Qlobal iQTİsadi BÖhran



Yüklə 180,34 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü180,34 Kb.
#68752


 



QLOBAL İQTİSADİ BÖHRAN 



      

ABŞ bazarlarında baş verən iqtisadi böhran bütün dünyada öz təsirini 

göstərdi . Vaxt irəlilədikdə böhranın dərinliyi araya çıxdı və yeni xüsusiyyətlər 

qazandı. ABŞ bazarlarında böhran yaranmasına baxmayaraq qısa müddət ərzində 

dünya bazarlarında təsir etməyə başladı. Bu vəziyyət dünya bazarlarının hansı 

səviyyədə birbirilə əlaqəli olduğunu araya qoydu. Beləliklə böhran yerli bir 

hadisədən araya çıxıb qlobal bir hala gəldi. Böhrandan təsirlənən ölkələr tədbirlər 

görməyə başladılar, lakin qısa müddət ərzində bütün dünya ölkələrinin birliktə 

tədbir görmələrinin vacibliyi ortaya çıxdı.  

        Böhrandan əvvəlki vəziyyət 

      Böhrandan əvvəl bazarlarda nikbin bir hava hakim idi. Əmlak bazarlarında 

qiymətlər artdı. Neft qiymətləri yüksələn tələb gözləntiləri istiqamətində daimi bir 

artım araya qoydu. İyul ayında neft qiymətləri 147 dollar/barrelə yüksəldi. Neft 

qiymətlərindəki artım və quraqlıq səbəbilə qida maddələrinin qiymətləri yüksəldi 

və bir böhrana çevrildi. ABŞ-da tikinti qiymətləri yüksək səviyyədə davam etdiği 

üçün, banklar həmin sahədə kredit verərək yüksək qazanc əldə etməyi planlayırdı. 

Ödəmə gücü az olan müştərilər belə bu kreditlərdən istifadə edə bilərdi. Kredit 

yardımı ilə ev satın alanlar, tikinti qiymətlərinin yüksəlməsi nəticəsində, tikintinin 

əlavə olunan qiymətini təminat kimi göstərərək yeni kredit aldı. Misal üçün 10 min 

dollarlıq bir ev tamamilə kredit ilə alınıbsa, tikintinin qiymətindəki 50 faizlik bir 

artım, evin qiymətini 15 min dollara yüksəltdi, beləliklə müştəri əlavə 5 min dollar 

təminat göstərib yeni kredit satın alma imkanına malik oldu. Kredit verən banklar, 

kreditlərin geri qaytarılmasını gözləmədən, təminat daxilindəki tikintilərin 

qiymətini qarşılıq göstərərək bazara istiqraz vərəqəsi ixrac edib bazardan yeni əldə 

etdi və yeni kreditlər verdi. Satın alınan bu istiqraz vərəqələri isə təsərrüf 

yiyələrinə fond olaraq satıldı.

  

        



Böhran necə başladı?

 

      2008-ci il dünya iqtisadiyyatında davamlı yüksək artımın dayanması ilə tarixə 



düşdü. Dünya iqtisadiyyatının taleyini həll edən ölkələrdəndən (ABŞ, Yaponiya, 

Çin, Böyük Britaniya, Hindistan, Almaniya, Fransa, İtaliya, Rusiya) heç biri qlobal 

böhranın təsirindən yaxa qurtara bilmədi. Dünya üzrə ÜDM-in təxminən 70 faizi 

bu ölkələrdə formalaşır (bu ölkələr həmçinin «trilyonluq» ÜDM-i olan ölkələr 

adlandırılır), Yer kürəsi əhalisinin təqribən yarısı onların payına düşür. Dünya üzrə 

orta illik artım tempi 2 dəfəyədək azalaraq 2007-ci ildəki 5 faizdən 2,5 faizə endi. 

ABŞ istər 1930-cu illərin, istər də 2008-ci il böhranın əsas mənbəyi hesab olunur. 

2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji daşıyıcılarının və ərzağın 

qiymətinin sürətli artımı aşağı gəlirli ipoteka borclularını ağır vəziyyətlə üzləşdirdi 

və onların ödəmə qabiliyyətinin olmadığı üzə çıxdı. Əmlak bazarında qiymətlərin 

düşməsi nəticəsində ABŞ mənzil bazarının 3,3 trln. kapital itirdiyi bildirildi. 

Evlərin ucuz satılması bankları 10 mlrd. dollarla itkiylə üzləşdirdi. Nəticədə ABŞ-

ın 12 trln. dollar həcmində ipoteka bazarının təxminən yarısına sahib olan «Fannie 

Mae» və «Freddie Mak» iflas təhlükəsilə üzləşdi. Çin, Rusiya və Norveçin ehtiyat 




 

investisiya fondlarının 500 mlrd. dolları onların qiymətli kağızlarına yönəldilmişdi 



(təkcə «Fannie Mae»də Rusiyanın 75 mlrd. dolları yatır). Belə şəraitdə ABŞ 

hökuməti bu maliyyə nəhənglərini batmağa qoya bilməzdi. Nəhayət, sentyabrda 

onların hər ikisi milliləşdirildi.  

      ABŞ-ın vəziyyətini ağırlaşdıran əsas faktorlardan biri onun maliyyə bazarının 

əsas donorlarının - Çin və Rusiyanın ağır böhranla üzləşməsidir. Hazırda Çin 

ABŞ hökumətini maliyyəşlədirən ən böyük kreditordur. Belə ki, Asiya nəhənginin 

653 mlrd. dolları ABŞ-ın xəzinə veksellərinə qoyulub, 400 mlrd. dollarına isə ABŞ 

şirkətlərinin uzunmüddətli öhdəlikləri alınıb. Çinin qızıl-valyuta ehtiyatlarının 

təxminən 70 faizi ABŞ-dadır. Deməli, bu ölkələr iqtisadi fəlakətdən ya birgə xilas 

olmalı, ya da birgə çökməlidirlər. Rusiyanın ABŞ-dakı ehtiyatlarının həcmi isə 150 

mlrd. dollardan çoxdur.  

      ABŞ-ın ev təsərrüfatlarının borcu 15 trln. dollara çatmışdır. Ümumilikdə isə 

ABŞ-ın məcmu borclarının həcmi onun ÜDM-ni 4 dəfəyədək üstələyir. Yer 

kürəsnin ən böyük iqtisadiyyatına sahib ölkənin bu cür dərin tənəzzüllə üzləşməsi 

dünyanı təhlükə altında saxlayır. ABŞ çökdükcə, onun valyutası dəyərini itirdikcə 

bəşəriyyətdə iqtisadi xaos, qeyri-müəyyənlik daha da artırdı. Axı dünya ticarətinin 

60 faizindən çoxu ABŞ dolları ilə həyata keçirilir (qalan 40 faizi avro, funt və 

yenin öhdəsinə düşür).  

      Beləliklə, ABŞ-ın düşdüyü vəziyyəti «İnternational Herald Tribune» qəzeti 

7 oktyabr 2008-ci il sayında olduqca obrazlı şəkildə bu cür təsvir edib: «Büdcə 

kəsirini örtmək üçün pulun haradan tapılacağı müəmmalıdır. Çünki Uoll-Stritin 

pulu yoxdur, o, bankları xilas etməlidir. ABŞ vergi ödəyicilərinin pulu yoxdur, 

onlar kredit qaytarırlar. Buş administrasiyasının pulu yoxdur, onlar müharibəyə pul 

xərcləyirlər. Amerikanın pulu yoxdur, o, uzun illərdir qazandığından çox 

xərcləyir».  

      İroniya dolu bu qeydlər dünya iqtisadi böhranının səbəblərinə də müəyyən 

qədər aydınlıq gətirir. ABŞ-ın maliyyə sisteminin tənəzzülü real sektoru da cənginə 

almışdır. Belə vəziyyətdə ABŞ Çindən böyük pullar gətirməyə ümid bəsləyir: 

yanaşma belədir ki, ABŞ Çin üçün ən böyük satış bazarıdır, ABŞ iqtisadiyyatının 

kollapsı Çini çox pis vəziyyətdə qoya bilər. Bütün bu ağır şəraiti nəzərə alan BVF-

nin keçmiş iqtisadçısı Saymon Conson ABŞ-ın hələ 10 il böhranla əlləşəcəyini 

yazırdı.  

      ABŞ bazarlarında baş verən iqtisadi böhran bütün dünyada öz təsirini göstərdi . 

Vaxt irəlilədikdə böhranın dərinliyi araya çıxdı və yeni xüsusiyyətlər qazandı. ABŞ 

bazarlarında böhran yaranmasına baxmayaraq qısa müddət ərzində dünya 

bazarlarında təsir etməyə başladı. Bu vəziyyət dünya bazarlarının hansı səviyyədə 

bir-birilə əlaqəli olduğunu araya qoydu. Beləliklə böhran yerli bir hadisədən araya 

çıxıb qlobal bir hala gəldi. Böhrandan təsirlənən ölkələr tədbirlər görməyə 

başladılar, lakin qısa müddət ərzində bütün dünya ölkələrinin birlikdə tədbir 

görmələrinin vacibliyi ortaya çıxdı.  




 



        Görülən tədbirlər   

      ABŞ-da başlayan böhran bütün dünyada təsir bağışladı. Böhrandan təsirlənən 

ölkələr onun zərərlərini ən aşağı səviyyədə tutmaq məqsədilə bir sıra tədbirlər 

gördü. ABŞ bəzi bankları müsadirə edərkən İrlandiya banklardakı əmanətlərə 

dövlət təminatı verdi. Bəzi ölkələr tədbir planlarını həyata keçirdi və çətin 

vəziyyətdə olan banklara sərmayə nəql etdi. Maliyyə sisteminin daraldığı dövrdə 

banklarda pulu olanlar bunu almağı fikirləşəbilərlər. Banklardan çıxan pullar qızıl 

kimi bəzi malların satın alınmasında yaxud nəğd pul olaraq saxlandığı vaxt, 

bankların nəğd pul problemi də dərinləşə bilər və adi vəziyyətdə olan bankların da 

müflis olmasına aparıb çıxara bilər. Həmin səbəblə bəzi ölkələr əmanətlərdəki 

pullara təminat verməyə yaxud təminat altında olan pulun miqdarını artırmağa üz 

tutdular. Digər tərəfdən iqtisadi böhrandan təsirlənib çətinliklə üzbə üz olan, lakin 

yeni sərmayə nəql edilməsilə xilas olabilən banklar, müflis olduqda iqtisadiyyatda 

etimadsızlıq mühidi yaradar və böhran daha da dərinləşəbilər. Yenə bankların 

müflis olması ilə işsiz qalanlar, işsizlik siğortasından istifadə edib, sosial təminat 

qurumlarına təsir edəbilər vəya gəliratın azalmasından asılı cəmi tələbin azalması 

ilə üz-üzə gələbilər. Bu vəziyyət isə əslində tələbin azalmasından mənbələnən 

iqtisadi durğunluğu təhrik edəbilər. Beləliklə bəzi bankların dövlətləşdirilməsi 

yaxud onlara sərmayə verilməsi daha ucuz bir iş kimi görünəbilər. Maliyyə 

quruluşlarının vasitəsiz yaxud vasitəli olaraq birbirindən asılı olduğu və böhran 

mühitində etimad şərtlərinin təmin edilməsinin ən təsirli siyasət olduğu 

fikirləşildiği üçün bankların müflis olmalarının qarşısını almaq böyük əhəmiyyət 

daşıyır. Lakin banklara nəql edilən pullar vergi ilə maliyyələşdirildiği üçün diqqətli 

rəftar edilməlidir. Adi səviyyədə sərmayə verilməsilə xilas ediləbilməyən bankları 

yüksək miqdarda pul verərək varlıqlarını davam etdirmə cəhdləri, vergi yükünün 

artımı münasibətilə tələbin azalmasına amil olacaqdır ki bu da vəziyyəti daha 

mənfi hala gətirəbilər. Həmin səbəblə çox çətin vəziyyətdə olan bankların müflis 

olmasına göz yummaq çox da səhv bir siyasət kimi görünmür. 

 

        Böhranın təsirləri

 

      Dünya bazarlarında daralma olduğu üçün tələbin azalması yaxud artması 



barədəki gözləntilər sərmayədarları nigaran etdi. Maliyyə sahəsindəki böhranın 

səviyyəsi yüksək olduğundan dünya bazarlarında dərin təsir bağışladı. Qızıl 

qiymətlərinin çox yüksək səviyyələrə çıxması etimadsız mühitin bir göstəricisidir. 

Bu böhran 1929-cu ildə ABŞ-da başlayan böyük böhran ilə müqayisə edilir. O 

dövrdə ABŞ çox böyük zərərlərə məruz qalmış, işsizlik həddi ötmüşdür. ABŞ 

həmin dövrdə illərlə bu böhrandan təsirlənmişdir. Kreditlərin azalması sərmayə və 

istehlak qərarlarında bir məhdudiyyətə amil olacağından, işsizlik və durğunluq 

artabilər. Həmin səbəblə bu mövzuda mühüm müdaxilələr həyata keçirilir. ABŞ 

liberal iqtisadiyyatın mərkəzi kimi tanınır və bazarda dövlət müdaxiləsi ən aşağı 

səviyyədə qalır. Lakin iqtisadi böhran o qədər dəhşətli və təhlükəli hala gəldi ki, 

bəzi banklar dövlətləşdirildi. Bəzi çevrələrdə isə bu vəziyyət sosialist yaxınlaşma 

ilə irtibatlandırılır.  



        

Yüklə 180,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə