan  qiymətli  daşların  ayrılması,  habelə  onların  dünya  bazarında  qəbul 

olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə prosesinin mərhələ-si

1.1.7. qiymətli metalların affinajı - hasil edilmiş qiymətli metalların qarışıqlardan 

və  kənar  komponentlərdən  təmizlənməsi,  qiymətli  metalların  Azərbaycan 

Respublikasının  dövlət  standartlarına,  texnikişərtlərə  və  beynəlxalq  standartlara 

uyğun keyfiyyətə çatdırılması prosesi; 

1.1.8.  qiymətli daşların rekuperasiyası - qiymətli daşların müəyyən səbəblərə görə 

istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, 

habelə  tərkibində  qiymətli  daşlar  olan  tullantılardan  təkrar  əfv  edilməsi,  onların 

müvafiq 

texniki şərtlərə 

və 

ya 


almazların 

təsnifatına 

uyğun 

keyfiyyətə çatdırılması (təmizlənməsi); 



1.1.9.(Çıxarılıb)  

1.1.10.  əyar  -  məmulat  hazırlanan  ərintinin  dəyərini  müəyyən  edən  və  min çəki 

vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı. 

1.2.  Bu  qanunun  1.1.1-ci  və  1.1.2-ci  maddələrində  göstərilən  qiymətli  metalların 

və  qiymətli  daşların  siyahısı yalnız  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

dəyişdirilə bilər. 

1.3.  Bu  qanunun  1.1.9-cu  maddəsinə  müvafiq  olaraq  tərtib  edilən  reyestrə  daxil 

edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslər və 

fərdi sahibkarlar onların reyestrə daxil edilməsi ilə əlaqədar heç bır ödəniş ödəmirlər. 



  

Maddə 2. Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik 

Qiymətli  metallar  və  qiymətli  daşlar  haqqında  qanunvericilik  Azərbaycan 

Respublikası Konstitusiyasından, "Yerin təki haqqında" Azərbaycan Respublikasının 

Qanunundan,  bu  qanundan,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi 

aktlarından 

və 

Azərbaycan 



Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdən ibarətdir. 

  

Maddə 3. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar 



3.0. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aşağıdakılardır: 

3.0.1.  qiymətli  metallara  və  qiymətli  daşlara  mülkiyyət  və  əmlak  hüququnun 

keçməsi ilə bağlı hərəkətlər (qiymətli metalların və qiymətli daşların dövriyyəsi); 

3.0.2. qiymətli metalların və qiymətli daşların istənilən şəkil-də hasilatı, istehsalı, 

sonrakı işlənməsi,  yenidən  işlənməsi  və  istifadəsi  zamanı fiziki  vəziyyətinin  və 

tərkibinin dəyişdirilməsi; 

3.0.3.  qiymətli  metalların  və  qiymətli  daşların,  onlardan  hazırlanmış məhsulların 

bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanc yerlərinə, fondlara və ehtiyatda 

saxlanma yerlərinə daşınması, həmçinin sərgilərdə nümayiş etdirilməsi və qorunması; 

3.0.4.  qiymətli  metalların  və  qiymətli  daşların,  onlardan  hazırlanmış məhsulların 

(məmulatların)  kommersiya  məqsədləri üçün  Azərbaycan  Respublikası ərazisinə 

gətirilməsi və ölkənin ərazisindənçıxarılması. 

  

Maddə 4. Qiymətli metallara və qiymətli daşlara mülkiyyət hüququ 



4.1.  Tərkibində  qiymətli  metallar  və  qiymətli  daşlar  olan  yerin  təki  sahələri 

dövlətin  müstəsna  mülkiyyətidir,  onların üzərində  sahiblik,  istifadə  və  sərəncam 

hüququ Azərbaycan Respublikasına mənsubdur. 



4.2. Azərbaycan Respublikası Konstitusiyasına, "Yerin təki haqqında" Azərbaycan 

Respublikasının  Qanununa,  bu qanuna,  Azərbaycan  Respublİkasının digər  normativ 

hüquqi 

aktlarına, 



Azərbaycan 

Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə uyğun olaraq  Azərbaycan Respublikası Xəzər  dənizinin (gölünün)  ona 

mənsub  olan  bölməsində  yer  təkindən  qiymətli  metallar  və  qiymətli daşlar  olan 

sahələrinə  suveren  hüquqlara  malikdir  və  onlarla  bağlı öz  yurisdiksiyasını həyata 

keçirir. 

4.3.  Qiymətli metalların  və  qiymətli  daşların  "Yerin  təki  haqqında"  Azərbaycan 

Respublikası Qanununa  əsəsən  istifadəçiləri  yerin  təkinin  qiymətli  metallar  və 

qiymətli  daşlar  olan  sahələrindən  həmin  qanuna  uyğun  olaraq  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq  (lisenziya)  əsasında istifadə edə 

bilərlər. 

4.4.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər 

qəbildən  olan  müqavilələrdə,  habelə  qanunvericiliklə  müəyyən  edilmiş qaydada 

verilmiş xüsusi razılıqlarda (lisenziyalarda) başqa hallar nəzərdə tutulmadıqda, yerin 

təkindən çıxarılmış qiymətli 

metallar 

və 


qiymətli 

daşlar, 


onların 

hasilatı zamanı qanuni  alınan  digər  məhsullar  və  gəlirlər  qiymətli  metalların  və 

qiymətli daşların hasilatı subyektləri-nə məxsusdur. 

4.5. Yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta 

uyğun  affinaj  edilmiş qiymətli  metallar,  habelə  rekuperasiya  edilmiş qiymətli 

daşlar çeşidlənmiş şəkil-də  satılarkən  onları hasil  və  istehsal  etmiş subyektlər  həmin 

qiymətli  metalları və  qiymətli  daşlar  Azərbaycan  Respublikasının  qızıl 

ehtiyatını doldurmaq üçün  ilk  növbədə  müvafiq  icra  hakimiyyəti  orqanına 

qanunvericiliklə  müəyyən  edilmiş qaydada  təklif  edilməlidir.  Qeyd  edilən 

qiymətli metalların və qiymətli daşların satışı baş tutduqda ödəniş qiymətli metalların 

və  qiymətli  daşların  dünya  və ölkə  daxili  bazar  qiymətləri  nəzərə  alınmaqla  həyata 

keçirilir. 




4.6.  Mülkiyyət  formasından  asılı olmayaraq  qiymətli  metallar  və  qiymətli 

daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar 

həyata  keçirən  hüquqi şəxslər  və  fərdi  sahibkarlar  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən  müəyyən  edilmiş qaydada  və  formada  onların  uçotunu  aparır, 

statistik hesabatlar təqdim edir. 

4.7.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  dövlət,  hüquqi 

və fiziki şəxslər qiymətli metallan və qiymətli daşları, onlardan hazırlanmış zərgərlik 

və digər məmulatlar mülkiyyətinə əldə edə bilərlər. 

  

Maddə 5. Qiymətli metallarla və qiymətli daşlarla birja əməliyyatlar 



5.0.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  fəaliyyət 

göstərən  birjalarda  qiymətli  metalların  və  qiymətli  daşların  dövriyyəsi  ilə  əlaqədar 

hüquqi və fiziki şəxslərlə əqdlər bağlanıla bilər və bu birjalarda: 

5.0.1. affinaj edilmiş qiymətli metalların standart və müəyyən ölçülü külçələrinin

5.0.2. çeşidlənmiş, emal olunmamış qiymətli daşların; 

5.0.3. tərkibində qiymətli metallar olan yarımfabrikatların; 

5.0.4. qiymətli metal külçələrinin; 

5.0.5.  qiymətli  metallardan  və  qiymətli  daşlardan  hazırlanmış zərgərlik  və  digər 

məişət məmulatları istisna olmaqla, onlardan hazırlanmış məhsulların; 

5.0.6.  tərkibində  qiymətli  metallar  olan  sikkələrin  dövriyyə-si  ilə  bağlı əqdlər 

bağlana bilər. 

  

Maddə  6.  Qiymətli metalların  və  qiymətli daşların  hasilatı  və  istehsalı 



subyektləri 

6.1.  Qiymətli  metalların  və  qiymətli  daşların  hasilatını  "Yerin  təki  haqqında" 

Azərbaycan  Respublikası  Qanununa  müvafiq  olaraq  yerin  təkinin  istifadəçiləri 



qanunvericiliklə  müəyyən  olunmuşqaydada  verilmiş xüsusi  razılıq  əsasında  həyata 

keçirirlər. 

6.2.  Qiymətli  metalların  affinajını Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı tərəfindən  müəyyən  edilmiş  tələblərə  cavab  verən  və  siyahıya 

daxil  olan  hüquqi şəxslər həyata keçirir. 

  

II fəsil Qiymətli metalların və qiymətli daşların dövlət ehtiyatları 

  

Maddə 7. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu 



7.1. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu qiymətli metalların 

və 


qiymətli 

daşların 

hasilatının 

həcminin 

tənzimlənməsi,  habelə 

Azərbaycan  Respublikasının  onlara  perspektiv  tələbatının  təminatı məqsədi  ilə 

formalaşdırıla bilər. 

7.2.  Qiymətli  metal  və  qiymətli  daş yataqlarının  ehtiyat  fonduna 

kəşfiyyatı aparılmış və  dövlət  (sahə)  balansında  qeydə  alınmış,  lakin  istifadəyə 

verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxildir. 

7.3.  Kəşfiyyatı aparılmış ayrı-ayrı yataqların  qiymətli  metalların  və  qiymətli 

daş yataqlarının  ehtiyat  fonduna  daxil  edilmə-si  haqqında  qərar  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən qəbul olunur. 

7.4. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu barəsində sərəncam 

Azərbaycan  Respublikasının  qanun-vericiliyinə  əsasən  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən verilir. 

  

Maddə 8. Azərbaycan Respublikasının qızıl ehtiyatı 



8.1.  Azərbaycan  Respublikasının  qızıl  ehtiyatı affinaj  edilmiş qızıl  külçələrdən 

ibarətdir,  dövlət  mülkiyyətidir  və  dövlətin  qızıl-valyuta  ehtiyatlarının  tərkib 

hissəsidir.  Qızıl  ehtiyatı dövlətin  maliyyə  siyasətinin  həyata  keçirilməsi  və 



Azərbaycan Respublikasının fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün 

təxsis edilir. 

8.2.  Azərbaycan  Respublikasının  qızıl  ehtiyatları  bir  hissəsi  Azərbaycan 

Respublikasının Mərkəzi  Bankına  verilir  və  "Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı  haqqında" Azərbaycan RespublikasıQanununa uyğun olaraq beynəlxalq qızıl-

valyuta ehtiyatlan kimi saxlanılır və idarə olunur. Azərbaycan Respublikasının qızıl 

ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 

saxlanılır və istifadə olunur.  

  

III fəsil 



Qiymətli metalların və qiymətli daşların istehsalı, 

emalı, istifadəsi və dövriyyəsi sahəsində 

münasibətlərin dövlət tənzimlənməsi 

  

Maddə 9. Qiymətli metallarla və qiymətli daşlarla bağlı münasibətlərin dövlət 



tənzimlənməsi 

9.1.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalıistifadəsi  və 

dövriyyəsi 

sahəsində 

münasibətlərin 

dövlət 


tənzimlənməsinin 

vəzifələri 

aşağıdakılardır: 

9.1.1.   qiymətli  metalların  və  qiymətli daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi, habelə qırıntılarının və tullantılarının tədarükü sahəsində dövlət siyasətini 

həyata keçirmək

9.1.2.   qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi,  habelə  onların  qırıntılarının  və  tullantılarının  tədarükü məqsədi  ilə  ayrı-

ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq sistemini tətbiq etmək; 



9.1.3.  qiymətli  metalların  və  qiymətli  daşların,  onlardan  hazırlanan  məhsulların 

uçotu, 


saxlanılması, 

habelə 


onlar 

barədə 


hesabatların 

aparılması qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək

9.1.4.  qiymətli  daşların çeşidlənməsi  və  təsnifləşdirilməsi üzrə  dövlət  nəzarəti 

qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək; 

9.1.5. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər 

məişət  məmulatlarının  əyarlama  və  damğalama  qaydalarını hazırlamaq  və  həyata 

keçirilməsini təmin etmək; 

9.1.6.  dövlət  rüsumu  alınan  əyar  işlərin  siyahısının  hazırla-maq  və  dövlət 

rüsumunun miqdarını müəyyən etmək 

9.2.  Qİymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata 

keçirilir: 

9.2.1.  Azərbaycan  Respublikasının  qızıl  ehtiyatım  formalaşdırılması məqsədi  ilə 

hasil  olunmuş qiymətli  metalların  və  qiymətli  daşların  satın  alınmasında 

dövlətin üstünlük hüququnu müəyyən etməklə; 

9.2.3. 


qiymətli 

metalların 

və 

qiymətli daşların 



uçotuna, 

saxlanmasına,  daşınmasına,  hesabatının  aparılmasına  habelə  onlarla  əməliyyatlar 

aparılmasına dair qaydalar müəyyən etməklə; 

9.2.4.  daxili  və  xaricİ bazarda  qiymətli  metallar  qiymətli  daşlarla,  o  cümlədən 

zərgərlik  və  digər  məişət  məmulatları  i(ə  əməliyyatlar  aparan  hüquqi şəxslərin  və 

fərdi sahibkarların fəaliyyətini tənzimləməklə;  

9.2.5.   qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi  barədə  Azərbaycan Respublikası qanunvericiliyinə  əməl  olunmasına 

nəzarət qaydaların / əyyən etməklə; 

9.2.6.   qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq verilməklə; 



9.2.7. hasil edilmiş, habelə Azərbaycan Respublİkası ərazi-sinə gətirilmiş və emal 

edilməmiş qiymətli 

daşların, 

cümlə-dən 



təbii 

almazların çeşidlənməsi, 

təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydalarını müəyyən 

etməklə; 

9.2.8.  qiymətli  metalların  və  qiymətli  daşların,  habelə  onlar-dən 

hazırlanmış məhsulların  (o  cümlədən  zərgərlik  və  digər  məişət  məmulatlarının) 

Azərbaycan  Respublikası ərazisinə  gətirilməsi  və ölkənin  ərazisindən çıxarılmasına 

qanunvericiliklə. müəyyən edilmiş gömrük nəzarəti qaydalarını müəyyən etməklə; 

9.2.9.  qiymətli  metalların  və  qiymətli  daşların  (zərgərlik  və  digər  məişət 

məmulatları istisna olmaqla) sertifikatlaşdırma qaydalarını müəyyən etməklə; 

9.2.10.  qiymətli  metalları affinaj  edən  hüquqi şəxslərə  dair  tələbləri  və  həmin 

hüquqi şəxslərin siyahısını müəyyən etməklə; 

9.2.11.  qiymətli  metalların  və  qiymətli  daşların,  habelə  onlardan 

hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət  məmulatlarının idxal 

və ixrac qaydalarını müəyyən etməklə; 

9.2.12.  qiymətli  metallardan  və  qiymətli  daşlardan  hazırlanmış məmulatların 

pərakəndə ticarət qaydalar müəyyən etməklə. 

9.3.  Azərbaycan  Respublikasında  qiymətli  metallardan  hazırlanmış zərgərlik  və 

digər  məişət  məmulatlarının  əyarlanmasına  və  damğalanmasına,  habelə  emal 

edilməmiş almazların ixracına dövlət inhisar mövcuddur. 

9.4.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə,  "Yerin  təki 

haqqında"  Azərbaycan  Respublikasının  Qanununa,  bu  qanuna,  habelə  Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 

9.5.  Bu  qanunun  məqsədləri üçün  qiymətli metalların  və  qiymətli  daşların 

istifadəsi  dedikdə,  onların  sahibkarlıq  fəaliyyətinin  subyektləri  tərəfindən  istehsal, 



elmi,  sosial-mədəni  və İnvestisiya  məqsədləri üçün  emalı,  işlənilməsi  və  tətbiq 

edilmə-si nəzərdə tutulur. 

  

Maddə  10. Hasil  və  emal  olunmuş qiymətli  metalların  və  qiymətli  daşların 



satışı sahəsində münasibətlərin dövlət tənzimlənməsi 

10.1.  Hasil edilmiş qiymətli metallar Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyənləşdirilmiş qaydada sifariş-çinin xammalı kimi affinaj olunmaq, onlardan 

məmulatlar 

hazırlamaq 

və 


satılmaq üçün 

Azərbaycan 

Respublikasının 

ərazisindən çıxarıla bilər. 

10.2. 

Affınaj 


edilmiş qiymətli 

metallar 

qanunvericiliklə 

müəyyən 


olunmuş qaydada  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  ehtiyatlarının 

doldurulması məqsədi  ilə  Dövlət  büdcəsi  vəsaiti  hesabınaölkə  daxilində  və  xaricdə 

tədarük edilə bilər. Müvafiq standarta uyğun şəkildə affinaj edilmiş qiymətli metallar, 

habelə  yerin  təkindən  hasil  olunmuş yaxud  rekuperasiya  edilmiş qiymətli 

daşlar çeşidlənmişşəkildə  satılar-kən,  ilk  növbədə  bu  qanunun  4.5-ci  maddəsinə 

uyğun 


olaraq 

Azərbaycan  Respublikasının  müvafiq  dövlət 

ehtiyatlarının 

doldurulması üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur. 

10.3.  Azərbaycan  Respublikasında  sahibkarlıq  fəaliyyəti  subyektləri  tərəfindən 

istehsal  edilmiş,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  satışa  çıxarılan 

qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  xarici  ölkələrin  dövlət  əyar  damğasının 

tanınması  halları  istisna  olmaqla,  Azərbaycan  Respublikasının  dövlət  əyar  damğası 

ilə damğalanmalıdır.   

10.4.  Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli 

metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda həmin qırıntılar və 

tullantılar  müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  müəyyən  edilmiş qaydada 




mütləq yığılmalı, onların dəqiq uçotu aparılmalıdır. Qiymətli metalların və qiymətli 

daşların  qırıntılarını və tullantılarını yığan  hüquqi şəxslər,  o cümlədən  hərbi hissələr 

və  hərbi  qurumlar  tərəfindən  həmin  qırıntılar  və  tullantılar  təkrar  istifadə üçün 

müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  müəyyən  edilmiş qaydada  emal  (təkrar 

emal)  oluna  və  ya  qiymətli  metalların  istehsalı və  affinajı,  qiymətli  daşların 

rekuperasiyası üçün fəaliyyətə xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər. 

  

Maddə 11. Dövlət əyar nəzarəti 



11.1.  Dövlət  əyar  nəzarəti  qiymətli  metallardan  və  qiymətli  daşlardan 

hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının və istehlakçılarının 

hüquqlarının  haqsız  rəqabət-dən  qorunması,  habelə  dövlət  maraqlarının  müdafiəsi 

məqsədi ilə həyata keçirilir. 

11.2.  Dövlət əyar nəzarətinə aşağıdakılar aiddir: 

11.2.1.  Azərbaycan  Respublikasında  istehsal  olunmuş,  ha-belə ölkə  ərazisinə 

xaricdən  satış məqsədilə  gətirilmiş qiymətli  metallar  və  qiymətli  daşlardan 

hazırlanmış bütün  zərgərlik  və  digər  məişət  məmulatlarının  bu  qanunun  10.3-cü 

maddəsində müəyyən edilmiş müddəalar nəzərə alın-maqla qanunvericiliklə müəyyən 

edilmiş qaydada əyarlanması və damğalanması;  

11.2.2.  dövlət  əyar  damğalarının  və  ad  damğalarının  izlərinin  qanunvericiliklə 

müəyyən edilmiş hallarda və qaydada ekspertizası; 

11.2.3.  qiymətli  metalların,  onlardan  hazırlanan  məhsulların,  habelə  qiymətli 

metal  qırıntılarının  və  tullantılarının  qanun-vericiliklə  müəyyən  edilmiş hallarda  və 

qaydada analizi və ekspertizası; 

11.2.4.  qiymətli  daşların  qanunvericiliklə  müəyyən  edilmiş hallarda  və  qaydada 

ekspertizası və diaqnostikası; 

11.2.5.  qanunvericiliklə  müəyyən  edilmiş hallarda  və  qaydada  ekspertiza 

aparılması; 



11.2.6.  qiymətli  metallardan  və  qiymətli  daşlardan  hazırlanmış,  muzeylərdə  və 

qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların qanunvericiliklə 

müəyyən edilmiş hallarda və qaydada ekspertizası; 

11.2.7.(Çıxarılıb)  

11.2.8.  qanunla  müəyyən  olunmuş hallarda  və  qaydada  qiymətli  metallarla  və 

qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə 

və  hərbi  qurumlarda,  habelə  fərdi  sahibkarlarda  qiymətli  metalların  və  qiymətli 

daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövri dövlət nəzarəti. 

11.3.  Qiymətli 

metallardan 

hazırlanmış zərgərlik 

və 


digər 

məişət 


məmulatlarının  əyarlanması  və  damğalanmasına, 

ekspertizasına,   materialların  tədqiqinə,  qiymətli  daşların 

ekspertizasına 

və 


diaqnostikasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur. 

11.4.  Azərbaycan  Respublikasında  qiymətli  metallardan  və  qiymətli  daşlardan 

hazırlanmış zərgərlik 

və 


digər 

məişət 


məmulatlarının 

hazırlanması üçün 

aşağıdakı əyarlar müəyyənləş-dirilir: 

platin - 900 (doqquz yüz); 

950 (doqquz yüz əlli). 

qızıl - 375 (üç yüz yetmiş beş); 

500 (beş yüz); 

585 (beş yüz səksən beş); 

750 (yeddi yüz əlli); 

958 (doqquz yüz əlli səkkiz); 

999 (doqquz yüz doxsan doqquz). 

Fiziki şəxslərin  sifarişləri  əsasında  zərgərlik  məmulatları 583  (beş yüz  səksən üç) 

əyarlı qızıldan hazırlana bilər. 

gümüş - 800 (səkkiz yüz); 

830 (səkkiz yüz otuz); 



875 (səkkiz yüz yetmiş beş); 

925 (doqquz yüz iyirmi beş); 

960 (doqquz yüz altmış); 

999 (doqquz yüz doxsan doqquz). 

palladium - 500 (beş yüz); 

850 (səkkiz yüz əlli). 

  

Maddə  12. Qiymətli metalların  və  qiymətli  daşların,  onlardan  hazırlanan 



məhsulların  (zərgərlik  və  digər  məişət  məmulatları istisna  olmaqla) 

sertifikatlaşdırılması 

12.1.  Azərbaycan  Respublikasında  qiymətli  metalların  və  qiymətli  daşların, 

onlardan  hazırlanan  məhsulların  (zərgərlik  və  digər  məişət  məmulatlar  istisna 

olmaqla)  sertifikatlaşdırılması aparılır.  Qİymətli  metalların  və  qiymətli  daşların, 

onlardan  hazırlanan  məhsulların  (zərgərlik  və  digər  məişət  məmulatları istisna 

olmaqla)  sertifikatlaşdırılması,  onların  müəyyən  olunmuş kəmiyyət  və  keyfiyyət 

göstəricilərinə, texniki tələblərə uyğunluğunu təsdiqləyən fəaliyyətdir. 

12.2.  Bu 

qanunun 

12.1 


-ci 

maddəsinə  müvafiq  olaraq  uyğunluğun 

təsdiqlənməsi üçün  sertifikat  verilir,  qiymətli  metallardan  və  qiymətli  daşlardan 

hazırlanan  məhsullar  (zərgərlik  və  digər  məişət  məmulatları istisna  olmaqla)  isə 

sertifikatlaşdırma  sistemi  ilə  müəyyənləşdirilən  hallarda  uyğunluq  nişanları ilə 

damğalanır. 

12.3.  Qİymətli metallardan və qiymətli daşlardan hazırla-nan məhsul (zərgərlik və 

digər  məişət  məmulatlar  istisna  olmaqla)  növlərinin  siyahısı,  sertifikatlaşdırma 

formalar,  habelə  bu  məhsul  növlərinin  sertifikatlaşdırılmasını tələb  edən  hallar 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  



Maddə  13. Qiymətli  metallar  və  qiymətli  daşlarla  bağlı fəaliyyətə  xüsusi 

razılıq 

13.1.  Azərbaycan  Respublikasında  qiymətli  metalların  və  qiymətli  daşların 

istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət qanunvericiliyə müvafiq olaraq 

xüsusi razılıq əsasın-da həyata keçirilir. 

13.2.  Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələrindən 

istifadə  "Yerin  təki  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa,  habelə  yerin 

təkindən  istifadəni  tənzimləyən  digər  normativ  hüquqi  aktlara  uyğun  olaraq  həyata 

keçirilir. 

13.3.  Azərbaycan  Respublikasında  qiymətli  metal  və  qiymətli  daş yataqlarının 

geoloji öyrənilməsi  və  kəşfiyyatı,  onların  hasilatı ilə  bağlı fəaliyyətə  xüsusi  razılıq 

"Yerin  təki  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  və  ona  uyğun  olaraq 

qəbul edilmiş digər normativ hüquqi aktlara, qiymətli metalların və qiymətli daşların 

istehsalı,  emalı,  istifadəsi  və  dövriyyəsi üzrə  fəaliyyət  növlərinə  xüsusi  razılığın 

verilmə  qaydası Azərbaycan  Respublikasının  qanunvericilİyinə  uyğun  olaraq 

,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

  

Maddə  14. Qiymətli metalların və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi 



və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq 

Qiymətli  metalların  və  qiymətli  daşların istehsalı,  emalı,  istifadəsi  və  dövriyyəsi 

sahəsində  beynəlxalq  əməkdaşlıq  Azərbaycan  Respublikasının  iqtisadi  və  elmi-

mədəni  maraqlarının  müdafiəsini  təmin  etməklə  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

  

IV fəsil 



Qiymətli metalların və qiymətli daşların istifadəsi və dövriyyəsi 

  



Maddə  15. Hasil  və  istehsal  olunmuş qiymətli  metallara  və  qiymətli  daşlara 

sərəncam verilməsi 

15.1.  Hasil  və  istehsal  olunmuş qiymətli  metallar  (külçə şəklində  olanlar  istisna 

edilməklə)  zəruri  emal  işlərindən  sonra  affinaj üçün  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən  təsdiqlənmiş siyahıda  göstərilən  hüquqi şəxslərə  verilməlidir. 

Əqdlərin şərtlərində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  affinajdan  sonra  qiymətli 

metallara  mülkiyyət  hüququ  onların  ilkin  mülkiyyətçilərində  saxlanılır.  Affınaj  işi 

aparan hüquqi şəxslərin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyənləşdirilir. 

15.2.   Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi  zamanı onların  kəmiyyətinin,  keyfiyyətinin  uçotunun  və  hesabatının 

aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

15.3.  Affinaj  edilmiş qiymətli  metallar,  affinajı tələb  edilməyən  qiymətli  metal 

külçələri,  habelə  qiymətli  daşların  mülkiyyətçilərinin  balansında  hesaba  alınır  və 

qanunvericiliyə uyğun mülki dövriyyəyə buraxılır. 

15.4.  Emalı tələb  olunmayan  nadir  qiymətli  metal  külçələri,  həmçinin  nadir 

qiymətli daşlar, onları hasil edən subyektlər tərəfindən müqavilə qiymətləri əsasında 

ilkin  olaraq  alınmaq üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  təklif  olunur.  Nadir 

qiymətli  metal  külçələrinin  müqavilə  qiyməti  əqdlər  bağlanan  zaman  külçələrdəki 

qiymətli  metalların  dünya  bazarındakı məzənnəsi  nəzərə  alınmaqla  müəyyən 

olunmalıdır.  Nadir  qiymətli  daşların  müqavilə  qiyməti  maraqlı tərəflərin  bərabər 

nisbət əsasında yaratdıqları ekspert komissiyaları tərəfindən müəyyən olunur. 

15.5.  Qiymətli  metalların  və  qiymətli  daşların  nadir  kateqoriyaya  aid 

olunması qaydalarını və  meyarlarını müvafiq  icra  hakimiyyəti  orqanı müəyyən  edir. 

Bu kateqoriyaya aid edilməyən qiymətli metal külçələri, onların mineraloji kolleksiya 

nümunələri  qiymətli  metalların  və  qiymətli  daşların  hasilat  subyektləri  tərəfindən 

qanunvericiliyə  uyğun  qaydada  müəyyənləşdirilmiş müqavilə  qiymətləri  ilə  satıla 




bilər. Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması müvafiq 

icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  həyata  keçirilir.  Müvafiq  icra 

hakimiyyəti  orqanı qiymətli  metalları və  qiymətli  daş-ları almaqda üstünlük 

hüququndan  istifadə  etmədikdə,  külçələr  hasilat  subyektlərinə  qaytarılır,  yaxud 

onların tapşırıqlarına uyğun olaraq satılır. 

  

Maddə 16. Bankların qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları 



16.1.  Banklar  qiymətli  metallarla  və  qiymətli  daşlarla  əməliyyatları və  əqdləri, o 

cümlədən  onların  inkassasiyasını (daşınmasını)  bank  fəaliyyətinə  verilən  xüsusi 

razılıq əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər. 

16.2.  Bank  metallarının  keyfiyyət  standartı,  habelə  bank  metalları ilə 

əməliyyatların  aparılması və  əqdlərin  bağlanması qaydaları  qanunvericiliyə  müvafiq 

olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 

16.3.  Bankların  qiymətli  metallar  və  qiymətli  daşlarla  əməliyyatlarına  dövlət 

nəzarəti  bank  nəzarəti çərçivəsində  qanunla  müəyyən  edilmiş qaydada  Azərbaycan 

Respublikasının Mərkəzi Bankıtərəfindən həyata keçirilir. 

16.4.  Banklar  tərəfindən  qiymətli  metallar  və  qiymətli  daşlarla  əməliyyatların 

uçotu və hesabatı qanunvericiliyə müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq 

Standartlarına uyğun aparılır. 

  

V fəsil 


Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və 

dövriyyəsi üzərində dövlət nəzarəti 

  

Maddə  17.  Qiymətli  metallarla və  qiymətli daşlarla  bağlı fəaliyyət üzərində 



dövlət nəzarəti 


17.1.   Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi üzərində dövlət nəzarəti: 

17.1.1. Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl olunmasını; 

17.1.2.  qiymətli  metalların  və  qiymətli  daşların  təbii  ehtiyat-larından  səmərəli 

istifadəni; 

17.1.3.  qiymətli  metalların  və  qiymətli  daşların  istehsalında  və  emalında  ekoloji 

cəhətdən zərərsiz texnologiyaların tətbiqini; 

17.1.4.  qiymətli  metalların  və  qiymətli  daşların, onlardan  hazırlanan  məhsulların 

müəyyən  edilmiş qaydada  qorunması qaydalarına  riayət  olunmasının  təmin 

edilməsini nəzərdə tutur. 

17.2.   Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi üzərində aşağıdakı dövlət nəzarəti növləri tətbiq olunur: 

17.2.1.  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hüquqi şəxslərdə 

qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi,  uçotu  və 

saxlanılması üzərində qanunla müəyyən edilmişqaydada nəzarət

17.2.2.  qiymətli  metalları və  qiymətli  daşları istehsal,  emal  və  istifadə  edən, 

habelə  onlardan  hazırlanan  məhsulları (o  cümlədən  zərgərlik  və  digər  məişət 

məmulatlarını) satın alan, girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən, 

həmin  məhsulları (məmulatları,  materialları)  saxlayan  və  sərgilərini  təşkil  edən, 

qırıntıları və  tullantıları  tədarük  edən  hüquqi şəxslərdə  qanunla  müəyyən 

edilmişqaydada aparılan nəzarət; 

17.2.3. öz  fəaliyyətində  qiymətli  metalların  və  qiymətli  daş-ların,  onların 

qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını, tədqiqini həyata keçirən 

hüquqi şəxslərdə,  hərbi  hissələrdə  və  hərbi  qurumlarda  qanunla  müəyyən 

edilmiş qayda-da aparılan nəzarət; 



17.2.4.  fərdi  sahibkarlar  tərəfindən  qanunvericiliyə  uyğun  olaraq  qiymətli 

metallarla  və  qiymətli  daşlarla  aparılan  əməliyyatlara  qanunla  müəyyən 

edilmiş qaydada nəzarət; 

17.2.5.  qanunla müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti; 

17.2.6.  qiymətli metalların və qiymətli daşların, onlardan 

hazırlanmış məhsulların  (o  cümlədən  zərgərlik  və  digər  məişət  məmulatlarının) 

Azərbaycan 

Respublikasının 

ərazisinə 

gətiril-məsinə 

və ölkənin 

ərazisindən çıxarılmasına qanunla müəyyən edilmişqaydada dövlət nəzarəti. 

17.2.7. qiymətli metalların və qiymətli daşların, o cümlədən onlardan hazırlanmış 

zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər 

tərəfindən  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 

Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət.   

  

Maddə  18. Qiymətli  metallarla  və  qiymətli  daşlarla bağlı fəaliyyətə nəzarəti 



həyata keçirən müvafiq dövlət orqanlarının səlahiyyətləri 

18.1.   Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi üzərində 

nəzarəti 

həyata 

keçirən 


müvafiq 

dövlət 


orqanları aşağıdakı səlahiyyətlərə malikdir: 

18.1.1.  mülkiyyət  formasından  asılı olmayaraq  qiymətli  metalları və  qiymətli 

daşları istehsal,  emal  və  istifadə  edən  hüquqi şəxslərdə  qanunla  müəyyən 

edilmiş yoxlama  aparmaq,  ha-belə  onlarla  əməliyyatlar  aparan  fərdi sahibkarların 

qiymətli  metallar  və  qiymətli  daşlardan  istifadə üzrə  fəaliyyətini  qanunla  müəyyən 

edilmiş qaydada yoxlamaq

18.1.2.  hüquqi şəxslərin  və  fərdi  sahibkarlar  tərəfindən  qiymətli  metalların  və 

qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və 




hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını müəyyən 

etmək; 


18.1.3.  bu  qanuna  müvafiq  olaraq  barəsində  nəzarət  həya-ta  keçirilən 

hüquqi şəxslərin  səlahiyyətli  vəzifəli şəxslərinə  aş-kar  olunmuş nöqsanların  aradan 

qaldırılması,  qiymətli  metalların  və  qiymətli  daşların  səmərəsiz  istifadəsinə  səbəb 

olan  və  (və  ya)  onların  mühafizəsini  mümkünsüz  edən şəraitin  yarandığı hallarda 

icrası məcburi olan yazılı sərəncamlar göndərmək; 

18.1.4.  qanunla  müəyyən  edilmiş qaydada  yoxlamalar  aparılarkən  aşkar 

olunmuş cinayət  xarakterli  faktlar  və  ya  digər  hüquqpozmalar  barədə 

materialları aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək. 

18.2.  Qiymətli.  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi üzərində  nəzarəti  həyata  keçirən  müvafiq  dövlət  orqanlarının 

vəzifəli şəxsləri aşağıdakı hüquq-ları vardır: 

18.2.1.  müvafiq  dövlət  orqanlarına  həvalə  olunmuş vəzifələri  yerinə  yetirmək 

məqsədi  ilə  qiymətli  metalların  və  qiymətli  daşların  istehsalını,  emalını,  istifadəsini 

və  dövriyyəsini  həyata  keçirən  hüquqişəxslərə  xidməti  vəsiqəsini,  yoxlamanın 

aparılması  haqqında  qərarın  surətini  və  yoxlamanın  sahibkarlıq  sahəsində  aparılan 

yoxlamaların  vahid  məlumat  reyestrində  qeydiyyata  alınması  barədə  çıxarışıtəqdim 

etməklə qanunla müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq;  

18.2.2. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və 

dövriyyəsini  həyata  keçirən  hüquqi şəxslərin  bu  məqsədlə  istifadə  etdikləri  əraziyə, 

istehsal,  an-bar,  ticarət  və  digər  bu  qəbildən  olan  binalarına,  iş yerlərinə,  nəqliyyat 

vasitələrinə,  daimi  və  müvəqqəti  saxlanc  yerlərinə,  bu  sərvətlərin özlərinə  qanunla 

müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli 

daşların,  habelə  onlardan  hazırlanmış məhsulların  alınması,  istifadə-si,  uçotu  və 

saxlanması,  qırıntıların  və  tullantıların  yığılması qaydalarının  pozulması aşkar 

olunduğu  hallarda  həmin  binaları,  iş yerlərini,  nəqliyyat  vasitələrini,  daimi  və 



müvəqqəti  saxlanc  yerlərini  qanunla  müəyyən  edilmiş hallarda  və  qaydada 

möhürləmək;



 

  

18.2.3. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini yə 



dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən 

edilmiş hallarda və qaydada yoxlama keçirmək; 

18.2.4.  bu  qanuna  müvafiq  olaraq  barəsində  dövlət  nəzarəti  həyata  keçirilən 

hüquqi şəxslərə  və  fərdi  sahibkarlara  qanunvericiliklə  müəyyən  edilmiş hallarda  və 

qaydada  sorğu  vermək  və  cavab  almaq,  müvafiq  sənədləri,  yazılı və şifahi  izahat-

ları və arayışları tələb etmək; 

18.2.5.  qanunla  müəyyən  edilmiş hallarda  və  qaydada  qiymətli  metalların  və 

qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və 

tullantıları barədə məlumatlar əks olunan mühasibat sənədlərini, normativ-texniki və 

digər  sənədləri  yoxlamaq,  qanunla  müəyyən  edilmiş hallarda  və  qaydada 

onları möhürləmək; 

18.2.6.  qanuna  müvafiq  olaraq  barəsində  dövlət  nəzarəti  həyata  keçirilən 

hüquqi şəxslərdə,  dövlət  nəzarəti  orqanlarına  məxsus  və  ya  digər  laboratoriyalarda 

qanunla  müəyyən  edilmiş hallarda  və  qaydada  yoxlama  və  analiz  aparmaq üçün 

qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırla-nan məhsullardan, 

habelə qırıntılardan və tullantılardan nümunələr götürmək

18.2.7. 

hüquq  pozuntusu  aşkar  edildikdə,  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada tədbirlər görmək. 

  

VI fəsil 



Qiymətli metal və qiymətli daşlarla bağlı qanunvericiliyin pozulmasına 

görə məsuliyyət 

  


Maddə  19.  Qiymətli  metalların  və  qiymətli  daşların,  onlardan hazırlanan 

məhsulların mühafizəsinin təmin olunması 

19.1.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və 

dövriyyəsi  ilə  məşğul  olan  hüquqi şəxslər,  habelə  qiymətli  metallarla  və  qiymətli 

daşlarla əməliyyatlar hə-yata keçirən fərdi sahibkarlar göstərilən sərvətlərin və onlar-

dan hazırlanan məhsulların mühafizəsini təmin etməlidirlər. 

19.2.  Qiymətli  metalların  və  qiymətli daşların  istehsalı,  emalı,  istifadəsi, 

dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı mühafizəsi 19.1-ci 

maddədə nəzərdə tutulmuş hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. 

 Maddə  20.  Qiymətli  metallarla  və  qiymətli  daşlarla  bağlı  qanunvericiliklə 



müəyyən edilmiş fəaliyyət qaydalarının pozulmasına görə məsuliyyət 

20.1.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi, 

dövriyyəsi  qaydalarını pozmaqda  təqsirli  olan şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

20.2.  Qiymətli  metallardan  zərgərlik  və  digər  məişət  məmulatlarının 

hazırlanması ilə  məşğul  olan  hüquqi şəxslər  və  fərdi  sahibkarlar  qanunvericiliklə 

müəyyən  olunmuş qaydada  məhsullarına öz  ad  damğalarını vurmaq  hüququna 

malikdirlər  və  həmin  məmulatların  dövlət  standartlarına  cavab  verməsinə  görə 

qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

20.3.  Bu  qanunun  10.3-cü  maddəsinin  tələblərinin  pozulması,  habelə  qiymətli 

metallardan  və  qiymətli  daşlardan  zərgərlik  və  digər  məişət  məmulatlarının 

hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər  tərəfindən  dövlət  əyar  damğalarının 

saxtalaşdırılması  və  ya  saxta  əyar  damğası  həkk  olunmuş  zərgərlik  və  digər  məişət 

məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.  

Maddə  21.  Müvafiq  dövlət  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 

hərəkətlərindən şikayət verilməsi 



21.1.  Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli metalların və qiymətli daşların 

istehsalı,  emalı,  istifadəsi  və  dövriyyəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən 

müvafiq  dövlət  orqanlarının  və  onların  vəzifəli şəxslərinin  qeyri-qanuni 

hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.  

21.2,  Bu  qanunun  21.1-ci  maddəsində  göstərilən şəxslərin  qeyri-qanuni 

hərəkətləri  nəticəsində  dəyən  zərər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 



müəyyən olunmuş qaydada ödənilir. 

  

Azərbaycan Respublikasının Prezidenti 

İlham ƏLİYEV 

Bakı şəhəri, 10 iyun 2005-ci il 

№ 924 – IIQ 

  

 

Yüklə 134,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə