Qlobal İqlim Dəyişmələri: Ətraf Mühit və Təhlükəsizlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi



Yüklə 15,16 Kb.

tarix24.10.2017
ölçüsü15,16 Kb.


Qlobal İqlim Dəyişmələri: - Ətraf Mühit və Təhlükəsizlik 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  



Milli Hidrometeorologiya Departamenti  

İqlim Dəyişmələri və Ozon Mərkəzinin  

direktoru Gulmalı Süleymanov 

 

 



 

 

Dünyanı  narahat  edən  qlobal  problemlərdən  biri  də  İqlim  dəyişmələridir. 



İqlim  dəyişmələri  artıq  baş  verir  və  onun  fəsadları  özünü  biruzə  verir.  Belə  ki, 

İqlim  dəyişmələri  üzrə  Hökumətlərarası  Ekspertlər  Qrupunun  4-cü  Hesabatında 

göstərildiyi  kimi  son  100  ildə  Yer  kürəsində  orta  illik  temperatur  0,8

0

C  artmış, 



Okeanın  səviyyəsi  15-25  sm  qalxmış  və  okeanların  qızma  dərinliyi  3000  metrə 

çatmışdır.  

 

Hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m



2

 artıq enerji qalır ki, bu da 

okeanların  və  yer  səthinin  qızmasına  sərf  olunur.  Bu  enerjinin  yalnız  1/5  hissəsi 

təbii  amillər  hesabına  baş  verir.  Yerdə  qalanı  isə  antropogen  mənşəlidir. 

Antropogen təsirlərin əsas səbəbi troposferin yuxarı qatında yerləşən İstilik Effekti 

Yaradan Qazlardır(İEYQ). Bunlardan Karbon qazının konsentrasiyası son 100 ildə 

1,4 dəfə, Metan qazının konsentrasiyası 2 dəfə, Azot 1-oksidin konsentrasiyası isə 

20-25%  artmışdır.  Bundan  əlavə  keçən  əsrin  50-ci  illərindən  başlayaraq 

hidroxlorfülorkarbonların  atmosferdə  konsentrasiyası  sürətlə  artmağa  başlamış, 

halbuki bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmamışdır.  

 

Yer səthində qalan artıq enerjinin  qeyri-bərabər paylanması  nəticəsində son 



10  illiklərdə  Təhlükəli  Hidrometeoroloji  Hadisələrin  tezliyi  və  amplitudası 

artmışdır.  Belə  ki,  Yer  kürəsinin  müxtəlif  ərazilərində  sellər,  daşqınlar,  su 

basmalar,  güclü  küləklər,  çovğunlar,  tufanlar,  okeanlarda  qasırğalar,  torpaq 

sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara 

səbəb olur.  

 

Azərbaycan da qlobal  iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. 



Son  100  ildə  Azərbaycan  ərazisində  orta  illik  temperaturlar  0,4-1,3

0

C-yə  qədər 



artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə 

ki,  Böyük  Qafqazın  yüksək  dağlıq  ərazilərində  orta  illik  temperatur  1,1-1,3

0



artması  müşahidə  olunmuşdur.  Son  10  illiklərdə  Azərbaycan  ərazisində  kiçik  dağ 



çaylarında sel  və daşqınların sayı  və  gücü  artmışdır. Buna səbəb  isə bu ərazilərdə 

aylıq yağış normalarının bir neçə gün ərzində düşməsi olmuşdur. Son illərdə, yəni 

2003 və 2010-cu illərdə Kür və Araz çaylarının daşması nəticəsində çoxlu kəndlər 

dağılmış,  əkin  sahələri  və  mal-qara  tələf  olmuşdur.  Azərbaycan  ərazisində  baş 

verən  güclü  küləklər  nəticəsində  elektrik  və  rabitə  xətlərinin  qırılması  müşahidə 

olunmuşdur.  

 

Qlobal və regional İqlim Dəyişmələri ssenarilərinə əsasən 2100-cü ilə qədər 



Yer  kürəsində  orta  temperaturun  artması  gözlənilir.  Orta  temperaturun  2

0

C  qədər 




artması  daha  ciddi  fəlakətlərə  səbəb  ola  bilər.  Hedli  mərkəzinin  araştırmalarına 

görə  yer  səthində  orta  illik  temperaturun  2

0

C  artması  şimala  doğru  temperaturun 



daha  çox(3-7

0

C)  artmasına  gətirib  çıxara  bilər  ki,  bu  da  buzlaqların  daha  sürətlə 



əriməsinə  səbəb  olacaqdır.  Hendli  mərkəzinin  araşdırmalarına  görə  ən  təhlükəli 

ərazilər Şimali Amerika, Qərbi Avropa, Hind-Çin yarımadası, Afrika qitəsinin bəzi 

əraziləri və okeanlardakı adalar göstərilir.  

 

Azərbaycan  ərazisi  üçün  İqlim  dəyişmələrinə  uyğunlaşma  tədbirlərinin 



görülməsi  ən  prioritet  məsələlərdən  biridir.  Bu  məqsədlə  qarşıdakı  illərdə 

Azərbaycan  Respublikasının  İqlim  dəyişmələri  üzrə  3-cü  milli  məlumatları 

çərçivəsində  uyğunlaşma  üzrə  Milli  Fəaliyyət  Proqramının  hazırlanması  nəzərdə 

tutulur.  Ən  vacib  məsələlərdən  biri  də  Təhlükəli  Hidrometeoroloji  Hadisələrə 



qabaqcadan xəbərdarlıq üzrə avtomatlaşdırılmış sistemin qurulmasıdır.  

: new -> wp-content -> uploads -> 2012
2012 -> Davamlılıq İndeksi üzrə hesabat vətəndaş cəmiyyətinin inkişafı məsələlərini əhatə edir
uploads -> Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Azərbaycanda sosial təminat islahatları
uploads -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Microsoft Word elillerinsosialmudafiesi20160712. docx
uploads -> Neft gəlirlərindən istifadə sahəsində şəffaflığı necə qiymətləndirirsiniz
uploads -> “Yol hərəkəti haqqında“ qanun
2012 -> Gas Report
2012 -> Xəzər hövzəsində mühüm enerji infrastrukturlarının mühafizəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə